Liderləri Tanrı seçir

 

Bəli, hamı kimi böyük şəxsiyyətləri də analar dünyaya gətirir. Fəqət, onları Tanrı yetişdirir, yol açır, qoruyur.

Sözsüz ki, onların arasında da daha əzəmətliləri, daha böyükləri olur...

Tarixi araşdırarkən görürük ki, 1920-ci ildən üzü bəri zaman-zaman Azərbaycana gürcü, rus, ukranyalı, yəhudi və hatta erməni millətindən olan insanlar da rəhbərlik ediblər. Yalnız Mir Cəfər Bağrovdan sonra, bu vəzifəyə ardıcıl olaraq, azərbaycanlılar təyin olunublar. Gəlin, öncə Mir Cəfər Bağırovdan sonra Azərbaycana rəhbərlik edən insanların siyahısına nəzər yetirək:

Mir Teymur Yaqubov- 6 aprel 1953-cü ildən 17 fevral 1954-cü ilədək,

İmam Mustafayev- 17 fevral 1954-cü ildən 10 iyul 1959-cu ilədək,

Vəli Axundov- 10 iyul 1959-cu ildən 14 iyul 1969-cu ilədək,

Heydər Əliyev- 14 iyul 1969-cu ildən 3 dekabr 1982-ci ilədək,

Kamran Bağırov- 3 dekabr 1982-ci ildən 21 may 1988-ci ilədək,

Əbdülrəhman Vəzirov- 21 may 1988-ci ildən 25 yanvar 1990-cı ilədək,

Ayaz Mütəllibov- 25 yanvar 1990-cı ildən 6 mart 1992-ci ilədək,

Yaqub Məmmədov- 6 mart 1992-ci ildən 14 may 1992-ci ilədək,

Ayaz Mütəllibov- 14 may 1992-ci ildən 18 may 1992-ci ilədək

İsa Qənbər- 19 may 1992-ci ildən 16 iyun 1992-ci ilədək,

Əbülfəz Elçibəy- 16 iyun 1992-ci ildən 1 sentyabr 1993-cü ilədək

Heydər Əliyev- 3 oktyabr 1993-cü ildən 15 oktyabr 2003-cü ilədək...

Mən bu insanların hər birinin rəhbərliyi dövründə baş verən hadisələri xırdalayıb vaxtınızı almaq istəmirəm. Bu, tarixçilərin işidir. Amma sadaladığım insanlar arasında Heydər Əliyev daha əzəmətli böyük idi. Çünki yaşadığımız hər iki ictimai-siyasi quruluşda öndər olmaq şərəfinə nail olub. Azərbaycanın bütün sahələrdə inkişafı daha çox onunla bağlıdır...

Necə deyərlər, Azərbaycan dünya xəritəsindənoxudboyda bir ölkədir. Uzun müddət Rusiyanın müstəmləkəsi olub. Müstəqilliyini əldə etdikdən sonra isə, bir sıra hegemon dövlətlərin iştahına tuş gəlib. Bu ölkəni sarsıtmaq, sərvətlərini talamq həmin dövlətlərin əsas arzularından biridir. Məhz Heydər Əliyevin siyasi kursunun nəticəsidir ki, Azərbaycan ayaqüstədir, ayaqdadır...

Heç şübhəsiz ki, Heydər Əliyev bu xalqın millətin əzəmətli oğullarından biridir. Bundan sonra yüz il ötsə, min il keçsə Azərbaycan tarixinin bir parçası kimi, daim xatırlanacaq ruhuna rəhmətlər oxunacaq

Bəli, liderləri Tanrı seçir...

 

Elman Eldaroğlu

Xalq Cəbhəsi.- 2023.- 11 may.- S.15.