“Rusiyanın gücü postsovet məkanına təsir imkanlarındadır”

 

Rusiya xalqların bir araya gətirilməsini Avrasiya İttifaqı çərçivəsində qəbul edir, biz isə bunu Türk Dövlətləri Təşkilatı daxilində Rusiya ilə əməkdaşlıqda görürük. İndi sual olunur ki, Rusiyanın bu maraqları istiqamətində atdığı addımlar birbaşa Türk Dövlətləri Təşkilatı əleyhinə yönəlib, ya yönəlməyib? İndi nəzəri baxımdan, perspektivdə ortada ideyalar - Türk Birliyi ideyası, Türk Dövlətləri Təşkilatı və mexanizmi, paralel olaraq, avrasiyaçılıq nəzəriyyəsi var. Bu ideyalar arasında məxməri formada mübarizə gedir. Təbii ki, proseslərin hansı istiqamətdə gedəcəyi atılacaq addımlardan asılıdır”.

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəylinin müsahibəsini oxuculara təqdim edirik.

- Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir gün sonra KTMT sülhməramlı qüvvələrinin ölkədən çıxarılmağa başlanacağını açıqlayıb. Maraqlıdır, “KTMT-nin sülhməramlı missiyası” adı altında Qazaxıstana müdaxilə edən rus ordusu Tokayevin dediyi vaxtda çıxacaqmı?

- Bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir. Çünki KTMT-yə müraciət Qazaxıstan dövlət televiziyasının efirində səsləndiriləndə artıq KTMT qüvvələri bu ölkədə əməliyyat həyata keçirirdilər. Yəni proses Qazaxıstan rəhbərliyinin elan etdiyi zaman kəsiyindən daha öncə başlamışdı. Doğrudur, bunun Qazaxıstan ordusunun desantları tərəfindən həyata keçirildiyi deyilirdi, amma həmin şəxslərin yalnız rus dilində danışdıqlarının qeyd olunması və davranışlarının ənənəvi olaraq qazax ordusunun hərbçilərinə uyğun olmaması, daha sərt hərəkət etmələri və dinc insanlara atəş açılması ilə bağlı yayılan məlumatlar baş verənlərə şübhəli yanaşmağa zəmin yaradır. Ola bilsin ki, KTMT qüvvələrinin hansısa hissəsi Qazaxıstandan çıxarılsın. Bir məqamı da bilmək lazımdır ki, KTMT baş katibi ilkin mərhələdə Qazaxıstana 2500 hərbçinin göndəriləcəyini açıqlamışdı. Amma bir gün ərzində həyata keçirilən əməliyyatlarda 2500-dən çox hərbçinin iştirak etməsi haqda məlumat yayılmışdı. Rusiya ərazisindən Qazaxıstana daşınan hərbçilərin sayının həddindən artıq çox olması nəzərə çarpırdı. Bu baxımdan, ola bilsin ki, KTMT-nin nizamnaməsinə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında hərbi kontingentin bir hissəsi Qazaxıstanda qalsın.

Qazaxıstana kənar ordu birləşmələrinin gətirilməsi ilk günlərdən şübhələr yaradırdı. Mahiyyət etibarilə, Qazaxıstan ordusu dünyanın ən güclülərindən biri sayılırdı. Qazaxıstan ordusu dünya reytinqində 60-63-cü yerlərdə qərarlaşıb. Təkcə ordu qüvvələrinin sayı 80 min nəfərdən çoxdur. Eyni zamanda, 140 minlik daxili qoşunları, 30 minlik milli qvardiyaxüsusi təyinatlı qüvvələri də bura daxildir. Qazaxıstan ordusunun digər qüvvələri də var. Ümumilikdə bu sayın təxminən 300 min civarında olduğu bildirilir. Belə olan təqdirdə, 2500-5000, lap 10 minlik qüvvəsinin Qazaxıstana daxil olmasına nə ehtiyac vardı? İndi bu suala cavab vermək daha məqsədəuyğundur.

Bir sözlə, etirazların yatırılması üçün Qazaxıstanın özünün yetəri qədər qüvvəsi var. Eyni zamanda, bəzi dağıdıcı qrupların fəaliyyətini istisna etsək, etirazlar o qədər də güclü deyildi. Bu etirazlar Qazaxıstanın öz gücü hesabına yatırıla bilərdi.

