Xaricdə uğur qazanan soydaşlarımız
Bu gün milyonlarla azərbaycanlı vətəndan kənarda yaşayır. Onlar yaşadıqları həm də ölkələrdə Azərbaycan diasporunu təmsil edirl, ölkəmizin tanıdılması üçün fəaliyyət göstərirlər. Soydaşlarımız arasında biznes, idman, musiqi və digər sahələrdə uğur qazananlar da az deyil.
Misirdəki “El Hedaya Co” şirkətinin rəhbəri, aktiv diaspor üzvü Sədaqət Əliəşrəf və Ukraynada yaşayan idmançı Verxnedneprovsk şəhərinin Kikboksinq Federasiyasının prezidenti, “Tiger” idman klubunun sahibi Teymur İbrahimovdur.
Vətən müharibəsində şanlı Zəfərdən sonra Misirdəki azərbaycanlılarının birliyindən danışan Sədaqət Əliəşrəf bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır: “İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdik. Misirdə yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən Misir və digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdik. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
2021-ci ilin 18 oktyabr Müstəqilliyin Bərpası Günü Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Misirdən diaspor nümayəndələri kimi mən, Sədaqət Əli Əşrəf “El Hedaya Co” şirkətin səhimdarı, Azərbaycanlı alim Seymur Nəsirov, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova, Tələbə Ibrahim, Əl-Əzhər Universitetin muəllimi İnara Osmanlı, gənc ixtiraçı-alim, “İntel isef” beynəlxalq müsabiqənin laureatı, “Miss Eco Azerbaijan 2020” qalibi Sandi Salem iştirak etmişdik. Qələbəmiz hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaratdı.
2021-ci ilin 12 dekabrın Misirin Qahirə şəhərində Diasporla İş üzrə Dövlət Komitənin təşkilatçılığı ilə komitənin sədr müavini Elşad Əliyev və komitə əməkdaşı Vəfa Hüseynovanın iştirakı ilə Ümumi Liderimiz Heydər Əliyevin Anım gününü keçirdik.
Sonra isə Misirdə yaşayan azərbaycanlılarla Dünya Azərbaycanlıların Həmrəylik Gününü geyd etdik”.
O, əlavə edib ki, hər bir azərbaycanlı vətəndən kənarda yaşayırsa, artıq Azərbaycanın diaspor lobbisinin üzvüdür: “Vətənimizə olan borcumuz Azərbaycanımızın Misirdə ən yüksək səviyyədə təbliğini aparmaqdır. 20 il bundan əvvəl mən Misirə gələndə Azərbaycanı çox az tanıyan var idi: ya Rusiya Federasiyası, ya da Türkiyə kimi tanıyırdılar. Bu günlərdə isə çox sevindirici haldır ki, artıq Azərbaycanı dünyanın hər bir nöqtəsində tanıyırlar. Qalib ölkənin vətəndaşı olmaq isə mənim üçün çox böyük qürurdur. Buna görə də Ali Baş Komandanımız İlham Əliyev cənablarına və bizim qəhrəman ordumuz qarşısında baş əyib təşəkkürlərimi bildirirəm.
Nəzərinizə çatdırıram ki, Misirdə Azərbaycan diasporunun üzvü olaraq Azərbaycan dilinin dərslərini xarici tələbələrə tədris edirəm.
2018-2019-cu illərdə Qahirədə Ain Şəms Universitetin Türk dilli fakültəsinin 1500 misirli tələbəsinə Azərbaycan dilinin tədrisini etmişəm. Hal-hazırda isə xarici dil kurslarında Azərbaycan dilin tədrisini davam etdirirəm.
Həmçinin Azərbaycanın mədəniyyətini, mətbəxini, milli rəqslərini və geyimlərini, qədim tarixinin təbliğını Misirin dövlət telekanalı-Nile Tvdə və misirli dostlarımla aparıram.
