Qarabağ Universitetinin yaradılması həm elmi, həm siyasi baxımdan əhəmiyyətlidir
Xankəndi Qarabağ
Universiteti üçün
ən ideal seçimdir
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 16 noyabr tarixli
3587 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”na
uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması,
dayanıqlı inkişafı
və həmin ərazilərdə yüksək
həyat səviyyəsinin
təminatı üçün
genişmiqyaslı bərpa-quruculuq
işləri həyata
keçirilir.
Əhalinin dayanıqlı məskunlaşması
və ərazilərin
iqtisadi fəaliyyətə
reinteqrasiyası istiqamətində
müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında
nəzərdə tutulan
müasir yanaşmalar,
o cümlədən qabaqcıl
standartların, yüksək
texnologiyaların tətbiqi
və hər bir rayonun ixtisaslaşma
sahəsinə müvafiq
inkişafı yüksəkixtisaslı
kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi
tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə
Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək
ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş,
ərazilərimizin işğalı
dövründə isə
fəaliyyətini dayandırıb.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri,
eləcə də əmək bazarının
tələbləri regionda
yüksəkixtisaslı kadrların
hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili
zərurətini meydana
çıxarıb.
Prezident
İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr
tələbatının ödənilməsi
və tarixən mövcud olmuş təhsil ənənələrinin
yaşadılması məqsədilə
Xankəndi şəhərində
yerləşən ali
təhsil müəssisəsinin
əsasında Azərbaycan
Respublikası Elm və
Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universitetinin yaradılması
sərəncamını imzalayıb.
“Təhsilə Dəstək
və Maarifləndirmə”
İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib
ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
imzaladığı sərəncam
əsasında Xankəndidə
Qarabağ Universitetinin
yaradılması təkcə
elmi deyil, eləcə də siyasi baxımdan əhəmiyyətlidir. Adıçəkilən
təhsil ocağının
fəaliyyətə başlamasından
və onun 5-10 illik fəaliyyətindən
sonra biz Qarabağ Universitetinin əhəmiyyətini,
Azərbaycan üçün
verəcəyi faydaları
görəcəyik.
İctimai birlik sədrinin
sözlərinə görə,
Qarabağ Universitetinin
yaradılması elmi cəhətdən ona görə faydalıdır
ki, bu təhsil ocağında oxuyacaq gənclər Qarabağın
tarixi, onun əzəli Azərbaycan ərazisi olması, zəngin tarixi-mədəni
abidələri, eləcə
də digər bu kimi mühüm
özəllikləri barədə
məlumatlı olacaq,
Qarabağ tariximiz onlara daha dərindən
öyrədiləcək: “Siyasi
baxımdan ona görə önəmlidir
ki, sözügedən ali
təhsil ocağını
bitirən xarici ölkə gəncləri
də Qarabağın
tarixən Azərbaycana
məxsusluğunu biləcək,
öz ölkələrində
zaman-zaman formalaşmış erməni yalanlarını
geri qayıtdıqdan sonra ifşa edəcəklər. Bir sözlə
Qarabağ Universiteti erməni yalan maşınını sıradan
çıxaran mühüm
faktorlardan olacaq”.
Süleyman İsmayılbəyli hesab edir ki, Qarabağ Universitetinin kontingentini daha çox xarici ölkə gənclərindən
təşkil etmək
məntiqli olardı:
“Hətta bunun üçün Qarabağ
Universitetini seçən
xarici ölkə gənclərinə müəyyən
güzəştlər, imtiyazlar
da tətbiq edilə bilər. Belə bir praktika dünyanın
bir çox ölkəsində mövcuddur.
Çünki həmin
universiteti bitirəcək
xarici ölkə gəncləri yaxın gələcəkdə müxtəlif
ölkələrdə Azərbaycanın
lobbisini təmsil edəcəklər. Ona görə
də sözügedən
təhsil ocağının
daha çox xarici auditoriya üçün hesablanması
məqsədəuyğun olardı”.
Süleyman İsmayılbəyli deyib ki, ermənilər 100
illərlə məhz
bu cür vasitələrlə, yalan
təbliğatla Qarabağ
barədə dünyada
həqiqətə uyğun
olmayan məlumatlar yayıb, insanların beyinlərinə sirayət
edə biliblər:
“İndi növbə bizimdir. Qarabağ Universiteti həm də erməni yalanlarının
ifşası demək
olacaq”.
Azərbaycan Həmrəylik Komitəsinin
sədri Əlisahib Hüseynov deyib ki, Xankəndi şəhərində
Qarabağ Universitetinin
yaradılması xəbərini
qürur hissilə qarşıladım. Prezident
İlham Əliyevin “Qarabağ
Universitetinin yaradılması
haqqında” Sərəncam
imzalaması təqdirəlayiq
addımdır. İşğal
və separatizm fəlakətindən xilas
edilən ərazilərimizdə
yeni təhsil ocağının
qurulması Qarabağımızın
ümumi dirçəlişində
mühüm rol oynayacaq: "Hazirda işğaldan azad olunmuş ərazilərimizdə
bərpa-yenidənqurma işləri
uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda ərazilər
minalardan təmizlənir,
sıfırdan yeni şəhər
və kəndlər salınır. Mənfur erməni işğalı
nəticəsində 30 il doğma
torpaqlarında yaşamaqdan
məhrum olmuş soydaşlarımızın öz
yurdlarına qayıtmasını
təmin etmək üçün dövlətimiz
“Böyük Qayıdış”
Proqramını sürətlə
icra edir. Və bu istiqamətdə
həyata keçiriləsi
ən ümdə məsələlərdən biri
də işğaldan azad edilmiş ərazilərə qayıdan
gənc nəsil üçün yerlərdə
orta və ali təhsil almaq imkanlarının təmin edilməsidir".
