Bütün BMT sistemi COP29 üçün Azərbaycana
dəstəkdir
Bu il noyabrda Bakıda keçiriləcək COP29
bütün dünyanın diqqətini özünə cəlb
edib. Türkiyənin hakim
Ədalət və İnkişaf Partiyasının (AK
Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Şamil Ayrım bildirib ki,
Türkiyə olaraq biz də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının Azərbaycanda keçiriləcək 29-cu
sessiyasını (COP29) dəstəkləyir və qürur
duyuruq.
Onun sözlərinə görə, COP29-un Bakıda
keçirilməsinə Türkiyə hökuməti də
xüsusi əhəmiyyət verir.
İqlim dəyişikliyinin dünyanın hər tərəfində
ən aktual mövzu olduğunu vurğulayan deputat deyib ki,
Azərbaycanın beynəlxalq tədbirlə
bağlı təşkilatçılığı yüksək
səviyyədə olur:
"Yüz mindən çox insanı rəsmi səviyyədə
qarşılamaq, qəbul etmək, yola salmaq, tədbirin
qüsursuz
keçirilməsi üçün aparılan təşkilati
işlər çox diqqətlə həyata keçirilir.
Bütün bunlar asan məsələ deyil. Əminəm ki,
bütün beynəlxalq tədbirlər kimi, COP29 da Azərbaycanda
uğurla həyata keçiriləcək".
Ş.Ayrım əlavə edib ki, beynəlxalq tədbir
işğaldan azad edilmiş bütöv Azərbaycanın
dünya miqyasında
tanıdılması üçün də xüsusi əhəmiyyət
kəsb edir.
"Belə tədbirlər Azərbaycanın
tanıdılması baxımından da çox vacibdir. Azərbaycanın
nüfuzu, dünyada
güvəni, etibarı, ölkəyə turist
axını gündən-günə artır. Azərbaycanı
daha gözəl gələcək gözlədiyinə
inanıram", - o
vurğulayıb. BMT-nin Baş katibinin köməkçisi,
təşkilatın siyasət üzrə iş və proqram dəstəyi
Bürosunun direktoru
Markos Neto (Marcos Athias Neto) COP-da Azərbaycan sədrliyinin
yaxşı nəticələr əldə edə biləcəyini
söyləyib.
Bu barədə BMT İnkişaf Proqramının
(UNDP) “X” hesabında paylaşım edilib.
M.Neto qeyd edib ki, COP29 maliyyə COP-udur və ilk olaraq
yeni ölçülə bilən iqlim maliyyəsi məqsədi
ilə razılaşdırılmalıdır.
Onun sözlərinə görə, yaşıl enerjiyə
keçid trilyonlarla dollara başa gələcək.
“Bu səbəbdən noyabrda Bakıda
razılaşdırılmalı olan, maliyyə ambisiyalarını
təyin edən sistemə
ehtiyacımız var. BMT İnkişaf Proqramı olaraq
Azərbaycan hökumətinə dəstək olmaq istərdik
və bütün beynəlxalq
ictimaiyyət hədəfə nail olmaq
üçün COP sədrliyinə yardım etməlidir. Bu,
çox mühüm məsələdir, əminəm ki,
Azərbaycan sədrliyi yaxşı nəticələr
əldə edə biləcək”, - M.Neto əlavə edib.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının icraçı
katibi Saymon Stil (Simon Stiell)deyib
ki, bütün BMT sistemi COP29 üçün Azərbaycana
dəstəkdir.
"Baş katibin də aydın formada ifadə etdiyi
budur ki, COP29 üçün BMT sistemi tam şəkildə Azərbaycana
dəstəkdir. Mənim də təmsil etdiyim BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası katibliyi (UNFCCC)
uğurlu COP konfransının keçirilməsi
üçün sədrliyi və tərəfləri dəstəkləməkdə
əsas rola malikdir", - deyə o qeyd
edib.
