Neft Fondunun gəlirləri artır
Azərbaycanda sahibkarların aşağı
faizli kreditlərə,
əlverişli və
əlçatan maliyyə
qaynaqlarına ehtiyacı
var
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) aktivləri 2023-cü il iyunun
30-na ilin əvvəlinə
(49 milyard ABŞ dolları)
nisbətən 12% artaraq
54,915 milyard ABŞ dolları
təşkil edib.
2023-cü ilin yanvar-iyun
ayları ərzində
ARDNF-nin büdcə gəlirləri 11,701,4 milyard
manat, büdcə xərcləri isə 2,681
milyard manat olub.
2023-cü
ilin yanvar-iyun ayları ərzində
ARDNF-nin neft və qaz sazişlərinin
həyata keçirilməsi
ilə bağlı gəlirləri 8 624,3 milyon
manat, o cümlədən
mənfəət neftinin
və qazın satışından 7 854,6 milyon
manat, bonus ödənişləri
765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı
ödənişlər 3,6 milyon
manat təşkil edib. Fondun vəsaitinin
idarə olunmasından
əldə edilən gəlir 3 milyard manat olub. Valyuta
məzənnələrinin dəyişməsindən yaranan
fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri
977, 6 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində
ARDNF-nin 2023-cü il büdcəsinin
icrası çərçivəsində
2,661 milyard manat vəsait dövlət büdcəsinə transfert
olunub. “2019-2023-cü illər
üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı”nın maliyyələşməsinə
5,2 milyon manat yönəldilmişdir. “Gənclərin
xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına
dair 2022–2026-cı illər
üçün Dövlət
Proqramı” nın maliyyələşməsinə 3,6 milyon manat xərclənib.
Bu ilin 6 ayı ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11 milyon manat olub.
2023-cü
ilin ilk yarim ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin
büdcə xərclərini
üstələməsi, o cümlədən
vəsaitlərin idarə
edilməsindən əldə
edilən gəlirlər
hesabına olmuşdur.
Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmuşdur.
İlin əvvəlindən
iqtisadi canlanma müşahidə olunsa
da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. Eyni
zamanda, inflyasiyanın
aparıcı mərkəzi
bankların hədəf
dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz
dərəcələrin artmasını
istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas
valyutaların məzənnələrinin
ABŞ dollarına qarşı
güclənməsi ilə
büdcədənkənar gəlirlər
töhfə verib.
Neft Fonudunun gəlirlərinin artmasına dünya bazarında neftin qiymətlərinin ölkəmiz
üçün əlverişli
olması da şərait
yaradır. Hazırda qiymətlər 1 barel neft üçün 83-84 dollar ətrafında dəyişir. Hansı ki,
Azərbaycanın builki
dövlət büdcəsində
bir barel neftin orta qiyməti
60 ABŞ dollarından hesablanıb.
Ötən dövrdə
bu siyasət özünü doğrultdu.
Çünki neftin qiymətləri proqnozlaşdırıldığı
kimi yüksək oldu. Bütün bunlar isə Azərbaycan üçün
nikbin olmağa, dövlət büdcəsinin
gəlir və xərclərinin təmin olunacağını, nəzərdə
tutulan sosial ödəmələrin vaxtında
həyata keçiriləcəyini
söyləməyə əsas
verir. “Azeri Light” neftinin
ən aşağı
qiyməti 2020-ci il aprelin
21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları)
qeydə alınıb.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun
işlənməsi haqqında
müqavilə çərçivəsində
hasil edilir. Müqavilədə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) payı
25 faizdir.
Ölkəmizdə son 10 ildə neft
hasilatı azalmağa,
qaz istehsalı isə artmağa başlayıb. Belə ki,
Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb
2011-ci il də 45,6 milyon,
2015-cu ildə 41,6 milyon,
2020-ci ildə 34,5 milyon,
2021-ci ildə 34,6 milyon
ton təşkil edib.
11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci
ildə Azərbaycanda
43 milyard 863,5 milyon kubmetr qaz (artım
18,1%), 32 milyard 573,8 milyon
kubmetr əmtəəlik
qaz (artım 23%) hasil edilib. Ölkədə
qaz hasilatının ildə 50 milyard kubmetrə çatacağı
gözlənilir.
Cari ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 7,8 milyard dollar dəyərində neft satıb. Dövlət Gömrük Komitəsinin
məlumatına görə,
bu, ötən ilin birinci yarısı
ilə müqayisədə
16,6% azdır. Hesabat dövründə Azərbaycanın
ixrac etdiyi qazdan gəlirləri isə 8 milyard dolları ötüb. Bu
da illik müqayisədə
7,9% çoxdur. Azərbaycana
qazdan daxil olan valyuta neftdən
daxil olan valyutanı ötüb. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri
artıb. Qaz gəlirlərinin artımı
dövlət büdcəsi
və Dövlət Neft Fondu gəlirlərində
də hiss olunur. Habelə bu il neft-qaz sektorundan vergi daxilolmalarında 4 dəfədən çox
artım qeydə alınıb.
