Geriyə baxmağa dəyər...

 

Bu gün güclü iqtisadiyyatı ilə regionda tanınan ölkəmiz həm də müasir və qüdrətli milli orduya malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hər bir peşə şərəflidir, ancaq hərbçi olmaq, hərbi işdə çalışmaq və Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir. Bu gün görkəmli dövlət xadiminin ideyalarının yaşadıldığı respublikamızda bu müqəddəs peşə sahiblərinə xüsusi diqqət və qayğı göstərilir. Ölkənin birinci şəxsinin nümunəvi fərdi keyfiyyətləri, öz işinə, missiyasına məsuliyyətlə yanaşması və dövlətin idarəçiliyində iştirak edən hər kəsdən də xalqa, dövlətə qarşı eyni sədaqətliliyi tələb etməsi vəzifəsinə vicdanla yanaşan hər bir məmura əlverişli imkanı yaradıb.

Orduya hazırlıq işi bu gün Yardımlı rayonunda da yüksək səviyyədə həyata keçirilir. Bu sahədə görülən kompleks tədbirlər hesabına 44 günlük Vətən müharibəsində Yardımlıdan olan hərbçilər də fərqlənərək torpaqlarımızın azad olunmasında qəhrəmanlıq, cəsarət nümayiş etdirdilər. Həmişə olduğu kimi bu gün də, gənclərin mütəşəkkil səviyyədə, böyük ruh yüksəkliyi ilə orduya yola salınmasından ötrü Yardımlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX ) əməkdaşları maksimum əmək sərf edirlər.

Hər bir kəs miqyasından asılı olmayaraq, gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmaqla həm cəmiyyətə fayda verir, həm də ölkəsinin inkişafında az da olsa pay sahibi olur. Elə peşələr vardır ki, onlar birbaşa olaraq, sahibinin üzərinə xalqa, dövlətə xidmət məsuliyyətini qoyur. Xüsusən də məmur peşəsi bu missiyanı üzərinə götürən insanda vətənpərvərlik, peşəkarlıq, təvazökarlıq, məsuliyyət və digər bu kimi keyfiyyətlərin olmasını tələb edir. SHXÇDX-nin Yardımlı rayon Bölməsinin əməkdaşı Alışov Asif Alış oğlu da bu gün bölmədə uzunmüddətli səmərəli fəaliyyəti ilə seçilir.

Alışov Asif Alış oğlu 1961-ci il sentyabrın 15-də Yardımlı rayonunun Köryədi kəndində anadan olub. 1969-cu ildə Köryədi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1979-cu ildə orta təhsilini adıgedən məktəbdə başa vurub. 1984-86-cı illərdə Rusiyada İnşaat texnikumunda təhsil alıb. 15 sentyabr 1986-ildə Yardımlı rayon Hərbi Komissarlığında (indiki SHXÇDX-nin Yardımlı rayon Bölməsi) işə qəbul olunur. Bu gün artıq 36 ildir ki, bölmədə qüsursuz olaraq xidmət göstərir. Nümunəvi əmək fəaliyyətinə görə dəfələrlə rəhbərliyin Fəxri Fərmanı , Təşəkkürnaməsi ilə təltif olunub. Asif müəllim bu günböyük coşquruh yüksəkliyi ilə verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirir.

Asiflə söhbət əsnasında bildirir ki, “üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşürəm”. Bu vəzifəni həm də mənəvi borc bilirəm. Hamımız bir amal altında birləşmişik: Vətəni sevək, mübariz Vətən keşikçiləri yetişdirək və düşmən qarşısında keçilməz sədd quraraq onları ata-baba yurdumuzdan qovmağa hər an hazır olaq. Bunun üçün də hər birimiz var qüvvəmizlə çalışmalı, vəzifələrimizin öhdəsindən layiqincə gəlməliyik. Xidmət rəisimiz bu gün bölmədə səmərəli fəaliyyətimiz üçün hər cür şərait yaradıb. Belə diqqət və qayğı hər birimizdə yüksək məsuliyyət hissi ilə bərabər həm də, xidməti düzgün təşkil etməyimizə zəmin yaradır. Birki, biz bir vəzifəni yerinə yetiririk – Vətənə xidmət edirik. Məlumdur ki, Vətənə təmənnasız xidmətə həsr edilmiş ömür heç vaxt asan və sadə olmur. Amma heç tərəddüd etmədən demək olar ki, Asif müəllim bu işin öhdəsindən layiqincə gəlir. Sözün həqiqi mənasında Asif Alışov bu gün bir dövlət xidmətçisi olaraq dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

 

Yardımlı ictimaiyyəti Asif Alışovu bu gün həm də xeyirxah insan olaraq tanıyırlar. Həmsöhbət olduğum Xidmət əməkdaşları da fikrimi təsdiqlədilər. Asif müəllim ona müraciət edənlərin hamısını istiqamətləndirir, müraciətinin müsbət həll olunmasına çalışır. Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi etməmək lazımdır? Xeyirxahlığı maddi ölçüsündə zənginlik şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir, ruhani ehtiyacdır, qannan, iliknən, tərbiyəynən süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir? Hər nədirsə, təşnə insanın dodaqları gözü qurumuş bulaqdan umsuq düşdüyü kimi, hamının gözlədiyi bir mətahdır, tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi özünüufadə forması, davranış mədəniyyətidir. Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrı dərgahında kamil insan sayıla bilər. Məşhur İspan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq – atrığı ziyan verməyən bir əməldir. Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Etdiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna, minnət gözləmədən, Allah rizasına etməlidir. Bu hər bəndəyə qismət olmayan ilahi qabiliyyətdir. Həzrəti Mühəmməddən (s) insanların ən sevimlisi kimdir?- deyə soruşduqda o belə cavab vermişdi: “İnsanlara fayda verən xalqın ən sevimlisidir”. Heç tərəddüd etmədən sadalanan keyfiyyətlərin hamısının Asif müəllim şəxsiyyətində cəmləşdiyinin şahidi oluruq.

Dəyərli Asif müəllim!Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatandaçevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Asif müəllim, hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmazxoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Sənin yaşadığın ömür məhz bu kateqoriyaya aiddir Asif müəllim. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək heç də səhv etmərik məncə. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biriSizsiniz. Sözün həqiqi mənasında, gözəl insan, SHXÇDX-nin Yardımlı rayon Bölməsinin əməkdaşı Asif Alışov.

Asif Alışov bu gün qazilərin, şəhid ailələrinin, veteranların, valideyn və çağırışçıların – bütünlüklə ictimaiyyətin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Asif müəllim səlahiyyətləri çərçivəsində onlara hər cür köməklik göstərməyə həmişə hazırdır. Heç tərəddüd etmədən demək olar ki, Asif Alışov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Prezidentin, eləcə də xidmətçisi olduğu Səfərbərlik üzrə Dövlət Xidmətinin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Çətin və məsuliyyətli, həm də şərəfli Dövlət xidmətində Asif Alışova bizuğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzunsağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Birarzu edirik ki, bu cür insanların sayı çox olsun, bizonlarla fəxr edək, barələrində yazaq, geniş publikaya tanıdaq.

 

Malik Balaşov

Publisist, “Qızıl qələm” media mükafatçısı

 

Xalq Cəbhəsi.- 2022.- 31 mart.- S.14.