Anadan aktyor olmaq
üçün doğulan
adam…
“Aktyor, rejissor olmaq istəyən şəxs ətrafındakı
hər kəsin mimika və jestlərinə diqqət etməlidir. Hətta, həyətlərindəki “alkaş”ı, narkomanı,
arvadını döyən
zalım əri, “bomj”u və s.. Gərək başını
hər yerə soxasan.”- söyləyir.
Səbrli
insandır, amma əsəbləşəndə özünü saxlaya bilmir, bomba kimi
partlayır. Bu da uzağı
bir dəqiqə çəkir, ürəyini
boşaldandan sonra necə deyərlər, mələməmiş quzu
kimi sakitləşir…
Deyir ki;- “Mən yaxşı
bilirəm ki, hansısa
yaradıcı insan sosial və siyasi məsələləri
həll edə bilər. Amma cəmiyyət
çox zaman yaradıcı
insanlara bambılı
kimi baxır. Orta sahibkarlar var, hansı ki, ölkə kişilərinin çoxluğunu
təşkil edirlər.
40-45 yaşında qarnı
qabağa çıxmış,
qara kepqalı kişilər. Elə bilirlər, dükan işlətməklə, maklerliklə,
alverçiliklə, qısası
pul qazanmaqla dünyanın ən ciddi işi ilə bir tək
onlar məşğuldurlar.
Ciddi-ciddi öz məsələlərini müzakirə
edib, aktyora da yazıq, şikəst, bədbəxt bir adam kimi baxırlar,
bax bu məni
əsəbiləşdirir. Yeri gəlsə, mən səndən də çox qazanıram. Bu stereotip
1990-cı illərdə yarandı.
Bir çox məşhurlarımız
xalq artistlərimiz çıxıb efirlərdə
“ağlaşma qurdular”.
Bu sahədə vəziyyətin
pis olduğunu dilə gətirdilər, həqiqətən də pis idi, heç
indi də tam düzəlməyib. Amma görünür
o qədər giley-güzar
eləyiblər ki, bütün
hamımızın həyatına
sirayət eləyib.”
Bu dəfə sizə Azər Aydəmirdən söhbət açmaq istəyirəm. Azər 24
iyul 1986-cı ildə
Bakı şəhərində
anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində
məktəbin KVN komandasının
kapitanı olub. Əslən Xızıdandır.
Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsinin nümayəndəsidir.
Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər
kəndindən…
Deyir ki;- “8 yaşımda atamı itirmişəm. Və anam məni
gec dünyaya gətirib, hardasa 45 yaşında. İnstitututda
oxuyanda anam dəmiryolu vağzalında
baş kassir işləyirdi. Sonra kompüter
erası gəldi və 50, 60 yaşüstü
qadınlar yeni dövrün
qanunlarına adaptasiya
ola bilmədlər. Onların
attestasiyası keçirildi,
70 faiz insan işdən çıxarıldı.
Ailəmizin yeganə gəlir yeri anamın işiydi. Onda mən mütləq
şəkildə bir neçə işdə işləmək məcburiyyətində
qaldım. İnstitututa
daxil olanda zatən işləyirdim. Onu daha da genişləndirmək,
daha aktiv olmaq qərarına gəldim. Avtomobil sektorundaydım. Erkən yaşlarımda bir az da jurnalistika sahəsində işləmişəm.
Müxtəlif qəzetlərdə...
Beləcə, müxtəlif
işlərdə çalışmaq
məcburiyyətində qaldım.
İçimdə nəsə
bir səs deyirdi ki, qəbul olunduğum institutut sayəsində həyatımı
qura bilmərəm. Mən mental dəyərli
ailədənəm, əslən
dağlıyıq. Xızı
Bakının qeyri-formal
33-cü kəndi sayılır.
Ailəmizdə ali məktəbə daxil olmağımı çox
istəyirdilər. Daxil
oldum, missiyanı yerinə yetirdim və sonradan öz işlərimlə məşğul oldum.”
Məktəbi bitirdikdən sonra,
o, Azərbaycan Dövlət
İqtisad Universitetinin
maliyyə-kredit fakültəsində
natamam ali təhsil alıb. Köç və karyera artımı səbəblərindən birinci
kursdan təhsildən
ayrılıb. İlk fəaliyyət
illərində “Azəravtoyol”
QSC-nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə
Yolu", "Revanş"
qəzetlərində müxbir
kimi çalışıb.
Sonradan tanınmış
neft jurnalı olan "Caspian Energy" də,
müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. 2005-ci ildən
bir sıra avtomobil şirkətlərində
PR və Marketing meneceri
vəzifəsində çalışıb.
2008-ci ildə Zirvə
Motors (İsuzu) Şirkətinin direktoru işləyib.
2005-ci ildən 2014-cü ilə
kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış
karaoke klublarının (Z CLUB) əsasını qoyub. Bir
müddət də müxtəlif tədbirlərin
təşkilatçı kimi
fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə
başlayıb. İlk olaraq
bir sıra reklam və kliplərdə çəkilən
Azər Aydəmir
2010-cu ildən mütəmadi
olaraq filmlərə, seriallara çəkilir.
O, 2012-ci ildə "Xoca"
filmində Yuri Kovalyov obrazı
ilə tanınıb.
Buna baxmayaraq, aktyor fəaliyyətini ilk olaraq
İctimai Televiziyada yayımlanan "Döngələr"
serialı ilə başlayıb. Və bu günədək 40-dan çox filmdə çəkilib.
"Fikrimcə, mədəniyyət
sahəsində- kino, teatr,
serial sektorunda əsas
problem imic məsələsidir.
