Qarabağda sahibkarlar üçün yeni imkanlar

 

KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib, eləcə də müvafiq rayonlarda KOB dostları fəaliyyətə başlayıb. Bununla da Qarabağ iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb. Hazırda KOB dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir. Ağdam rayonu üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində, Ağcabədi rayonunda isə Bayraq Muzeyində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Yerli icra hakimiyyətlərinin başçılarının, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçikorta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair KOB dostuna müraciət edə bilərlər. KOB dostları müvafiq rayonlarda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək. KOB dostları, həmçinin sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək.

Orxan Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşubiznes layihələrinin reallaşdırılması ilə bağlı məsələlərin qarşıdakı dövrdə agentliyin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən olduğu, Qarabağ iqtisadi rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarların KOBİA-ya müraciət edə biləcəyi diqqətə çatdırılıb. Görüşlər çərçivəsində KOB dostu mexanizmi, KOBİA-nın mikrokiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Həmin gün, həmçinin Ağdamda “Gənclərin biznes emalatxanası” layihəsinə start verilib, layihəyə cəlb olunmuş peşə təhsili alan gənclərlə görüş keçirilib.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikrokiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılmasıdır. Aprel ayında Ağdam rayonunda peşə təhsili alan gənclər üçün KOBİA-nın KOB inkişaf mərkəzi tərəfindən biznes təlimlərinə başlanılacaq. Təlimləri uğurla başa vuracaq gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Bütün bunlar onu göstərir ki, hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerlixarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondus.) və sahibkarların yatırımlarıdır.

Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergirüsumlardan da azad edilə bilər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur.

 

Ağdamın mərkəz kimi seçilməsi heç də təsadüfi deyil. Ağdam Qarabağın ən böyük iqtisadi mərkəzi olacaq. Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan KiçikOrta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 800-dək müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Xarici adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.

İşğaldan azad olunmuş Qarabağın gələcək iqtisadiyyatında sahibkarlar kənd təsərrüfatı, sənaye, tikinti, turizm, ticarət və digər xidmət sahələrində fəaliyyət göstərməklə, əsas aparıcı qüvvə olacaqlar. Artıq bu regionda sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına (ASP) sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hətta 2 sahibkara sənaye parkının rezidentliyi statusu verilib. Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaqDadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidentiVeliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səkidivar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və sair istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar əvvəlcə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 yeri açılacaq. Əslində Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik yeni özəl sahibkarlıq müəssisələrinin yaradılması baxımından biznes üçün əlverişli imkanlardır.

 

Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2022.- 17 mart.- S.12.