Beynəlxalq ALC-ın ( Azerbaijani
Ladies Club ) üzvüyəm. Klub 50-dən artıq ölkədə yaşayan
iş xanımlarının
birliyidir.
Biz birlikdə olaraq
azərbaycanlı xanımların
sevimlisi, çox hörmət etdiyimiz Azərbaycanın birinci xanımı və vitse-prezident Mehriban Əliyevaya baxıb ilhamlanaraq çoxlu layihəmizə start vermişik.
Deyə bilərəm ki, üç övladım da artq diaspor
işində mənə
dəstək göstərirlər. 2 qızım, 1 oğlum
var. Mən bir azərbaycanlı anası
olaraq öz övladlarımda da patriotik, vətənpərvərlik,
vətənə sevgi
hisslərini yaşatmağa
çalışmışam.
Mənim qızım 6 yaşından
İngilis məktəbində
oxumağına baxmayaraq,
məktəbin tədbirlərində
Azərbaycan mahnılarını
pianoda ifa edib və oxuyub. Bu mənim üçün bir valideyin kimi
çox sevindirici haldır.
Qeyd etmək
istəyirəm ki, xaricdə yaşasaq da övladlarım Azərbaycan dilində sərbəst danışır.
Mənin qızlarım Səbinə
və Sandi “Qarabağ
Azərbaycan” adlı ərəb dilində kitab yazıb və nəşr ediblər.
Zəfər Gününə həsr
olunmuş daha bir layihəmiz “Azərbaycanı kəşf
et” Misir üzrə rəsm müsabiqəsinin keçirilməsi
idi. Bu layihədə
3000-nə yaxın misirli
şagird və tələbə iştirak
ediblər. Azərbaycanın Misirdəki səfiri cənab Tural Rzayevin dəstəyi ilə müsabiqənin
Gala gecəsi səfirlikdə
keçirildi. Qaliblər mənim
və “El Hedaya Co” şirkətimin adından
qiymətli hədiyyələrlə
və şəhadətnamə
ilə mükafatladırılar.
Layihə çox böyük
uğurla nəticələndi.
“Azərbaycanı kəşf
et” Misir üzrə rəsmi müsabiqəsini hər il keçirtməyini planlaşdırıram.
Sonda icazənizlə
bir tövsiyəm olacaq.
Hər bir xaricdə yaşayan azərbaycanlıya tövsiyəm
yaşadığınız yerdən asılı olmayaraq, bir saniyəlik belə, unutmayın ki, siz azərbaycanlısınız.
İnteqrasiya edin, lakin assimilyasiya olmayın!”.
Dünyadakı soydaşlarımız arasında idman sahəsində də böyük uğurlar əldə edənlər də az
deyil. Belə həmvətənlərimizdən
biri Ukraynada yaşayan Teymur İbrahimovdur. O, Ukraynanın
Verxnedneprovsk şəhərində
məşqçidir. O, həmçinin
şəhərdə Kikboksinq
Federasiyasının prezidentidir.
Özünün “Tiger” idman klubunda
idmançılar yetişdirir,
bununla yanaşı peşəkar döyüşlər
təşkil edir.
Teymur İbrahimov
həm də yaşadığı şəhərdə
deputatdır. Ukraynada müharibə iştirakçısıdır.
Ümumukrayna Müharibə
Veteranları, ATO (OOS) İştirakçıları
İctimai Birliyinin Verxnedneprovsk üzrə rəhbəridir. Vətən müharibəsi zamanı
özünün bütün
döyüş kəmərlərini
hərraca çıxarıb
sataraq pulunu Azərbaycan Ordusuna yardım olaraq göndərib. Özü də
Ukraynadakı səfirliyimizə
gedib döyüşdə
iştirak etmək istədiyini bildirib. Lakin Ukrayna vətəndaşı
olduğu üçün
müraciəti qəbul
olunmayıb.
