Dini və milli tolerantlığın Azərbaycan
modeli
Bu gün Beynəlxalq Tolerantlıq Günüdür
16 noyabr tarixi bütün
dünyada Beynəlxalq
Tolerantlıq Günü
kimi qeyd olunur. 1995-ci ildə
UNESCO-nun 50 illiyi münasibətilə
təsis edilən Beynəlxalq Tolerantlıq Gününun məqsədi
bütün dinlərin
və xalqların nümayəndələrini bir-birinin
dəyərlərinə ehtiram
şəraitində yaşamağa
çağırışdır. Azərbaycanda da bu əlamətdar tarix qeyd edilir.
Beynəlxalq Tolerantlıq Gününun
təsis olunmasının
səbəbi xüsusən
son onilliklərdə dünyanın
müxtəlif yerlərində
milli və dini zəmində baş verən qarşıdurmaların
daha da dərinləşməsi
idi. Bəli, müasir dövrümüzün
acı həqiqətlərindən
biri ondan ibarətdir ki, heç də hər kəs birgə yaşadığı digər
millətin mədəniyyətinə,
dininə və digər mənəvi dəyərinə hörmət
etmək istəmir.
Bunun da nəticəsində toqquşmalara, savaşlara
gətirib çıxaran
qanlı hadisələr
baş verməkdədir.
Azərbaycanda isə vəziyyət
fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Bu mənada ölkəmizi fərqləndirən
cəhət ilk növbədə
ondan ibarətdir ki, tarix boyu bu
coğrafiyada yaşayan
bütün dinlərin
və etnosların təmsilçiləri bir-birlərinin
mədəni və mənəvi baxışlarına
sayğı göstəriblər.
Azərbaycanda multikulturalizmin və
dini tolerantlığın
dövlət siyasəti
səviyyəsində inkişafı
ölkənin qədim
dövlətçilik tarixinə
əsaslanır. XX əsrin
sonlarında Ümummilli
Lider Heydər Əliyevin səyləri nəticəsində bu siyasət dövlətçilik
ideologiyası şəklini
alıb. Azərbaycanda
multikulturalizmin siyasi əsasları Azərbaycan
Respublikası Konstitusiyasının
maddələrinin müvafiq
müddəalarında, qanunvericilik
aktlarında, fərman
və sərəncamlarda
öz əksini tapıb. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik,
etnik və dini tolerantlıq mühiti sayəsində Vətənimiz çoxmillətli
və çoxkonfessiyalı
ölkə, qlobal miqyasda mədəniyyətlərarası
dialoq məkanı kimi tanınıb. Azərbaycan xalqının
multikultural ənənələrinin
qorunub saxlanması sahəsində Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi
dövründə həyata
keçirilən siyasi
kurs Prezident İlham Əliyev tərəfindən
inamla davam və inkişaf etdirilib.
Qloballaşan dünyada milli-mənəvi
dəyərlər, mədəni
fərqliliyin qorunub-saxlanması
və gələcək
nəsillərə ötürülməsi
vacib olduğu qədər də çətindir. Multikulturalizm
məkanı sayılan
Azərbaycan tolerantlığı
isə dözümlülüyü
ilə bərabər,
özünəməxsus mədəniyyəti
ilə dünya ictimaiyyətinin nəzərini
cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət
müstəvisində tolerant bir xalq olan
Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin
qanunlarını pozmayan
istənilən milli-mənəvi
dəyərlərin daşıyıcılarına
hörmətlə yanaşır.
Ölkəmizdə kiminsə
dini əqidəsinə,
milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini
və milli ənənələri
olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə
hörmətlə yanaşılır,
eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait
yaradılır.
Multikulturalizmin müxtəlif modelləri
- ABŞ, İsveç, Avstraliya,
Kanada modelləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya
təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər
tərəfindən rəğbətlə
qarşılanır və
nümunə kimi tətbiq edilməkdədir.
Bu model tarixi köklərə
bağlı olduğu
üçün daha dayanıqlıdır. ABŞ-ın
Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr
Palataları tərəfindən
Azərbaycanın tolerantlıq
modelini təqdir edən geniş bəyannamənin qəbul
olunması qeyd edilənlərə bariz nümunədir.
Vətəndaş Cəmiyyəti Naminə
Maarifləndirmə İctimai
Birliyinin sədri Füzuli Kərimov deyib ki, Bu gün ölkəmizdə dinlərarası
münasibətlər ən
yüksək səviyyədədir.
Azərbaycana gələn
mütəxəssislər dini
tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri
müstəsna əhəmiyyətə
malikdir.
Bu gün Azərbaycan müsəlman dövlətlərinin
həssas münasibəti
və dəstəyini
qazana biləcəyinə
baxmayaraq, Ermənistan
ilə arasındakı
Dağlıq Qarabağ
problemini müsəlman-xristian
münaqişəsinə çevirməmişdir.
