Azərbaycan aşıq sənəti dünya qeyri-maddi irsinin inciləri sırasındadır
Aşıq yaradıcılığı
xalqımızın mədəniyyətini
dərin türk köklərinə bağlayır.
Ona görə də Azərbaycan aşıq sənətinin
öyrənilməsi, təbliği,
dünyaya tanıdılması
mədəniyyətimizin qarşısında
duran vəzifələrdəndir.
Fərəhləndirici haldır
ki, son dövrdə
bu iş ardıcıl şəkildə,
elmi əsaslarla, yüksək səviyyədə
aparılır. Zəngin
mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği
həm xalqımızın
mənəvi təkamülünə,
həm də dünya mədəniyyətinin
bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.
Aşıq sənəti
şifahi ənənəli
Azərbaycan musiqi mədəniyyətinin ən
qədim sahələrindən
biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi,
dostu sayılmışlar.
Onlar həmişə
el içində yaşamış, öz dövrlərinin, mühitlərinin
bilikli, məlumatlı
adamları, müdrik sənətkarları olmuşlar.
Aşıq yaradıcılığında
xalqımızın çoxəsrlik
tarixi, xarici düşmənlərə qarşı
mübarizəsi, əmək
şəraiti, toy-düyünləri
rəngarəng bədii
boyalarla öz ifadəsini tapmışdır.
"Folklor və
Musiqi İrsini Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
maliyyə dəstəyi
ilə bu mövzuda layihə həyata keçirib. QHT rəhbəri Nemət Qasımov layihə ilə bağlı qəzetimizin suallarını
cavablandırıb.
Qeyd edək
ki, N.Qasımov Mədəniyyət və
İncəsənət Universitetinin
Aşıq kafedrasının
müəllimi, Dünya
incəsənət və
musiqi ustası, beynəlxalq müsabiqələr
laureatı, "Əməkdar
mədəniyyət işçisi",
Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 2009-cu ildən başlayaraq YUNESKO nun tədbirlərində aşıq
sənətini mütəmadi
olaraq təmsil edir. YUNESKO ya təqdim edilən aşıq sənəti haqqında filmin əsas aparıcısı
olub. YUNESKO tərəfindən
onun sənət fəaliyyəti ilə bağlı 52 dəqiqəlik
sənədli film çəkilib. 2010-cu ildə
Cənubi Koreyanın Yeosu şəhərində
keçirilən "Dünyaya
sülh gərək"
beynəlxalq müsabiqənin
qalibi olub. Dünya İncəsənət
və Musiqi Ustası diplomu və kubokunu qazanıb.
O, bildirib ki,
bu gün Azərbaycan hökumətinin
həyata keçirdiyi
məqsədyönlü siyasət
və bu istiqamətdə müvafiq
tədbirlər nəticəsində
Azərbaycan aşıq
sənətini dünya
qeyri-maddi irsinin inciləri sırasında
görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq
sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri
olduğunu bir daha təsdiqləyir:
"Son dövrdə Azərbaycan dövlətinin,
ölkə rəhbərliyinin
milli mədəniyyətin
qorunması və təbliği yönündə
yürütdüyü məqsədyönlü
siyasət bu yöndə bir-birindən
gərəkli addımların
atılmasına yol açıb. Ozan-aşıq
mədəniyyəti sahəsində
görülən işlər
də məhz bu əsasda həyata keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aşıq və söz sənətinin inkişafı və gələcək nəsillərə
ötürülməsi sahəsində
çox böyük işlər görürlər.
2009-cu ildə aşıq
sənətinin UNECKO-nun
Qeyri-maddi mədəni
irs üzrə "Dünya sənət şedevrləri" siyahısına
daxil edilməsi isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa
diqqət və təşəbbüsünün göstəricisidir.
Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi mədəniyyət siyasəti
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasətin
müxtəlif sahələr
üzrə gerçəkləşməsində
gəncliyin üzərinə
mühüm vəzifələr
düşür. Bu gün aşıq sənətinə yenicə
qədəm qoyan yenyeniyetmə və gənclərə dəstək
durmaqla yanaşı, yeni istedadların üzə çıxarmaq
vacibdir. Fikrimizcə, gənc nəsildə bu sənətə dərin maraq yaratmaq üçün kökə toxunmadan yeniliklər etmək lazımdır".
N.Qasımovun sözlərinə görə,
QHT və onun üzvləri ölkə ərazisində aşıq
sənətinin, aşıq
musiqisinin təbliği
və istedadlı gənc aşıqlarımızın
tanıdılması ilə
bağlı fəaliyyətini
günün tələbləri
səviyyəsində qurmağa
çalışır. Hazırda
gənc istedadları aşkara çıxarmaq,
müxtəlif səpkili
müsabiqələr, tədbirlər
keçirmək, onların
yaradıcılıq qabiliyyətlərinin
inkişafına nail olmağı qarşılarına
məqsəd qoyub.
QHT sədri həyata
keçirilən layihənin
ideyasından da bəhs edib. Deyib ki, Ulu
Öndərimiz Heydər
Əliyev ozan-aşıq
mədəniyyətindən söz açaraq onu «milli varlığımızın
mötəbər qaynağı»
kimi dəyərləndirmişdir.
Bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır.
Bədii yaradıcılıq
forması kimi bu sənətin kökləri xalqımızın
dərin tarixinə söykənir və həyatın özü onu daim zənginləşdirir.
Aşıq sənəti
xalq yaradıcılığı
bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına
çox güclü təsir göstərir və mədəniyyət
yaradıcıları üçün
ilham mənbəyi kimi çıxış edir. Saz bizim
ən qədim musiqi alətimizdir. Ulu dədələrimizin bir əlində qılınc olanda bir əlində də saz olub.
