“Küveytdə “Vətənsevər” Dostluq Cəmiyyətinin yaradılması soydaşlarımızın bir araya toplanmasında mühüm rol oynadı”

 

Elnur İbrahim: “Planlarımızı daha ətraflı şəkildə müzakirə edirik, yeni gələn Azərbaycan vətəndaşlarını digər diaspor üzvləri ilə tanış edirik

 

Bu gün sevindirici haldır ki, Küveytdə idman sahəsinin inkişafında da soydaşlarımız öz töhfələrini verirlər. Həmyerlimiz Elnur İbrahimn Küveytin karate üzrə milli yığmasının baş məşqçisi olarkən bunu əyani şəkildə sübut edib. O, hazırda məşqçi fəaliyyətini davam etdirməklə Küveytin karate tarixində ilklərə imza atmaqda xüsusi rol oynayır. Elnur İbrahim, eyni zamanda diaspor işində də fəallıq göstərir. O, “Xalq Cəbhəsi”nə müsahibəsində görülən işlərdən danışdı.

 

Qeydb edək ki, Elnur İbrahim 12 yanvar 1977-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib. 1995-ci ildən karate üzrə dünya çempionu Füzuli Musayevin tələbəsi olub. 1998-ci ildən Azərbaycan Milli Komandasında 75 kq cəki dərəcəsində nömrə 1 olub. 2002-2007-ci illərdə Gənclərdən ibarət milli komandada baş məşqçilik edib. 2007-2008-ci illərdə Antalya Kamikadze Klubunda çalışıb. 2008-2009-cu illərdə Azərbaycan milli komandasında 18-21 yaş qrupunda baş məşqçi kimi fəaliyyət göstərib. 2009 -2013-cü illərdə Küveyt milli komandasında baş məşqçi olub. 2013-2014-cü illərdə KüveytAl Salmiyaklubunu çalışdırıb.

2015-2016 Azərbaycan milli komandasında 14-15 yaş qrupunda baş məşqçi olub.

2016-cı ildən KüveytinAl Şababklubunun baş məşqçisi vəzifəsində çalışır.

 

-Tələbələrim Avropa, Asiyadünya üzrə keçirilən yarışların çempionları olub. Azərbaycanda karatenin WKF növü üzrə ilk dünya çempionu mənim tələbəm olub. Küveytdə də tarixi nailiyyətlər əldə etmişəm. Burada Azərbaycan diasporunu quranlardan biriyəm və hazırda da fəal üzvüyəm.

 

– Küveytdə idman müəllimi olaraq çalışmaq nə dərəcədə maraqlıdır?

 

Uzun müddət Azərbaycanda məşqcilik fəaliyyəti ilə məşğul olmuşam. Qeyd etdiyim kimi, məşqçim Füzuli Musayev olub və məşqçiliyə də məhz onun yanında başlamışam.

Fərdi tələbələrim yarışlarda fərqlənirdilər və WKF (Dünya Karate Federasiyası) yarışlarında Azərbaycanda ilk dünya çempionu da məhz mənim tələbəm olub.

2009-cu ildə böyüklərdən ibarət milli yığmaya məşqci təyin olunmağıma baxmayaraq, bir necə aydan sonra başqa birisini yerimə təyin etdilər. Və 2009-cu ildən mənim Küveyt həyatım başladı.

İlk günlərdə cətin oldu, cünki fərqli insanlar, fərqli dil, fərqli döyüş üslubu ilə qarşılaşdım. Amma tez bir zamanda yerli əhaliyə isinişə bildim. Və illərlə Azərbaycandakı məşqçilik təcrübəmi və döyüş üslubunu bunlara öyrədə bildim. Millidə çalışdığım müddətdə tələbələrim Asiya oyunları, Ərəb oyunları və Ərəb körfəzi yarışlarında yüksək nəticələr göstərdilər.

 

– Əcnəbi müəllim olaraq yerli xalqın sizə münasibəti necədir?

 

Yerli xalqla bizlərin arasında o qədər də fərq yoxdur. Hətta dilimizdə belə, neçə min söz ərəb mənşəlidir və hər gün biz də həmin sözlərdən istifadə edirik. Adət-ənənələrimiz, ən çox da ailəyə bağlılıq çox oxşardır.

Mənə olan münasibət çox gözəldir. Bu illər ərzində heç bir problem yaşamamışam, əksinə biləndə ki, azərbaycanlıyam tam fərqli bir isti münasibət görürəm.

Ailə tərbiyəsi və məşqçilik bacarığım qarşılıqlı hörmət qazanmağa kömək edir.