Biz xalq olaraq ya çox ucuza,
ya çox bahalıya qaçırıq.
Biz dəyər verməyi
sevirik, amma tez bezirik və
əgər imkanımız
varsa, özümüzə
ən yaxşısını
qıyırıq. Orta
statistikliyi çox da
sevən deyilik.
İndi incəsənət sahəmiz çox kasıb, çox aşağı səviyyədədir.
Ümumən, xalqın
düşüncəsi budur
ki, aktyor yazıqdır,
kasıbdır, dolana bilmir. İmic formalaşmalıdır. Kübarlığın,
nəcibliyin okeanı
kimi yanaşmalıdırlar
aktyora. Bu imici formalaşdırmaq üçün
deyəcəksiniz ki, pul
lazımdır. Xeyr. İmici yalandan formalaşdırıb maliyyə
cəlb etmək olar. Bunun gözəl nümunəsi instaqram fenomenləri, bloggerlərimizdir.
Məsələn, onlar
həmin o imici fotolar, bahalı məkanlarda şəkil çəkdirməkləri ilə,
guya, gözəl həyat tərənnüm
etməklə yalandan qazanıblar. Onlara heç belə reklam lazım deyildi, amma ediblər.
Görün buna incəsənətimizin
necə ehtiyacı
var. Xalq hazırda mədəniyyətimizə yuxarıdan
aşağı baxır.
Teatrlarda 8 manatlıq biletlər yığışdırılmalıdır.
Qiyməti 50-80 manat olmalıdır. Qoy zal boş olsun,
30 nəfər bahalı
geyimlərdə adam gəlsin, şəkil çəksinlər, paylaşsınlar.
Madam aldanmağı sevirlər,
qoy elə belə olsun. Yəni bütün bu sahəni süni şəkildə bahalaşdırmaq, kübarlaşdırmaq,
nəcibləşdirmək lazımdır. Bunu bu gün bir
sıra fərdlər
bacarır”.- söyləyir.
Ali təhsilini yarımçıq
qoyan Azərin istedadı fitrətdən
gəlir. 2018-ci ildən
etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış
edir. 2019-cu ildən “Azercell” şirkətinin uğurlu rebrendinqindən sonra, o, “Azercell” Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel, hal-hazırda İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Gündəlik sosial-analitik
“Sabaha Saxlamayaq” axşam tok-şousunun aparıcısı olub.
Hal-hazırda (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin
İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasının siması,
aparıcısıdır. Bundan
əlavə hər həftə “AvtoFm 107.7” dalğasında dinləyicilərlə
"Qarışıq Fəlsəfə"
layihəsində ezoterik
fəlsəfi söhbətlər
edir…
Deyir ki;- “Teatr məbəddir”
deyirlər. İstəyirəm
bu, təkcə aktyorlar üçün yox, hamı üçün belə olsun. Repertuarı qoyaq bir tərəfə.
Hətta marketin də sosial şəbəkələrdə səhifəsi var. Düzdür,
indi teatrların səhifəsi var, amma kreativ, cəlbedici, maraqlı olması sual doğurur. Teatrların sosial şəbəkələrdə rəqəmsallaşması ilə
yanaşı, orda da
PR işləri görülməlidir.
Yanvarın 1-i Moskvada axşam
saat 11-in yarısında
teatrlar olan küçədə gəzişirdik.
Teatrların qarşısında
30-35 nəfərdən ibarət
növbə vardı.
Həmçinin də
gözəl geyimli, gözəgəlimli xanımlar
– küçədə bir-bir
yaxınlaşıb gecə
seanslarına dəvət
edirdilər. Bayram günləri
idi deyə, teatr gecə də işləyirdi. Orda bu mədəniyyət
çox yüksək
səviyyədədir. Bundan
başqa, bizdə teatrların xarici görünüşündə də problem var. Məncə,
teatr binası şən, rəngarəng,
seçilən olmalıdır.”
Dediyim kimi, Azər qırxdan çox filmə çəkilib və ona daha
çox şöhrət
gətirən “Əqrəb
mövsümü” olub.
“Sözün düzü bu qədər gözləmirdik. Biz bilirdik
ki, intellektual, film və
serialları izləyən
tamaşaçıları cəlb edə bilərik. Emil Quliyevin, Hikmət Rəhimovun və mənim yaradıcılığımı sevən və orada çəkilən digər aktyor və aktrisaların hər birinin öz filmoqrafiyası var. Bununla yanaşı İTV
televiziyasının öz
auditoriyası var. Amma gələcəkdə
filmin Yutub kanalına da yerləşdirilməsi
bizə vəd edir ki, daha çox
izlənəcək və
seviləcək. "Əqrəb
mövsümü"nün dördüncü seriyadan
bu qədər səs-küy yaratmasını
gözləmirdik. Hətta
Hikmət Rəhimovla və mən iki gün telefonları
söndürdük və
kənara qoyduq. Deyəsən Hikmət Rəhimov telefonu indiyə qədər də telefonu əlinə almır. Çünki o, baş qəhrəmandır. Mənim
isə İnstaqram və feysbuk səhifəm çöküb.
Yavaş-yavaş heç
kimin xətrinə dəyməmək üçün
çalışıram ki, sualları cavablandırım.
Amma hər şey möhtəşəm oldu.
Hələ də davam edir…”
İyulun
24-ü Azər Aydəmirin
37 yaşı tamam olur. Onu bu
münasibətlə təbrik
edir, möhkəm can sağlığı, yaradıcılıq
uğurları arzulayıram…
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2023.- 27 iyul. S. 15.