- Bəs KTMT-ni ora çağırmaqda məqsəd nə ola bilərdi?

- Zənnimcə, burada KTMT-nin mövcudluğunu hərbi-siyasi təşkilat kimi önə çəkmək istəyi vardı. Bütövlükdə isə mesaj xarakteri daşıyırdı. Təsadüfi deyil ki, Putin KTMT-nin iclasında “Biz öz evimizdə intizam yarada bilirik” mesajını səsləndirdi. Yəni bununla demək istəyirlər ki, bu coğrafiyada “rəngli inqilab” cəhdləri olarsa, KTMT-nin qüvvələrindən istifadə olunaraq, həmin ərazilərdə nizam-intizam bərpa ediləcək. Nümayiş etdirilən sərtliyin özümesaj xarakteri daşıyırdı.

Bütövlükdə mübahisəli məqamlar çoxdur. Etirazların başlanmasından KTMT-nin proseslərə müdaxiləsinə və Tokayevin çıxışından Lukaşenkonun KTMT-nin iclasında səsləndirdiyi fikirlərədək ziddiyyətli mənzərə göz qabağındadır. Qənaətimə görə, gedən proseslərdə etirazların arxa planda olduğunu, yaxud baş verənlərin qurama olduğunu deməyə əsaslar var.

Tokayevin çıxışına da diqqət etmək lazımdır. O, “terrorçular”ın meyitlərini ərazilər və morqlardan yığışdırdıqlarını iddia edir. Bu o qədər gülünc ifadədir ki, bunun bir peşəkar siyasətçi tərəfindən dilə gətirilməsi təəccüblü görünür. Qazaxıstana konsert verməyə gələn bir cazmeninterrorçu” qismində saxlanılması kimi hallar da, baş verənlərlə bağlı ciddi suallar yaradır.

- Rusiyanın bu addımını türk dövlətləri birliyi ideyasına və ya Türk Dövlətləri Təşkilatına qarşı atılmış addım kimi qəbul edənlər də az deyil. Siz bu haqdadüşünürsünüz?

- Düşünürəm ki, məsələni təkcə bununla əlaqələndirmək doğru olmazdı. Bilirsiniz ki, Türk Dövlətləri Təşkilatı ideyası Nazarbayev tərəfindən irəli sürülüb. Nazarbayev də həm Qazaxıstanı, həm Rusiya siyasətini, həm də türk dünyasını yaxşı tanıyan bir insandır. Yəni Rusiyanın buna kəskin reaksiya verəcəyini bilsəydi, belə təşəbbüslə çıxış etməzdi. Təbii ki, türk dünyasının birliyi və inteqrasiyasından danışırıq, amma milli duyğularla yanaşı, geosiyasi aspektlər də nəzərə alınır. Uzun illər bir dövlətə rəhbərlik etmiş bir şəxs tərəfindən bu ideya gündəmə gətiriləndə bu amillər də nəzərə alınıb.

Uzun illərdir ki, Rusiyada avrasiyaçılıq nəzəriyyəsi irəli sürülür. Məlum olduğu kimi, bu nəzəriyyənin ən kəskin tərəfdarlarından biriAleksandr Duqindir. Hələ illər öncə onun iştirakı ilə Türkiyədə bir qrupyeni avrasiyaçı” ilə müzakirələr aparılmışdı. Doğrudur, onların bir neçəsi həbs olundu, amma bir müddət sonra azad edildi. Bir sözlə, Rusiya uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir. Təbii ki, bizim təfəkkürümüzdə olan avrasiyaçılıq Rusiyaya Duqinin nəzəriyyəsində yer alan amillərdən fərqlənir. Rusiya özünü Avrasiyanın hegemon gücü kimi qəbul edirbütün münasibətlərdə dominant rolunu qabartmağa çalışır. Amma Rusiyanın türk toplumları və ya dövlətlərinin “ağa”sı kimi çıxış etmək hüququ yoxdurbu mümkündeyil. Bir sözlə, bu kimi nəzəriyyələrin təməlində Rusiyanın maraqlarına xidmət dayanır.

