Lənkəran xanının vəziritamaşası Laçında nümayiş olunub

 

Laçın şəhərinə köçmüş sakinlər üçün iyulun 11-də Şuşa Dövlət Musiqili Teatrının təqdimatındaLənkəran xanının vəzirikomediyası nümayiş olunub.

"Report" xəbər verir ki, Bakıdan uzun yol gələn truppa tamaşa meydançası kimi qurulmuş çadırda dekorlarını quraraq publikanın qarşısına xüsusi sevinclə, ruh yüksəkliyi ilə çıxıblar. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən ən kövrək anları yada salıb.

Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin taleyin hökmü ilə düz 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.

M.F.Axundzadənin məşhur komediyasının qəhrəmanları tamaşaçıları xeyli güldürüb.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva müasir şəhər kimi dirçəlmiş Laçının qısa müddətdə Qarabağın sənət, elm, yaradıcılıq mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb, doğma yurda qayıdanların, xüsusilə balaca sakinlərin asudə vaxtının, mədəni istirahətinin təşkili üçün Laçını abadlaşdıran Bakı Abadlıq Xidmətinin müxtəlif maraqlı layihələr həyata keçirmək niyyətində olduğunu deyib.

Qeyd edək ki, mayın 28-dən etibarən, Laçına Böyük Qayıdışın başlandığı qısa müddət ərzində şəhərdə Qurban bayramı münasibəti ilə konsert, “Laçınmüstəqil teatr studiyasınınArzular bağıtamaşası, Şuşa Dövlət Musiqili Teatrının səfəri uşaqlar üçün kiçik dərnəklərdə müxtəlif əyləncələr təşkil edilib. Mütəmadi keçirilən tədbirlər sırasında ən yaxın zamanda Azərbaycan teatrının məşhur rejissor aktyor heyətinin qatılacağı “yay məktəbilayihəsi işə başlayacaq.

 

Xalq cəbhəsi.- 2023.- 13 iyul. S. 16.