Ağdam sənayesində inkişaf
impulsları...
Azərbaycanda
sənaye parkları yeni iqtisadi model kimi diqqət mərkəzindədir.
Hətta regionlarda, xüsusən də işğaldan azad
olunmuş ərazilərdə yerli iqtisadiyyatın dirçəldiliməsində
mühüm alətlərdən biri hesab olunur. Bu baxımdan
Ağdam Sənaye Parkına sahibkarların və hökumətin
marağı daha da artır. “AS İstehsal” MMC-yə Ağdam
Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin
sayı 19-a çatıb. Şirkət tərəfindən Sənaye
Parkının 5,5 hektar ərazisində investisiya həcmi 5,4
milyon manat olan inşaat materialları istehsalı kompleksi
yaradılacaq və 95 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsullar daxili bazarın təlabatının
ödənilməsinə yönəldiləcək.
İşğaldan
azad edilmiş ərazilərdə quruculuq və abadlıq
işlərinin uğurla həyata keçirilməsi, eləcə
də əhalinin dayanıqlı məskunlaşmasının
təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli
və dayanıqlı iqtisadiyyatın
formalaşdırılması, bu sahədə dövlət-özəl
tərəfdaşlığının inkişafı və zəruri
stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə
alınaraq, dövlət başçısının 2021-ci
il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində
190 hektar ərazidə Ağdam Sənaye Parkı
yaradılıb. Hazırda Ağdam Sənaye Parkında
sahibkarlar üçün əlverişli investisiya
mühitinin yaradılması istiqamətində işlər mərhələli
şəkildə həyata keçirilir və artıq Sənaye
Parkında sosial zonanın təşkili yekunlaşmış
və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş,
elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin
rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi,
mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə
asfalt yol çəkilmiş, abadlıq işləri
aparılmışdır.
Həmçinin,
işğaldan azad edilmiş ərazilərdə logistika və
ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin
göstərilməsi, sənaye istehsalının dəstəklənməsi
və əhalinin dayanıqlı məşğulluğunun təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanına
əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl
rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkı yaradılmışdır. Sənaye Parkı azad
edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma
işləri üzrə logistika mərkəzi
funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat
potensialından səmərəli istifadə olunması
üçün logistik baza rolunu yerinə yetirəcəkdir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər
mərhələli şəkildə həyata keçirilir.
“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat
Birliyinin birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan”
MMC “Yük avtomobilləri və kənd təsərrüfatı
texnikalarına texniki servis xidmətlərinin göstərilməsi”
layihəsi üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkının rezidenti kimi qeydiyyata alınmışdır.
Regional servis mərkəzində “KamAZ” ilə yanaşı digər
yük avtomobilləri, eləcə də kənd təsərrüfatı
texnikalarına, o cümlədən traktor və kombaynlara
texniki servis xidməti göstəriləcəkdir. Gələcəkdə
Sənaye Parkında logistika və anbar kompleksləri, TİR
parkı, topdan və pərakəndə satış obyektləri
və müxtəlif istehsal və xidmət müəssisələrinin
fəaliyyəti nəzərdə tutulur. Sənaye
Parkının konseptual planı hazırlanmış və sənaye
parkı üçün ayrılmış 200 hektar ərazidə
mina və partlamamış hərbi sursatlardan təmizləmə
işləri tamamlanıb. Sənaye Parkının konseptual
planı hazırlanmış və mobilizasiya şəhərciyi
üçün konteyner tipli yataqxana, yeməkxana, anbar, ərzaq
mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi
tam quraşdırılıb. Artıq 5 sahibkara sənaye
parkının rezidenti statusu verilib.
Müasir
istehsal infrastrukturuna malik sənaye parkının
yaradılması ölkədə sənaye sahələrinin,
ölkə iqtisadiyyatının tarazlı
inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin
və onun innovasiya istiqamətinin inkişafını nəzərdə
tutan dövlət siyasətinin reallaşdırılmasına
yönəldilib. Sənaye parklarının yaradılması,
həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı
inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin,
eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz
edən məhsulların istehsalının
artırılması, ətraf rayonlarda məşğulluğun
təmini, investisiyaların və müasir texnologiyaların cəlb
edilməsi kimi öncül vəzifələrin yerinə
yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin
inkişafı məqsədilə sənaye parkları
yaradılır.
