“İran rejimində o ürək yoxdur ki, Azərbaycana bir
güllə atsın”
Azər Qasımov: “İran rejimi
öz mənəviyyatsızlığına davam edir”
Məhəmməd Əsədullazadə: “İranın hər-hansı bir hərbi təzyiq siyasəti fiaskoya uğrayacaq”
İranın Azərbaycana qarşı hərbi təxribatları davam edir. Cənub qonşumuz bu dəfə Naxçıvanla sərhəddə təlimlərə hazırlaşır.Türkiyə mətbiatının məlumatına görə bölgəyə 300-dən çox tank və hərbi texnika göndərilib.Ermənistan-İran Strateji Əməkdaşlığın İnkişafı Mərkəzinin təsisçisi Puya Hosseyninin yaydığı məlumata görə artıq bu istiqamətdə tədbirlərə başlanılıb: “Bəzi İran mənbələri Tehranın Azərbaycan, xüsusən də Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdığını bildirir".
“Azad İran” “Telegram” kanalı İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edib.
Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.
Bundan əlavə SEPAH quru qoşunlarının komandanı general Məhəmməd Xakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə səfər edib.
Ondan əvvəl isə İran sərhəd qoşunlarının komandanı Əhməd Əli Qudərzi Xudafərin bölgəsinə səfər etmişdi.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Azər Qasımovun fikrincə, İran rejimi öz mənəviyyatsızlığına davam edir, Azərbaycan sərhəddində təlim adı ilə ordu yığmaqla: “İran nə istəyir?! Ona batan iynə, başına düşən daº nədir ki, onu belə incidir, tullanıb-düşməyə vadar edir? Çox istərdim ki, İranın bu hərəkətlərinə geosiyasi, regional proseslərin gedişatı baxımından normal politoloji qiymət verim və bu addımların siyasi xarakteristikasını analitik təhlil edim. Amma olmur. Məsələ ondadır ki, İran rejiminin hərəkətləri elə səviyyəsiz, əxlaqsız hərəkətlərdir ki, insan istər-istəməz siyasi ritorikanı, terminologiyanı bir yana qoyub, ancaq rejimin hərəkətlərini "çayxana terminologiyası" ilə analiz etmək, sonra da bunun üstünə özünü belə bir rejimin səviyyəsiz addımlarına səviyyəli cavablar verməklə yormamaq üçün onların anlayacağı dildən fikir bildirmək qərarına gəlir. Çünki İranın molla rejiminin hərəkətləri elə primitivdir ki, bunları anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur. Bunun üçün təkcə Türk olmaq kifayət edir. Əsl Türk anlayır ki, hakimiyyəti ələ keçirmiş fars-molla rejimi və onların manqurtları müsəlman dünyasından, türklərdən, xüsusən də, Azərbaycan türklərindən nə istəyirlər.
Azərbaycanın ermənilər üzərindəki qələbəsinin əzabını ermənidən çox fars rejimi çəkir. Türklərin yenidən dirçəlib, fars rejiminin tarixi qorxularını onların kabusuna çevirməsi yuxularını ərşə çəkib. Başlarına gələ biləcəklər onları aqressivləşdirib, müvazinətlərini pozub, ağıllarını dumanlandırıb. Nə etdiklərini heç özləri də bilmirlər. Azərbaycan sərhəddinə ordu yığmaqla Azərbaycanamı hücum edəcəklər, yoxsa Azərbaycanımı qorxudacaqlar? Görmürlərmi ki Azərbaycan hər belə təxribatdan sonra İran rejiminin üzünə tüpürərcəsinə onları saymadan öz cavabını hərbi təlimlərlə verir, onlardan çəkinmədiyini sübut edir”.
Politoloq daha çox fars rejiminin səviyyəsinə düºmədən regionun geosiyasi prosesləri barədə fikirlərini bölüºüb: “Dünya düzəninin yenidən qurulduğu bir dövrdə beynəlxalq güc amili üzərində formalaşan yeni dünya siyasəti özünün həlledici məqamına daxil olur. Dünya siyasəti özünü təmizləmə, inkişafına mane olan daxilindəki pislikləri içindən kənara atmaq istəyir. Yeniliklə köhnəlik, müasirliklə arxaizm, demokratiya ilə diktatura rejimləri bir-biriləri ilə ölüm-qalım mübarizəsinə başlayıblar və proses özünün həlledici məqamındadır. Tərəflər demək olar ki, öz tərəflərini seçiblər. İndi bu tərəfdaşlıqların detallarını dəqiqləºdirmək anındadırlar. Burda kimlərə hansı rol düşəcək, kimin vəzifəsi nə olacaq, bu aydınlaşır. Coğrafiyalar öz sözünü deyir. Yeniliyin, demokratiyanın yanında olmaq istəyən ölkələr belə coğrafiyanın qurbanına çevrilmək qorxusunu yaşayır, bu qarışıqlıqdan az itkisiz çıxmağa çalışırlar. Bu kontekstdə İran-Azərbaycan münasibətləri özünün tarixi kritik məqamına yaxınlaşır. İran rejimi yenilik, demokratiya kimi məvhumlardan kənar olduğu üçün özünə saxta bir dindən dünya düzəldib və özünü də bu reallığa inandırıb. Həmin reallığa təhlükənin də Azərbaycandan gəldiyini hesab edir. Azərbaycanın getdikcə artan gücünün irəlidə İran üçün təhlükəli olacağına və öz daxilinə təsir edəcəyinə əminliyini atdığı addımlarla göstərir. İranın molla-fars rejiminin erməni sevgisi də özünü qorumaq instiktindən irəli gəlir. Bu yolda bütün şeytanlıqları özünə sığışdıran fars rejiminin Azərbaycan üçün nə qədər təhlükəli olması diqqət veriləsi məsələdir. İran rejimi qorxaq rejimdir. Hakimiyyətləri dövründə tək İraqla səkkiz il müharibə aparıblar. Onun da nəticəsi məlumdur. Heç bir nəticə. Bütün ətrafı ilə düşmən olan rejim onlarla ancaq yaratdığı Həmas, Hizbullah, Haşdi Şabi kimi proksi qruplarla gizli mübarizə aparıb, terror ilə məşğul olub. Azərbaycan İran rejiminin bu üzündən ehtiyatlı olmalıdır, yoxsa onların sərhəddə təlxəklik etməsinə ciddi yanaşmamalıdır. Vuran dövlət vurur! Azərbaycan kimi. Ermənistana verdiyi dərs kimi. İran rejimində o ürək yoxdur ki, Azərbaycana bir güllə atsın, hələ başqa nəsə yox. Müharibə məqsədi ilə atılan güllə İran rejiminin sonu olar. Rejim də bunu yaxşı başa düşür. Ona görə SEPAH Azərbaycanı "hədələyəndə" başqa İran rəsmisi Azərbaycan bizim ürəyimizdir deyir.
