“Məişət
zorakılığı uşaqlarımızın
psixi inkişafına mane olur”
Dünya Əliyeva: “Bu bəlanın cinayət hadisəsinə çevrilməsi
artıq cəmiyyət
üçün faciəvi
hal hesab edilməlidir”
Son vaxtlar
ölkəmizdə məişət
zorakılığı kimi
sosial bəlanın gender probleminə çevrilməsi halları
müşayiət olunur.
Belə ki, məişət zorakılığının
qurbanı əsasən
qadınlar olduğu (statistika qadınların
95% qurban olduğunu qeyd edir) üçün
və bu zorakılıq bir-birinə
yaxın olan insanlar tərəfindən
həyata keçirildiyi
üçün faciəvi
hal alıb.
"Dünya Ana və Uşaq"
ictimai birliyinin sədri Dünya Əliyeva “Xalq Cəbhəsi”nə bildirib
ki, məişət zorakılığının növləri
hesab edilən fiziki, psixoloji, mənəvi və iqtisadi zorakılıq halları cəmiyyətimizdə
gələcəyimizin zəmanəti
hesab olunan uşaqlarımızın psixi
inkişafına mane olur və bir
layiqli vətəndaş
kimi yetişməsinə
öz mənfi təsirini göstərir:
“Statistika göstərir
ki, məişət zorakılığının qurbanı
olan uşaqlarımız
daha sonra özləri ailə həyatı qurduqdan sonra məişət zorakılığını törədən
məhz həmin şəxslər olurlar. Bunun ilk səbəbi
uşaq ikən aldığı psixi travmalar və “böyükdən örnək”
kimi yetişən anlayışlar olur. Buna görə də cəmiyyətin gələcəyinə inamla
baxmağımız və
zəmanət verməyimiz
məişət zorakılığı
kimi sosial bəlanın aradan qaldırılması sayəsində
mümkün olacaq”.
Təşkilat rəhbəri əlavə
edib ki, Dövlət Statistika Komitəsinin 2021-2022-ci illərdə
qeydə alınmış
məişət zorakılığı
ilə cinayətlərin
statistikasına baxdığımızda
zərəkçəkən şəxslərin əsasən
qadınlar olduğunu
və bu zorakılığın əsasən
bədən xəsarətləri
ilə, bəzi hallarda isə qəsdən adam öldürmə ilə nəticələndiyini görə
bilirik: “Yəni, məişət zorakılığı
kimi sosial bəlanın cinayət hadisəsinə çevrilməsi
artıq cəmiyyət
üçün faciəvi
hal hesab edilməlidir. Problemin ictimai əhəmiyyəti
isə ondadır ki, bəzən cəmiyyət özü bu problemlə mübarizə aparmağa qadir deyildir. Buna görə də məişət zorakılığı cəmiyyət
və dövlətin ortaq probleminə çevrilməli və birlikdə mübarizə aparılmalıdır.
Məişət zorakılığının qarşısının
alınması haqqında
Azərbaycan Respublikasının
Qanununa əsasən məişət zorakılığı
“yaxın qohumluq münasibətlərindən, birgə
və ya əvvəllər birgə
yaşamaqlarından sui-istifadə
etməklə, bu qanunun şamil edildiyi şəxslərin
birinin digərinə qəsdən fiziki və ya mənəvi
zərər vurmasıdır”.
Göründüyü kimi,
məişət zorakılığının
aktual olması aydın görünür.
Yəni bu zorakılıq bir-birinə
yaxın olan və ya qohumluq
münasibətlərində olan insanlar tərəfindən
törədilən hallar
ilə müşayiət
olunduğu üçün
cəmiyyətin aktual
probleminə çevrilməkdədir.
Bununla yanaşı, bir-birinə yaxın olan şəxslər tərəfindən törədilən
cinayətlərin əsasən
qəsd xarakteri daşıması özlüyündə
cəmiyyətdə təbil
çalınası bir
məsələdir. Son
vaxtlar yəni 2022-ci il tarixində kütləvi informasiya vasitələrində məişət
zorakılığının nəticəsi qəsdən
adam öldürmənin
ağırlaşdırıcı halları ilə müşayiət olunur. Bu da öz
növbəsində uşaqlarımızın
valideynlərsiz böyüməsinə,
güclü psixi travmalara və onların gələcəyimizin
layiqli vətəndaş
kimi yetişməsinə
mənfi təsirini göstərir. Problemin aktuallığı həm
də ondadır ki, məişət zorakılığına məruz
qalan şəxsin dövlət orqanlarına
əsasən də polis orqanlarına müraciət etməsi onun ictimai qınaq
obyektinə çevrilməsi
ilə nəticələnir.
Bütün bunlar da son olaraq
cəmiyyətin dağılmasına
və mənəvi dəyərlərin məhv
olması ilə nəticələnir”.
D.Əliyeva əlavə
edib ki, təşkilat olaraq bu isyiqamətdə çoxsaylı layihələr
həyata keçiriblər
və bundan sonra da keçirəcəklər:
“Əsas hədəf qruplarımız kollec və universitet tələbələri, valideynlər
və müəllimlərdir.
Bu qrupa daxil olan şəxslər
birbaşa məişət
zorakığının qurbanı,
məişət zorakılığını
törədən şəxslər
və məişət
zorakılığı baş
verdiyi təqdirdə müraciət olunan şəxslər olduğu
üçün faydalanan
qrupuna daxil edilib.
