Professor Telman Vəlixanlı- 60

 

Bu gün sizə dünyanın ən gözəl adamlarından biri haqqında söhbət açmaq istəyirəm. El arasında kiminsə haqqında söz düşəndə- filankəs sinəsində böyük ürək gəzdirir- deyirlər. Mənim qəhrəmanımı isə sinəsindəki böyük ürək yaşadır. Bəli, onu ürəyi yaşadır, o isə ürəkləri. Yəni neçə-neçə adamı

Xaraktercə nəzakətlidir. Dərin duyğulu, fədakar, intuitiv, başqalarının ehtiyaclarına həssaslıqla yanaşan insandır. Son dərəcə kövrək, münasibətdə etibarlı sədaqətə önəm verən birisidir. Mehriban davranışı var...

Deyir ki, “mən ali təhsil alandan sonra bir müddət kənddə müəllim kimi fəaliyyət göstərmişəm. Uzun illərdir oradan ayrılsam da bu günədək yuxularımda həmin məktəbi görürəm. Bu da sonradan ona gətirdi ki, mən ali məktəbin nəzdində lisey yaradlıması təşəbbüsü ilə çıxış elədim bu gün çox sevinirəm ki, dostlarımın dəstəyi ilə bu məktəbin fəaliyyətini davam elətdirirəm. Bu məktəb artıq böyük bir kompleksə çevrilib. Məktəbdə olan hər bir uşaq mənim üçün bir məktəbdir. Məktəb doğrudan da böyük bir fəlsəfədi. Həyatın dərk olunması da buradan başlayır. Yaponlar əbəs yerə demirlər ki: “Tərəqqinin, inkişafın üç səbəbi var: təhsil, təhsil yenə təhsil”. Sokratın bir ifadəsi var: “Yalnız bir Tanrı var, o da bilikdir, yalnız bir şeytan var, o da nadanlıqdır.” Hesab edirəm ki, keçid dövrünü üstələdiyimiz bu məqamlarda bizə təhsildən vacib heç yoxdur. Hesab edirəm ki, biz düzgün yoldayıq. Başqa sahələrə sərf eləyəcəyim enerjini məktəbdə sərf eləməyi özümün vəzifə borcum hesab edirəm bununla fəxr edirəm. Aspirantlara, magistrlərə dərs desəm orta məktəbdə işləməyi özüm üçün Allahın lütfü, xoş qisməti hesab edirəm.”

İş həyatında son dərəcə tələbkar diqqətlidir. Eyni zamanda kökə, ailəyə bağlı adamdır. Uşaq kimi yumşaq, emosional, sentimant quruluşdur. Nostalji hisslərlə hərəkət etməyi xoşlayır sevdiklərini çox qoruyur, ürəyində onlar üçün xüsusi bir yer verir. Düşdüyü vəziyyət qədər çətin olsa da, münasibətlərində qətiyyət göstərə bilir. Necə deyərlər, fırtınalı məqamlarda çox səbrlidir...

Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, həm müəllim, həm naşir, həm tərcüməçi, həm alim kimi çox işlərə baş vurmuşam artıq konkret hansı işləri görməli olduğumu müəyyənləşdirmişəm. Bu yaşdan sonra insan dərk eləyir ki, hansı dəyərlərin üstünə getməlidir, həyatda əsas nədir, ötəri olan nədir? Bu mənada hesab edirəm ki, düzgün yol seçmişəm başa düşürəm ki, artıq geriyə dönüş yoxdur.”- söyləyir.

Xaricdən sərt görünsə , həssas mühafizəkar bir təbiətə sahibdir. Düşüncələrini necə ortaya qoyacağını yaxşı bilir. İntuisiyasını məharətlə ifadə etməyi bacarır. Romantik adamdır. Hisslərinə həddindən artıq bel bağlayır. Bu səbəbdən ayaqüstə möhkəm dayanıb...

