Xədicə Zeynalova: əsərləri Avropanı dolaşan bəstəkar

 

Özünü təhsilə, yaradıcılığa həsr edib. 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xədicə Zeynalovanın mükafat almış "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsindən şəkillər", solo ArfaOrkestr üçün konsert, simli kvartet üçün “Miniatürlər”, “Səma” violaakkordeon üçün duet, Simfonik orkestr üçünQarabağsimfonik poeması, kamera orksteri üçünAzerbaijani Fairy Tale” və s. bir çox musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Almaniya, İsveçrə, Kipr, İngiltərə, ABŞ, Gürcüstan, Yunanıstan, Türkiyə Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanmışdır.

On yeddi ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq musiqişünaslıq fakultəsində Prof. Xəyyam Mirzəzadənin sinfində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır

Atası Əbdülrəhim Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım qida sənayesi üzrə mütəxəsisdir

Xədicə xanım Almaniyada Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində Doktoranturada ilk azərbaycanlı bəstəkar musiqişünas olaraq "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiyasını böyük uğurla fərqlənmə ilə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Bu Dissertasiya Almaniyada bizim musiqi mədəniyyətimiz haqqında yazılan 400 səhifəlik ilk elmi kitabdır.

2012-ci ildən Musiqi İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir

Xədicə Zeynalova bəstəkar musiqişünas kimi Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.

X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət KomitəsininAzərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görəTəşəkkürnamə, 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət NazirliyininNizaminin 880 illiyiMedalı ilə, həmin il Nizami Yunus Əmrə İlində Türksoyun təşkil etdiyi "Türk Dünyasının Şah əsərləri" layihəsində bəstəkar kimiTəşəkkürnamə Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V QurultayındaAzərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görəmedalı ilə təltif edilib.

Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib...

Xədicə Zeynalova 2021-ci il noyabr ayında "Zəfərə doğru" Zəfərimizə həsr edilmiş "Harmony of Sound" adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil edib yaradıb. Beynəlxalq Musiqi Festivalı "Odlar diyarından" adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmişdir Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərlərdə keçirilib. Bundan əlavə Festivalda bütün gələn qonaqlara festival dinləyicilərinə "Xarı Bülbül" döş nişanları təqdim edilib.

Xədicə Zeynalovanın "Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər" adlı ilk CD musiqi albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub.

Bəstəkarın "Heinrich Leyla" simfonik orkestr üçün əsəri isə Almaniya-Azərbaycan tarixinin 200 illik yubileyinə həsr edilib. X. Zeynalovanın “Heinrich Leylaadlı CD albomu Azərbaycan Respublikasının Diaspora Fondunun dəstəyi ilə Amerika Briləşmiş Ştataları Almaniyada 2022-ci ilin may ayında işıq üzü görüb.

Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur.

Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya və Azərbaycan nəşriyyatlarında işıq üzü görüb.

2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq.

Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır.

Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

"Onun əvəzi olmur, o hər kəsdən irəli.

Gözdən əzizi olmur, Vətən gözdən irəli"

 

Elman Eldaroğlu

Xalq Cəbhəsi.- 2023.- 20 aprel.- S.15.