Rusiya xalqların bir araya gətirilməsini Avrasiya İttifaqı çərçivəsində qəbul edir, biz isə bunu Türk Dövlətləri Təşkilatı daxilində Rusiya ilə əməkdaşlıqda görürük. İndi sual olunur ki, Rusiyanın bu maraqları istiqamətində atdığı addımlar birbaşa Türk Dövlətləri Təşkilatı əleyhinə yönəlib, ya yönəlməyib? İndi nəzəri baxımdan, perspektivdə ideyalar - Türk Birliyi ideyası, Türk Dövlətləri Təşkilatı və mexanizmi, paralel olaraq, avrasiyaçılıq nəzəriyyəsi var. Bu ideyalar arasında məxməri formada mübarizə gedir. Təbii ki, proseslərin hansı istiqamətdə gedəcəyi atılacaq addımlardan asılıdır.

- Bəs Rusiyanın əks həmlələrinin bu ideyaları sıradan çıxarması mümkündürmü?

- Bu, gözlənilən deyil. Məsələn, Rusiya Qazaxıstana daxil olub, nə əldə etdi? Biz buna baxmalıyıq. Bəli, güc nümayişi, KTMT-nin hüquqi cəhətdən beynəlxalq arenaya çəkilməsi cəhdləri oldus. Amma bu da o qədər qeyri-peşəkar şəkildə edildi ki, bunun Rusiyaya müsbət imic qazandırdığını düşünmürəm.

Üstəgəl, Lukaşenkonun Özbəkistanla bağlı səsləndirdiyi fikirlər də, türk dünyasında mənfi qəbul olundu. Bununla əslində Türk Dövlətləri Təşkilatına yox, Rusiyanın avrasiyaçılıq ideyasına çox böyük zərbə dəydi. Qənaətimə görə, indiki şəraitdə türk xalqları təhtəlşüur olaraq, türk dünyasının birliyinin inkişafını daha çox qəbul edirlər. Mənə görə, Qazaxıstanda keçirilən bu uğursuz əməliyyatlar nəticə olaraq, avrasiyaçılıq ideyasına çox ciddi zərbə vurdu və əsas təhlükənin yenə də Rusiyadan gələ biləcəyi ehtimalını ortaya qoydu.

- Elçin bəy,Qazaxıstanda baş verən hadisələrin fonunda SSRİ-nin bərpa ediləcəyi ilə bağlı ehtimallar irəli sürülür? Bu amillər nədən qaynaqlanır?

SSRİ-nin hər hansı bir formada bərpası mümkün deyil. Bu amilin qabardılması həm postsovet məkanında, həm də Qərbdə, xüsusilə də Şərqi Avropada xof yaradılmasına xidmət edir.

Bu sözləri “Xalq cəbhəsi” qzəetinə açıqlamasında siyasi şərhçi, BAXCP sədrinin müavini elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, Rusiyanın hərbi gücü və potensialı haqqında yaradılan mif bu ölkənin imkanlarından dəfələrlə böyükdür: Bu mifin yaradılmasında Rusiyanın özündən daha çox onun postsovet məkanına və Avropaya sızmış “beşinci kolonunun təmsilçiləri, satqın Qərb siyasətçiləri və mediası, eləcə də müti, qorxaq, azad düşüncədən məhrum, sığınmaq üçün güc axtaran texnokratlar, keçmiş sovet nomenkluaturasının bəzi tör-töküntüləri və onların törəmələri daha çox rol oynayırlar. Eyni zamanda, 2000-ci illərdən başlayan və bəşəriyyətin üz qarası Barak Obamanın prezidentliyi dönəmində vüsət alan “rəngli inqilablar” dalğası, bu “inqilablar”ıın dünyanın müxtəlif ölkələrini cəhənnəmə çevirmələri qeyri-sabitlikdən yorulan xalqları alternativ güc axtarışına çıxmağa məcbur edirbu vəziyyətdən avtoritarizmə meylli olan siyasətçilər də məharətlə istifadə edirlər.

