Heydər Əliyevin 100 illiyinə həsr olunan güc idman növləri üzrə üçüncü turnir
keçirilib.
Azərbaycan Stronqmen Federasiyasından
"Report"a verilən
məlumata görə,
yarışda 150-dən çox
atlet üç növdə - "strict curl",
"deadlift" və "log lift"də güclərini
sınayıblar.
Müxtəlif yaş kateqoriyası
üzrə təşkil
olunan turnirdə qadınlar və sağlamlıq imkanları
məhdud idmançılar
da mübarizə aparıblar.
"Strict
curl" üzrə böyüklərin
mübarizəsində Əli
Tayirov (60 kq), Ayxan Həşimov (67,5 kq), Xansu Müslimov
(82,5 kq), Sənan Şükürov (90 kq), Səbuhi Tağızadə
(100 kq), Mikayıl Cəfərov (110 kq) və Surət Pirnəzərov (125 kq) bütün rəqiblərinə
qalib gələrək
birinci olublar.
"Deadlift"
üzrə Tacir Məcdunov (70 kq), Sadiq Kamilov (80 kq), Roman Əhmədov (90 kq), Ziyad Cabarov (100 kq), Seymur Quliyev (110 kq) və Nicat
Xosrovzadə (+110 kq) qızıl medal qazanıblar.
"Log
lift" yarışlarında Vadim Yelenov (80 kq), Sahib Bağırov (95 kq) və Cavid Abbasov
(110 kq) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. S.Bağırov
130 kq nəticə ilə Azərbaycan rekordunu müəyyənləşdirib.
Turnirdə 44 günlük Vətən
müharibəsi qazisi
Polad Rzayev də iştirak edib. Azərbaycan Stronqmen Federasiyasının
vitse-prezidenti Namiq Cəfərovun rəhbərliyi
altında hazırlıq
keçən idmançı
uğurlu çıxışı
ilə diqqət çəkib.
Xalq cəbhəsi.- 2023- cü il.- 30 noyabr.- ¹ 41.- S. 14.