Ermənistanın Azərbaycan ordusunu dayandıracaq gücü yoxdur

 

Bir ildən artıqdır ki, Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanaraq 28 il işğalda olan torpaqlarını azad edib. İşğalçı Ermənistan acı məğlubiyyətə düçar olsa da hələ rəsmi Bakı ilə sülh sazişi bağlamayıb. Ermənistan hələ də məğlubiyyətin şokunu yaşamaqdadır. Ölkədə vəziyyət ildən-ilə pisləşir, əhali ölkəni tərk edir, işsizlik, yoxsulluq əhalini iflic vəziyyətə salıb. Paşinyan hakimiyyətinə etirazlar səngimir. Ötən gün yerli mediada ermənilərin Azərbaycandan kömək istədikləri əks olunan kadrlar ictimailəşdirilib. Teleqram kanallarında yayımlanan video görüntülərdə bir qrup şəxsin hökumətdən narazılıq etdiyi görünür. Onlar sərhədə gedəcəklərini, Azərbaycan dövlətindən müharibə etdikləri üçün üzr istəyəcəklərini bildiriblər. “Bəlkə Azərbaycan bizi nələrləsə təmin etdi” deyə onlar qeyd ediblər. Ölkə daxilində də etirazlara ara verilmir. Əhali acınacaqlı vəziyyətə düşmələrində Paşinyan hakimiyyətini günahlandırıblar.

WorldMedia yazır ki, Azərbaycanın Əlcəzairdəki səfiriyinin müvəqqəti işlər vəkili Rafael Bağırov “Əl-Hivar”da (Əlcəzair) bu mövzuya toxunub. Müəllif qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə qarşı başlanan müharibənin sona çatmasından bir ildən çox vaxt keçir. Hazırda, ümumilikdə nisbi sabitlikdir.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət dairəsinə daxil olan region haqqında danışsaq, deyə bilərik ki, oradakı vəziyyət Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən daha sabitdir. Təəssüf ki, Ermənistanın revanşist cəhdlərdən əl çəkməməsi sərhəddə zaman-zaman gərginliyə səbəb olur.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanda çox ağrır qəbul olunur. Çünki o, Ermənistanın 30 il davam etmiş müharibə ideologiyasının əsaslarını, təbliğatını darmadağın edib. Bütün ötən dövrə Yerevan “məğlubedilməz”, “güclüordu yaratdığı ilə öyünürdü. Lakin 44 günlük müharibə ərzində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib. Nəticədə Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur olub, Azərbaycanın bəzi rayonlarını (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz geri qaytarmağa razılıq verib. O vaxtdan Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrində revanşizm əlamətləri müşahidə olunmaqdadır. Lakin onlar Rusiya sülhməramlılarının xidmət etdikləri ərazilərdə bunun qeyri-mümkün olduğunu anladıqlarından, silahlı təxribatlara Azərbaycanla dövlət sərhədində əl atırlar: “Daha bir problem Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin hələ də tam müəyyənləşməməsidir. Səbəsə 1990-cı illərin əvvəllərində hər iki ölkə müstəqilliyini bərpa edər-etməz, Azərbaycan torpaqlarının bu hissəsinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu, sərhədlərin delimitasiyası və demarkasiyasına imkan verməyib. Beləliklə, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi sona çatan zaman bu hissədə durum başqa regionlardan fərqli idi. Azərbaycan ərazisinin əsasən yüksək dağlarla əhatələnmiş bu hissəsi qarla örtülü idi. Yalnız 2021-ci ilin mayında qarın əriməsi ilə Azərbaycan Ordusu dövlət sərhədinə doğru hərəkətə başlayıb və orada mövqe tutub. Lakin bu zaman Ermənistan Azərbaycanın guya onun ərazisinə soxulduğuna dair iddialar irəli sürməyə başlayıb. Halbuki, Azərbaycan hərbçiləri öz ölkələrinin ərazisində mövqelənib. Üstəlik, Bakı Qarabağ müharibəsinin sona çatmasından dərhal sonra Yerevana sərhədlərin delimitasiyasına başlanılması təklifini də verib.

Beləliklə, müharibədən sonrakı aylarda Ermənistan dövlət sərhədində silahlı təxribatlar törətməyə bir neçə cəhd edib. Amma onun bütün cəhdləri iflasa uğrayıb. Nəticədə Ermənistan Silahlı Qüvvələri döyüş mövqelərini belə, itirib”.

Ermənistan 2021-ci ilin noyabrında Azərbaycan ordusunun bölmələrinə qarşı daha bir təxribata cəhd edib. Bu dəfə tərəflər arasında qarşıdurma bir neçə gün davam edib. Son təxribatın ilk günlərində Azərbaycan ordusu qarşı tərəfə cavab verməyib, onlardan Azərbaycana aid ərazilərdən çıxmaları tələb olunub. Amma qarşı tərəf geri çəkilsə də, Azərbaycan ordusunun mövqelərini top atəşinə tutmağa başlayıb. Nəticədə Azərbaycan Silahlı Qüvvələri təxribata cavab vermək məcburiyyətində qalıb.

