Varisin kitabı

 

Onunla Sumqayıtda eyni məhəllədə, eyni binada böyümüşük. Rəhmətlik atası Musa müəllim filolologiya elmləri namizədi, ədəbli, ləyaqətli kişilərdən biri idi. Heç vaxt yüksəkdən danışmaz, nalayiq sözlər işlətməzdi. Sumqayıt Kimya Texnologiya Texnikumunda baş müəllim işləyirdi. Anası Tamara xanım Sumqayıt Alüminium Zavodunda iqtisadçı vəzifəsində çalışırdı. Sumqayıtda məskunlaşsalar da hər ikisi Qazax rayonunda doğulmuşdular. Varisin özündən böyük bacısının adı Solmaz, kiçik bacısının adı isə Almaz idi. Evin tək oğlu olduğuna görə valideynləri ondan heç nəyi əsirgəmirdilər. O dövrün ən bahalı paltarlarını geyinir, ən yaxşı oyuncaqları ilə oynayırdı. Hətta məhəllədə növbə ilə sürdüyümüz ilk velosipet ona məxsus idi. Həddibuluğa çatandan sonra, necə deyərlər, bir yerdə oturub-durur, o zamanki uşaqların xoşladığı bişdi, kəmər vurdu, aşıq-aşıq, çijik kimi oyunlar oynayırdıq. Məhəllələr arası futbol yarışlarında isə o, komandamızın kapitanı olardı...

Deyir ki, “mən, filoloq, ədəbiyyat mütəxəssisi Musa Yolçuyevin övladı kimi dünyaya gəldiyimdə üç otaqlı mənzilimizin bir otağı kitabla dolu idi. Dəhlizimiz üç cərgə kitablardan ibarət idi. O kitabların içində böyümüşəm. Kitabların içində böyümək, uşaq təfəkkürlü bir insanda maraq oyadır. Ən birinci bəzəkli kitabları açırsan ki, görüm nədir? Mən müsahibələrimin birində qeyd etmişəm. İlk vaxtlar həmin kitabları maşın kimi sürürdüm, top əvəzi vururdum. Bu maraqların ardından mən artıq o kitabların içindəki şəkillərə baxmağa başladım. Baxçaya gedəndə artıq ordakıları məcbur edirdim ki, mənə əlifbanı tez öyrətsinlər, mən o kitabları oxumağa başlayım. Kitabların içində böyümək mənə böyük fayda verdi. Həmin dövrdə istəyirdim ki, özümün kitabım olsun. Təsəvvür edin ki, 5-6 yaşımda mən kitab yazmışdım, üstünə yazmışdım ki, “Varisin kitabı”. vaxtsa memuarlarımı çap etdirəndə, o kitabı da çap etdirəcəm. İndi həmin kitaba baxdığımda görürəm ki, orda uşaq sadəlövhlüyü ilə çox maraqlı cümlələr yazılıb...”.

Bəli, düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı, əməkdar jurnalist Varis Yolçuyevdir. Onun tərcümeyihalından söhbət açıb uzun-uzadı danışmaq fikrində deyiləm. Çünki həm maraqlı hadisələrlə dolu həyat yaşayıb həm ona təqdim olunan beynəlxalq mükafatlar o qədər çoxdur ki, hamısını sadalamağa səbrim çatmaz. Amma bəzilərini nəzərinizə çatdırmağı özümə borc bilirəm: Böyük Britaniya Rusiyada verilən "İlin yazıçısı" fəxri adları, Varşavada təltif olunduğu YUNESKO-nun Adam Mitskeviç medalı, ABŞ-da Kreativ yazıçıların Nyu-York promokşn layihəsinə seçilərək fərqlənmə sertifikatına layiq görülüb. Ən böyük uğuru isə bir neçə il əvvəl Rusiyada keçirilən LiFFt dünya ədəbiyyat festivalında 170 dünya yazıçısı arasında laureat adını qazanaraq qızıl medal almasıdır...

Həyatının yazıçılıq dövrü Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyarkən başlayıb. Bir gün dayısı bir neçə hekayəsini xalq yazıçısı İsmayıl Şıxlıya verir. Üstündən bir neçə gün keçəndən sonra eşidir ki, İsmayıl müəllim onu axtarır. Tez yanına gedir, xeyli söhbət edirlər. bir görür ki, hekayələriUlduzjurnalında çap olunub. Hətta İsmayıl Şıxlı ön söz yazıb: “Ədəbiyyatımıza Varis gəlir. Mən onun gələcəyinə böyük inam bəsləyirəm...”

Amma, həmin dövr cəmiyyətin siyasiləşmiş, dərəbəylik dövrü olduğundan ədəbiyyata gəlişi bir az yubanır. Bir müddət mətbuata yönəlir uzun zaman müxtəlif qəzetlərdə çalışır. 2006-cı ildə isə içindəki ədəbiyyat sevgisi onu yenidən hərəkətə gətirir. Həmin ilSonuncu ölən ümidlərdiradlı romanını yazır 2008-ci ildə bu romanı 10.000 tirajla işıq üzü görür.