Azərbaycan iqtisadiyyatı, dövlət
büdcəsinin gəlirlərinin
təmin edilməsi hələ də neft amilindən asılıdır. Hazırda
büdcə gəlirlərinin
53%-i neft sektorundan formalaşır.
Əvvəllər bu rəqəm 70% ətrafında
idi. Yəni asılılq müəyyən
qədər azaldılıb.
Neft amilini tam aradan qaldırmaq mümkün deyil, ancaq arzu ediləndir
ki, neft sektorundan daxilolmalar büdcə gəlirlərinin 25%-indən
artıq olmasın. Həm də bu asılılıq Neft Fondundan transfertlərin, büdcədə
neft gəlirlərinin
azaldılması hesabına
deyil, qeyri-neft sektorunun inkişafı və həmin inkişafın nəticəsi
olaraq bu sektordan artacaq vergi yığımları
hesabına azalmalıdır.
Azərbaycanda qeyr-neft
sekrotunda qeyri-neft sənayesi sahələri,
kənd təsərrüfatında
isə emal sənaye yüksək potensiala malikdir. Həmin sahələr dövlətin təşviq
mexanizmləri, sahibkarlığın
dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması
hesabına inkişaf etdirilə bilər. Hökumət son illər qeyri-neft sektorunun inkişaf etdirilməsinə
diqqəti və dəstəyi artırıb.
Bunun nəticəsidir ki, son illər qeyri-neft sektorunda artım meyilləri qeydə alınır. Ancaq bununla yanaşı, qeyri-neft sektorunda biznesin dəstəklənməsi,
ucuz kreditlərə əlçatanlığın təmin
edilməsi, təşviq
mexanimlərinin təkmilləşdirilməsi,
beynəlxaq təcrübəyə
əsaslanaraq dövlət-sahibkar
əməkdaşlının gücləndirilməsi vacibdir.
Neft gəlirlərinin
bir hissəsi qeyri-neft sektorunun davamlı və dayanıqlı inkişafına
yönəldilməlidir. Çünki
Azərbaycan iqtisadiyyatının,
sahibkarların aşağı
faizli kreditlərə,
biznesin əlverişli
və əlçatan
maliyyə qaynaqlarına,
böyük investisiyalara
ehtiyacı var.
Ölkəmizdə kiçik və
orta sahibkarlığın
inkişfına dövlət
dəstəyinin artırılması
vacibdir. Xüsusən
də bank sektorunda islahatlara ehtiyac var. Bank kreditlərinin faizləri çox yüksəkdir və biznes üçün əlverişli
deyil. İndiki kommersiya kreditlərinin faizləri ilə qeyri-neft sənayesini inkişaf etdirmək mümkün deyil. Ona görə də, bank sektorunda azad rəqabət mühitinin və biznes üçün əlverişli
kredit bazarının formalaşdırılmasına böyük
ehtiyac var. İqtisadiyyatımızın
neft amilindən asılılığının artırılmasının əsas
yolu qeyri-neft sektorunun diversifikasiyası,
inkişaf etdirilməsi
və ixrac potensilaının artırılmasıdır.
Bununla yanaşı, neft-qaz sektoru da inkişaf etməkdə davam edəcək. Ölkəmizdə
qaz istehsalının ildə 50 milyard kubmetrə çatdırılması
nəzərdə tutulur.
“Qara qızıl” hasilatının azalmasından
itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyə
bilər. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir
ki, bu da növbəti
illərdə qaz hasilatını və ixracını əhəmiyyətli
dərəcədə artıracaq
Azərbaycanın iqtisadi
maraqlarına çavab
verir. Neft hasilatının azaldığı,
qiymətlərin kövrək
olduğu bir vaxtda qazla bağlı
belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi
“mavi yanacaq” ixracının artırılması
əvəzləyə bilər.
Təbii qazın
2025-ci ilədək qlobal
enerji səbətində
kömürü üstələyəcəyi
və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında
bildirilir ki, bir çox ölkə tərəfindən təbii
qaza təmiz enerji növü kimi daha çox
üstünlük veriləcək.
Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla
yanaşı, ölkələr
arasında əlaqələrin
qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı
artımda əsas amil
olacaq. 2050-ci ilədək
qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə
6 trilyon kubmetrə yüksələcək. 2022-ci ildə
də qlobal təbii qaz tələbatının artacağı
gözlənilir. 2021-ci ildə
qlobal qaz tələbatı 110 milyard
kubmetr artıb. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının
2024-cü ilə qədər
hər il 1,6% artacağını
proqnozlaşdırır.
Mahir Həmzəoğlu
Xalq cəbhəsi.- 2023.- 20
iyul. S. 12.