Molla rejimi cəsuslarının
ünvanı
İranın cəsus şəbəkəsi
insanları necə ələ alır?
2006-cı ilin sonlarıydı. O zaman redaksiyamız Binəqədi rayonundakı binalardan birinin 13-cü mərtəbəsində yerləşirdi. Adi günlərdən birində redaksiyamıza, həm də bir qayda olaraq dəyərli əməkdaşlarımızın istifadə etdiyi telefona qəfil və bir az da şübhəli zəng gəldi. Zəng səsi ölkə daxilindən edilən telefon zənglərinin səsindən fərqləndiyi üçün diqqətimi çəkdi və elə bu səbəbdən də otaqdan çıxdım. Dəstəyi qaldran həmkarlarımdan biri “İran səfirliyindəndir, sizinlə danışmaq istəyirlər” dedi. Təəccübləndim. Təbii ki, hər gün bir səhifəsini Güney Azərbaycana ayıran qəzetin baş redaktoru ilə İran səfirliyinin nümayəndəsinin danışmaq istəməsi, ən azından təəccüb doğurmalıydı . Sözün qısası, dəstəyi aldım və “buyurun” dedim. Özünü təqdim etdi: İran səfirliyinin katibi ağaye Filankəs (adını xatrlamıram)... Və dərhal mətləbə keçdi: “Ağa, mən bilirəm, mənə deyiblər ki, siz yaxçı adamsınız, amma sizi İran əleyhinə yazmağa məcbur edirlər... İran Azərbaycanın dostudur...”
“Burda dayan”, - dedim: “Necə dost olduğunuzu çox yaxşı bilirəm. Sizə yanlış məlumat veriblər. Mənə İranla bağlı
sərt yazmamağı
tövsiyyə edirlər.
İmkanım olsa, hər
gün qəzetin bütün səhifələrini
İranın Azərbaycana
qarşı yürütdüyü
riyakar siyasətə,
işğalçı Ermənistana
verdiyi dəstəyə
həsr edərəm”.
Əslində “həsr edərəm”
sözünü deməyə
imkan tapmadım.
“İranın Ermənistana
verdiyi dəstəyə”
sözlərindən sonra
ağaye Filankəs dəstəyi asdı...
...Növbəti dəfə,
elə həmin ildə “S(Z)əhər
kanalını göndərdilər
üstümə. Dağdan-dərədən,
“Əmrikadan”, Rusiyadan
suallarını yağdırıb
cavablarını aldıqdan
sonra “xub, ağaye Elçin, çox sağ olun” dedilər və mən də müsahibənin başa çatdığını
düşündüm. Amma
sən demə sonuncu sual qalıbmış...
Sual da nə
olsa yaxşıdır:
“Ağaye Elçin, sizin ... ağaye Xomeyniyə münasibətiniz
necədir?” “Necə olacaq”, - dedim, “Güneydəki soydaşlarının
azadlığını arzulayan
bir azərbaycanlı kimi... Baxın, Rusiyada hələ
də Stalinə qəhrəman kimi yanaşanlar var. Amma biz qüzey azərbaycanlılar
üçün Stalin milli
kimliyimizi qondarma bir ad altında gizlədən, Azərbaycan
xalqının düşünən
beyinlərini məhv edən, soydaşlarımızı
tarixi yurd yerlərindən didərgin
salan bir qatildir. Yaxud Mixail Qorbaçov almanlar üçün qərbi və şərqi Almaniyanın burləşməsinə dəstək
verən “sülh adamı”, biz azərbaycanlılar
üçün isə
20 Yanvar qətliamının
sifarişçisi, ermənilərin
Azərbaycan torpaqlarına
sahiblənməsinə dəstək
verən bir cani və xaindir.
Xomeyniyə də Stalinə,
Qorbaçova yanaşdığım
kimi yanaşıram”.
Vəssalam... O gedən
getdilər...
Bütün bunları nə üçün yazdım? Azərbaycanın
dövlət müstəqilliyinin
bərpasından sonra
ölkəmizin ictimai
rəyinə bu və ya digər
formada az,
yaxud çox təsir imkanına malik olan elə
bir insan olmayıb ki, molla tejiminin filan-filan şüdələri
birbaşa, yaxud dolayısıyla onlara “qarmaq atmaq” niyyətinə
düşməsinlər. Bu səbəbdən də, rejimin təmsilçiləri,
qulbeçələri, “aftafadaşıyanları”
ilə etik normaları gözləməklə,
bir az
yumşaq, bir az mədəni danışmağın işə
yaramadığı qənaətindəyəm.
Onları... birbaşa, həm
də sərt formada çox uzaqlara... göndərmək
lazımdır.
Saqqallı, əmmaməli, əbalı
şeytanlar...
