Bu onun fikirləridir...

 

Deyir ki,“məktəb illərindən ictimai işlərlə məşğul olmağı çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini mən təşkil etmişdim, ən yaxşı şeir ifaçılığı üzrə müsabiqə keçirmişdik s. Sizə ötən əsrin 70-ci illərinin əvvəllərindən danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim. İndiyə kimi həmin təhsil ocağına daxil olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox çətin idi. Müsabiqədə iştirak etmək üçün respublika kino təşkilatından göndəriş tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına müraciət etdim, ammayoxcavabı aldım. Bu məsələ ilə bağlı atam Heydər Əliyevə müraciət elədi o da bu məsələni həll etmək göstərişi verdi. Sonra mən göndəriş aldım imtahan verib qəbul olundum. Ona görə həyatım boyu Heydər Əliyevə borcluyam, mənə kinoya vəsiqəni məhz o, verib. Bilirsiniz ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir. Bundan əvvəl keçmiş ittifaqın 12 ilə yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla çalışıram.”

Haqqında söhbət açmaq istədiyim şəxs Cəmil Elşad oğlu Quliyevdir. 1963-cü ildə Bakı şəhərində anadan olub. Əslən Cəlilabad rayonundandır. Əməkdar incəsənət xadimi, mərhum professor Elşad Quliyevin oğludur. Cəmil müəllim 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinomatoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. Elə həmin ildən Azərbaycanfilmkinostudiyasında quruluşçu rejissor kimi əmək fəaliyyətinə başlayıb, bir çox sənədli bədii filmlərə quruluş verib. Onun quruluş verdiyi filmlər bir sıra xarici ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Bir müddət həmin Universitetin “Kino televiziya sənətikafedrasının müdiri dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. Eyni zamanda beş il Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb. Sonra yeddi ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru işləyib. 2011-2013-cü illərdəMədəniyyətkanalının baş direktoru olub. Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-2018-ci illərdə isə İctimai Televiziya Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir il Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği yayımı sektorunun mudiri olub. 2019-2020-ci illərdə isə yenidənAzərbaycanfilmkinostudiyasına qayıdaraq oraya rəhbərlik edib. Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, Azərbaycan Jurnalistlər İttifaqının, Beynəlxalq Televiziya Radio Akademiyasının akademiki üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib...

Sadaladığım bu vəzifələrin bəziləri ictimai əsaslar üzrində qurulduğu üçün təmənnasız icra edib. “Bəli, əmək haqqı almadan fəaliyyət göstərirəm. Amma çalışıram ki, ittifaqdakı işlərim pedaqoji fəaliyyətimə mane olmasın. Mədəniyyət İncəsənət Universitetinin professoruyam. Özümü bu universitetsiz təsəvvür edə bilmirəm. Çünki mənim üçün doğma kollektivdir. Kinonun çətin günlərində universitet mənə öz qapılarını açıb. 1987-ci ildə SSRİ çökməyə başlamışdı, kino sahəsi böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə bağladım 12 ilə yaxın “Kino Televiziya Sənətikafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin 37 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz Mədəniyyət İncəsənət Universitetinin təqdimatı ilə mənə əməkdar incəsənət xadimi fəxri adı verilib.”- söyləyir.

Onun barəsində daha çox məlumatlanmaqdan ötrü internet şəbəkəsində xeyli araşdırma aparmışam. Müsbət danışanlar da var şikayələnənlər . Təbii haldır, bir insanı hamı sevə bilməz ki. Axı vəzifə elə bir məsuliyyətdir ki, tələbkar olmasan uğurlara nail ola bilməzsən. Bu da kimlərinsə narazılığına səbəb olur. Məsələn, Cəmil Quliyev İTV- rəhbərlik etdiyi dövrlərdə tanınmış telejurnalist, o vaxtlar İTV- yayımlananQərib axşamlarverilişinin aparıcısı Yusif Günaydın onun haqqında sərt yazı ilə çıxış edib. 2015-ci ildə qələmə aldığı bu yazıda şikayəti belə ifadə olunub:

Bəli, bizim ünsiyyətimizin 30 ilə yaxın bir tarixi var. İlk dəfə onunla yaxından tanış olanda Cəmil 24-25 yaşlı qırmızıyanaq bir gənc idi. Oxuyub öyrənmək, görüb-götürmək həvəsində idi. O dövrdəki birgə fəaliyyətimizin təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, Cəmilin İTV- rəhbər gəldikdən sonra mənə qarşı olan, mülayim desəm, qeyri-obyektiv münasibəti (bu münasibətin hansı qaynaqdan qidalandığı haqda düşünmək belə istəmirəm, fakt budur ki, bu neqativ hal məni uzun illər boyu həm bir yoldaşı, həm bir insan kimi yaxşı tanıyan şəxsin tərəfindən həyata keçirildi), mənim fəaliyyətimi müxtəlif üsullarla gözdən salmaq cəhdləri xatırlandıqca, Cəmil Quliyevin adı ilə bağlı varsa, çoxdan xoş xatirələr düzümündən çıxıb, təəssüflər doğuran keçmişə çevrilib. Doğrudan da insanı tanımaq asan məsələ deyilmiş...”

Bu onun fikirləridir, amma etiraf edək ki, Cəmil müəllimin Azərbaycan mədəniyyətinə böyük töhfələri olub. Belə olmasaydı onun xidmətlərini "Humay", "Zirvə" mükafatları, "Əməkdar incəsənət xadimi" fəxri adı, “Fəxri Mədəniyyət İşçisi”, "Akademik Yusif Məmmədəliyev" medalı, 3-cü dərəcəliVətənə xidmətə görəordeni ilə mükafatlandırmazdılar. Üstəlik 2019-cu ildən üzübəri beş ildir ki, Prezident mükafatı alır. Deməli, bu mükafatlar ona əbəs yerə verilməyib...

Deyir ki:- “İndi ölkəmizdə çox istedadlı rejissorlar yetişib maraqlı, diqqət cəlb edən filmlər istehsal olunur. Məsələn, Elxan Cəfərovun filmlərini, xüsusən Dolufilmini qeyd edə bilərəm. İctimai Televiziyada işləyərkən bu filmi tez-tez göstərirdik. Bundan başqa, Şamil ƏliyevinÇölçü”, Elçin MusaoğlununNabat”, İlqar NəcəfinButa”, Fariz Əhmədovun, Yusif Quliyevin sənədli filmlərinin adlarını çəkə bilərəm. Bəzən cəmiyyətdəNiyə bizim filmlərimiz uğursuz alınır?” sualı səslənir. Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor bir neçə film çəkməlidir ki, püxtələşsin, öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz yaradıcılıq yolunun axtarışındadır. Kinomuzun uğurlu gələcəyinə inanıram...”

Cəmil Quliyev filmlərdə həm aktyor kimi həm rejissor kimi sınaqdan çıxıb, öz dəsti xətti olan adamdır. “Alma almaya bənzər”, “Murad-Sad”, “Otel otağı”, “ gözəldir bu dünyafilmlərində aktyor kimi çıxış edibsə , iyirmi beşdən yuxarı filmin rejissoru olub. Bütün bunlardan əlavə altı filmin ssenari müəllifi, dörd filmin bədii rəhbəridir. Hələ məsləhətçisi, prodüsseri olduğu filmlərdən söhbət açıb sizi yormaq istəmirəm...

isə, sözümün canı odur ki, bəli, Cəmil Quliyev bu xalq üçün sıradan bir adam deyil, kifayyət qədər xidmətləri olan adamdır.

Cəmil müəllimin 60 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Çox yaşasın!..

 

Elman Eldaroğlu

Xalq cəbhəsi.- 2023.- 6 iyul. S. 15.