Baba Tahir – Buməta türbəsi

 

 

Azərbaycanın cənub-qərbində yerləşən Lerik Yardımlı rayonlarının ərazisi İslamın dini mərkəzlərinə yaxın olduğundan, eləcə İslam futuhatı Ərəb işğalları zamanı bu ərazilər daha çox ekspansiyaya məruz qaldığından burada İslamın yayılması, eləcə cəmiyyətdaxili münasibətlərdə İslam qanunlarının prioritet olması başqa ərazilərə nisbətən daha erkən zamanda baş verib. Ərəb ekspansiyası zamanı mərkəzdən bu ərazilərə emissarlar göndərilir, göndərilənlər isə bu ərazilərdə İslam ehkamlarını, dini vəqf İslami dəyərləri yaymaqla məşğul olurdular. Hələ işğalın ilk dövründə ələ keçirdikləri torpaqlarda daha da möhkəmlənmək naminə, ərəblər özlərindən əvvəlki işğalçıların yolu ilə gedərək, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif ərəb qəbilələrini Azərbaycanın hər tərəfinə köçürmüşdülər. Xilafətin işğal etdiyi ölkələr, o cümlədən Azərbaycan islamlaşdıqca yeni din bu ölkələrin xalqlarını ideoloji cəhətcə birləşdirən böyük qüvvəyə çevrilirdi. Yeni dinin dili olan ərəb dili VII əsrin sonlarından başlayaraq, xəlifə Əbdülməlikin keçirdiyi islahatlar nəticəsində, yerlərdə tətbiq edilən dövlət dilinə çevrildi. Buna Azərbaycan ərazisində müxtəlif dillərdə danışılması, dil vahidliyinin olmaması, əlifbasızlıq üzündən ərəb əlifbasının qəbul edilməsi xeyli kömək etdi. (Nailə Vəlixanlı. Ərəb xilafəti Azərbaycan. Azərbaycan Dövlət Nəşriyyatı Bakı-1993)

Yeni təqdim olunan din daha humanist, daha mütərəqqi, eləcə paralellər apardıqda yerli əhalinin Tanrıçılıq (Təktanrılı) dininə uyğun olduğundan yerli əhali tərəfindən daha tez qəbul edilir, əhalinin gündəlik məişətinə daxil olurdu. Emissar olaraq göndərilən şeyxlər isə əhali arasında rəğbətlə qarşılanır, böyük nüfuz sahibinə çevrilirdilər. İlk İslami qanunlara uyğun olaraq həyatını dəyişən insan elə öldüyü yerdə dəfn olunduğundan həmin şeyxlər yaşadıqları bölgələrdə böyük ehtiramla dəfn olunur dünyalarını dəyişəndən sonra da dəfn olunduqları məzarlar əhalinin müqəddəs saydığı məkan, and yeri olur, ziyarətgaha çevrilirdi. Odur ki, Lerik Yardımlı ərazilərində bu gün yüzlərlə müqəddəs şəxsin uyuduğu məkan, ziyatətgah vardır.

Belə müqəddəs məkanlardan biri Lerik rayonunun Piran kəndi ərazisindəki Buməta ziyarətgahıdır. Piran kəndi rayon mərkəzindən 35 km şimal-qərb istiqamətində yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli Qərarı ilə Lerik rayon Siyov kənd sovetinin İyirminci km kəndinin adı dəyişdirilərək Piran adlandırılıb. 2009-cu ildə əhalinin siyahıyaalınmasına əsasən kənddə 1065 nəfər əhali yaşayır. (Azərbaycan Respubliksı əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010). Kənddə Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd İnzibati Ərazi Dairəsi (İƏD), 360 şagird tutumlu tam orta məktəb, Həkim məntəqəsi, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 60 yerlik Körpələr evi-uşaq bağçası Lerik rayon Mərkəzi kitabxana sisteminin filialı fəaliyyət göstərir. Kənddə Piran kənd məscidi dini icması yaradılıb.

