Azərbaycan dəmir yollarının inkişafında
Heydər Əliyevin rolu
"Tərcümeyi-halımdan məlumdur
ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm.
Hələ uşaq ikən dəmir yollarının üzərində,
nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular
həmişə çox
intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə
var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər.
Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi".
Bu fikirləri Ulu Öndər
Heydər Əliyev
1998-ci il dekabrın 6-da dəmiryolçular
qarşısında çıxış
edərkən səsləndirib.
Ulu Öndər bununla
dəmir yolu və dəmiryolçulara
nə qədər önəm verdiyini ifadə edib. Təbii ki, bütün sahələrdə olduğu
kimi, dəmir yolunda da Heydər Əliyevin əvəzolunmaz
xidmətləri və
silinməz izləri
var.
Onun Azərbaycana rəhbərlik
etdiyi 1969-2003-cü illər
Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf
dövrü adlandırılır.
1969-cu ildə ilk dəfə
respublika rəhbərliyinə
gələn Heydər
Əliyevin fəaliyyəti
dəmir yolu nəqliyyatında da əsaslı
dəyişikliklərə səbəb olub və bundan sonra sürətli inkişaf dövrü başlayıb.
Ulu Öndər istər Azərbaycana rəhbərlik
etdiyi dönəmdə,
istərsə də keçmiş SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən
bu sahənin fəaliyyətini daim diqqətdə saxlayıb.
Rusiyanın ilk dəmir
yolları naziri, daha sonra isə
“Rusiya Dəmir Yolları” (RJD) ASC-nin birinci prezidenti olmuş Gennadi Fadeyev Heydər Əliyev haqqında deyir: “Heydər Əliyev dəmir yolu nəqliyyatı sahəsini yaxşı bilirdi, onunla söhbət etmək maraqlı idi. Heydər Əliyev mənim həyatımda, karyeramda mühüm rol oynayıb”. G.Fadeyev rabitə
nazirinin birinci müavini vəzifəsinə
namizədliyi təsdiq
olunarkən o vaxtlar Siyasi Büronun üzvü, keçmiş
Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olan Heydər Əliyevlə görüşüb:
“Heydər Əliyev təyinatım olan sənədi imzalamazdan əvvəl mənimlə
uzun müddət söhbət etdi. O, dəmir yolu nəqliyyatının işini
yaxşı bilirdi. Üstəlik, istənilən
nəslin nümayəndəsi
ilə yaxşı danışıq aparmağı
bilən xoş ruhlu insan idi”.
Xaricdə yetişən kadrlar
Onun təşəbbüsü və
rəhbərliyi ilə
keçmiş SSRİ-nin
ən böyük çeşidləyici stansiyalarından
olan Şirvan stansiyası, Yevlax-Balakən,
Güzdək-Qaradağ dəmir
yolu xətləri və digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilib. Görülən işlərin nəticəsində
dəmir yolu vasitəsilə daşınan
yüklərin həcmi
həmin dövrdə
80-90 milyon tona çatdırılıb. Azərbaycan
dəmir yolunda istifadəyə verilən
mühüm obyektlərin
böyük əksəriyyəti
məhz onun təşəbbüsü və
ciddi nəzarəti sayəsində istismara verilib.
İstər 1969-1982-ci illərdə, istərsə də Ulu Öndərin keçmiş
SSRİ hökuməti rəhbərliyində
olduğu 1983-1987-ci illər
ərzində, dəmir
yolu müasir xarici texniki maşın-mexanizmlərlə və
avadanlıqlarla təchiz
edilib. Bütün sahələrdə olduğu
kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan
mütəxəssislərin böyük əksəriyyəti
məhz Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə 1970-1987-ci illərdə
xaricdə təhsil alıblar.
Ulu Öndər dəmir yolu sahəsindəki vəziyyəti daim diqqətdə saxlayır və çatışmazlıqların
aradan qaldırılması
üçün ciddi
tələblər qoyurdu.
Məsələn 1996-cı iyulun 18-19-da Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirilib
və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən
kəskin tənqid olunub.
Bundan sonra problemlərin aradan qaldırılması
üçün ciddi
addımlar atılıb.
1998-ci il yanvarın 4-də Dübəndi
terminalının və
stansiyasının açılış
mərasimində iştirak
edən Ulu Öndər
deyirdi: “Mən bu gün burada
verilən məlumatları
çox məmnuniyyət
hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış
səhvləri artıq
aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı
iqtisadi nəticələr
əldə edir. Bu, çox vacib məsələdir. Çünki
dəmir yolu Azərbaycan iqtisadiyyatının
böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq,
onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər
olsun ki,1990-cı ildən
başlayaraq Azərbaycan
Dövlət Dəmir
Yolunda da çox şeylər dağılıbdır,
itirilibdir. Yaxşı
ki, indi bunların qarşısı alınır.
Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm".
Beynəlxalq əlaqələr
Məhz
ümummilli liderin atdığı addımlar
sayəsində 1996-cı ildən
etibarən Azərbaycan
dəmir yolu tranzit yol kimi
bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak
etməyə başladı.
1998-ci il sentyabrın 7-9-da Böyük
İpək Yolunun dirçəldilməsinə həsr
olunmuş beynəlxalq
konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Bakı şəhərində keçirildi.