Çünki Azərbaycanın
müstəqilliyini müdafiə
edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları
- ruslar, gürcülər,
yəhudilər və
digər xalqların nümayəndələri vardır:
"Ümummilli lider Heydər Əliyev hər zaman haqlı olaraq multikulturalizm ənənələrinin qorunub
saxlanılmasını ölkəmizin
demokratik inkişafının
əsas prinsipi hesab etmişdir. Məhz bu uzaqgörən
siyasətin nəticəsi
idi ki, həmin dövrdə ölkəmizdə
yaşayan bütün
milli azlıqların hüquq
və azadlıqlarının,
həmçinin etnik-mədəni,
dini dəyərlərinin
qorunması nəticəsində
Azərbaycan dönüşü
olmayan multikulturalizm yoluna qədəm qoymuşdur. Ulu öndər
tərəfindən əsası
qoyulan multikulturalizm, tolerantlıq ənənələrinin
qorunması və inkişaf etdirilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün multikulturalizm ənənələri ölkəmizdə
özünün yeni inkişaf
mərhələsinə qədəm
qoymuşdur. Cənab Prezidentin də qeyd etdiyi kimi,
multikulturalizm artıq
Azərbaycanda həyat
tərzinə çevrilib".
Sosiologiya
üzrə fəlsəfə
doktoru, Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini Asəf Qənbərovun fikrincə,
Azərbaycanda tarixən müxtəlif
məzhəblər və
dinlər arasında qarşılıqlı hörmət
və həmrəylik
mövcud olmuşdur. Azərbaycanda heç vaxt dini və
məzhəbi zəmində
qarşıdurmalar, dini
çəkişmələr baş verməmişdir.
Bu, onu göstərir
ki, Azərbaycanda məzhəblərarası
tolerantlığın dərin
tarixi kökləri vardır. Azərbaycan dövlətçilik tarixinə
nəzər saldıqda,
aydın şəkildə
görürük ki, Azərbaycan
xalqının müstəqillik
uğrunda mübarizəsində
və milli dövlətçiliyin
bərqərar edilməsi
istiqamətindəki fəaliyyətində
müxtəlif məzhəbə
mənsub ziyalılar,
maarifçilər və
ictimai xadimlər birgə fəaliyyət göstərmiş, din və
məzhəb fərqliliyini
nəzərə almadan
Azərbaycançılıq ideyaları ətrafında
birləşmişlər.
Günümüzdə aydın nəzərə çarpır
ki, dini tolerantlıq ənənəsi Azərbaycan
xalqının ən qiymətli dəyərlərindən
biridir. Azərbaycanda dini tolerantlıq ənənəsi bir tərəfdən qorunur və inkişaf etdirilir, digər tərəfdən isə bu ənənənin tarixi kökləri və nəzəri əsasları ətraflı
öyrənilir. Məsələn,
dini tolerantlığın
inkişafı məqsədilə,
2016-cı il 15 yanvar tarixində
Heydər məscidində
şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazı icra olunmuşdur. Həmin tarixdən etibarən Vəhdət namazı konfessiyalararası dostluq və dini tolerantlığın
simvolu kimi ənənəyə çevrilmişdir.
Qeyd edilməlidir ki, Azərbaycan fərqli məzhəblərə mənsub
dindarların birlikdə
ibadət etdikləri az sayda müsəlman
ölkələrindən biridir.
Deyilənləri əsas götürərək,
Azərbaycanın dinlərarası
və məzhəblərarası
münasibətlər modelinin
dünyanın bir çox müsəlman ölkəsi üçün
nümunə təşkil
etdiyi vurğulanır.
Nəticə olaraq, bir daha vurğulanmalıdır
ki, Azərbaycanda həyata
keçirilən din siyasətinin
prioritetlərini, bir tərəfdən, bütün
vətəndaşların, o cümlədən dini azlıqların dini etiqad azadlığını
təmin etmək, digər tərəfdən,
dini təhlükəsizliyin
tərkib hissəsi olan dini tolerantlığın
bərqərar edilməsi
təşkil edir.
Onu da qeyd edək ki, Azərbaycanda tolerantlıq
mühiti hər zaman ən yüksək səviyyədə olduğu
üçün burada
multikulturalizm, millətlər
və dinlər arasında olan münasibətlərə, dialoqa
həsr edilmiş beynəlxalq səviyyəli
bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif
ölkələrini, dinlərini
təmsil edən 200-dən
çox nümayəndənin
iştirak etdiyi “Qloballaşma, din, ənənəvi
dəyərlər” mövzusunda
tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində
keçirilmişdir. Bunu
Azərbaycanın beynəlxalq
aləmdə tanınması,
tolerantlıq mühitinin
genişlənməsi və
inkişafı ilə
əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin şəxsi
təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Bu Forumlar
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub
Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə reallaşdırılır.
Respublikamızda dini dözümlülüyün, dini
müxtəlifliyin, milli və
dini tolerantlığın,
multikulturalizmin, milli-mənəvi
dəyərlərin inkişafında
və təbliğ edilməsində Heydər
Əliyev Fondunun əvəzolunmaz xidmətləri
vardır. 2014-cü il sentyabrın
26-da BMT Baş Məclisinin
69-cu sessiyasında Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumunun 2016-cı ildə
Bakıda keçirilməsi
barədə qərar
qəbul edilmişdir.
2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş
Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumu keçirilib. Forumda dünyanın 140-dan çox
ölkəsindən nümayəndə
heyətləri, çoxsaylı
beynəlxalq təşkilatların,
dini konfessiyaların,
QHT-lərin nümayəndələri
iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə
multikultural və
tolerant mühitin olmasının
göstəricisidir. Multikulturalizmin
bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın
dünyaya olan töhfələrindən biridir.
Cavid
Xalq
Cəbhəsi.- 2023.- 16 noyabr, ¹39.- S.9.