...Sərhəd açılanda
o taydan həqəqətən
də bizi bağrına basmaq istəyən can və qan qardaşlarımızla
yanaşı, istiqalalımıza
qənim kəsilənlərin
də bu taya axını başladı... Yenicə müstəqilliyini qazanmış,
müharibə vəziyyətində
olan, molla rejiminin iç üzünü, gerçək
mahiyyətini tanımayan,
şər imperiyasının
basqısı altında
milli və dini dəyərlərini, təhrif olunmuş formada da olsa
qoruyan, saqqallı, əmmaməli, əbalı
şeytanları mələk
gözündə görən,
mənsub olduğu dinin gerçək dəyərlərinə, mahiyyətinə
bələd olmadığı
üçün hər
şeyə qədərindən
artıq səmimiyyətlə
və bəlkə də sadəlöhvcəsinə
yanaşan, qonaqpərvər,
sevgi dolu insanların yaşadığı
canım məmləkətim
əmmaməli cəsuslar,
ideoloji zəhər daşıyıcıları və
soyub-talamağa yurd axtaranlar üçün
“cənnəti” xatırladırdı.
Ticarətin, alış-verişin nə olduğunu bilməyən, molla rejiminin bətnindəki zəhərdən xəbərsiz
insanlar gündəlik
çörək pulu
üçün evlərində
olan nə vardısa, dəyər-dəyməzə
din və məzhəb
alverçilərinin, sui-istifadəçilərin
ayaqları altına “sərdilər”. Çoxluq uzun
illərdən bəri
aldığı qəpik-quruşa
da qənət edib qab-qacaqdan çehizlik əşyalaradək
topladıqlarını, bəziləri
isə vicdanını,
əqidəsini satdı.
Kimlərsə şirin
dilə, uşaqlıq
illərindən dinlədikləri
yarıxurafat, yarıgerçək
əhvalatların daha
mübaliğli, daha cazibədar formada təqdimatına, kimlərsə
siyasiləşmiş məzhəbçiliyin
ehkamlar üzərində
qurulmuş, elmi izahı olmayan və təbii ki, idrakın süzgəcindən keçirilmədən
“asan həzm edilən” nağıllarına
aldandılar, cahilliklərinə,
avamlıqlarına, sadəlöhvlüklərinə
və bəzən də ümidsizliklərinə
yenik düşdülər.
Talanan sərvətimizin qarşılığında
molla rejiminin “xeyir-duası” ilə, xüsusilə də ölkəmizin İranla həmsərhəd rayonlarına
gecə-gündüz narkotik
daşındı, bacardıqları
qədər istifadəçilərin
sayını artırmağa,
onminlərlə insanı
ölümə sürükləyən,
minlərlə ailənin
həyatını cəhənnəmə
çevirən şəbəkələrini
genişləndirməyə çalışdılar və
təəssüf ki, buna qismən nail ola bildilər. Daha sonra isə
rejimin ideoloji zəhər axıdıcılarının
“narkotiklərdən xilas”,
yaxud qorunmaq üçün göstərdikləri
“alternativlərin”, daha
doğrusu “haqq yolu”nun səmti nişan verildi, ağaye filan-filan şüdalərin “tövbə”
cığırı açıq
tutuldu, çarəsiz
valideynlər övladlarının
aylarla təbliğat-təxribat
mərkəzlərində - Qumda, Məşhəddə
və digər bu kimi manqurt
“istixanalarında” “müalicə”
edildiklərinə inandırıldılar...
Narkotiklərdən asılılıq
ondan heç də az təhlükəli
olmayan saxta, xurafat, yalan, mistika, təhrif olunmuş, siyasiləşdirilmiş
həqiqətlərdən, fars milli kimliyinə,
molla rejiminin titullu ideoloqlarına itaət üzərində
qurulmuş, klassik mahiyyətindən çıxarılmış,
yolundan sapdırılmış
məzhəbçiklə əvəz
olundu.
Bu illər ərzində
gözümün önündən
milli köklərinə,
ənənələrinə bağlı olan, qiptə ediləcək qədər saf, təmiz, əxlaqlı, təhsilli insanların məhv edilmiş taleləri keçib. Molla rejiminin
zəhərli təbliğatının
dağıtdığı, məhv etdiyi nə qədər ailələr görmüşəm.
“İran” adlanan şər yuvasının
əmmaməli-əmmaməsiz təmsilçilərinin, muzdlu-muzdsuz,
beyni yuyulmuş, yaxud beynini bilərəkdən
“ayətullah”ların ayaqları
altına döşəmiş
təpəgözlərin Azərbaycana
vurduqları ziyan 30 ilə yaxın torpaqlarımızı işğal
altında saxlayan Ermənistandan, milli varlığımıza qənim
kəsilən ultramillətçi
ermənilərin törətdiyi
terror və soyqırım
cinayətlərindən, vandalizm
aktlarından, mahiyyət
etibarilə fərqlənmir.
Hər ikisinin məqsədi milli varlığımızı,
dövlətçilik ənənələrimizi,
bu günümüzü,
gələcəyimizi məhv
etməkdən ibarət
olub.
