Kitabxanada “Ruhumun çağırışları”
kitabının təqdimatı olub
Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında
şair Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimat
mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın
ərazi bütövlüyü
uğrunda canlarını
fəda etmiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri giriş sözü
ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova bu səpkili tədbirlərin, kitab təqdimatlarının,
müəllif görüşlərinin
kitabxanalarda keçirilməsinin
əhəmiyyətindən və gələcəkdə
geniş auditoriyada təbliğ olunması imkanından danışıb.
Bu gün təqdimatı
keçirilən kitabın
müəllifinin yaradıcılığında
əsasən lirik şeirlərə və sonetlərə üstünlük
verdiyini bildirib. Poeziyanın, ədəbiyyatın
çox mühüm,
eyni zamanda, çox kövrək, həssas bir janrı olduğunu vurğulayaraq, bu əsərlərin yazılması
əhəmiyyətindən danışıb. Gələcəkdə
müəllifin kitablarının
elektron variantının
hazırlanaraq Respublika Gənclər
Kitabxanasının elektron
kitabxanasına verilməsini
də təklif edib.
“Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva
“Ruhumun çağırışları”
kitabı haqqında məlumat verərək bildirib ki, Eldar müəllim özünün
poetik duyğuları ilə şeir dünyasının gözəlliyini
bizə çatdırır.
Azərbaycan Texniki Universitetin
müəllimi Yusif Hüseynov atasının yaradıcılığından bəhs edərək onun 400 sonetin müəllifi olduğunu bildirib.
Tədbirdə iştirak edən
digər natiqlər
kitab haqqında fikirlərini
bölüşərək, müəllifə yaradıcılıq
uğurları arzulayıblar.
Təqdimatda Eldar Hüseynovun
“Azərbaycan”, “Ruhumun
çağırışları”, “Şərq necə də gözəldir!” şeirləri Azərbaycan
və rus dillərində səsləndirilib.
Müəllif Eldar Hüseynov
10 il ərzində çap
olunmuş “Gəlmə”,
“El Bakuvinin yüz soneti” kitabları, “Prometey”, “Ən birinci və əsli” poemaları haqqında məlumat verərək, 3-cü kitabına
daxil olan 100 sonetin Şərq xanımlarının gözəlliyinə,
zərifliyinə, insani
keyfiyyətlərinə həsr
etdiyini söyləyib.
Sonda müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb,
kitablarını kitabxanaya
hədiyyə edib.
Xalq
Cəbhəsi.- 2023.- 23 noyabr, ¹40.- S.16.