Şuşa Qlobal Media Forumu: əhəmiyyəti və nəticələri

 

Son günlərin önəmli hadisələrindən biri Birinci Şuşa Qlobal Media Forumu oldu. Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilatın media qurumunun, həmçinin 60 yerli media rəhbəri nümayəndəsi qatılıb.

Millət vəkili Musa Qasımlı bildirib ki, Forumun keçirilməsi faktı, cənab Prezidentin qısa çıxışı suallara verdiyi dərin, əhatəli cavablar fikrimcə, aşağıdakı amillər baxımından əhəmiyyətlidir:

"- Forumun Milli Mətbuat günü ərəfəsində - iyulun 21-də açılmasının dərin rəmzi mənası var. Bu o deməkdir ki, mediaya xüsusi qayğı göstərən dövlət başçımız azad müstəqil olan Azərbaycan mediasının dünyaya çıxmasına, əməkdaşlığına böyük əhəmiyyət verir, strateji hədəflər güdür;

- mətbuat dünya mədəniyyəti yaradan Uca millətimizin mədəniyyətinin ayırlmaz bir parçası olduğundan mədəniyyət paytaxtında belə bir forumun keçirilməsi indiyədək olanların informasiya ayağını tamamlayır;

- Forumun mövzusunun “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” seçilməsi mediamızın yeni çağırışlara hazır olmasının vacibliyinin göstəricisidir;

- cənab Prezident qısa nitqində Şuşanı millətimizin qələbə, cəsarət sülh rəmzi adlandırdı;

- dövlət rəhbərimizin suallara cavablarında bir daha məlum oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkə rəhbərinin dostluğu regionda dünyada sülh, sabitlik üçün vacib amildir. İki ölkə Şuşa bəyannaməsini imzalamaqla müttəfiqə çevriliblər bu, qarşılıqlı münasibətlərdə geniş üfüqlər açır;

- Azərbaycana qarşı çirkin planlar quranlara qurmaq planları olanlara deyildi ki, torpaqlar azad edildikdən sonra ölkəmizdə daxildə hər hansı bir təhlükə yoxdur, sabitlikdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir. Ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Amma Azərbaycan xalqı ayıq olmalı, keçmişi, qonşunun kürəyimizə bıçaq sancdığını unutmamalı, istənilən ssenariyə hazır olmalıdır. Ona görə ordu quruculuğuna xüsusi diqqət yetirilir;

- geosiyasi vəziyyətin dəyişməsinə baxmayaraq, Azərbaycan Rusiya arasında əlaqələr davam edir, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdək görünən kiçik nahamarlıqlar Azərbaycan Rusiyanın siyasətinə, Azərbaycan rəhbərinin siyasi iradəsinə heç bir təsir göstərmir;

- Azərbaycan dövləti sədrliyi müddətində Qoşulmama Hərəkatına nüfuz qazandırıb;

- düşmən üzərində qazanılan qələbədə, informasiya müharibəsində Azərbaycan mediası rol oynayıb;

- Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mediada sağlamlaşma prosesi uğurla gedir millətimizin maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda olur. Media nümayəndələrinin məsuliyyəti getdikcə artır;

- Ermənistan bəyan edib ki, Qarabağ Azərbaycandır artıq sənədə imza atmaq mərhələsidir. Ermənistan sülh sazişini imzalamasa, sülh olmayacaq. Bu, bölgə üçün heç yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək, çox həssas geosiyasi vəziyyətdə gələcəkdə çətinliklər yaradacaq;

- Avropa ölkələrinin qaz təchizatında Azərbaycanın rolu daha da artaraq bütün qitəni əhatə edəcəkdir. Azərbaycan hələ XX əsrin 20-ci illərində siyasi leksikona gətirilənPanAvropaüçün vazkeçilməz ölkədir;

- torpaqlarını işğaldan azad edərək dirçəlişə, quruculuğa başlayan Azərbaycan millətinin ruhu yüksək, mənəvi keyfiyyətlər dərindir.Torpaqlarımızı işğal edənlər isə barbardırlar;

- işğaldan azd edilmiş ərazilərə qayıdış planlı şəkildə aparılır;

- Ermənistanın ərazilərimizdə minaları basdırması dirçəliş, quruculuq işlərinə mane olan baçlıca amildir. Minlara dair xəritəni təqdim etməklə Ermənistan mina terroru dövləti olduğunu göstərib;

- Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün hər şeyə hazırdır. Çoxmillətli çoxkonfessiyalı dövlət olan Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq vəzifələrə malikdirlər, təhlükəsizliklərini dövlət ən yaxşı səviyyədə qoruyur. Hansısa etnik qrupun fərqləndirilməsi ziyanlıdır;

- Ermənistanın avantüraları üçün heç bir dövlət gəlib Azərbaycana qarşı döyüşməyəcəkdir;

- Azərbaycanın prioriteti qeyri-neft sektorunun inkişafıdır. Ölkədə xarici şirkətlər üçün əlverişli mühit vardır;