Deyir ki;-Ötən əsrin 90-cı illərində həm dünya ədəbiyyatından bizim dilə, həm Azərbaycancadan digər dillərə tərcümədə doğrudan da çətinliklər, problemlər var idi. Jurnalın təsisindən etibarən, biz “Mütərcimolaraq hələ Azərbaycan oxucusuna məlum olmayan müəllifləri- Coysdan başlamış rus ədəbiyyatından indiyədək Azərbaycan oxucusuna məlum olmayan əsərləri, əcnəbi müəllifləri seçib tərcümə edirdik. Ətrafımızda da çox yaxşı bir kollektiv vardı. Təbii ki, indi həmin enerji ilə bu gün davam edə bilməsək , konkret olaraq hədəflərimizi müəyyənləşdirmişik. Jurnalımızın yönümünü daha çox rus ədəbiyyatının tərcüməsinə istiqamətləndirmişik. Məsələn, biz DostoyevskininYoxsul insanlarəsərinin tərcüməsini vermişik. Çünki həmin roman da Azərbaycan dilinə tərcümə olunmamışdı. Hədəflərimizə doğru irəliləyirik, gələcəkdə bunu davam etdirəcəyik. Gələcək göstərər. Tərcümə sahəsində işlərimiz əla gedir. Latın qrafikalı nəşrlər çap olunur, Yazıçılar Birliyinin orqanlarında, elə təkcəAzərbaycanjurnalının hər sayında xeyli sanballı tərcümələr gedir. 150 cildlik dünya ədəbiyyatı kitabxanasından tərcümə nəşrləri davam edir. Sankt-Peterburqda dünya tərcüməçilərinin dünya simpoziumunda iştirak eləmişdim. Oraya özümlə nəşrlər aparıb təqdim elədim, nəşrlər haqqında danışanda hamı təəccübləndi ki, ola bilməz ki, Azərbaycan kimi balaca bir ölkədə yüksək səviyyədə bu qədər kitab nəşr olunsun. Pessimistlərdən fərqli olaraq tərcümə sahəsi haqqında nikbin fikirdəyəm. Allaha şükür, artıq bizdə tərcümə işi normal səviyyədədir...”

Xeyli elmi-filoloji, bədii tərcümələri var. Adı Dostoyevskinin “Karamazov qardaşlarıilə assosiasiya olunur. Əsasən Dostoyevskinin tərcümə etməsinin səbəbini isə belə izah edir:-Dostoyevski insan qəlbinin çırpıntılarını, insanı həyatda izləyən məşəqqətləri çox ustalıqla təsvir edir. Dostoyevskidə insan həyatının tarixçəsini öyrənmək, ona təsir eləmək, onda işıqlı nələrsə görmək var. Dostoyevski fenomenal bir hadisədir. “Karamazov qardaşlarıdünya nəsrinin şah əsəridir. O əsəri mən Həştərxan Universitetində Filologiya fakültəsinin tələbəsi olarkən oxumuşdum. Amma onda dərk eləməmişdim. Yəni o əsərin dərinliklərinə varmaq o vaxt mənə bir az çətin olmuşdu. Deyək ki, “Cinayət cəza”, lap eləİdiot”un özünü qavramaq mənə asan idi. Amma “Karamazov qardaşları”nı axıra qədər dərk eləyə bilməmişdim. Bəlkə həcmi qorxutmuşdu məni. Sonralar, 2004-cü ildə Yazıçılar Birliyinin qurultayında Anar müəllim məclisə müraciət elədi ki, bizim ədəbiyyatımızın çatışmayan cəhətlərindən biri odur ki, dünya nəsrinin şah əsəri “Karamazov qardaşlarıdilimizə tərcümə olunmayıb. Sanki bu fikir, bu təklif ağlıma, düşüncəmə təkan verdi ki, əsəri dilimizə tərcümə edim. Əslində o ideya tələbəlikdən başımda oturmuşdu. O tərcümədə mənim sevimli müəllimim, professor Məmməd Qocayevin zəhməti çoxdur. Çünki o da məni buna istiqamətləndirdi. Çox sevinirəm ki, biz bu tərcüməni eləyə bildik. Bu tərcümə bizim ədəbiyyatşünaslığımızda prinsipial məsələdir. Çünki indi tərcüməyə müxtəlif baxışlar mövcuddur: Hərfi tərcümə, sərbəst tərcümə, yaxud da sərbəst hərfi tərcümənin ortaq bir nöqtəsini taparaq bədii tərcüməni həyata keçirmək mövqeyi... Dostoyevski elə bir müəllifdir ki, orada sərbəstliyə yol vermək qeyri-mümkündür. Onun öz sintaksisi, öz dili, öz intonasiyası, mətnin dinamikası, arxitektonikası var. Yəni Dostoyevskini başqa cür vermək olmaz. Sanki onun mətnləri bir vəhy kimi Dostoyevskiyə gəlib, o mətni, onun dinamikasını dağıtmaq, onun gərginliyini başqa cür ikinci dilə ötürmək olmaz. Ona görə doğrudan da bu tərcümə çətin oldu. Ondan sonra Tolstoyu tərcümə elədim, gördüm ki, bu daha asandır. Asanlıq çətinlik obyektə, predmetə münasibətdən, məsuliyyətdən irəli gəlir. Tərcümə edəndəbabam mənə kor dedi, gəlib gedənə vur dedideyib yox, məsuliyyəti dərk edərək məsələyə yanaşmaq lazımdır. “Karamazov qardaşları”nı 4 il ərzində, bu məsuliyyəti dərk eləyərək tərcümə etmişəm. Düzdür, mətni sadələşdirmək , asan dillə, qırıq cümlələrlə vermək olardı, sintaksisi dəyişmək olardı, amma burada qeyri-mümkün idi. Onda Dostoyevski yox, başqa müəllif alınardı. Bunu da əlavə etmək istəyirəm: Dostoyevski Azərbaycana üçün lazımdır? Bizim tanıdığımız DostoyevskiCinayət cəza”nın, “Karamazov qardaşları”nın, “İdiot”un, “Alçaldılmış təhqirolunmuşlar”ın, “Şeytanlar”ın müəllifi deyil təkcə. Rus nəzəriyyəçi ailmlərinin, Avrasiyaçıların mənəvi atasıdır. Burada hər şey Dostoyevskiyə söykənir. Dostoyevski sadəcə yazıçı yox, rus filosofudur, mütəfəkkiridir. Həm keçmiş, həm indiki rus fəlsəfəsi tanınmış filosoflarının etiraf etdikləri kimi Dostoyevskidən qidalanır.”