Yerli tarixçilərin qənaətinə görə kənd ərazisində bir vaxtlar Tifil adlı şəhər məskəni olub. Sonrakı mərhələdə əhalinin yerdəyişməsi nəticəsində şəhər boşalıb, əhali ətraf rayonlara səpələnib. Bu gün sadəcə adıgedən şəhər məskənindən qalıqlar aşkar olunmqdadır. Kənd ərazisindəki Buməta ziyarətgahı təkcə Piranda deyil, ətraf kəndlərdə müqəddəs məkan olaraq tanınır əhali tərəfindən ziyarət olunur. Sakinlərin qənaətinə görə ziyarətgahdakı məzarda dəfn olunan şəxs Baba Tahir kimi tanınan İslam şeyxlərindən biridir. Deyilənə görə Baba Tahir İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvələrindən olan şiələrin beşinci imamı Məhəmməd Baqirin (ə) bu ərazilərə göndərdiyi üç din alimindən biridir. Ümumiyyətlə, ərəb mənbələrinin (əl-Bəlazuri, İbn əl-Fəqih, İbn Xordadbeh, əl-Yəqubi başqaları) məlumatına görə ərəblər necə olursa-olsun Azərbaycanda möhkəmlənmək, arxanı öz müttəfiqinə çevirmək istəyir, bunun üçün bütün vasitələrə əl atırdılar. Bu vasitələrdən ən başlıcaları bütöv ərəb qəbilələrinin buraya köçürülməsi Dərbənd, Bərdə, Beyləqan, Qəbələ, Şirvan, Varsan, Təbriz, Miyanə, Sərab,Ərdəbil ətrafı ərazilər başqa strateji əhəmiyyətli şəhərlərdə hərbi məskənlərin (rabatların) salınması oldu.Tarixçi əl-Bəlazuri yazırdı: “Əli ibn Əbu Talib əl-Əşas ibn Qeysi Azərbaycanın hakimi təyin etdi. Əl-Əşas bura yetişdikdə gördü ki, yerli əhalinin çoxu İslamı qəbul edib Quran”oxuyur. O, Ərdəbildə əta divan siyahısına salınmış ərəblərdən yerləşdirdi, buranı Azərbaycanın baş şəhəri etdi, sonralar genişləndirilən məsciddən savayı başqa bir məscid tikdirdi. Əl-Hüseyn ibn Amir əl-Baqidinin sözlərinə əsasən deyib: Ərəblər Azərbaycanda məskən saldıqda onların Kufədən, Bəsrədən Şamdan olan qohumları da buraya axışdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi qeyri-ərəblərdən torpaq satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi, elə ki, ərəblər onları müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına çevrildilər...”.

Böyük ehtimalla Pirandakı müqəddəs məkanda dəfn olunan Baba Tahir yerli camaata İslamın dini ideologiyasını, İslamın əsaslarını, Quranın hikmətlərini öyrətmək, eləcə o vaxtlar təqib olunan Peyğəmbər nəslindən olanları tanıtmaq üçün bu əraziyə göndərilib. Böyük ehtimalla adıgedən Tifil adlı şəhərdə əhali sıx məskunlaşdığından Baba Tahir məhz buraya göndərilib. Babanın milliyyətcə ərəb olduğu bildirilir. Təqribən VIII əsrdə yaşadığı deyilən Baba Tahirin indiki Lerik rayonunun Piran ərazisinə Ərəbistandan gəldiyi qeyd olunur. Tarix ədəbiyyatında İslamın mərkəzi şəhərlərindən Azərbaycana həm köçürülən, həm təqibdən yaxa qurtarmaq üçün gələn xeyli ərəb qəbilələri, o cümlədən Seyyidlər haqqında məlumatlar var. Məlumdur ki, Peyğəmbərin vəfatından sonra, onun ailəsindən, nəslindən olanlar, sonradan hakimiyyətə gələn bəzi xəlifələr tərəfindən daim təqib olunub qətlə yetiriliblər. Ona görə seyyidlər Azərbaycan kimi, İraq kimi ölkələrə qaçaraq, təqiblərdən, terrordan yaxa qurtarmağa çalışıblar. Ərəb orduları işğallar zamanı dağlıq ərazilərdə çətin duruma düşdüyündən daha çox düzən ərazilərə üstünlük verir, beləcə dağlıq ərazilər diqqətdən kənarda qalırdı. Odur ki, həm köçürülənlər, həm təqib olunanlar dağlıq ərazilərdə məskunlaşmada üstünlük təşkil edirdilər.

