Aytmatovun “Ana Tarla”
kitabının təqdimatı keçirilib
Görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun
95 illiyi münasibətilə Bakı Ekspo Mərkəzində
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
nəşr etdiyi “Ana Tarla” kitabının təqdimatı
keçirilib.
Kitabın
Azərbaycan dilində çap olunması qırğız
xalqının görkəmli yazıçısı,
ictimai-siyasi xadimi Çingiz Aytmatovun zəngin irsinin
tanıdılması, eləcə də təşkilatın
qurucu üzv ölkələri Azərbaycan ilə
Qırğızıstanın ədəbi-mədəni əlaqələrinin
daha da gücləndirilməsi məqsədini
daşıyır. Əsəri Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi
Teymur Elçin tərcümə etmişdir. Nəşrdə
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
təşkilatçılığı və dəstəyi
ilə Çingiz Aytmatovun "Ana tarla" povesti əsasında
səhnələşdirilən dram, eləcə də cari
ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən
nümayiş olunan tamaşadan fotolar yer alır.
Tədbirdə
çıxış edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun qurucu prezidenti Günay Əfəndiyeva
Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisinin Azərbaycanın
Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr
olunmasının böyük simvolik məna
daşımasından söz açıb. O, Heydər
Əliyevin mədəniyyətə, incəsənətə
xüsusi məhəbbətindən bəhs edərək, Ulu
Öndərin Azərbaycanın və bütövlükdə
Türk Dünyasının sənət adamları, şair və
yazıçıları ilə səmimi münasibətlərinə
diqqət çəkib. Günay Əfəndiyeva Ulu Öndərin
bu il 95 illik yubileyi qeyd olunan, Qırğızıstanın və
Türk ədəbiyyatının böyük siması
Çingiz Aytmatov ilə dostluq əlaqələrini
vurğulayıb.
Günay
Əfəndiyeva Fond tərəfindən Çingiz Aytmatovun
“Ana Tarla” kitabının nəşrinin əhəmiyyətindən,
əsərin mövzusunun müasir dünyada, eləcə də
Azərbaycanda aktuallığından bəhs edərək,
bildirib: “Əsəri oxuyarkən Azərbaycan
Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə ölkənin ərazi
bütövlüyünü bərpası naminə
canlarını fəda etmiş qəhrəman oğulların
və onları bizlərə bəxş edən anaların
obrazları gözlərimizin önündə canlanır. Bu
kitab Vətən uğrunda şəhidlik zirvəsinə
ucalmış igid oğulları böyüdüb boya başa
çatdıran mərd analara ithafdır”.
Tədbirdə
Qırğız Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Kayrat Osmonaliyev çıxış edərək,
kitabın Azərbaycan dilində nəşrini Azərbaycan və
Qırğızıstan arasında tarixi dostluq münasibətlərinin,
ədəbi əlaqələrin inkişafına töhfə
kimi qiymətləndirib. Səfir layihənin həyata
keçirilməsinə görə Beynəlxalq Türk Mədəniyyətinə
və İrsi Fonduna təşəkkür edib.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Musa Quliyev Çingiz Aytmatovun dünyəvi mövzuları
ehtiva edən ədəbi-bədii
yaradıcılığından söz açıb. Musa
Quliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondu tərəfindən kitabın həm
Qırğızıstan, həm də Azərbaycan
üçün əlamətdar olan bir ildə işıq
üzü görməsini gözəl mədəniyyət
hadisəsi kimi qiymətləndirib. O, Fondun gənc təşkilat
olmasına baxmayaraq, qısa müddət ərzində
Türk xalqlarının tarixi-mədəni irsinin, ədəbiyyatının
təbliğində, ictima-siyasi əlaqələrinin möhkəmlənməsində
önəmli rol oynadığını vurğulayıb.
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun
icraçı direktoru Mehman Həsənli tədbirdə
çıxış edərək, Çingiz Aytmatovun həyat
və yaradıcılığından bəhs edib. O, görkəmli
ədibin “Ana Tarla” əsərinin dərin milli və bəşəri
məzmununa diqqəti çəkib. Natiq Fond tərəfindən
kitabın hazırlanmasının və nəşrininin
bütövlükdə Türk Dünyası
üçün böyük əhəmiyyətə malik
olduğunu bildirib.
Tədbirin
bədii hissəsində Bakı Bələdiyyə
Teatrının aktyorları Elməddin Zabitli və Zülfiyyə
Qurbanova Çingiz Aytmatovun əsərlərindən
parçaları, eləcə də Azərbaycan şairləri
tərəfindən yazıçıya həsr olunmuş
şeirləri səsləndiriblər.
Daha sonra
Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı
çərçivəsində “Ana Tarla” əsəri əsasında
hazırlanmış tamaşadan səhnələr göstərilib.
Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın
Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Tədbir
böyük maraq və alqışlarla qarşılanıb.
Təqdimatda tanınmış mədəniyyət
və incəsənət
xadimləri, Türk dövlətlərinin Azərbaycanda
akkreditə olunmuş
diplomatik korpusunun nümayəndələri, ictimaiyyət
və KİV təmsilçiləri
iştirak ediblər.
Xalq
Cəbhəsi.- 2023.- 16 noyabr, ¹39.- S.16.