Ermənistanın ekoterroru
davam edir
Ermənistan bütün beynəlxalq
hüquq normalarını
kobud formada pozaraq 30 il ərzində işğal etdikləri Azərbaycan ərazilərdə
təbiəti viran qoydular, qiymətli sərvətləri amansızcasına
dağıtdılar, Ermənistana
daşıdılar, daşınması
mümkün olmayanları
isə yandırmaqla ekologiyaya ciddi ziyan vurdular. Azərbaycan ərazisindən
axan çayların mənbələrinin əksəriyyəti
Ermənistan tərəfindən
müxtəlif tullantılarla
çirklənib.
Böyük ekoloji əhəmiyyətə
malik yeddi göl - Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı
Qaragöl və Qaragöl ciddi şəkildə kimyəvi
çirklənməyə məruz
qalıb. Azərbaycanın
işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşən
və ölkənin ümumi su ehtiyatının
30 faizindən çoxunu
qarşılaysn Oxçuçayı
da erməni vandalizminə
məruz qalıb.
Ərazini ən çox çirkləndirən Ermənistanın
cənub-şərqində yerləşən Zəngəzur
mis-molibden kombinatı,
ikincisi isə Ermənistanın cənub-şərqində,
Qafan şəhərindən
1,5 km şərqdə, Oxçuçay
çayının aşağı
axınında yerləşən
Qafan mədən və emal zavodudur:
Üstəlik, son iki il ərzində
Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu da
2020-ci ildə imzalanmış
üçtərəfli Bəyannamənin
şərtlərini, xüsusilə
bütün erməni
hərbçilərinin bu
ərazidən çıxarılması
ilə bağlı
4-cü bəndi pozur.
Qacarandakı Zəngəzur Mis-Molibden
Kombinatının, Qafandakı
dağ-mədən kombinatının
xrom, nikel, mis, molibden, sink, alüminium,
vanadium, qurğuşun və
digər ağır
metal tərkibli mədən
tullantıları Oxçuçayı
və Araz çayını çirkləndirir.
Zəngəzur Mis-Molibden
Kombinatının səhmlərinin
60%-i Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə
məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən
il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir.
Kombinatın mədən
tullantıları hovuzu
olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı
bütün region üçün
təhdiddir.
Qafan dağ-mədən kombinatının
tərkibində 4.6 milyon
kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı
region üçün təhlükə
saçır.
Əkərək (Aqarak) Mis-Molibden
Kombinatının da ağır
metal tərkibli mədən
tullantıları Kərçivançay
(Karçevançay) vasitəsilə
Araz çayını
zəhərləyir....
Bir sözlə, Ermənistan tərəfindən ekoloji
terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji
fəlakət zonasına
çevrilib. Hələ
də beynəlxlaq ictimaiyyət, təşkilatlar
Ermənistanın regional ekoterroru
na göz yumurlar. Bu azmış kimi Ermənistan Naxçıvanla həmsərhəddə
yeni metallurgiya zavodu açmağı planlaşdırır
ki, bu ekotarazlığı
pozacaq əlavə addımdır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Ermənistanın Azərbaycanın
ekoloji mühitinə ciddi mənfi təsir göstərən
qanunsuz fəaliyyəti
ilə bağlı yaydığı bəyanatda
deyilir ki, Ermənistanın
Azərbaycanla, Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
ərazisində - Yerasx
(Arazdəyən) kəndində
16 500 kvadratmetr sahədə
illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının
aparılması ilə
bağlı Ermənistanın
iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial
media hesabında məlumat
və bu faktı təsdiq edən videogörüntülər
yayılıb.
Bu Ermənistanın növbəti
dəfə beynəlxalq
hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi
Komissiyasının Transsərhəd
kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında
Konvensiyasının (Espo
Konvensiyası) müddəlarını
kobud surətdə pozması deməkdir.
Belə
ki, Espo Konvensiyasının
müddəalarına görə,
Konvensiya tərəfi
öz ərazisində
planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər
ölkələrin ərazisinə
mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti
həmin ölkənin
müvafiq qurumları
ilə razılaşdırılmalı,
ətraf mühitə
təsirin qiymətləndirilməsi
ilə bağlı sənəd hazırlanmalıdır.
Həmçinin Ermənistan Espo
Konvensiyasının üzvü
olaraq sözügedən
fəaliyyətə başlamazdan
öncə Azərbaycanın
və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin
transsərhəd ətraf
mühitə təsirin
qiymətləndirilməsi prosedurunda
iştirakını təmin
etməli idi.
Bildiririk
ki, Ermənistan tərəfindən
beynəlxalq hüquq,
o cümlədən ekoloji
hüquq normalarına
riayət edilməməsi
ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində
yeni nüvə reaktorunun
tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində
Ermənistana qarşı
iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın
müddəalarına əməl
etmədiyi barədə
qərar çıxarılmışdır.
Hamıya
məlumdur ki, Ermənistanın
dağ-mədən sənayesi
Azərbaycanın ekoloji
mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın
iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz
emalı kombinatının
yüksək kimyəvi
tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd
Oxçuçayı intensiv
şəkildə çirkləndirir.
Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə
Azərbaycanın deyil,
ümumi regionun ekoloji mühiti üçün təhlükə
mənbəyinə çevrilib.
Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə
vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini
qətiyyətlə pisləyir,
beynəlxalq ictimaiyyəti
bu məsələyə
xüsusi diqqət göstərməyə çağırırıq".
Ötən həftə Azərbaycan
QHT-lərindən Paşinyana
açıq məktub
da ünvanlanıb.
Qeyd olunub ki, beynəlxalq ekoloji norma və
standartları kobud şəkildə pozmaqla, Ermənistanın dağ-mədən
sənayesində aparılan
işlər ətraf mühitə regional və
qlobal təsirlərinin
yol açdığı
ciddi ekoloji böhran yaradır.
Davam edən mədən əməliyyatları nəticəsində
ekosistemin korlanması
təkcə Ermənistanın
ətraf mühiti üçün təhdid
deyil, həm də qonşu ölkələrə böyük
təhlükədir. Ekoloji
zərərin transsərhəd
xarakteri regionda və ondan kənarda
yaşayan icmaların
sağlamlığını və rifahını riskə atır.
Ermənistan bu ekoloji cinayətləri törətməklə,
BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinin,
xüsusən “Yaxşı
Səhiyyə və Rifah” üzrə 3-cü,
“Təmiz su və Sanitariya” ilə bağlı
6-cı, Məsuliyyətli İstehsal
və İstehlak üzrə 12-ci, “İqlim
Dəyişikliyinin Fəsadlarına
qarşı Mübarizə”yə
dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi”
üzrə 15-ci Məqsədlərinin
tamamilə əleyhinə
çıxış edir.
İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə
deyib ki, Azərbaycan vətəndaş cəmiyyəti
təşkilatlarının bu müraciəti təkcə ölkəmizin
ekoloji vəziyyətinə
mənfi təsirlə
bağlı deyil, eyni zamanda, Cənubi
Qafqaz regionunda ekoloji sabitliyi pozulması ilə əlaqədardır. Ermənistanın
dağ-mədən sənayesinin
fəaliyyəti nəticəsində
yaranmış ekoloji fəsadlar təkcə Azərbaycan QHT-lərini narahat etmir. Ermənistanın ekoloji
terror fəaliyyəti haqqında
iyunun 29-da dünyanın
20-dən çox ölkəsinin
30-dan artıq vətəndaş
cəmiyyəti təşkilatı
bəyanat yayıb. Artıq Ermənistan tərəfindən ətraf
mühitə vurulan zərərə qarşı
QHT-lərin beynəlxalq
koalisiyası formalaşmaqdadır.
Bu baxımdan Azərbaycan
QHT-lərinin Ermənistanın
ekoloji fəsadlara yol açan hərəkələrinin təkcə
Arazdəyəndə metallurgiya
zavodu ilə məhdudlaşmadığını göstərməsi çox
vacib və əhəmiyyətlidir.
Müraciətdə əsaslandırılmış
formada Azərbaycana yaxın ərazilərdəki
12 müəssisənin müxtəlif
fəaliyyətlərinin ətraf
mühitə mənfi
təsirinə diqqət
çəkildiyini söyləyən
QHT sədri deyib: “Hesab edirəm ki, Ermənistan baş naziri Nikol Paşinyan
və yaxud rəhbərlik etdiyi hökumət Azərbaycan
QHT-lərinin qaldırdığı
məsələyə adekvat
münasibət bildirməlidir.
Azərbaycan vətəndaş
cəmiyyəti təşkilatlarının
bu müraciəti beynəlxalq hüquq və münasibətlər
sisteminə əsaslanır.
Biz Ermənistan hökumətini
məsuliyyətli idarəetməyə,
regionumuza, planetimizə
təhlükə yaradan
dağ-mədən sənayesindəki
işləri dərhal
dayandırmağa, region əhalisi
üçün davamlı
inkişafı, sağlam
gələcəyi təmin
edən qərarlar qəbul etməyə çağırırıq.
Yeri gəlmişkən, Baş
prokuror Kamran Əliyev
Naxçıvanda keçirilən
Azərbaycan və Türkiyə prokurorluqlarının
sərhədyanı əməkdaşlığı
konfransında çıxışı
zamanı deyib ki, hazırda Ermənistan Sədərəkdə sərhədyanı
bölgədə, Arazdəyəndə
70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir.
Baş prokuror bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına
tökülməsi böyük
cinayətdir: "Biz bunu
dəfələrlə müzakirə
etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla
yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə,
həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək
zavodun fəaliyyəti
nəticəsində təkcə
Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir
göstərəcək. Həmçinin,
metallurgiya zavodu fəaliyyətə başlayarsa,
geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə
səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini,
xüsusilə də
BMT-nin Avropa İqtisadi Komissiyasının
Transsərhəd kontekstdə
ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında Konvensiyasının
(Espo Konvensiyası) müddəalarını kobud
surətdə pozur.
Bu, Ermənistanın beynəlxalq
ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil".
Cavid
Xalq cəbhəsi.- 2023.- 13
iyul. S. 9.