Mücadilə məkanını doğru
seçməliyik
...Bir zamanlar Azərbaycanda İranın “İmdad” komitəsi adlı “xeyriyyə təşkilatı” da vardı və torpaqlarımızın işğalına başlanıldığı, soydaşlarımızın öz ev-eşiklərindən didərgin düşdüyü ilk günlərdən qaçqın çadırlarından “girib” sərhəd rayonlarından çıxırdı. Vardıqları hər yerə yardımlarıyla bərabər rejimin ideoloji zəhərini də daşıyırdılar. Sərhəd bölgələrində yaşayan həmvətənlərimizin bir qismi “aylıq maddi yardım”, yaxud “ərzaq yardımı” ilə ələ alınır, bəzilərinin əlacsızlığı, bəzilərinin isə aşırı tamahı, onları Tehran rejiminin şaiyə və təbliğat şəbəkəsininin girovuna və ayrılmaz bir parçasına çevirirdi... Bütün bunların obyektiv və subyektiv səbəbləri var, şübhəsiz. Bu haqda son 20 il ərzində yazdıqlarımın əhəmiyyətli hissəsi indi də əlçatandır deyə, mətləbdən yayınmayacağam. Boz-bulanıq ideoloji sapıqların maraq ovçuluğunun doğurduğu nəticələrlə hələ uzun müddət mücadilə aparmalı olduğumuzu yaxşı başa düşürəm. Allah yar və yardımçımız olsun.
...Molla rejiminin ifşa edilmiş və hələ də “rəngli çətirlər” altında daldalanan cəsus və nüfuz müvəkkili şəbəkəsinin ölkənin siyasi səhnəsindən mədəniyyətinədək ən müxtəlif sahələrdə yaratdığı fəsadların tez bir zamanda aradan qaldırılması asan olmayacaq. Bu, İran səfirliyinin qarşısına rəngli aftafalar qoymaqla, bəlaqətli nitq və yazılarla, şüarlarla, statuslarla... həll ediləcək məsələ deyil. Molla rejiminin çeşidli sahələrə nüfuz etmiş şəbəkəsi öz işlərini cəmiyyətin alt qatlarında, kütlə psixologiyasının hakim kəsildiyi dərinliklərdə görüblər və bu gün də, qabarıq olmasa da, görməkdədirlər. Biz isə İranın gerçək simasının ifşası, molla rejiminin ideoloji zəhərinin gerçək mahiyyətinin üzə çıxarılması ilə üst qatlarda məşğul oluruq. Daha aydın olsun deyə belə izah edim: Təsəvvür edin, biz tvitterdəki paylaşımlarımızla “Tiktok” istifadəçilərinə təsir etməyə çalışırıq... Onların, zatən tvitterdə, peşəkar media resurslarında nə yazıldığından, nə deyildiyindən xəbərləri yoxdur. Məscidlərdən, icmalardan, siyasi partiyaların yerli təşkilatlarından, kölgədə daldalanan QHT-lərdən, kiçik və orta biznes dairələrindən, dəfn və yas mərasimlərindən, meyxana-çayxana “mühiti”ndən başlamaq lazımdır. Molla rejiminin sosial şəbəkələrdəki “sazlı-sözlü” təbliğatçılarını, ideoloji zəhəri insanların təfəkkürünə emosional vasitələrlə yeritməyə, onların saf, təmiz hisslərindən istifadə etməyə, ayrı-ayrı şəxslərin qarşılaşdıqları problemlər və haqsızlıqlar səbəbindən düşdükləri durumun yaratdığı atmosferdən yararlanmağa çalışanları situasiyaya uyğun çevik yanaşmalarla neytrallaşdırmalı, ayrı-ayrı fərd və qrupların qəbul edə, anlaya biləcəyi alternativlərlə çıxış etməliyik. Boşluqların buraxılmasına yol verməməliyik. Boşluqları biz doldurmasaq, bunu bizim əvəzimizə “Elşən Xəzər” “Taleh Boradigahi” kimi duyğu istismarçılarının vasitəsilə yeridilən zəhər və axıdılan saxta göz yaşları ilə edəcəklər.
Bu yazıyla kimsəyə məsləhət vermək niyyətində deyiləm. Mənim yazmadıqlarımı yaza bilənlər, görmədiklərimi isə görə bilənlər də var, şübhəsiz. Amma mücadilə məkanını doğru seçməliyik. Molla rejiminin, onsuz da cəmiyyətin yüksək intellektual qruplarına, müstəqil düşünməyi, ağı qaradan seçməyi bacaran fərdlərinə təsir göstərmək imkanı yoxdur. İstisnalar da var, şübhəsiz, hətta alimlər arasında da, amma kütləvi deyil. Məhz baxımdan da, rejimin təbliğatı üçün münbit olan məkanları hədəfə almalı və buna uyğun da “dezinfeksiya” tədbirləri həyata keçirməliyik. Həm də boşluq buraxmadan, fasilə vermədən...
Bu qədər... Son olaraq, yazının əvvəlində toxunduğum bir məqama yenidən diqqət çəkmək istəyirəm: Rejim qulbeçələri ilə yumşaq rəftarın heç bir faydası yoxdur. Onlar bunu zəiflik kimi başa düşürlər.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Xalq Cəbhəsi.- 2023.- 9 fevral.-
S.3.