Şeyxə “Baba” ləqəbinin verilməsi İmam Məhəmməd Baqirin adıyla bağlıdır. Qeyd etmək yerinə düşərdi ki, Orta əsr müsəlman ölkələrində ruhaniyə, mollaya, sufi təriqət başçılarına “Baba” ləqəbi verilirdi. Ləqəbin verilməsində məqsəd heç şübhəsiz ki, həmin şəxsin toxunulmazlığını təmin etmək, təqibdən uzaq tutulması öldürülməkdən qorunması üçün olub. Çox güman ki, ifadənin xüsusiləşməsi şəxsin xüsusi statusa malik olmasının daşıyıcısı olmasından qaynaqlanır. Buməta adı isə ona yerli camaat tərəfindən verilən addır. Belə ki, Talışca "Buməta"nın mənası — "bu torpaqlara köçüb gələn" deməkdir. Ərəb mənbələri (əl-Bəlazuri, İbn Xordadbeh b.) işğal dövründə ərəblərin işğal etdikləri yerlər sırasında Taylasanın (Talışanın), yəni talışların yaşadıqları yerin adını çəkirlər.

Baba Tahir türbəsi əvvəllər taxtadan tikilmiş bir qəbirüstü tikili olub. Məzar ətraf ərazilərdəki kəndlərin əhalisi yerli sakinlər tərəfindən daim ziyarət olunub. Hazırki ziyarətgah isə ötən əsrin 90-cı illərində kənd camaatı tərəfindən yenidən tikilərək restavrasiya olunub. Ziyarətgahın qarşısına əvvəllər yol olmayıb, elə həmin illərdə camaat bura yol da çəkib. Bütün bərpa-tikinti işləri camaatın şəxsi vəsaiti hesabına həyata keçirilib.

Qeyd etmək yerinə düşərdi ki, sözügedən ziyarətgah iki çayın-Lənkərançay Ləkərçayın arasındakı vadidə yerləşir. Rəvayətlərə görə, Buməta - Baba Tahir bu ərazidə yaşayan vaxt Ləkərçay mövcud olmayıb. Buməta vəfat edəndən sonra isə ərazidə güclü sel-daşqın baş verib. Lakin ziyarətgaha sel suları heç bir ziyan vura bilməyib. Məhz həmin seldən sonra Ləkərçayın yarandığı ehtimal olunur. Yerli camaat bu ziyarətgahın sel sularından İlahi qüvvə tərəfindən qorunduğunu bildirir.

Yerli əhalinin bildirdiyinə görə, İmam Baqir (ə) Baba Tahirlə bərabər, bu əraziyə daha iki nümayəndəsini göndərib. Onlardan biri Astaranın Toradi kəndi ərazisində dəfn olunan Baba Rəsuldur onun həmin kənddə ziyarətgahı var. Digəri isə Lerikin Barzavu Vizəzəmin kəndləri arasında Qımbət ziyarətgahında dəfn olunan müqəddəsdir. Lakin onun ləqəbi, adı məlumdur.

Bütün müqəddəs ziyarətgahlar kimi Lerikin Piran yaşayış məntəqəsindəki Baba Tahir – Buməta türbəsi bu gün sakinlərin ziyarət etdikləri müqəddəs məkandır.

 

Malik Balaşov

tədqiqatçı-tarixçi

Xalq Cəbhəsi.- 2023.- 12 oktyabr.- S.15.