İndi vəziyyət sabitdir. Azərbaycan Ermənistana qarşı heç nə planlamır. Son təxribat zamanı da toqquşmaları Bakı dayandırıb. Onun hansısa planı olsaydı, döyüşdü dayandırmazdı. Hər halda, Ermənistanın Azərbaycan ordusunu dayandıracaq gücü yoxdur: “Bir sözlə, biz sülh istəyirik. Bölgədə kifayət qədər müharibələr olub. Azərbaycan sabitlik və proqnozlaşdırıla bilən vəziyyət tərəfdarıdır. Amma o, Ermənistanın revanşizmdən imtina etməsini də istəyir. Odur ki, erməni tərəfinin bütün manevrləri diqqətlə izlənilir. Azərbaycan tərəfi özünə qarşı hər hansı təhlükə hiss edərsə, onu dərhal aradan qaldıracaq. Bunu qarşı tərəf də yaxşı bilir. Eyni zamanda, Bakı müsbət dinamika müşahidə edəcəksə, əlbəttə ki, bundan yararlanaraq sülhün güclənməsinə öz töhfəsini verəcək.

Bir sözlə, Azərbaycanda Ermənistanla münasibətlərin normallaşacağına ümid edirlər. Bu məqsədlə 2021-ci il dekabrın 15-də Brusseldə Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziriAvropa İttifaqı Şurasının rəhbəri arasında danışıqlar da olub. Hər şey öz qaydasında gedərsə, Ermənistan regional nəqliyyat şəbəkəsinə qoşulmaq imkanı qazanacaq. Məlumdur ki, hazırda Ermənistanla Rusiyaİran arasında birbaşa dəmiryolu əlaqəsi yoxdur. Bu əlaqə məhz Azərbaycan ərazisi ilə yarana bilər. Bu halda Azərbaycan da öz növbəsində, Ermənistan ərazisi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına quru yolu əldə edəcək. Bundan heç bir tərəf itirməyəcək. Bakıda ümid edirlər ki, Ermənistan bu qızıl fürsəti dəyərləndirə biləcək”.

Tərəflər arasında Brüsseldə keçirilmiş danışıqlar 4 saatdan çox davam edib. Toplantıda postmünaqişə dövründəki vəziyyət müzakirə olunub. Avropa İttifaqı, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına çalışır: “Brüsseldə tərəflər İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlarla bağlı mövqelərini ortaya qoyub. Təbii ki, Azərbaycan xüsusilə kommunikasiyaların açılması məsələsini də qaldırıb. Çünki bu, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli sənədin mühüm hissəsidir. Amma sənədin məhz bu hissəsi çox ləng yerinə yetirilir. Brüsseldə Azərbaycan başqa problemləri də qaldırıb. Məsələn, ərazilərin minalardan təmizlənməsi mövzusu da müzakirə olunub. Müsbət haldır ki, Avropa İttifaqı Şurasının prezidenti bu məsələdə Azərbaycana kömək etmək istədiklərini bildirib”.

Xatırladaq ki, müharibənin bitməsindən bu yana həmin ərazilərdə minaların partlaması nəticəsində 200-ə yaxın şəxs həlak olubya ağır yaralanıb.

Bir sözlə, Brüssel görüşünün olduqca səmərəli keçdiyini söyləmək mümkündür.

Politoloq Mirsamir Məmmədov isə bildirib ki, Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaqdan başqa çarəsi yoxdur: “Bu ölkənin gələcəyi Azərbaycanın əlindədir. Ermənilər firavan və təhlükəsiz, eyni zamanda yaxşı yaşamaq istəyirlərsə mütləq Azərbaycanmla sülh sazişi bağlamalıdırlar. Bu gün Türkiyə Ermənistanla əlaqələr qurmaq istiqamətində işlər aparır. Yaxşı olardı ki, Paşinyan hakimiyyəti reallıqla barışsın və hadisələrə ayıq başla reaksiya versin. Bu gün Azərbaycan dünyanın inklişaf etmiş, güclü dövlətlərindən biridir. Ermənistan Azərbaycanın nüfuzundan, gücündən, imkanlarından yararlanıb ayaq üstə dayana bilər. Acı məğlubiyyətindən sonra artıq bu ölkə ilə heç bir dövlət əməkdaşlıqda maraqlı görünmür. Rusiyanın özü işğalçını müdafiə etməkdən çəkionib. Çünki, qarşıda güclü Azərbaycan dayanıb. Azərbaycan həmişə hümaniuzm prinsiplərindən çıxış edib. Ermənistan isə hələ də məğlubiyyətlə barışmaq istəmir. Amma rəsmi Bakı onu buna məcbur edəcək”.

 

Cavid

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

 

Xalq Cəbhəsi.- 2022.- 6 yanvar.- S.9.