Bu gün ozan-aşıq sənəti
bu gün özünün yeni dövrünü yaşayır.
Ozan-aşıq sənətini
öyrənmək, gənc
istedadları üzə
çıxarmaq, ustadların
yaradıcılıq ənənələrinin
davamında onlara dəstək durmaq, aşıq sənətinin
böyük mənəvi
dəyər olaraq qorunub saxlanması və bu sənətin
bölgələrdə geniş
şəkildə yayılması
günün tələbidir.
Aşıq sənəti
folklorumuzun yazılı
və şifahi abidəsidir. Onu qoruyub saxlamalı, olduğu kimi gələcək nəsillərə
çatdırmalıyıq: "Əsas məqsəfimiz yerli internet resursları vasitəsilə
Azərbaycan mədəniyyəti
və incəsənətinin
təbliği istiqamətində
gənclər arasında
aşıq sənətinin
yaşadılmasına və
qorunub saxlanmasına, dünyada tanıdılmasına
dəstək olmaqdır.
Bunun üçün
gənclər arasında
zəngin aşıq sənətinin, qədim musiqi alətlərinin təbliği məqsədilə
5 yazını hazırlayıb
hər birinin 6 yerli internet resursunda ictimailəşdirdik.
Düşünürük ki, ideoloji baxımdan
təbliğedici və
maarifləndirmə işinin
aparılması bu sənətə gənclərin
cəlb olunması ilə yanaşı, mədəniyyətimizi, musiqimizi,
milli mənəvi dəyərlərimizi, folklor
və maddi mədəniyyət nümünələrimizin
qorunmasına xidmət
edəcək".
QHT sədri onu
da vurğulayıb ki, qarşıya qoyulan vəzifələrdən
biri Azərbaycan mədəniyyəti və
incəsənətini təbliği
etmək, istedadlı gənclərin bu sənətə marağını
artırmaq və onlara dəstək olmaq, gənclərimizdə
vətənpərvərlik, qəhrəmanlıq ruhunu
artırmaq, Azərbaycanın
zəngin folklor nümunələrini qorumaq
və inkişaf etdirmək, ulu sənəti dünyada yaymaq, saz və
balaban musiqi alətinin Azərbaycana məxsusluğunu bir daha dünya ictimaiyyətinə tanıtmaq,
mədəniyyətimizi, musiqimizi,
milli mənəvi dəyərlərimizi, folklor
və maddi mədəniyyət nümünələrimizi
qorumaqdır: "Aşıq
sənəti muğam
sənəti ilə yanaşı, Azərbaycan
musiqi mədəniyyətinin
iki vacib əsaslarındandır. Aşıq
sənəti əlvan
xüsusiyyətlərə, müxtəlif mövzulara
və süjet xəttinə malikdir. Aşıq sənəti yalnız poetik düşüncə nümunəsi
deyil, xalqın müdrikliyinin, çoxəsrlik
təcrübəsinin, mədəniyyətinin
təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı
əks olunur. Aşıqlar öz zəngin poetikalarını
yaratmışlar. Aşıq
aşıq sənətinin
əsas lirik qəhrəmanı, əsas
siması və aparıcı obrazıdır.
Aşıq sənətində
ədəbi-bədii ifadələr
əks olunmaqla, onlar şifahi xalq yaradıcılığı
ilə yazılı ədəbiyyat arasında
birləşdirici halqadırlar.
Azərbaycan aşıqlarının ən
qədim epik yaradıcılıq nümunəsi
müasir Azərbaycan
aşıqlarının ulu
babaları olan qədim ozanların həyatına, sevgi və qəhrəmanlıqlarına
həsr olunmuş VII əsrə aid edilən “Kitabi Dədə Qorqud” dastanıdır. Aşıq
sənəti həmçinin
bəstəkarların yaradıcılığına
da təsir göstərmişdir. İlk
dəfə aşıq
musiqisinin xüsusiyyətləri
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyov tərəfindən
“Koroğlu” operasında
istifadə olunmuşdur.
Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini
birləşdirən bəstəkar
Qara Qarayev isə Üçüncü
simfoniyasının ikinci
hissəsində onların
vəhdətini yarada bilmişdir".
QHT rəhbəri sonda onu da
qeyd edib ki, milli musiqimiz,
milli musiqi alətlərimiz xalqımızın
dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir.
Aşıq sənəti
özündə dilimizi,
tariximizi, mənəvi
keyfiyyətlərimizi, söz
və musiqi sərvətimizi qoruması,
dövləti, dövlətçiliyi
ruhunda yaşatdığı
üçün azərbaycançılığa
xidmət edir: "Milli musiqimiz varsa, xalqımız da yaşayır. Məlumdur ki, ozan-aşıq sənəti
xalqımızın arxaik
dövrdə yaratdığı
milli sənətdir Aşıq sənəti, sözün əsl mənasında, Azərbaycan
dövləti tərəfindən
qorunur, ona diqqət göstərilir.
Aşıq sənəti
xalq arasında hər zaman hörmətlə qarşılanan
bir sənət kimi sovet illərində
də inkişaf edib. Azərbaycan aşıqları hər zaman xalqımızın milli maraqlarından çıxış edib.
Aşıqları xalq
da sevib, dövlət də. Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış
edərək bu gün də yaşayıb nüfuz etməkdədir".
Cavid
Xalq
Cəbhəsi.- 2023.- 7 sentyabr.- S.9.