- ermənilər Qarabağda aborigen deyil, gəlmədirlər;

- Azərbaycan mülki ermənilərə qarşı heç vaxt silah işlətməyib. İşğalçı Ermənistan isə mülki obyektləri, dinc insanları uşaqları hədəf alıb;

- Ermənistan erməni silahlı qüvvələrini Qarabağdan çıxarmalı Naxçıvana çıxışı təmin etməli, Cənubi Qafqaz yüksək risk zonasından çıxarılmalıdır;

- Azərbaycan xalqının rifahının yüksəldilməsi hökumətin qarşısında dayanan əsas məsələdir;

- Azərbaycanda bütün işlər dəqiq planlaşdırılmış proqnozlaşdırılmış aparılır;

- Şuşa Forumuna gələn hər şeyi öz gözləri ilə görən beynəlxalq media nümayəndələrinin həqiqətləri ölkələrinin nümayəndələrinə, ictimaiyyətinə çatdırmaları Azərbaycanın istəyidir".

 

Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması

 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, işağldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var: “Bu tədbirlərdə iştirak edən əcnəb jurnalist ya ekspertlər çox böyük məmnunluq hissi keçirir, Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur Azərbaycan dövlətinin gücünü bir daha görürlər. Hətta iki il bundan əvvəl Şuşaya gəlmiş bir neçə jurnalist, indiki səfərlərində Şuşanın möhtəşəm şəkildə dəyişdiyini qeyd ediblər".

O, "maraqlıdır ki, artıq Şuşa haqqında əcnəbilər belə, kitab yazırlar”,- deyə əlavə edib: “Bu kitablarda əcnəbi müəlliflər öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının yenidən dirçəlişini böyük qürur hissi ilə tərənnüm edirlər. İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundan sonra xaricdə Şuşa haqqında yazıb danışan əcnəbilərin sayı daha da çox olacaq. Çünki Forumda 49 ölkədən gələn əcnəbi qonaqlar Azərbaycan, eləcə Şüşa ilə bağlı çox böyük təəssüratlarla öz vətənlərinə qayıdıblar. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında bu tədbirin Azərbaycan, həmçinin Qarabağ bölgəsi üçün müstəsna əhəmiyyətini vurğulayıb: “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz, Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol sovet dövründə, ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm bizim cəsarətimizin rəmzidir”.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Şuşada etdiyi bu çıxışlar ermənilərdə bir daha qıcıq yaradıb. Onlar Forumda iştirak edən əcənibi jurnalistlərə böhtanlar yağdırıblar. Hətta Xankəndi-Şuşa yolunda toplanan erməni jurnalistlər Qlobal Media Forumunun iştirakçılarına ünvanlanan bəyanatlar yayıblar. Əlbəttə ki, bu, ermənilərdən hər zaman gölənilən növbəti tərxibat xarakterli addımlardır. Şuşada keçirilən tədbirlər Azərbaycanın həm regional problemlərin həllində əsas aktorlardan biri olduğunu göstərir. Bu kimi tədbirlər Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Eyni zamanda belə tədbirlərdə regionun gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığı səyləri aydın görünür. Prezident İlham Əliyevin Şuşada müntəzəm olaraq Qlobal Media Forumunun keçirilməsi təklifini verməsi, Qarabağın gələcəkdə beynəlxaq əməkdaşlıq məkanına çevriləcəyindən xəbər verir".

 

Düşmənlərimizin bizi informasiya blokadasına almaq üçün göstərdiyi səylər puça çıxır

 

Yeni Media Qrupun rəhbəri, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, bir zamanlar həsrətlə baxdığımız, azad olunmasına çalışdığımız Şuşa artıq mötəbər tədbirlərin ünvanına çevrilib: “Növbəti belə tədbir bugünlərdə qədim Azərbaycan şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun keçirilməsi idi". M.Göyüşlü əlavə edib ki, Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat media qurumunun qatılması tədbirin miqyasını, görülən işlərin əzəmətini ortaya qoyur: "Medianın, 4-cü hakimiyyətin inkişafının problemlərinin, o cümlədən dünyanın qlobal məsələlərinin müzakirəyə çıxarıldığı forumda səslənən fikirlər, xüsusən prezident İlham Əliyevin açıqlamaları gündəm olub. Dünyanın aparıcı media qurumları bu mövzuya geniş yer verir, dövlət başçısının çıxış tezislərini işıqlandırırlar.

Düşmənlərimizin bizi informasiya blokadasına almaq üçün göstərdiyi səylər puça çıxır, biz həqiqətləri, ədalətli fikirləri məhz belə platformalar sayəsində beynəlxalq aləmə çıxartmağa nail oluruq.

Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə jurnalistika kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları media savadlılığı, dezinformasiya feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər çox önəmlidir gələcəkdə bunların reallaşan faydalı tərəflərini müşahidə edə biləcəyik".

 

Əli

Xalq Cəbhəsi.- 2023.- 27 iyul. S. 9.