Azalan
sərmayələr və
real investisiya potensialımız
Martın 29-31-də Birləşmiş Ərəb
Əmirliklərinin Dubay
şəhərində “Parlaq
gələcək üçün
davamlı innovasiyalara
investisiyaların yatırılması”
mövzusunda 11-ci İllik
İnvestisiya Toplantısı
keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib
ki, İllik İnvestisiya Toplantısı
çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı,
Azərbaycan da təmsil olunur. KOBİA-nın təşkilatçılığı
ilə stendimizdə Azərbaycan iqtisadiyyatına,
ölkəmizdə yaradılmış
əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib.
Ölkə stendimizdə, həmçinin
44 günlük Vətən
müharibəsi nəticəsində
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinin potensialı
və investisiya qoyuluşu imkanları barədə məlumat verilir.
Qeyd edək ki, 2011-ci ildən etibarən hər il
keçirilən və
dünyanın müxtəlif
ölkələrindən rəsmi
şəxsləri, iş
adamlarını, investorları
bir araya gətirən İllik İnvestisiya Toplantısı
sahibkarlığın inkişafı
üçün investisiya
imkanlarının, sərmayələrin
təşviqi tendensiyalarının
və bu sahədə əməkdaşlığın
müzakirə olunması,
təcrübə mübadiləsi
və yeni əlaqələrin qurulması
baxımından əlverişli
platformadır. Tədbir çərçivəsində
bir sıra istiqamətlər, o cümlədən
mikro və kiçik sahibkarların dəstəklənməsi, onların
iqtisadiyyatlarda rolunun artırılması sahəsində
də müzakirələr
aparılır.
Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatının
qeyr-neft sektrounun özl sektorun investisiyalarına böyük
ehtiyacı var. Bu baxımdan
ölkəyə xarici
sərmayələrin cəlb
olunması vacib amildir. Xarici ölkələrdə
ölkəmizin investisiya
potensialının və
iş adamlarına sərmayə yatırımı
imkanlarının təqdim
edilməsi faydalı ola bilər.
Əslində son illər Azərbaycan
iqtisadiyyatına investsiyaların
azalması müşahidə
olunur. Belə ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində,
yaxud 2020-ci il ilə müqayisədə
8,2 faiz az
vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların
həcmi 5,6 faiz, qeyri neft-qaz
sektoruna yönəldilən
vəsaitin həcmi
9,6 faiz azalmışdır.
İstifadə olunmuş
vəsaitin 10,537 milyard
manatı və ya 65,3 faizi
məhsul istehsalı sahələrinə, 4,561 milyard
manatı (28,3 faizi) xidmət sahələrinə,
1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil
etmişdir. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 11,016 milyard
manatı və ya 68,3 faizi
bilavasitə tikinti-quraşdırma
işlərinin yerinə
yetirilməsinə sərf
olunmuşdur. Əsas kapitala yönəldilmiş
vəsaitin ümumi dəyərində müəssisə
və təşkilatların
vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri
isə 6,0 faiz təşkil etmişdir.
Bu ilə əvvəlindən
də qeyri neft-qaz sektoruna sərmayələrin artımı
müşahirə edilir. Belə
ki, 2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1,340 milyard manat, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə
2,1 faiz az
vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların
həcmi 11,2 faiz azalsa da,
qeyri neft-qaz sektoruna yönəldilən
vəsaitin həcmi
12,1 faiz artıb. İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı sahələrinə,
240,6 milyon manatı
(17,9 faizi) xidmət sahələrinə, 114,8 milyon
manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin
779,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin
815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə
tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə
sərf olunmuşdur. Bu isə həm
də o deməkdir ki, daxili investisiyalar
xarici sərmayələrdən
çoxdur və vəsaitlər daha çox tikinti sektoruna yönəldilir.
Əsas kapitala yönəldilmiş vəsaitin
ümumi dəyərində
müəssisə və
təşkilatların vəsaitləri
75,0 faiz, büdcə vəsaitləri
10,4 faiz, əhalinin şəxsi vəsaitləri
9,4 faiz, sair vəsaitlər 4,7 faiz,
bank kreditləri isə
0,5 faiz təşkil etmişdir.
Bir sözlə,
investisiya qoyuluşunda
daxili yatırımlar
üstünlük təşkil
edir, əsas sərmayəçi dövlətdir. Ona görə
də, iqtisadiyyata sərmayə yatırımlarının
artırılmasına ehtiyac
olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin
cəlb edilməsi, bu prosesin stimullaşdırılması
mühüm əhəmiyyət
kəsb edir. Xüsusən də işğaldan
azad olunmuş Qarabağın iqtisadiyyatının
yenidən qurulmasında
çox böyük həcmdə sərmayələrə
ehtiyac var. Qarabağda
iqtisadiyyatın yenidən
qurulması sahəsində
məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun
iqtisadi inkişafına
cəlb etməkdir.
Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət
göstərməyə həvəsli
görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinə (KOBİA) erməni
işğalından azad
edilmiş ərazilərdə
biznesin təşkili üçün sahibkarlardan
800-dək müraciət daxil
olub. Bunlardan 406-sı
investisiya layihələri,
385-i isə digər iş və xidmətlərin həyata
keçirilməsi ilə
bağlıdır. Xarici
iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına
investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya
226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil
olan müraciətlər
üstünlük təşkil
edir.
Hökumət Qarabağın iqtisadiyyatında
sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait
yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün
müxtəlif stimullaşdırıcı
addımlar da atır və bu poses davamlı olacaq. Stimullaşdırıcı addım kimi
hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilə
bilər. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat
quruculuğu həm də burada sahibkarların aktivliyindən
asılı olacaq.
Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin
cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları,
xarici maliyyələşmə
(ianələr; investisiyalar;
kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif
fondların vəsaitləri
(Dirçəliş Fondu,
Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.
Xarici investorları özəlləşdirmə prosesinə də daha aktiv şəkildə cəlb etmək olar. Özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalıdır. Hər halda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) 2021-ci ildə sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər. AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür. Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Bunlarla yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin investorlar üçün cəlbediciliyiniu artırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. İnvestorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi vacibdir. Müəssisələrin özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları, potensial investorlara daha əlverişli şəraitin yaradılması faydalı ola bilər.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.-
2022.- 31 mart.- S.12.