O, qeyd edib ki, Prezidentin
imzaladığı Sərəncamda
qeyd olunduğu kimi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na
uyğun olaraq əhalinin dayanıqlı
məskunlaşması və
ərazilərin iqtisadi
fəaliyyətə reinteqrasiyası
istiqamətində müəyyənləşdirilmiş
hədəflərin reallaşdırılmasında
nəzərdə tutulan
müasir yanaşmalar,
o cümlədən qabaqcıl
standartların, yüksək
texnologiyaların tətbiqi
və hər bir rayonun ixtisaslaşma
sahəsinə müvafiq
inkişafı yüksəkixtisaslı
kadrların cəlb edilməsini şərtləndirir:
"Bu baxımdan, Xankəndi
şəhərində Qarabağ
Universitetinin yaradılması
haqqında dövlət
başçımızın sərəncam imzalaması
regionda təhsil ənənələrimizin dirçəldilməsinə
və humanitar sahənin inkişafına
mühüm töhfə
verəcək. Əlbəttə,
bu universitet Şuşada da, Ağdamda
da, Laçında da və
eləcə də işğaldan azad edilmiş digər şəhərlərimizdə də
yaradıla bilərdi.
Ancaq Xankəndi Qarabağ Universiteti üçün ən
ideal seçimdir. Suverenliyimizin
bərpası uğrunda
mübarizəmizin sonuncu
nöqtəsinin qoyulduğu
şəhərdə universitetin
yaradılması strateji
addımdır. Bu addım
suverenliyimizi daha da möhkəmləndirəcək.
Qarabağ Universitetində həm
regionun inkişafı
üçün kadr potensialı yetişdiriləcək,
həm də bu yeni təhsil ocağını əcnəbi
tələbələr nüfuzlu
təhsil mərkəzlərindən
birinə çevirmək
imkanlarımız olacaq.
Bir sözlə, Qarabağ
Universiteti bizi yaxın gələcəkdə
dünyada tanıdan təhsil brendimizə çevrilə bilər".
Politoloq
Azər Qasımov isə deyib ki, Xankəndi Universiteti həm məkanca, həm də mənəvi baxımdan Azərbaycan xalqı üçün müqəddəs
bir yer olacaq
Azərbaycan dövlətinin torpaqlarını
azad etməsinin rəmzi olaraq pik nöqtəsi Xankəndidə "Qarabağ
Universiteti"nin yaradılması
xəbəri oldu. Azərbaycan xalqı bu addımla artıq Qarabağ üçün hərb dövrünün geridə
qaldığını və
bundan sonra əvvəllər də olduğu kimi elm, incəsənət, quruculuq
dövrünün başlandığını
elan etmiş oldu. Quruculuq təkcə yaşayış məskənləri
salınmaqla olsa idi, bu, yarımçıq
fəaliyyət olardı.
O, qeyd edib ki, Azərbaycan
dövləti qədim
Azərbaycan şəhəri
olan Xankəndidə universitet açmaqla elm-incəsənət mərkəzi
olan regionun keçmiş ənənələrini
bərpa etmək, müasir dövrdə yenidən həmin ənənələri dirçəldəcək
dünya miqyasına çıxarmaq üçün
addım atdı.
Qarabağ regionunda ali təhsil ənənəsi-burada
ilk ali təhsil ocağı 1969-cu ildə
qurulub, 1973-cü ildən
1988-ci ilədək ali
təhsil müəssisəsi
kimi fəaliyyət göstərib, ərazilərimizin
işğalı dövründə
isə fəaliyyətini
dayandırıb. Azərbaycan
dövlətinin Xankəndi
universitetini yaratması
regionda aparılan quruculuq işləri, işğaldan azad edilmiş ərazilərin
iqtisadi potensialı, eləcə də əmək bazarının
tələblərini həyata
keçirmək üçün
yüksəkixtisaslı kadrların
hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili
zərurətindən irəli
gəlir: "Region bundan
sonra özünün
iqtisadi və mənəvi inkişaf dövrünə qədəm
qoyacağından bu universitetin yaradılması
mütləq və dövrün tələbi
idi. Təbii ki, Xankəndi Universiteti tək bölgə yox, eyni zamanda,
bütün Azərbaycan
Respublikasının öndə
gələn universitetlərundən
birinə çevrilməlidir.
Tək bölgədən
yox, bütün respublikadan burda ali təhsil almağa can atan tələbələrin hesab
etmək olar ki, sayı daha çox olacaq. Çünki Xankəndi Universiteti həm məkanca, həm də mənəvi baxımdan Azərbaycan xalqı üçün müqəddəs bir yer olacaq.
Gənc
nəslin ideoloji baxımdan daha da milli ruhda ali təhsil
almasına rəvac verəcəkdir. Gənc nəslin burda ali təhsil alarkən özlərini savadlı və bilikli kadrlar kimi yetişdirmək üçün daha böyük ruhla təhsilə cəlb edəcəklər. Azərbaycan
əsgərinin Xankəndi
və ətraf regionun işğaldan azad edilməsi zamanı göstərdiyi iğidlik və rəşadəti öz təhsilıərində göstərməyi
özlərinin mənəvi
borcu hesab edəcəklər".
Cavid
Xalq cəbhəsi.- 2023- cü il.- 30 noyabr.- ¹ 41.- S. 10.