Tələbələr arasında belə bir maarifləndirilmə işinin aparılması onların gələcək
həyatlarında məişət
zorakılığı ilə
qarşılaşmamaları və cəmiyyətimizin gələcəyini məhz
gənclər təşkil
etməsi ilə əlaqədardır. Valideynlər
isə beynəlxalq təcrübədə formalaşmış
müdafiə mexanizmləri
barədə məlumat
almalıdırlar. Polis
əməkdaşlarının faydalanan qrupuna seçilməsi “Məişət
zorakılığının qarşısının alınması
haqqında” Azərbaycan
Respublikasının Qanunundan
doğan bir məsələdir. Çünki
həmin qanuna əsasən məişət
zorakılığı məişət
zorakılığına məruz
qalan şəxslərin
ilk müraciət etdiyi dövlət orqanı məhz polis orqanlarıdır”. Təşkilat rəhbəri
onu da əlavə
edib ki, bu istiqamətdə yeni layihə həyata keçirəcəklər:
“Layihənin əsas ideyası məişət
zorakılığının aradan qaldırılması
və beynəlxalq təcrübədə formalaşmış
müdafiə mexanizmlərinin
ölkəmizdə tətbiqi
barədə maarifləndirilmə
işinin aparılmasıdır.
Layihə regionlarda məişət zorakılığı
və onun zərərli nəticələri
və layihənin predmetinə cəmiyyətin
və dövlətin ortaq problemi kimi yanaşma barədə ictimai müzakirələrin aparılması
nəzərdə tutulur.
Belə ki, layihənin icrasına hüquqşünas ekspert
cəlb olunacaq. Qanunvericilikdə məişət
zorakılığına qarşı
inzibati və cinayət məsuliyyəti
barədə məlumat
və dövlətin həyata keçirdiyi islahatlar, əsasən qadın hüquqları barədə məlumatları
özündə birləşdirən
bukletlər hazırlanacaq
və layihə icra olunan regionlarda
paylanılacaq.
Layihənin məqsədi
məişət zorakılığından
qorunmağın həlli
yolları, beynəlxalq
təcrübədə formalaşmış
müdafiə mexanizmlərinin
işləyib hazırlanması
və bu barədə təlimlər
vasitəsilə maarifləndirilmə
işinin aparılmasıdır”.
Onun sözlərinə
görə, eynəlxaq
təcrübənin regionlarda
formalaşması üçün
layihələrin icra edilməsinin zərurəti
olaraq təlimlər keçiriləcək: “Təlimlər
5 dəfə olmaqla hər rayonda 1 dəfə keçirilməsi
planlaşdırılır. Hər rayonda bir təlimin keçirilməsi planlaşdırılır.
Layihələrin rayonlarda
əhalinin sıx məskunlaşdığı ərazilərdə
və ya təhsil ocaqlarında keçirilməsi nəzərdə
tutulur. Layihə üzrə benefisiar sayının təxminən
hər təlim üzrə 25 nəfər
olmaqla təxminən ümumi 125 nəfərə
yaxın şəxsin
təlimlərə qatılacağı
gözlənilir. Hər
bir təlimin sonunda təlim iştirakçıları tərəfindən
ekspert qiymətləndirilməsi
aparılacaq. Təlimlərə
dövlət orqanlarının
nümayəndələri və
bələdiyyə üzvləri
də dəvət olunacaq. Qanunvericilikdə məişət zorakılığına
qarşı inzibati və cinayət məsuliyyəti barədə
məlumat və dövlətin həyata keçirdiyi islahatlar, əsasən qadın hüquqları barədə
məlumatları özündə
birləşdirən 1000 (min)
ədəd buklet paylanacaqdır. Layihə Şəki, Oğuz, Qax, Zaqatala və
Balakən rayonlarında
reallaşdırılacaq. Məişət
zorakılığının qarşısının alınması
üzrə formalaşmış
beynəlxalq təcrübənin
məhz həmin regionlarda paylaşılması
bu barədə layihələrin orada keçirilməməsidir”.
D.Əliyeva onu
da əlavə edib ki, layihənin
icrasından gözlənilən
nəticələr çoxdur:
“Belə ki, layihə icra olunan regionlarda məişət zorakılığı
hallarının çoxluq
təşkil etməsi
(əsasən kənd
və qəsəbələrdə),
məişət zorakılığı
hallarından müdafiənin
formalaşmış beynəlxalq
təcrübəsinin həmin
regionlarda paylaşılmaması
və məişət
zorakılığı halları
ilə üzləşən
insanların müraciət
olunan dövlət orqanlar ilə rastlaşdıqları problemlər
çox olduğu üçün layihədən
gözləntilər böyükdür:
“Layihə icra olunduqdan sonra təlimlərdə iştirak
edən şəxslər
məişət zorakılığının
qarşısının alınmasının
həlli yolları və beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanları yaranacaq. Beynəlxalq təcrübədən yararlanmaq
məişət zorakılığı
baş verdiyi anda düzgün reaksiya verilməsinə və vaxtında dövlət orqanlarına
bu barədə məlumat verilməsi üçün əhəmiyyətli
hesab olunur”.
Əli
Xalq Cəbhəsi.- 2023. - 22 iyun.- S.9.