Azərbaycan regionda geosiyasi proseslərin katalizatoru rolunda çıxış
edir. Azərbaycanın mövqeyi dünya
güclərinin maraqlarının
kəsişdiyi və
uzlaşdığı nöqtədir.
Ona görə heç kim
Azərbaycanın ərazi
bütövlüyünü şübhə altına alan bəyanat vermir indiyə kimi. Sadəcə zavallı erməni
icmasının taleyinə
bizim tək qərar verməyimizi özlərinə sığışdırmaq
istəmirlər. Yoxsa, erməni
onlar üçün
ən axırıncı
dərəcəli amildir.
Belə olmasa idi 44 günlük
müharibədə erməni
əsgərlərinin məhvinə
kimsə ciddi reaksiya verərdi. Amma məsələ 44 gün
sözdən o tərəfə
keçmədi. Təkcə
öz maraqları təhlükə altına
düşəndə məcbur
olub müharibəni dayandırmağa nail oldular.
Amma bu, Azərbaycana böyük ölçüdə
bəs etdi ki, açıq və qəti qələbəsini qeyd etsin.
Bu baxımdan, İranın
sərhəddin o tayına
ordu yığmaqla təlim keçməsi Azərbaycan dövləti
üçün hər
hansı bir mesaj xarakterli fəaliyyət kəsb etmir. Azərbaycan bunu ciddiyə
almır və buna qarşı ciddi adekvat reaksiya
belə vermir.
Azərbaycanın bir təəssüf etdiyi məqam var ki, əsrlərlə
tarixi Türk torpaqları olan indiki İran coğrafiyasının idarəsi
indi fars molla rejimi adı
altında olan hakimiyyətin yaramaz fəaliyyəti ilə tarixi ciddiliyini və əzəmətini itirib, gülünc və lağ obyektinə çevrilən
bir terror rejiminin əlinə keçib”.
Politoloq Məhəmməd Əsədullazadə
isə deyib ki, İranın Azərbaycanla sərhəddə
ordu birləşmələri,
xüsusilə SEPAH quru
qoşunlarının cəmləşdirməsi
Azərbaycana "əzələ"
nümayişidir. İran bu hərbi hərəkətliliyi ilə
Azərbaycanın Zəngəzur
dəhlizinin açılmasına
qarşı bir mövqe ortaya qoyub.İran Azərbaycana qarşı bu siyasətini təkbaşına
etmir və bu prosesdə Moskva Tehran rejiminə dəstək verir. Çünki, Rusiya "Zəngəzur" dəhlizinin
açılmasına qarşıdır:
"Çünki, Rusiya
ərazisindən Avropaya
daşınan yüklər
"Orta dəhliz' vasitəsilə Azərbaycan
üzərindən keçəcək.
Ona görə də Moskva və Tehran yekdil mövqe ortaya qoyub. Rusiya proseslərin pərdəarxasında,
İran isə tam sahədədir.
Azərbaycan "Zəngəzur" dəhlizini
güc yolu ilə açmayacaq. "Laçın" dəhlizində
Ermənistanla sərhəddə
Nəzarət Buraxılış
məntəqəsi qoyduqdan
sonra, Ermənistan məcbur qalıb, Azərbaycanla münasibətləri
normallaşdırmağa gedəcək.
Belə olan təqdirdə, Ermənistan rəhbərliyi
Qərbin təzyiqləri
fonunda Zəngəzur dəhlizinin açılmasına
gedəcək. Bundan sonra,
İranın hər-hansı
bir hərbi təzyiq siyasəti fiaskoya uğrayacaq.
Ümumiyyətlə, Tehran rejiminin birbaºa Azərbaycanla hərbi toqquºmaya getməsi gözlənilmir". Politoloqun fikrincə, amma, proseslər hərbi müstəviyə keçərdisə, İran məhz Ermənistanla birgə Zəngəzurda hərəkət edə bilərdi. Buna da Azərbaycan ºərait yaratmayacaq.
İranın hazırkı siyasəti Azərbaycanla əlaqələrinə zərbə vurdu. Bundan sonra İran Azərbaycan əlaqələrində hər-hansı bir müsbət tendensiyanın yaşanması əleyhimizə işləyə bilər. Azərbaycan Respublikası Güney Azərbaycan məsələsində prinsipial siyasət ortaya qoyaraq oradakı soydaşlarımızın istiqlaliyyətinə dəstək verməlidir.
Cavid
Xalq Cəbhəsi.- 2023.- 30 mart.- S.8.