Ədəbiyyatda həmişəciddi ədəbiyyat”, “yüngül ədəbiyyat”, “fikir ədəbiyyatı”, “hadisə ədəbiyyatıkimi polemikalar olub, elə o dövr var idi. O vaxtlar kitab mağazaları olmadığından bir ovuc yazıçı, o cümlədən Varis öz kitablarını üzə çıxara bilmirdi. Oxucu satış problemləri olduğundan kitabın 3000 nüsxəyə yaxınını tələbələrə, gənclər işləyən kollektivlərə hədiyyə edir. Kitabın sonunda da telefon nömrəsini poçtunu qeyd edir ki, oxucular rəy bildirsinlər. Çox keçmir ki, tələbələrdən, hərbçilərdən s. insanlardan rəylər almağa başlayır. Yalnız bundan sonra o, “Azərmətbuat”-ın yardımı ilə metrolarda bölgələrimizdə satış prosesinə başlayır. Daha sonra bu kitab 5 dəfə yenidən təkrar nəşr edilir pirat nüsxələrlə birlikdə 100.000 nüsxəni ötüb keçir. Beləliklə VarisSonuncu ölən ümidlərdirromanıyla böyük ədəbiyyata gəlir...

Deyir ki, “mən, maksimalist adamam. Həmişə haradasa iz qoymağa çalışıram. Sözün düzü, ilk roman yazılanda mən inanırdım ki, nəsə edəcəm. Hiss edirdim ki, bu əsərdən sonra çaxnaşma olacaq, ajiotaj yaradacam. Lakin oxucuların reaksiyası gözlədiyimdən çox oldu. Kitab oxunmayan bir məmləkətdə bu qədər oxucumun olacağını gözləmirdim. Xarici ədəbiyyatı hamı oxusa da, sanki insanlar məhəlli, yerli ədəbiyyat istəyirdilər. Bütün dünyada isə əksinədir, öncə yerli yazarlar gəlir, sonra digərləri. Yerli yazar hansısa bir xarici yazardan zəif olsa belə, daha çox yerli bestsellerlər oxunur. Mən çox şadam ki, ilk kitabım belə bir rezonans doğurdu. Biz üç yazıçıElxan Elatlı, Qaraqan mən Azərbaycanda yeni bir oxucu bumu yarada bildik. Çingiz Abdullayevi özüm qeyd etmədim. Çünki o, hər zaman, hətta durğunluq dövründə oxunub. Oxucusu olmayan, kitabları satılmayan yazarlar bizi qılınclayırlar, bizə səlib müharibəsi elan edirlər. Ümumiyyətlə, yazıçının başqa bir yazıçı haqqında tənqidi fikirlər söyləməsi doğru deyil. Ən yaxşı tənqidçi ədəbi tənqidlə məşğul olan insanlardır...”

Kitablarını ara-sıra oxuduğu yerli müəlliflərdən Mübariz Örənin, Elçin Səfərlinin, Natiq Rəsulzadənin adlarını dilə gətirir daha çox dünya ədəbiyyatı ilə maraqlandığını bildirir. Con Maksvel Kutzee, Orxan Pamuk, Haruki Murakami, Milan Kundera əsərlərini sevə-sevə oxuduğu yazıçılardır. Qabriel Markes, Umberto Eko, Joze Saramaqo kimi müasir dünya ədəbiyyatının nəhənglərini mütaliə etməkdən isə usanmır

Ümumiyyətlə, Varis məzmunlu adamdır. Başdan ayağa xarizmatikdir. Özünəməxsus xüsusiyyətləri var, çox qürurludur. Evin tək oğlu olduğundan uşaqlıqdan kapirizləri ilə məhəllədə seçilirdi. Hər şeyi yeməz, hər yerdə oturmaz, hər adamla dostluq etməzdi. Sözgötürən deyildi. Polad kimi möhkəm idi. Onu sındırmaq olardı, amma heç vaxt əyilməzdi. Bəlkə kənardan kiməsə eqoist kimi görünə bilər, amma gözəl ürəyi var. Tikəsini bölməyi bacarır. Uşaqlıq illərində 22 qəpik sovet puluna satılan, “pirojnaadlandırdığımız şiriniyyatdan çox yeyərdi, bir ki, günəbaxan tumu çırtdamaqdan ləzzət alardı. biz bir-birimizi həmişə çox istəmişik...Bəli, hər bir insanın böyüyüb boya-başa çatdığı bir məhəllə olur. İlk addımını atdığı, birinci uğurunu tay-tuşları ilə bölüşdüyü, hara getsə, hansı zirvəyə ucalsa da heç zaman unuda bilməyəcəyi məhəllə. söhbətimin sonunda onu da deyim ki, biz eyni məhəllədə böyüyən tay-tuşları Varisə həmişə inanmışıq, güvənmişik, varlığından qürur duymuşuq. 1988-ci ildə məlum Sumqayıt hadisələrində özü hazırladığı üçrəngli bayrağımızı ilk dəfə onun əlində görmüşdüm. Ümidvaram ki, vaxtsa "Nobel" mükafatına layiq görülən ilk Azərbaycan yazıçısı da Varis Yolçuyev olacaqİyunun 7-də Varisin növbəti ad günü oldu. qədər çalışsa da, yaşda məni üstələyə bilmir, həmişə beş ay arxada qalır. Varisə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşa, Varis!

 

Hörmətlə, Elman Eldaroğlu

Xalq Cəbhəsi.- 2023.- 8 iyun.- S.15.