“Əli Hüseynov Gürcüstanda uzaqgörən və
cəsur azərbaycanlı siyasətçi kimi tanınıb”
XX əsrin əvvəllərində Çar Rusiyasının
çökməsi prosesi başlanılmışdı.
İmperiya bir-bir nəzarəti altında olan ərazilərə
itirməyə başlayırdı. Baş verənlərin
fonunda cənubi Qafqazda kənarda qala bilməzdi. Etirazların
fonunda milli müfkəri ideologiyası geniş sürətlə
yayılmağa başlayırdı. İstər Azərbaycanda,
Gürcüstan proses tamam başqa istiqamətdə davam etsə
də, Ermənistanda qatı millətçilik, “böyük
ermənistan” xülyaları fonunda inkişaf edirdi.
Gürcüstanda demokatik hərəkat uğrunda
gücü siyasətçiləri ilə yanaşı, orada
yaşayan minlərə soydaşımız fəallığı
ilə seçilirdi və demokratikləşməyə öz
töhfələrini verirdilər.
1918-1920-ci illərdə Gürcüstan Demokratik
Respublikasının parlament seçkilərində fəal
iştirak etməklə yanaşı, həmçinin
dövrün qabaqçıl ziyalıları seçkilərdə
namizəd kimi iştirak edirlər. Belə şəxslərdən
biri də Əli Hüseyn oğlu Hüseynov olub. Əli
Hüseyinov dövrünün ağıllı, uzaqgörən
və cəsur siyasətçilərindən olub. Həmçinin,
az araşdırılan şəxslərdən olub.
Düzdür tarix elmləri doktoru Fəxri Hacıyev
araşdırmalarında onun adını çəkib. Belə
şəxsiyyəti oxucularımıza daha geniş şəkildə
tanıtmaq vacib məsələdir. “Maarif” hüquqi,
elmi-metodiki maarifləndirmə mərkəzi”
İttifaqının sədri, “Maarif” qəzet-jurnalının
baş redaktoru Ələddin Qarabağlı Əli
Hüseynovla haqqında geniş söhbət etmişik.
-Əli Hüseyinov kim olub? Onun həyatı
haqqında oxucularımıza məlumat verməyinizi xahiş
edirəm...
-Əli Hüseyn oğlu Hüseynov 1876-cı ildə
Qardabani (Qarayazı) rayonun Ağtəhlə kəndində
anadan olub. Uşaqlıq dövrünü atasının
yanında - təsərrüfatçılıqda,
heyvandarlıqda keçirib. Gənc yaşlarında öz
tay-tuşlarından fərqlənən Əli artıq həddi-buluğa
çatdıqda dövrünə görə dini
anlayışı təhsili ilə yanaşı qədər
dünyəvi elmlərlə də maraqlanıb və müəyyən
dərəcədə təhsilə malik olub.
25 yaşında ailə həyatı qurub. İki dəfə
ailəli olub. Biri Qardabani rayonun Təzəkənd sakini Sultan
Tanrıverdi qızı idi. Ondan Adıgözəl, Salman,
Şəmsəd, Muxtar və Havaxanım adında
övladları olub. Digər ailə həyatı qurduğu
qadın Gülsüm Əhmədalı qız idi: Zeynəb,
Sura və Turan adında övladları dünyaya gəlib. O,
artıq həddi-buluğa çatdıqda onun evləndiyi iki
qadından 8 uşağı: 4 oğlu və 4 qız sahibi
olub.
-Bildiyimiz qədər gürcü dilini mükəmməl
bilirmiş...
-Bəli. Uzun müddət Kaxetiya bölgəsində
atası ilə birlikdə gürcülərlə
yanaşı həmsöhbətdə - ünsiyyətdə olduğundan
gürcü dilini mükəmməl (danışıq)
öyrənə bilib.
-Bir qədər də onun parlament fəaliyyətindən
danışaq..
-Qardabani rayonun Ağtəhlə kəndindən
Respublikada "Eroba" Yerli özünüidarəetmə
orqanları seçki təşkili məsələsi
Gürcüstan Demokratik Respublikasının ilk parlament
funksiyasını daşıyan Gürcüstan Milli
Şurasında namizədliyi Gürcüstan Sosial Demokrat Fəhlə
Partiyasının "Hümmət" Sosial Demokrat Müsəlman
Təşkilatı ilə
razılaşdırılmışdı. Artıq bu vaxt onun təxmini
olaraq 42 yaşı olardı. O, 1918-ci ilin noyabr ayında
keçirilən Tbilisi mahalı bələdiyyə
seçkilərində bələdiyyə məclisinin
deputatı olur. Onun əsas üstünlüklərindən
biri o idi ki, qismən də olsa dünyəvi elmi savada malik
olmaqla yanaşı eyni zamanda dövlət dili – gürcü
dilini mükəmməl bilməsi əsas faktor idi.
