Qeyri-neft sektorunda artan ixrac və yeni imkanlarİqtisadiyyat
“İxrac icmalı”nın sentyabr sayına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi
ixracı 26,2 milyard
ABŞ dolları, qeyri-neft
sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə
ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə
19% artıb. 2022-ci ilin
yanvar - avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı
3 dəfə, alüminium
və ondan hazırlanan məmulatların
ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı
21,1% artıb.
İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin məlumatına
əsasən, aqrar və aqrar sənaye
məhsulları üzrə
birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz
məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni təşkil
edib. 2022-ci ilin müvafiq dövrü ərzində yeməli meyvələr və qoz-fındığın ixracı
25,1% artaraq 227,7 milyon
ABŞ dolları, tərəvəz
ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik
tütün və tütünün sənaye
əvəzediciləri ixracı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
2,7 dəfə artaraq
15 milyon ABŞ dolları
təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli
yer tutan aqrar-sənaye məhsullarının
yaratdığı əlavə
dəyər ötən
ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye
məhsullarının strukturunda
8,6%-lik paya
malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Sənaye məhsullarının
hərəkətverici qüvvəsi
hesab edilən bitki və heyvan
mənşəli piylər
və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb.
2022-ci ilin avqust ayı üzrə ixrac 3,7 milyard
ABŞ dolları, qeyri-neft
sektoru üzrə ixrac isə 204 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust ayı
ərzində yeyinti məhsulları üzrə
ixrac 21,5% artaraq 46,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları
üzrə isə
157,4 milyon ABŞ dolları
təşkil edib.
Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə
edilməsinə böyük
ehtiyac var. Bunun üçün yerli istehsalın v ixracın stimullaşdırılması vacibdir.
Hər halda hökumət müyyən təşviqedici
addımlar atır.
Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə
çıxış imkanlarını
genişləndirir. Bu məqsədlə Fond tərəfindən
10 min manatadək kredit
ehtiyacı olan sahibkarlara münasibətdə
yeniliyin tətbiqinə
başlanılıb. 10
min manatadək olan güzəştli kreditlərin
əldə olunmasında
əsas çətinlik
sahibkarların investisiya
layihələri üzrə
fəaliyyət göstərəcəyi
yerə dair sənəd təqdim edə bilməməsidir.
Bu çətinliyin aradan qaldırılması
məqsədilə kredit
tələbatı 10 min manatadək
olan və fəaliyyət göstərəcəyi
yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün
həmin sənədi
əvəz edəcək
“Bildiriş forması”
hazırlanıb. Bu
forma sahibkarın müraciəti
əsasında İqtisadiyyat
Nazirliyinin tabeliyində
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin yerlərdə
fəaliyyət göstərən
əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən
müvəkkil kredit təşkilatına təqdim
ediləcək. KOB Dostu
sahibkarın fəaliyyət
göstərdiyi yerə
baxış keçirərək
qeyd edilən yer və ya
əmlakın maddi-texniki
təchizatına dair məlumatları “Bildiriş
forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət
göstərəcəyi yerə
dair sənəd kimi qəbul olunacaq.
Azərbaycan iqtisadiyyatının qeyr-neft
sahəsində özəl
sektorun investisiyalarına
böyük ehtiyacı
var. Bu baxımdan ölkəyə
xarici sərmayələrin
cəlb olunması vacib amildir. Xarici ölkələrdə ölkəmizin
investisiya potensialının
və iş adamlarına sərmayə
yatırımı imkanlarının
təqdim edilməsi faydalı ola
bilər. Əslində son illər Azərbaycan
iqtisadiyyatına investsiyaların
azalması müşahidə
olunur. Belə ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində,
yaxud 2020-ci il ilə müqayisədə
8,2 faiz az
vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların
həcmi 5,6 faiz, qeyri neft-qaz
sektoruna yönəldilən
vəsaitin həcmi
9,6 faiz azalmışdır.
İstifadə olunmuş
vəsaitin 10,537 milyard
manatı və ya 65,3 faizi
məhsul istehsalı sahələrinə, 4,561 milyard
manatı (28,3 faizi) xidmət sahələrinə,
1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil
etmişdir. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 11,016 milyard
manatı və ya 68,3 faizi
bilavasitə tikinti-quraşdırma
işlərinin yerinə
yetirilməsinə sərf
olunmuşdur. Əsas kapitala yönəldilmiş
vəsaitin ümumi dəyərində müəssisə
və təşkilatların
vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri
isə 6,0 faiz təşkil etmişdir.
Bu ilə əvvəlindən
də qeyri neft-qaz sektoruna sərmayələrin artımı
müşahirə edilir. 2022-ci ilin
yanvar-iyul aylarında əsas kapitala 7301,7 milyon manat
məbləğində, yaxud
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz
çox vəsait yönəldilmişdir. Neft-qaz
sektoruna yatırılmış
investisiyaların həcmi
15,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin
həcmi isə 12,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4,493 milyard manatı və ya 61,5 faizi
məhsul istehsalı sahələrinə, 2,356 milyard
manatı (32,3 faizi) xidmət sahələrinə,
453,6 milyon manatı
(6,2 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 5427,8
milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil
etmişdir. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 5174,9
milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə
sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin
ümumi dəyərində
müəssisə və
təşkilatların vəsaitləri
54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil etmişdir.
Göründüyü kimi, investisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət daşıyır. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1100-ə yaxın müraciət daxil olub. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir.
Dövlət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilə bilər. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri və sahibkarların yatırımlarıdır. Qarabağda yerli iqtisadiyyatın dirçəldilməsi isə qeyr-neft sektorunun, yerli istehsalın və ölkəmizin ixrac potensilaının artırılmasına imkan verəcək.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2022.- 8 sentyabr.-
S.12.