Novruz bayramı - ortaq
mənəvi dəyər
Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.
Bahar gəlir bizim azad ellərə,
Mahnı qonur dodaqlara, dillərə.
Parlaq günəş meydan açır güllərə,
Qaranquşun müjdəsidir Novruzum!
Qafqazda, Mərkəzi
Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən
ortaq bayramları qeyd etmişlər. Novruz bu
bayramlar arasında həm əhatəliliyinə,
həm də özünəməxsus mərasimlərinə
görə digərlərindən
fərqlənir. Müasir dövrdə
Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni
təqvim ilinin – yeni günün başlanğıcı hesab
olunur. Azərbaycanlıların
Novruz, qırğızların
Nooruz, özbəklərin
Növroz, başqırd
türklərinin Nevruz,
tatarların Navruz, çuvaşların Naurus,
Krım türklərinin
Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu
bayram Şimal yarımkürəsinin bir
çox ölkələrində
hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz
Qafqazda, Mərkəzi
Asiyanın türk respublikalarında XX əsrin
əvvəllərindən başlayaraq
1960-cı illərə qədər
bəzi siyasi səbəblərə görə
qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin
90-cı illərindən etibarən
öz müstəqilliklərini
elan edən postsovet məkanına daxil olan türk
respublikaları keçmişlərinə,
adət-ənənələrinə, milli-mənəvi dəyərlərə
diqqəti artırmış
və Novruz bayramı da dövlət səviyyəsində
rəsmi bayram kimi qeyd olunmağa
başlayıb.
Beləliklə, uzun illər təqiblərə məruz
qalmasına, hətta keçirilməsi belə
qadağan olunmasına
baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış
və onu bu gün də
yaşatmaqda davam edirlər. Azərbaycanda milli adət-ənənəyə
uyğun olaraq Novruz bayramında göyərdilən səməni
yazın gəlməsinin,
təbiətin canlanmasının,
əkinçiliyin rəmzi
sayılır. Hər bir
azərbaycanlı səməni
göyərtməklə növbəti
ilə bərəkət,
bolluq, ruzi arzulayır. Hələ
lap qədimdən insanlar
Novruz bayramına 4 həftə qalmış hər çərşənbə
axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını
ifadə etmişlər.
Bu adət-ənənələr
hazırda da davam etdirilir.
Qədim bayramlardan olan Novruz insana həyat
verən dörd ünsürün – suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Buna görə
də çərşənbələrin
adları məhz bu amillə əlaqələndirilmişdir. Əski inanclara görə, insana fayda verməyən
“ölü” hesab olunur. Məhz bu mənada
torpağın məhsul
verməsini dayandırması,
onun donması insanın ən zəruri həyat nemətlərindən məhrum
olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı
tükəndikcə, insanda
torpağı oyatmaq, əkmək arzusu artırdı. Torpaq isə
birdən-birə “dirilmirdi”.
Bunun üçün su, istilik və yel lazım idi. İnanclara görə, bu
çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri
“dirilmiş”, bununla əlaqədar şənlik
və mərasimlər
təşkil olunmuşdur.
Elə bu arzu ilə
bağlı xalq çox qədimdən həmin dörd ünsürlə bağlı
özünün zəngin
adət-ənənəsini, etiqad və ayinlərini yaratmışdır.
Təzə ilin başlanmasına
dörd həftə qalmış bu ayin və etiqadlar
icra olunmağa başlayır. Hər bir
xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli
xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim
nəğmələri, rəqslər,
xalq oyunları yaratmışdır. Azərbaycanda Novruz bayramı qabağı adətən
evlərdə, həyətlərdə
abadlıq, təmizlik
işləri aparılır,
ağaclar və güllər əkilir.
Novruz bayramında cürbəcür
şirniyyat növləri
- qoğal, paxlava, şəkərbura hazırlanır,
plov bişirilir, rəngbərəng yumurtalar
boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin
ruhunu anır, küsülülər barışır,
qohum-qonşu bir-birinə
qonaq gedir, pay göndərirlər. Cavanlar at çapır,
dirədöymə oynayır,
Tənbəl qardaş,
Kosa-kosa kimi tamaşalar göstərirlər.
Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz
bayramı təntənə
ilə qarşılanmasın.
Martın 20-dən 21-nə keçən
gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir.
Yurdumuza,
elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə
ilə Novruzu qarşılayırlar.
Novruz bayramı
ilə əlaqədar
bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan
Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif
rəvayətlər, Novruz
bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və
Novruz bayramının
yaranma səbəblərindən
bəhs etmişdir.
O öz əsərlərində
Novruz bayramının
hər hansı bir dini bayram
yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd ediblər.
Novruz bayramı
illərdən bəri
qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb
hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.
Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
Qulaq falı
da papaq atmaq qədər məşhur adətlərdən
biridir hansı ki, bu adətdə
hər hansı bir evdə danışılanlar
gizlincə dinlənilir
əgər yaxşı
söhbətlər danışılırsa
onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
Tonqaldan
tullanmaq isə növbəti adətlərimizdəndir
bu adət həm Novruz bayramı günü həm də əsas Od
çərşənbəsi günü həyata keçirilir.
Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən
sayılır, odur ki, sapa bağlanmış
üzük su ilə dolu bir
stəkanın içərisinə
salınır və üzük neçə dəfə stəkanın
divarlarına dəysə
bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda
Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də, Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib Novruz haqqında.
Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilib. Hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
Cavid
Xalq Cəbhəsi.- 2023.- 16 mart.- S.9.