İndiana Universitetində laboratoriya müdiri işləyən azərbaycanlı alim...

 

Başlanğıc

 

O, BakıdaMalakan bağıadı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır.

 

Heç vaxt özünü diqqət mərkəzində görməyə tələsmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur.

 

Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci iLdə Bakı Dövlət Universitetinin kimya fakultəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən BDU-nin üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya ekaloji kimya sahəsinə onda böyük maraq yaranıb Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin.

 

Tərəqqi

 

2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunur. 2004-cü ildə ekalogiya ixtisası üzrə- School of Public and Environmental Affairs- (Master”s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur

 

İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Deportamenti onunla maraqlanaraq, onu ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək Ekalogiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəyə yiyələnir. bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur...

 

Hazırda İndiana Universitetinin Ekaloji Kimya laboratoriyasında, ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları bütün dünya agentlikləri istifadə edir

 

Bununla yanaşı elmi tədqiqat işlərini davam etdirirərək qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyara qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir.

 

Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə qədər ziyanlı olduğunu bilsəniz dəhşətə gələrsiniz

 

Bunlarla yanaşı onu, böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qrum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq

 

Arzular

 

Deyir ki, gələcəkdə ekalogiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən rəhbərlik etdiyi qrum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq

 

Amerika amerikalılar...

 

Sizcə Amerika necədir, özünüzü burada necə hiss edirsiz sualıma- özünü çox yaxşı hiss etdiyini, söyləyib:

 

- Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerika sayağı həyat, , , yenə deməkdir. həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb- dedi

 

Azərbaycan - Amerika

 

Azərbaycanlılarla amerikalılar arasında fərqi soruşanda:

 

-Əlbəttə ki, var. Tamami ilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyətçidilər burada özünəpərəstiş məktəbdə oxuyarkən onlara aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitutundan güclüsü yoxdur.

 

Burada ailələrin çoxu bir- birindən perik düşüb. İllərlə bir-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi olmadığından yaşlıların əksəriyyəti qocalar evlərində ömür sürür. Qadınlar hər şeyi karyerasına qurban verir. Akademik arada yüksəlməkdən ötrü qadınlara kişilərdən artıq çalışmaq gərək olur. Məsələn, çalışdığım akademik arada bir tələbə- doktorant kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verirər. Mənlə yaşıd qadınların heç birinin hələ mükəmməl ailəsi yoxdur.

 

Bütün bunlara görə milli adətlərimizə, mənə tərbiyə verən valideynlərimə, həyat yoldaşıma minnətdaram- deyərək cavab verdi...

 

Və…

 

Xaricdə yaşayan həmvətənlilərimizə nə arzulayırsız- soruşanda söylədi: - Bütün hallarda öz kökünə, milli ənənələrimizə, adətlərimizə və əsasən də biri-birinə hörmət nümayiş etdirsinlər. Məqsədə doğru inamla səy göstərsinlər. Çətinliklərdən qorxmaq lazım deyil. Zəhmət heç vaxt nəticəsiz qalmır.

 

Bəli, haqqında söhbət açdığım bu xanım, davranışı, mədəniyyəti, elmi, savadı ilə onu əhatə edən amerikalılarda Azərbaycana rəğbət aşılayan bir azərbaycanlı xanımıdır. Ekalogiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamova

 

Elman Eldaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 26 may.- S.14.