Aqrar sektorda canlanma və ərzaq təhlükəsizliyi problemi

 

2022-ci ilin yanvar-aprel aylarında diri çəkidə 181,6 min ton ət, 685 min ton süd, 643,1 milyon ədəd yumurta və 127,5 min ton tərəvəz istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 2,9 faiz, tərəvəz istehsalı 17,1 faiz artıb. 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 14,8 faiz artıb.

Bu artım dünyada ərzaq böhranının yaşandığı, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşdığı bir dövrdə yaxşı meyillərdir. Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi gündəmə çevrilib. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Müharibənin davam edəcəyi təqdirdə gələn payız-qış mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir.

Azərbaycan ətə olan təlabatını tam ödəyə bilmədiyindən əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir. Nə qədər qəribə səslənsə də, ətin idxal qiymətləri yerli istehsal qiymətlərindən ucuzdur. Ancaq idxal ətinin keyfiyyəti aşağıdır. Ona görə də, keyfiyyətsiz olsa da belə idxalçılar ucuz ət idxalında maraqlıdılar. Bu ucuz ətdən əsasən yeyinti sənayesində, kolbasa istehsalında istifadə edilir. Bununla belə, son aylarda daxili bazarda yerli ətin bahalaşması da idxalı stimullaşdırır. Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 84,5%-dir. Ölkədə ildə (2020-ci ildə) 346 min ton ət istehsal olunur, daxili tələb 410 min tondur, 63,6 min ton ət idxal edilir. Bununla yanaşı, Azərbaycanda özünü quş əti ilə təminetmə səviyyəsi 79%-dir. Ölkədə ildə 115 min ton quş əti istehsal edilir, daxili tələb 146 min tondur, 31 min ton idxal edilir. Ölkəmiz yalnız qoyun əti ilə özünü təmin edə bilir (97%). 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə quş əti daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton olmuşdur.

Dünya bazarında ət istehsalı artsa da, ona tələb yüksəlir. Hətta BMT Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinə görə, 2021-ci ildə ət 12,7%, süd məhsulları 17% bahalaşıb. Orta gəlirli ölkələrdə insanlar heyvandarlıq məhsullarına balığa üstünlük verməyə başlayıblar. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzaq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. Hətta 2022-ci ildə qiymət artımlarının davam edəcəyi gözləniləndir. Belə bir şəraitdə, ölkə daxilində işğaldan azad edilmiş torpaqlarda heyvandarlığın inkişaf etdirilməsi hesabına ət istehsalının artırılması mühüm əhəmiyyət daşıyır. Bu, həm ərzaq təhlükəsizliyimiz, daxili bazarın ekoloji təmiz, keyfiyyətli ət ət məhsulları ilə təmin olunması baxımından vacibdir.

 

İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. Post-konflikt rayonlarda ildə ortalama 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Xüsusən post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun keçi əti ilə tam təmin edə biləcək.

 

Post-konflikt rayonlarda ənənəvi heyvandaqlıq sahələri yüksək potensiala malikdir. Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus mühüm yer tutan mühüm ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın Zəgilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Heyvandarlıq sahəsində Qarabağ Şərqi Zəngəzur rayonlarında belə yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir.

 

Bu arada Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri açılıb. Rekord sayda milli regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərgi Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan pərakəndə satış təmsilçiləri, eləcə fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.

 

Bu il “Caspian Agro” sərgisiağıllı kənd”, süni intellekt, IT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliğimövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan eləcə işğaldan azad edilmiş Qarabağda həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.

 

Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər. Bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub. 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” 27-ci Azərbaycan Beynəlxalq Qida SənayesiInterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro kiçik sahibkarlıq subyektləri öz məhsul xidmətlərini təqdim edirlər.

 

“Caspian Agro 2022” InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi iştirakı ilə keçirilir. Sərgilər Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

 

Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə iqtisadiyyatının 6-7%-ni əhatə edən aqrar sektor həm ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də, dövlət kənd təsərrüfatının davamlı inkişafına dəstək göstərir. Bu, bütün dünyada belədir, əks halda dünyada şəhərləşməsinin vüsət aldığı bir dövrdə kəndlinin təsərrüfata, əkib-biçməyə marağı daha da azala bilər. Həm də aqrar sektor olduqca riskli bir sahədir. Bununla belə müsbət haldır ki, Azərbaycanda hətta pandemiya dövründə belə kənd təsrrüfatında artım meyilləri müşahidə olunur. Bunlarla yanaşı, ölkəmizdə fermerlərin daha əlverişli kreditlərə əlçatanlığı, girovsuz kredit almaq imkanlarının məhdudluğu, gübrələrin baha olması, risklərin sığortalanması, məhsuldarlığın aşağı olması, məhsuldar toxumların əldə edilməsi, kənd təsərrüfatı məhsullarının satışının təşkili sahəsində ciddi problemləri var və ərzaq təhlükəsizliyinin aktuallaşdığı bir zamanda onların həlli çox vacibdir.

 

Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2022.- 19 may.- S.12.