-Necə faiz səslə qəbələ qazanıb?
-Ümumilikdə Tiflis qəzası üzrə
seçkilərdə 18 216 səs verilir, yəni seçki
aktivliyi 43,6% olur. Ümumi səslərin 75,79%-ni
Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası və
Gürcüstan Sosialist-Federalist İnqilabçı
Partiasından ibarət sosialist bloku, 24,19%-ni isə
Gürcüstan Milli-Demokrat Partiyası ilə partiyasız
namizədlərin bloku toplayırlar. Beləliklə qəza
"Erobası"na seçilən 45 qlasından 33-ü -
Sosialist blokunu, digərləri GMDP və partiyasız namizədləri
təmsil edir. Türk namizədlərindən Əli Hüseyn
oğlu (Qarayazı dairəsindən) Tiflis qəzasının
"eroba" qlasnıları, yəni yerli özünidarəetmə
orqanlarının deputatları seçilir. 1920-ci il Tbilisi
mahalı bələdiyyə məclisi üzvlərinin şəkili
şəkildə 3-cü sıradakılar arasında
Qardabaninin Ağtəhlə kəndindən seçilmiş
Əli Hüseyn oğlu da var. Əli Hüseyn oğlu Sosial
Demokratlar və Hümmət partiyasının
siyahısından seçilib və şəkil çəkilən
zaman təxminən 42 yaşı olub.
-Onun qəhrəmanlıqları haqqında
danışılır. Bildiyimiz onun qocaqlığı ona
böyük maneə yaradır. Bu barədə nə deyə
bilərsiniz?
-Deputatlıq fəaliyyəti ilə yanaşı
1918–1928-ci illər arası Qardabani rayonun Ağtəhlə kəndində
kənd koxası (indiki, sakrebulo sədri) vəzifəsində
çalışmışdı. Gürcüstanda sovetləşmə
prosesi dövründə yerli əks inqilabçı quldur dəstələri
tez – tez Bakı-Tbilisi-Batumi dəmir yolunun Ağtəhlə ərazisində
(Qaçiani dayanacağında) yük daşıyan vaqonlara
hücum edərək qəraət ilə məşğul
olurdular və bu proses get-gedə güclənirdi. Bu vəziyyətin
qarşısını almağı Tbilisi bələdiyyəsi
- Qardabani rayonu rəhbərliyi Əli Hüseyn oğluna
xüsusi tapşırıq verir. Təbii ki, Əli Hüseyn
oğluna bir deputat və həmçinin kənd koxası kimi
ona tapşırılan işin məhsuliyyətini əla dərk
edirdi. Ona görə də bu məsələnin konkret həllini
özü həlli edəcəyini qəti qərar verir.
Rayon rəhbərliyi ona bildirir ki, ərzaq vaqonu
yaxın vaxtlarda Qardabani dəmir yol məntəqəsindən
Tbilisi-Batumi istiqamətində yönələcək. Əli
Ağtəhlə ərazisində (Qaçiani dəmir yol məntəqəsi)
müəyyən məkanda gözləmə mövqeyi
yaradır və vaqonun stansiyadan “xatasız" keçməsini
müşahidə edir. Lakin, quldur dəstəsi vaqonun hər
anini dəqiqlikdə bildiyindən stansiyada süni maneə
yaradaraq vaqonu saxlatdırırlar - vaqonlardan un kisələrini
talan edirlər. Bu prosesdə kimlər iştirak etdiyini quldur dəstəsinin
üzvlərinin şəxsiyyətlərini müəyyənləşdirən
Əli rayon rəhbərliyinə məlumat verənə kimi,
quldur dəstəsinə məlum olur ki, onları ələ
keçirəcəklər. Quldur dəstəsi
çıxılmaz vəziyyətdə qaldıqda özlərini
güvəndikləri quldur başçıları ilə: Vəli
Qulam oğlu və Məzahir Qasım oğlunun (adlar şərtidir)
məsləhəti ilə Əli Hüseyn oğlunun həyətinə
talan etdikləri un kisələrindən bir neçə ədəd
yerləşdirirlər və təcili rayon rəhbərliyinə
zarət idarəsinə məlumat verirlər ki, vaqonu
dağından elə Əli Hüseyn oğlunun
özüdür və həyətində un kisələri
yığılıb.
-Quldurlar öz istəklərinə nail ola biliblərmi?
-Təəsüf ki, fırıldaqçı quldur dəstəsinin
rəhbərliyi özlərinin çirkin niyətlərinə
çataraq belə bir igid insanı tutdururlar. Onu Sibirə,
Omsk şəhərinə sürgün etdirirlər. 1932-ci ildə
56 yaşında Omski şəhəri-dustaqxanasında qəsdlə
öldürtdürürlər və orada dəfn olunur
Elnur Eltürk
Xalq Cəbhəsi.- 2024.- 25 aprel,¹13.-S.15.