Vətən mənə oğul desə nə dərdim...
Vətən bir millətin illər uzunu yaşadığı, adət-ənəsinin,
varlığının, şüurunun,
birliyinin torpağı
ilə birləşdiyi
məkandır. Elə
bir məkan ki, Ana qucağı
kimi isti, Ata qoynu kimi
əmin və etibarlıdır.
Vətən sadəcə coğrafı
sərhədləri olan
bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini
yeyir, havasını uduruq. Ev eşiyimiz,
kəndimiz bu torpaqlardadır.Vətən
müqəddəsdir, ata-babalarımız
bu torpaqlarda yaşamış, onu becərmiş, göz bəbəyi kimi qorumuş, onun uğrunda vuruşaraq canlarından belə keçmişlər.
Vətəni sevmək böyük bir əxlaqi keyfiyyətdir. Bir çox halda Vətəni sevməyin imandan olduğunu vurğulayırlar. Vətəni
sevmək sadəcə
torpağı sevmək
deyil, vətənin daşını, havasını,
suyunu sevmək deməkdir. Əks halda bu sevgi
kamil sayılmır.
Vətən sevgimiz, Vətənə məhəbbət hissimiz əsrlərdən günümüzə
ötürülən ən
müqəddəs hissimizdir.
Vətənin müdafiəsinə
tərəddüd etmədən
yollanmış və
bu yolda ya şəhid olaraq ən müqəddəs zirvəyə
ucalmış, ya da ki, qazi
olaraq doğma ocaqlara dönmüşük.
İllərdir doğma Azərbaycanımız
ən böyük problem – Qarabağ problem ilə üzləşmişdi. Mənfur
qonşumuz olan ermənilər torpaqlarımızın
20 faizini işğal edib, soydaşlarımızı
öz yurd-yuvalarından
didərgin salmışdılar.
Belə bir şəraitdə Vətən
keşikçisi oğullar
düşmənə nifrət
hissinə köklənərək
səfərbər olmuş,
ön cəbhədə
düşmənə qan
uddurublar.
İkinci Qarabağ
savaşında bütün
Respublikamızda olduğu
kimi Yardımlı rayonunun Anzov kəndində də vətən fədailəri,
vətənpərvər oğullar
könüllü şəkildə
Ali Baş Komandanın sadiq, mübariz əsgəri olaraq silaha sarılmış,
Azərbaycanın ərazi
bütövlüyü və
Konstitusiya quruluşu uğrunda aparılan ölüm-dirim savaşına
qoşularaq ön cəbhədə igidlik göstərib.
Yardımlının Anzov kəndi I Cahan savaşına 49 nəfər igid yola salmış, onlardan 18 nəfəri müxtəlif xəsarətlər
alaraq geri qayıdıb, 31 nəfər
isə müharibənin
gedişində itkin düşmüş, sonrakı
taleləri bu günədək məlum
olmamışdır. Kənd
ötən əsrin
90-cı illərində vətənimizin
üzləşdiyi Birinci
Qarabağ savaşına
14 oğlunu yola salıb, onlardan 5 nəfəri şəhid və 8 nəfəri əlil olub.
2020-ci ilin 27 sentyabrında ərazi bütövlüyümüz uğrunda
baş verən Vətən müharibəsində
də Anzovlu gənclər ön cəbhədə Vətənə
sədaqətlə xidmət
etdilər. Onları tanıtmaq borcumuzdur. Buyurun Siz də
tanış olun:
1. Məmmədli Ülvi Məmməd oğlu – Leytenant, könüllü
2. İbişli Rəhman Zəfər oğlu – həqiqi hərbi xidmətdə
3. Şahbazov Əmrah Şahüseyn oğlu – həqiqi hərbi xidmətdə
4. Dünyamalıyev Əmrah Namik oğlu – qismən səfərbərlik
5. Balaşlı Təbriz Malik oğlu – könüllü
6. Fətullayev Səbuhi Çiləxan oğlu – qismən səfərbərlik
7. Novruzlu Asəm
Saleh oğlu – qismən səfərbərlik
8. Hüseynov Sənan Zöhrab oğlu – qismən səfərbərlik
9. Balaşlı Qismət Şahverdi oğlu – qismən səfərbərlik
10. Mirzəli Elnur Zakir oğlu
– qismən səfərbərlik
11. Ağababayev Xatəm Kamal oğlu – həqiqi hərbi xidmətdə
12. Balaşlı Etimad Adinə oğlu – həqiqi hərbi xidmətdə
13. Zöhrabov Asəf Valrh oğlu – həqiqi hərbi xidmətdə
14. Rəhmətov Kamran Qəhrəman oğlu – qismən səfərbərlik
15. Musayev Cavid
Vəkil oğlu – qismən səfərbərlik
16. Əhədov Sərraf Elşad oğlu – müddətdən
artıq
17. İbişli Mikayıl Aqil oğlu – leytenant hərbi xidmət
18. İbişli Vəli Xazayir oğlu – həqiqi hərbi xidmətdə
19. Fərzili Fərzi Füzuli oğlu – həqiqi hərbi xidmətdə
20. Ağababayev Furqan Kamran oğlu
– həqiqi hərbi xidmətdə
21. Abdulov Nizami Murtuz oğlu – mayor hərbi xidmət
22. İbişov Bəxtiyar
Tahir oğlu - müddətdən
artıq
23. Səmədov Qismət Ağalı oğlu – gizir xidmətdə
24. Əlizadə Əli Sərəsdan oğlu - müddətdən artıq
25. Şabiyev Loğman Şahbaz oğlu – həqiqi hərbi xidmətdə
26. Şabiyev Elvin Natiq oğlu – qismən səfərbərlik
27. Fətullayev Ceyhun Rasim oğlu – baş leytenant könüllü
28. İbişov Rəsul Şükür oğlu – könüllü
29. Balaşlı İnqilab Allahverən
oğlu – leytenant xidmətdə
30. Məmmədov Müşfiq
Xamməd oğlu – qismən səfərbərlik.
Adıgedən gənclərimiz əsl
vətənpərvərlərdir. Əsl vətənpərvər
o adama demək olar ki, o, öz vətənini bütün
qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı
və istiqlaliyyəti
uğrunda hər an canını qurban verməyə hazırdır.
Özünü vətəndaş
zənn edən bir kəs
Vətənin dərdinə yad qala
bilməz.
Təkcə adıgedənlərmi? Hamılıqla düşmənləri
qəlbimizdəki vətən
sevgisinin, vətən
məhəbbətinin atəşi
ilə məhv etməliyik. Torpaqlarımızı
azad etmək üçün gecələr
rahat yatmaq üçün, şəhidlərimizin
qanını yerdə
qoymamaq üçün
ayağa qalxmalıyıq.
Bütün mənliyimizi
ana vətənimizə - Azərbaycanımıza
borcluyuq. Hər bir vətəndaş yurduna sadiq və
layiq vətəndaş
olmalıdır və
bunun üçün
əlindən gələni
əsirgəməməlidir. Biz hamımız Azərbaycan
vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə
qaldırıb işıqlı
sabahlara, aydın gələcəyə aparmalıyıq.
Malik Balaşov
tarixçi-publisist
Xalq
cəbhəsi.- 2023- cü il.- 30 noyabr.- ¹ 41.- S. 15.