 

– Küveytdəki azərbaycanlı gənclərin idmana marağı necədir?

 

– Azərbaycan gənclərinin idmana marağı böyükdür. Demək olar ki, hər idman növü ilə məşğul olan var: mənim yanıma gələnlər də var, digər idman növünü seçənlər də. Oğlum Əli buradaBarcelona” və “CelticFutbol akademiyasının yetirməsi olub və hal-hazırda “Qarabağ” FK U-14 yarış qrupunda hücumçudur.

 

– Azərbaycanlı tələbələrinizdən Küveytdə uğur qazanan varmı?

 

– Mənim tələbələrimdən nəticə verən yoxdur, cünki yarışa çıxmayıblar. Əminəm ki, yarışa çıxan kimi nəticə verəcəklər.

Amma cüdo yarışından bizim diasporun fəal üzvlərindən biri olan Fərid Cəfərovun övladı Fərəc Cəfərov qızıl medal qazanıb. Xatırladım ki, Fərid Cəfərov da Ji-Jutsu açıq çempionatında I yer tutaraq qızıl medal əldə edib.

 

– Ümumiyyətlə, tələbləriniz beynəlxalq yarışlara qatılırmı? Nə kimi uğurlar əldə ediblər?

 

– 7 ildən artıqdır ki, “Al -Şababklubunda çalışıram. Bu illər ərzində yetirmələrim böyük nəticələr əldə ediblər. Bir yetirməm Yay Olimpiya Oyunlarına seçmələrdə azərbaycanlı idmançıya 1-2 hesabı ilə yenildi.

Bu yaxınlarda isə bir tələbəm Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən karate üzrə Premyer Liqa yarışında Küveyt karate tarixində ilk medal- 3-cü yer, bürünc medalı qazanıb.

Küveytin karate üzrə milli yığmasında mənim yetirmələrim üstünlük təşkil edir.

 

–Bəs diaspor işində fəaliyyətiniz nədən ibartədir?

 

– Küveytdə ilk illər Azərbaycan vətəndaşları çox azlıq təşkil edirdi. Amma son illərdə soydaşlarımızın burada sayı çoxalıb.

Burada diaspor işində şəxsən mənim yox, Könül Hacızadə, Ağa Allahverdiyev, Fərid Cəfərovun da rolu böyük olub. 2010-cu ildə Könül Hacızadənin rəhbərliyi ilə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin yaradılması soydaşlarımızın bir araya toplanmasında mühüm rol oynadı. Qrup yaratmışıq, orada lazım olan məsələlər həll olunur. Vaxt olanda görüşüb fikir və planlarımızı daha ətraflı şəkildə müzakirə edirik. Yeni gələn Azərbaycan vətəndaşlarını digər diaspor üzvləri ilə tanış edirik. Bərabər lazım olan məsələləri yoluna qoyuruq.

Vətən müharibəsi zamanı, demək olar ki, gecələr belə, yatmırdıq və sevincli xəbərləri şəxsən Cənab Prezident İlham Əliyevdən eşidirdik. Bərabər müəyyən bir məbləğ toplayıb Azərbaycan Ordusuna Yardım Fonduna köçürdük.

Ukraynada başlayan müharibədən sonra diaspor üzvləri olaraq Ukraynanın Küveytdəki səfirliyinə getdik və gəlişimiz onları şok etmişdi. Fərid Cəfərov hamımız adından səfirliyə dəstək bəyannaməsini təqdim etdi və yanlarında olduğumuzu çatdırdı.

Bu illər ərzində Azərbaycanın Küveytdəki səfirliyinin də soydaşlarımızla necə gözəl rəftar etdiklərini və hər zaman bizə dəstək olduqlarını xüsusi qeyd etmək istərdim. Burdan həm öz adımdan, həm də diaspor adından bu illər ərzində Küveytdəki səfirliyimizdə çalışan bütün işçilərə minnətdarlığımı bildirirəm.

 

-Qarşıd yarışlar varmı?

 

– Hal-hazırda Küveyt çempionatı gedir. Qarşıda tələbələrimi Asiya, dünya çempionatı, İslam Həmrəyliyi Oyunları, Premyer Liqa Karate -1 yarışı gözləyir. Tələbələrim Avropa, Asiya dünya çempionatlarında qızıl medallar qazanıblar. Qarşıdan gələn yarışlardan da qələbə ilə qayıdarlar, inşaAllah.

 

Əli

Xalq Cəbhəsi.- 2022.- 10 mart.- S.9.