Haqqında sevə-sevə danışdığım Telman Həmzağa oğlu Cəfərov (Vəlixanlı) 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində dünyaya gəlib. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra üç il doğma kəndində rus dili ədəbiyyatı fənnini tədris edib. 1988-ci ildə indiki Bakı Slavyan əyani aspiranturasına daxil olub 1992-ci ildəM.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı tərcümələrindəadlı namizədlik dissertasiyası müdafiə edib. 2004-cü ildə isəQədim rus ədəbiyyatında slavyan-türk əlaqələrimövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülb. 1992-ci ildə BSU-nun rus ədəbiyyatı onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov hazırda həmin kafedranın professorudur. Ötən müddət ərzində universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. Bütün bunlardan əlavə o, 1993-cü ildə yaradılmışMütərcimTərcümə Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir. 1996-cı ildə elmi, ədəbi-bədii tərcümə jurnalı kimi fəaliyyətə başlamış hazırda Azərbaycan Yazıçılar Birliyi Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə buraxılanMütərcimdərgisinin baş redaktoru naşiridir. Müstəqil Azərbaycanda nəşr tərcümə işinin inkişafına xidmət göstərən ziyalılarımızdandır. Onun təşəbbüsü ilə təsis təşkil olunmuş "Turan" liseyi ölkəmizdə fəaliyyətə başlayan ilk yeni tipli orta ümumtəhsil müəssisələrindən biri idi. 2016-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir sıra kitabların müəllifi bir çox əsərlərin tərcüməçisidir...

Yaşı 60-ı haqlasa da yazıb yaratmaq eşqi gəncliyində olduğu kimi coşub-daşır. Arzuları çoxdur. Gələcəyə ümidlərlə boylanır...

Deyir ki;-Təbii ki, ilk növbədə arzum cansağlığıdır. Sonra da ən böyük arzu Allahın bizə verdiyi qabiliyyətə müvafiq olaraq planlaşdırdığımız işləri həyata keçirməkdir. Yaxşı ədəbi elmi mühit olmalıdır ətrafda, mənim işlədiyim kollektivdə- Slavyan Universitetində bu var. Bizim jurnalımız da Yazıçılar Birliyinin Slavyan Universitetini birgə dəstəyi ilə buraxılır. O dəstəyi hiss eləyirəm. Ətrafımda yaxşı dostlar var. Azərbaycanda hər şeyi görürlər, əsl zəhməti qiymətləndirirlər, dəstək verirlər. Çox təəssüf ki, bəzi insanlar isə sadəcə gileylənməklə məşğuldurlar. Giley Allah yanında da pis qəbul olunur. Giley yaxşı olan hər şeyi məhv eləməkdi, görməməzlikdən gəlməkdi. Həmişə şükür etmək lazımdır. Hazırda məşğuliyyətimə gəlincə, bir pedaqoq ki, gənc nəslin maariflənməsi ilə məşğulam. Ötən əsrin oxucusu ilə bugünkü oxucunu müqayisə eləmək olmaz. Dəyərlər, münasibətlər çox dəyişib. Xeyli görüləsi işlər var. Ən ümdə vəzifəm məktəbdə fəaliyyətimi davam elətdirməkdi. Arzum budur ki, qüvvəm, enerjim olsun, hər bir şagirdimə fərdi yanaşa bilim. Bədii tərcüməyə gəlincə, bu sahədə yorulmadan çalışıram. İnsanlar bilməlidirlər ki, dünyanı yaşadan dəyərlər, dünyanı üstündə saxlayan sütunlar var. Fikrimcə, bunları həmişə insanların yadına salmaq lazımdır ki, yollarından sapmasınlar, doğru yolu seçsinlər...”

İyulun 22-də resbublikanın əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Telman Vəlixanlının 60 yaşı tamam olur. Ona həyatda möhkəm can sağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Yubileyiniz mübarək, əziz hörmətli PROFESSOR!

 

Elman Eldaroğlu

Xalq cəbhəsi.- 2023.- 20 iyul. S. 15.