Teymur İbrahimov
26.12.1986-cı ildə Azərbaycanda
Beyləqan rayonunda anadan olub. Valideynləri əslən Füzuli rayonundandır. Atası 1-ci Qarabağ
müharibəsinin iştirakçısıdır.
4 il müharibədə
könüllü döyüşüb:
“1994-cü ildə Ukraynaya
gəlmişik. Valideynlərim də burada yaşayırlar. Biz 4 qardaşıq, hamımız
idmançıyıq. Ukrayna, o cümlədən Avropa və dünya üzrə keçirilən
saysız turnirlərin
çempionlarıyıq.
Ailəliyəm, iki övladım (Əminə və Adəm) var.
Mən Azərbaycanda
idmanla məşğul
olmağa başlamışdım. Öncə güləş,
sonra karate və taekvondo ilə məşğul oldum.
Ukraynada da idman karyeramı
davam etdirdim və güləş üzrə gümüş
mükafatına layiq görüldüm. Sonra karate üzrə
5 qat Ukrayna çempionu, sonra dünya çempionu oldum. Sonra taekvondo üzrə
4 dəfə Ukraynanda
qalib oldum. Sankt-Peterburq şəhərində
dünya çempionu oldum. Sonra kikboksinq üzrə
20 qat Ukrayna çempionu oldum. Kişilər arasında 5 dəfə
dünya çempionu və WAKO versiyası üzrə 2 dəfə Yunanıstanda dünya çempionluğunu qazandım.
WTKA versiyası üzrə 5 dəfə dünya çempionu olmuşam. Dəfələrlə Avropa çempionu
da olmuşam.
Mən Krımda, Simferopol şəhərində
məşqçilik fəaliyyətinə
başlamışam. 2014-cü
ildə Krımda müharibə başladı.
Mən Krım batalyonuna gedib könüllü döyüşdüm. Hazırda müharibə
əliliyəm. 2017-ci ilin noyabrda mən
məşq etməyə
davam etdim və o vaxtdan Dnepropetrovsk viləyətinin Verxnedneprovsk
şəhərində uşaqlar
üçün məşq
keçirəm. Mənim çoxlu
beynəlxalq dərəcəli
yetirmələrim var”.
“Mənimlə oxuyan
həmyerlilərimiz ailəvi
səbəblərə görə
uzun müddət idmanla məşğul olmadılar. Amma Dnepr şəhərində bu baxımdan hər şey qaydasındadır”,- deyən T.İbrahimov
bildirib ki, boks, kikboksinq üzrə çox yaxşı uğur əldə edən idmançı həmyerlilərimiz
var: “Mənim “Tiger” adlı idman klubum. Tələbələrim
artıq 4 il
ardbard Ukraynanın ən yaxşı nəticə göstərən
idmançıları arasında
yer alır. Mediada və sosial şəbəkələrdə bu haqda geniş
paylaşımlar olub.
Klublararası dünya çempionatında
mənim komandam Polşada 22 medala layiq görülərək
ikinici oldu. Buna görə fəxr
edirəm, amma təəssüf ki, onların arasında həmvətənlərimiz yoxdur”.
Vətən müharibəsindəki qələbəmizdən danışan
T.İbrahimov “biz ölkəmizin
işğalçılar üzərində
qələbəsini çox
gözəl qeyd etdik”,- deyə
vurğuladı: “Hamımız
sevindik. Qürur hissi keçirdik.
Sevincdən gözlərimiz yaşardı.
Vətən müharibəsi başlayanda
Verxnedneprovskdavda kişili,
qadınlı bütün
soydaşlarımız hər
cür köməklik
göstərdilər. Mən Azərbaycan Ordusu ilə fəxr edirəm. Şəhid anlarının qarşısında
baş əyirik.
Dünyaya sübut etdik
ki, biz ən güclü və ən vətənpərvər
xalqıq”.
Əli
Xalq Cəbhəsi.- 2022.- 27 yanvar.-
S.9.