Qanunvericiliyə
uyğun olaraq, sənaye parklarında biznes üçün bir
sıra mühüm stimullaşdırıcı tədbirlər
tətbiq olunur. Bekə li, vergi və gömrük sahəsində
stimullaşdırıcı tədbirlər kimi Vergi Məcəlləsinə
və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq, sənaye
parklarının rezidentləri qeydiyyata alındıqları
tarixdən 10 il müddətinə əmlak vergisindən,
torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən,
istehsal məqsədilə idxal etdikləri texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı
zamanı ƏDV-dən və 10 il müddətinə
gömrük rüsumlarından azad olunurlar (Gömrük rüsumundan
10 il azad olma müddəti 1 yanvar 2023-cü ildən tətbiq
edilir, 30 dekabr 2022-ci ildə “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən
qüvvəyə minib. Əvvəlki illərdə isə azad
olma müddəti 7 il idi). Habelə sənaye parkının
infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə
haqqının aşağı həddində müəyyən
edilməsi, inzibati prosedurların sadələşdirilməsi
və sahibkarlıq fəaliyyətinin səmərəli həyata
keçirilməsi üçün xidmətlərin təşkili
belə stimullaşdırıcı tədbirlərdir.
2023-cü
ildə Böyük Qayıdış Proqramı
üçün ayrılan dövlət büdcəsinin vəsaiti
5 milyard 260 milyon manata çatdırılacaq. Bu barədə
Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal
büdcələrinin yarımillik icrasına dair arayış
və ilin sonuna gözləntilər sənədi”ndə
bildirilib.Bütövlükdə yaradılmış 4,4 milyard
manat məbləğində maliyyə resurslarının 2
milyard 260 milyon manatının işğaldan azad olunmuş
Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma
işlərinin aparılmasına yönəldilməklə
cari ildə Böyük Qayıdış Proqramı
üçün ayrılan dövlət büdcəsinin vəsaitinin
5 milyard 260 milyon manata çatdırılması nəzərdə
tutulub.
Qarabağda
sənaye parkalrının yaradılmasında daha bir məqsəd
sahibkarları və onların sərmayələrini regionun
iqtisadi inkişafına cəlb etməkdir. Hökumət
Qarabağın iqtisadiyyatında sahibkarların rolunu
artırmaq, onlara maliyyə dəstəyi göstərmək
üçün müxtəlif stimullaşdırıcı
addımlar da atır və bu poses davamlı olacaq. Belə ki,
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediliblər.
Azad edilmiş ərazilərin bərpası üzrə
işlər dövlət-özəl tərəfdaşlığı
çərçivəsində aparılır. Dövlət
proqramı çərçivəsində 2025-ci ilədək
inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti,
telekommunikasiya şəbəkəsinin yaradılması kimi
işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın
canlanması üçün dağ-mədən sənayesində
istehsalatı və özünüməşğulluq
formatında sahibkarlığın təşkili nəzərdə
tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də
burada sahibkarların aktivliyindən asılı olacaq.
Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən
olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.
Xarici
iş adamları da Qarabağda biznes qurmaqda
maraqlıdırlar. Bu sahədə qardaş Türkiyədən
olan iş adamları daha fəal görünürlər.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və
Həmrəylik Fondunun rəhbəri Aygün Attarın rəhbərlik
etdiyi Türkiyənin 30-a yaxın iş adamlarından ibarət
nümayəndə heyəti ölkəmizə gəliblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) fəaliyyətinə, Agentlik tərəfindən
sahibkarlara göstərilən dəstək və xidmətlərə
dair Türkiyə iş adamları üçün təqdimat
keçirilib, onları maraqlandıran suallar
cavablandırılıb. KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov ölkəmizdə
sahibkarlığın inkişafı, biznes imkanları, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində biznes və
investisiya qoyuluşu üçün potensial, Agentliyin yerli və
xarici iş adamlarına göstərdiyi dəstək barədə
məlumat verib. Qeyd edilib ki, belə səfərlər biznes
dairələri arasında əlaqələrin genişləndirilməsində
və yeni əməkdaşlıqların qurulmasında əhəmiyyətlidir.
KOBİA Türkiyə iş adamları ilə yerli KOB-lar
arasında əlaqələrin qurulmasına, ortaq layihələrin
və işbirliklərinin reallaşdırılmasına dəstək
göstərməyə hazırdır. Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri
Aygün Attar səfərin məqsədi, rəhbərlik
etdiyi fondun ölkələrimiz arasında müxtəlif sahələrdə
əməkdaşlığın inkişafı
üçün gördüyü işlər barədə məlumat
verib. Türkiyə iş adamları, həmçinin “Bakı
KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən
biznes subyektlərinə göstərilən xidmətlərlə
tanış olublar.
Mahir Həmzəoğlu
Xalq
Cəbhəsi.- 2023.- 3 avqust.- S.12.