O, vurğulayıb ki, bu gün görülən
işlər qlobal iqlim probleminin qarşısını
almağa xidmət edir. O, gənclərin
iqlim dəyişikliyinə qarşı prosesdə
iştirakını dəstəkləmək üçün
lazım olan addımların atılmasının vacibliyini
qeyd
edib:
“Mən iqlim böhranını həll etmək səlahiyyətinə
malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil
edirəm. Bu gün gördüyümüz işlər
- bəzi ləng və çox mürəkkəb proseslər
bütün dünyanın üzləşdiyi iqlim
probleminin qarşısını almağa xidmət
edir. Həmişə gənclərimizin enerjisi,
yaradıcılığı, ideyaları, prosesə
bağlılığı
məni heyrətə gətirir və açıq
şəkildə bildirirəm ki, Katibliyin mandatı çərçivəsində
gənclərin prosesə qoşulmasını
dəstəkləmək üçün lazım olan
hər şeyi edəcəyəm”.
S.Stilin fikrincə, iqlim dəyişikliyinə
qarşı mübarizədə 198 ölkə yeni maliyyə
hədəfləri ilə bağlı razılığa
gəlməlidir: “Dubayda keçirilən COP28 bizdə
böyük gözləntilər yaratdı və 2030-cu ilə
qədər biz bu gözləntilərin
müəyyən hissəsinin həyata
keçirildiyini görmək istəyirik. Bakıda
keçiriləcək COP29-da prosesi irəliyə doğru
aparmalıyıq. Maliyyə bu ilin əsas mövzusudur
və Azərbaycanın sədrliyindən bunu dəstəkləmək
və asanlaşdırmaq,
198 ölkənin yeni maliyyə hədəfinin necə
görünməsi ilə bağlı razılığa gəlməsi
tələb olunur. Buna paralel olaraq,
cari ildə nəyin inkişaf edəcəyi və gələn
il Braziliyada nələrin təqdim ediləcəyi iqlim
planlarının yeni mərhələsidir.
Bu planlar milli səviyyədə müəyyən
edilmiş tədbirlərdən ibarətdir. Emissiyaları
2030-cu ilə qədər iki dəfə
azaltmalıyıq. COP28, 29 və 30 birləşərək
harada olduğumuzu müəyyənləşdirməyi, kursun
düzəldilməsini və bu
iddialı, lakin zəruri hədəflərə
çatmağı tələb edir. Tərəflərin hər
birinin yerinə yetirməli olduğu məsuliyyəti var.
COP olaraq bizim də öz məsuliyyətimiz
mövcuddur”.
O, istixana qazı emissiyalarının azaldılması
və iqlim dəyişikliyinə uyğunlaşma məqsədinə
nail olmaq
yolunda mövcud olan maneələrdən
danışarkən deyib ki, siyasi iradənin olmaması iqlim fəaliyyətinin
daha da
inkişafına maneədir.
O, qeyd edib ki, müzakirələrin və mübahisəli
məsələlərin maliyyə və texniki detallarla
bağlı olmasına
baxmayaraq, bunların hər birinin həlli var, tək
çatışmayan siyasi iradədir.
"Ümumilikdə isə maliyyə məsələsi
bu ilin əsas gündəmidir. Azərbaycan sədrliyi tərəfindən
bunu
dəstəkləmək və asanlaşdırmaq
üçün böyük səy tələb olunur. Həmçinin
190 ölkə yeni maliyyə məqsədi barədə
razılığa gəlməlidir. Buna paralel olaraq, bu
il hazırlanacaq və gələn il Braziliyada təqdim ediləcək
yeni iqlim
planları ölkələrin milli səviyyədə
öhdəliklərini müəyyənləşdirəcək.
Nəticədə emissiyaları 2030-cu ilə qədər
yarıya
qədər, 2035-ci ilə qədər isə 60 %
azalda bilərik", - S.Stil əlavə edib.
Onu da qeyd edək ki, Birləşmiş Ərəb
Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın
bu ilin
noyabrında BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) ev sahibliyi etməyə hazırlaşmasına
dair məqalə yayımlanıb.
2-ci Şuşa Qlobal Media Forumunun
iştirakçısı Con Dennehinin müəllifi olduğu
yazıda Prezident İlham
Əliyevin Forumun açılış mərasimində
jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi
fikirlərə də yer
verilib.
Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin
noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın
müxtəlif bölgələri arasında növbəti
dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin
“Bizim üçün bu,
misilsiz bir şansdır ki, ən yüksək liqaya
daxil oluruq”, -sözlərini xüsusi vurğulayan müəllif
qeyd edib ki, Prezident
İlham Əliyev Azərbaycanın Qlobal Cənub və
Qlobal Şimal arasında körpülər qurduğunu diqqətə
çatdırıb.
Yazıda Azərbaycanın neft sənayesinin tarixindən
geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk
neft
quyusunun ölkəmizdə qazıldığı,
Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının
yarısını ödədiyi vurğulanıb.
Bildirilib ki, məhz buna görə Azərbaycan qədim
dövrlərdən “Odlar yurdu” adlandırılır.
Müəllif qeyd edib ki, zəngin qazıntı
yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi
məsələlərinin müzakirə olunduğu
COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə
hazırlaşır. Təxminən üç aydan
sonra 200-ə yaxın ölkədən nümayəndələr
Bakıda bir araya gələrək iqlim dəyişikliyi məsələsini
həll etməyə
çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən
əziyyət çəkən ölkələrin problemlərinə
xüsusi həssaslıq
göstərdiyi vurğulanıb, Prezident İlham
Əliyevin iqlim dəyişikliyi məsələsində hələ
də qeyri-müəyyənliklərin
olması, xüsusilə Qərbin bu məsələdə
qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə
çatdırılıb: “Bir tərəfdən
Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və
onu Avropaya nəql edək. Çünki onların buna ciddi
ehtiyacı var.
Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər...
Yəni, biz ağılsızıq ki, onların ehtiyacı
olmadığı qaza 10
milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki,
bizim qazımız haradadır. Yəni, mənim mesajım o
oldu ki,
gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı
yanacağı olmadan yaşamaq mümkün deyil”.
Meksikanın tanınmış “Milenio” qəzetində
də ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan
Meksika Milli
Muxtar Universitetinin professoru Talya İşcanın
müəllifliyi ilə ölkəmizin ev sahibliyi edəcək
BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) dair məqalə dərc
edilib.
Azərbaycanın meksikadakı səfirliyindən
bildirilib ki, müəllif məqaləsində COP29-un bu ilin
noyabrında
Bakıda keçiriləcəyini xatırladaraq, bu
xüsusda cari ilin iqlim dəyişikliyi ilə qlobal mübarizədə
mühüm mərhələ
kimi qeyd olunduğunu diqqətə
çatdırıb. Avropa və Asiyanın kəsişməsində
yerləşən ölkəmizin davamlılığa və
az
karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik
nümayiş etdirdiyini vurğulayıb.
İnklüzivliyi və multikulturalizmi ilə
tanınan, Qoşulmama Hərəkatına sədrlik edən və
beynəlxalq arenada
bir çox məsələlərdə fəallıq
göstərən Azərbaycanın bugünkü dəyişkən
və təlatümlü dünyada iqlim dəyişikliyi kimi
eksiztensial çağırışın öhdəsindən
gəlmək istiqamətində irəli addım
atmasının və beynəlxalq ictimaiyyətin böyük
dəstəyini əldə etməsinin sevindirici hal
olduğunu bildirib.
Məqalədə Azərbaycanın neft sənayesində
birinciliyindən söz açan müəllif bu kimi ölkələrin
iqlim
dəyişikliyi probleminə ciddi
yanaşmasının ümid yaratdığını deyib. O,
ölkəmizin davamlılıq sahəsində mühüm
irəliləyişlər əldə etdiyini, bərpaolunan
enerjiyə, xüsusən də günəş və külək
enerjisinə sərmayə qoyduğunu və
“fossil” yanacaqlardan asılılığını
azaltmaq üçün müvafiq qərarlar qəbul etdiyini,
strateji yerləşməsi və mühüm
təbii ehtiyatları ilə təmiz enerji sahəsində
regional lider kimi yüksəldiyini diqqətə
çatdırıb.
Cavid
Xalq Cəbhəsi. - 2024.- 1 avqust. - ¹
26. - S. 13