13 dövlətin və
32 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirak etdiyi konfransda Bakı bəyannaməsi qəbul edildi.
2000-ci il sentyabrın 4-12-də Prezident
Heydər Əliyev
BMT-nin təşəbbüsü
ilə ABŞ-də keçirilən və 193
ölkənin dövlət
və hökumət başçılarının qatıldığı
minilliyin zirvə görüşündə çıxışında
ölkəsinin İpək
Yolunun mərkəzində
strateji cəhətdən
olduqca əlverişli
coğrafi məkanda yerləşdiyini qeyd etdi. Eyni zamanda
bu layihənin reallaşması istiqamətində
Azərbaycanın bir sıra ciddi addımlar atdığını
bildirdi. İki il əvvəl 1998-ci ilin sentyabrında Bakıda Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın keçirilməsini
xatırladaraq gələcəkdə
də Azərbaycanın
region ölkələri ilə
birlikdə layihənin
genişlənməsi üçün
ciddi səy göstərəcəyini bəyan
etdi.
Xatırladaq ki, nə qədər
əngəllənməyə çalışılsa da bu
gün İpək Yolu layihəsi bütün dünyanın
diqqət mərkəzindədir
və Azərbaycan bu prosesdə strateji mövqeyə sahibdir.
Məhz
Heydər Əliyevin fəaliyyətinin nəticəsində
“Azərbaycan Dəmir
Yolları” bir çox beynəlxalq təşkilatların həqiqi
üzvünə çevrilib.
Eyni zamanda xaricə oxumağa göndərilən kadrlar
sonradan bu sahənini inkişafına
ciddi töhfə veriblər.
Yeni era
Ümummilli liderin rəhbərliyi
ilə yaradılmış
nəqliyyat infrastrukturu
bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf
etdirilir və müasir standartlara cavab verən layihələr reallaşdırılır.
Qeyd edək ki, 2010-cu iyulun 6-da prezident İlham Əliyev "Azərbaycan
Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı dəmir yolu sistemində sistemli tədbirlər həyata keçirib. Onun rəhbərliyi ilə Azərbaycan Dəmir Yollarının beynəlxalq
standartlara uyğun qurulması istiqamətində
çoxsaylı effektiv
layihələr reallaşdırılıb.
Xüsusilə işğaldan azad
edilmiş ərazilərimizdə
dəmir yolu xətlərinin çəkilməsinə
xüsusi önəm verilir və sürətli iş aparılır. Məsələn
Bərdə-Ağdam, Horadiz-Ağbənd
dəmir yolu xətlərinin yenidən
qurulmasını və
Füzuli-Şuşa yeni dəmir
yolu xəttini və .s
layihələri misal göstərə bilərik.
Qeyd edək ki, Füzuli-Şuşa istiqamətində
ilk dəfə inşa
ediləcək birxətli
elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə
bərabərdir...
Artıq
Azərbaycan yeni eraya qədəm qoyub. Torpaqlarımız işğaldan
azad edilib. Azərbaycan dəmir yolları indi daha strateji əhəmiyyətə
malikdir. Bunu “Zəngəzur dəhlizi”nin
timaslında daha aydın təsəvvür
etmək mümküdür.
Bu dəhlizin açılması
türk dünyasının
birliyi istiqamətində
atılan həlledici addımlardan biri olacaq. Burada əsas rolu Azərbaycan oynayır. Zəngəzur dəhlizinin
açılması eyni
zamanda Azərbaycanın
streteji əhəmiyyətini
daha da artıracaq.
Statistika
nə deyir?
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
(ADY) məlumatına görə,
ötən il yükdaşıma
həcminin artımı
ilə bağlı tranzit daşımaları
2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil edib.
Yük daşımalarında əsasən
neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
2021-ci illə müqayisədə
Şərq-Qərb dəhlizi
üzrə yükdaşımalar
500 min ton artaraq 3,9 mln
ton, Şimal-Qərb dəhlizi
ilə 2 mln ton artaraq 2,9 mln ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım
qeydə alınıb.Transxəzər
beynəlxalq nəqliyyat
marşrutu üzrə
daşımalarda artım
isə 41% təşkil
edib.
Sərnişin daşımaları üzrə
keyfiyyətli xidmətlərin
göstərilməsi, əhalinin
sərfəli qiymətlərlə,
rahat, sürətli və təhlükəsiz
daşınmasının təmin
edilməsi, stansiyalar və sərnişin vağzallarının infrastrukturunun
müasir üslubda yenilənməsi sahəsində
bir sıra layihələr həyata keçirilib.
2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin
daşınmalarında son on ilin ən yüksək
göstəricisi əldə
olunub. Belə ki, il ərzində 5 milyon 136
min sərnişin daşınıb.
Bu, 2021-ci illə müqayisədə
84% çoxdur. Bu göstəricinin
böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən
il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin
bərpası təmin
edilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni
il münasibəti ilə
əlavə qatarlar xəttə buraxılıb.
Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə
Azərbaycan dəmir yolu ilə yerli
və beynəlxalq istiqamətlərdə ümumilikdə
3 875 729 sərnişin daşınıb.
Əli Zülfüqaroğlu
Xalq cəbhəsi.- 2023.- 13
iyul. S. 7.