Qərbin xarizmasız, xaraktersiz, ultraliberal siyasətçilərinin də Rusiya amilinin qabardılmasında rolu böyükdür. Rusiyaya güzəştə getmək olmaz. Çünki bu ölkə dünyada, yaxud hansısa regionda sabitliyin qorunub saxlanılması məqsədilə edilən güzəşti də geriyə çəkilmək kimi anlayır və təzyiqlərini daha da artırır. Vaxtilə SSRİ-yə münasibətdə yumşaq mövqe nümayiş etdirən Avropa siyasətçilərinin qeyri-müəyyən və qorxaq davranışlarına ABŞ Prezidenti Ronald Reyqanın 1983-cü ildə Floridada etdiyi çıxış son qoymuşdu. SSRİ-ni “şər imperiyası” adlandıran Reyqan öz qətiyyətli mövqeyi ilə “yumşalma” cəhdlərini alt-üst edərək Qərbin SSRİ-yə qarşı birgə mübarizəsini təşkil etməyi bacarmışdı. Reyqan deyirdi ki, “əgər tarix bizə nəyisə öyrədibsə, bu ona görədir ki, arzu etdiklərimizi reallıq kimi təqdim etməklə təcavüzkarı əyləndirmək axmaqlıqdır. Bu, öz keçmişimizə xəyanət və azadlığımıza etinasızlıqdır”. Hesab edirəm ki, Ronald Reyqanın yanaşması bu günümüz üçün aktualdır. Bu gün əksər Qərb siyasətçiləri Rusiyaya bağlı təqdimatlarında, əsasən öz arzularını reallıq kimi təqdim etməyə çalışırlar. Onlara ilə gəlir ki, Moskva ilə uzun-uzadı müzakirələr hansısa nəticəyə gətirib çıxaracaq. Amma bu belə deyil. Rusiya bu müzakirələrə sərf olunan vaxtdan və “yumşalmadan istifadə edərək öz təsir imkanlarını daha da gücləndirəcək və yeni şərtlərini diqtə etməyə çalışacaq. Məhz bu səbəbdən də Rusiya ilə onun öz dilində danışmaq, bir zərbəsinə on zərbə ilə cavab vermək lazımdır. Rusiya siyasətçiləri əmin olsalar ki, şıltaqlıqları onlara baha başa gələcək, o zaman dayanacaqlar. Təəssüf ki, dünyada bu əminliyi yarada bilən siyasətçilərin sayı çox azdır. Yarada bilənlərin rəhbərlik etdiyi ölkələrin potensialı isə belə davranmağa imkan vermir.

Doğrusu, əgər bu gün kimlərsə hələ də “Rusiya xofunun təsiri altında əzilirsə, bu artıq həmin şəxsin şərin köləsinə, buyruq quluna çevrildiyini sübuta yetirir.

Hətta zorakılğın ən qatı əleyhdarlarından olan Mahatma Qandi deyirdi ki, “əgər zorakılıqla qorxaqlıq arasında seçim etmək məcburiyyəti yaranarsa, o zaman mən zorakılığı seçməyi tövsiyyə edərdim”. Martin Lüter Kinq isə qorxaqlığı zorakılıqdan daha böyük şər adlandırırdı.

Düşünürəm ki, Rusiyanın iddialarının qarşısının alınmasının yolu cəsarətli və qətiyyətli davranmaqdan keçir.

Liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmurlar. Sadəcə SSRİ-nin süqutundan keçən dövr ərzində Moskva bu xalqların yaşadıqları dövlətlərin inkişafının qarşısının alınması üçün bütün vasitələrə əl atıb. Qərb isə bu xalqların Rusiyaya qarşı müqavimətini düzgün dəyərləndirməyib, onları dəstəkləməyib və bir çox hallarda onların maraqlarını çox ucuz qiymətə güzəştə gedib. Məhz bu amil də Qərbin timsalında etimad edilməsi mümkün olmayan geosiaysi qütb yanaşmasının formalaşmasına zəmin yaradıb ki, Rusiyanın “beşinci kolonu da bu əmildən öz təbliğatını qurmaq üçün məharətlə istifadə edib.

Bu baxımdan hesab edirəm ki, Rusiyanın təcavüzkar davranışlarının qarşısının alınmasının yeganə yolu postsovet respublikalarının iqtisadi və hərbi cəhətdən gücləndirilməsindən keçir. Rusiyanın gücü postsovet məkanına təsir imkanlarındadır. Bu imkanlar zəiflədilərsə, Rusiyanın aqressiv davranışlarının da qarşısı alınacaq”.

 

 

Xalq Cəbhəsi.- 2022.- 13 yanvar.- S.5.