Qarabağda sənaye sektoru aparıcı sahələrdən biri olacaq

 

Qarabağın gələcək iqtisadiyyatında sənaye sektoru əsas aparıcı sahələrdən biri olacaq. Artıq hökumət bununla bağlı mühüm qərarlar qəbul edib, bir sıra tədbirlər görülür. Xüsusən də Ağdamda sənayenin tamamilə yenidən qurulması, rəqabətqabiliyyətli yerli məhsul istehsalı və yeni yerlərinin yaradılması, bunun hesabına öz ata-baba yurdlarına qayıdacaq insanların yeri ilə təmin edilməsi nəzərdə tutulur. Artıq bu regionda sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına (ASP) sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hətta sahibkarlara sənaye parkının rezidentliyi statusu verilir.

 

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrikistilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.

 

Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye parklarında (AğdamAraz Vadisi İqtisadi Zonası sənaye parkları) bir sıra əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Bunu Trend-ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 10 dekabr 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncamına əsasən, orada fəaliyyət göstərən sahibkarlara əlavə güzəştlər tətbiq olunur. "Söhbət bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrükvergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qazsu istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi kimi əlavə güzəştlərdən gedir. Bu cür güzəştlər paketi hazırlanır və baxılması üçün Nazirlər Kabinetinə veriləcək. Azad edilmiş ərazilərdə rezidentlər həm mövcud, həm də hazırlanmaqda olan güzəştlərdən yararlana biləcək".

 

Mənfəət vergisindən azad olunma və digər təşviqlər sahibkarların sənaye zonalarının ərazisində biznes yaratmaq üçün marağının artmasına xidmət edir. İndiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilibbunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 000-dən çox daimi yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və 2 600-dən çox yeni yerinin yaradılması nəzərdə tutulur.

 

E.Nuriyev qeyd edib ki, BƏƏ kapitallı şirkət olanExpert Services FZE” tərəfindən Ağdam Sənaye Parkı ərazisində ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək. Hazırda parkın 9 rezidenti varbu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri həyata keçiriləcək.

 

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaqDadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidentiVeliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək.

 

Əvvəllər Azərbaycana idxal olunan məhsulların bir qismi artıq sənaye zonalarında istehsal edilir. Hazırda sənaye zonalarında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr, şpris istehsalı, tekstil kimi yeni məhsullar istehsal edilir. Bu məhsullardan çoxu daxili bazara satılmaqla yanaşı, dünyanın bir çox ölkəsinə də ixrac edilir".

 

Bu günədək Azərbaycanın sənaye zonalarında 6,5 milyard manatdan çox məhsul istehsal edilib. Bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub. Diqqətə çatdırmaq istəyirəm ki, sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində ilbəil artım müşahidə olunur. Statistik göstəricilərə əsaslanaraq deyə bilərəm ki, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 681 milyon manatlıq (82,6 faiz artım) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 milyon manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 milyon manat təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

 

Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

 

Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasireffektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.

 

Qarabağda sənaye parkalrının yaradılmasında daha bir məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan KiçikOrta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1000-dək müraciət daxil olub. Xarici adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.

 

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parklarının yaradılması nəzərdə tutulur.

 

Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2022.- 26 may.- S.12.