Söz, fikir, mətbuat azadlığının inkişafı məsələsi daim diqqət mərkəzindədir

 

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan mətbuatının yaranmasında 148 il ötür. Bu illər ərzində Azərbaycan mətbuatı böyük bir yol müxtəlif inkişaf mərhələləri keçib. Söz azadlığı plüralizmin təmin olunması jurnalistlər üçün əsas şərtlərdən biridir.

“Bakıvaxtı.az” xəbər portalının baş redaktoru Qalib Ibrahimoğlu bildirdi ki, Azərbaycan milli mətbuatı 148 yaşını qeyd edir. Onun sözlərinə görə, mətbuatın xalqımızın inkişaf tarixində özünəməxsus yeri var: “Haqlı olaraq bu gün milli mətbuatımızın yaranması gününü təkcə jurnalistlər deyil, bütün xalqımız bayram kimi qeyd edir.

Azərbaycan milli mətbuatının yaranması görkəmli maarifçi pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, söz, fikir, mətbuat azadlığının inkişafı məsələsi daim diqqət mərkəzindədir. Fikir, söz, mətbuat azadlığı hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun təməlidir”.

Onun fikrincə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalaması onun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılması ölkədə mətbuatın inkişafı istiqamətində atılan addımlardandır: “Bundan başqa, mətbuatla dövlət qurumları arasında əlaqənin inkişaf etdrilməsi istiqamərində fəaliyyət göstəırən Mətbuat Şurası da öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Bu gün ölkə başçısının Azərbaycan jurnalistlərinə diqqət qayğısı göz önündədir. Milli mətbuatımızın yubiley illərində Azərbaycan jurnalistikasının inkişafında xidməti olanların fəxri adlarla təltif edilməsi media nümayəndələrinə əlavə stimul verir.

Bundan başqa, Azərbaycan jurnalistlərinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dünyanın heç bir yerində görülməyən addım atılıb. Belə ki, 2013 2017-ci illərdə Prezidentin Sərəncamı ilə iki bina tikilib ölkə jurnalistlərinin ixtiyarına verilib. Bundan başqa, 3-cü bina da artıq hazırdı. Düzdür, son zamanlar bu binanını taleyi ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Ancaq inanıram ki, bu məsələdə cənab Prezident yenə dostlarınınjurnalislərin tərəfində dayanacaq.

Bu gün kimin deməsindən asılı olmayaraq, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişafında hər addım atılır. Ölkədə yüzə yaxın qəzet-jurnal nəşr olunur. Yüzlərlə onlayn media. 10-dan çox yerli tele-radio fəaliyyət göstərir.

Təbii ki, Azərbaycan mətbuatı problemlərdən uzaq deyil. İş olan yerdə nöqsan da var, çatışmazlıqlar da. İlk növbədə, reklam bazarıyla bağlı problem həll olunmalıdır.

Jurnalistika inkişaf edən sahə olduğu üçün media qanunvericiliyi təkmilləşir. Media sahədə müsbət dəyişikliklərə şahidlik edə bilərik. Bunun üçün təbii ki, qarşıya qoyulan vəzifələrin uğurla icrası, qətiyyətli addımların atılması, mətbuatımızda sağlam rəqabət mühitinin formalaşdırılması tələb olunur...”.

Q.İbrahimoğlu əlavə edib ki, bu gün Azərbaycan dünyada öz topaqlarını işöaldan azad etmiş qalib nüfuzlu dövlət kimi tanınır: “Təbii ki, torpaqlarımızı işğaldan azad etmişik. Amma informasiya müharibəsində mübarizəmiz davam edir. Buna görə mətbuatımızın beynəlxalq əlaqələrinin möhkəmlənməsi vacib amildir.

Bu gün separatçıların Xanlkəndi ətrafında spekulyasiyalarının əsl mahiyyətini, Azərbaycan dövlətinin sülh danışıqlarındakı beynəlxalq hüququn prinsiplərinə söykənən tələblərini, separtatçılarınblokadakonteksində təbliğatının əslində yalan olmasının dünyaya çatdırılımasında Azərbaycan mətbuatı ön sıralarda dayanmalıdır.

Çünki Azərbaycanın haqq səsinə kölgə salmaq istəyən bunun üçün separatçılardan yararlanan qüvvələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Məsələn erməni lobbisinin təsiri altında olan xarici mediada separatçıların şousu həqiqət kimi təqdim edilir. Buna görə , əsil həqiqətin dünyaya çatdıırlması olduqca önəm daşıyır. Təbii ki, dövlətimiz güclüdür, amma bu o demək deyil ki, vətəndaş cəmiyyəti, o cümlədən media bu prosesdə iştirak etməməlidir. Azərbaycan mətbuatı baş verənləri ifşa edərək, dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləcək çox işlər var”.

Q.İbrahimoğlu əlavə edib ki, söz azadlığının, plüralizmin təmin olunması, inkişafı vacib şərtdir: “Bu gün bu istiqamətdə ciddi işlər həyata keçirilib, uğurlu islahatlar aparılıb. Təbii ki, ölkə daxilində müxtəlif baxışlar, müxtəlif siyasi meyillərin olması normaldır. Amma burada dövlət milli maraqların üstün tutulması, jurnalist peşəkarlığı, ən əsası, onun vətənpərvərlik duyğuları çox vacibdir. Söz, mətbuat azadlığı, həmçinin söz, mətbuat məsuliyyətini inkar etməməlidir. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır...

Bu bayram günlərində biz jurnalistlər Prezident İlham Əliyevin “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdirfikirlərinin gerçək olduğunu bir daha fərqinə varırıq. Təbii ki, bu böyük sərvətə, bu dəyərə dövlət, onun başçısı tərəfindən dəyər veriləndə daha qiymətli olur.

Milli mətbuatımızın yaranmasının 148 illiyi münasibətilə ölkə jurnalistlərini təbrik edir, böyük tarixə malik mediamızın daim dəyərli olması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Əli

Xalq cəbhəsi.- 2023.- 20 iyul. S. 9.