Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

 

Bu gün dünyada gedən siyasi proseslərdə ən mühüm amillərdən biri ölkələrin hərbi və iqtisadi

qüdrətidir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində

ölkəmiz hər iki istiqamətdə inkişafın pik nöqtəsindədir. Azərbaycan inkişaf etmiş demokratiyaya malik

sabit dövlətdir. Bu, COP29 üçün əlverişli şərait yaradır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə

Konvensiyasının - COP29 Tərəflər Konfransının 29-cu sessiyasının 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə

bağlı qərar da bu reallığın etirafıdır.

Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə

artan nüfuzunun göstəricisidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi Tərəflərin 29-cu Konfransı (COP)

noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin

məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. COP "Tərəflərin Konfransı" adlanır və addakı 29 rəqəmi

tədbirin sayca 29-cu olduğunu göstərir.

Azərbaycan Prezidenti deyib: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən

biridir. Ölkələrin təmsilçiliyi baxımından o, BMT Baş Assambleyasından heç də geri qalmır. Ona görə də dərhal

başlamalıyıq. Bütün hazırlıq işləri çox vaxtımız yoxdur”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov COP29-da

ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə verdiyi töhfələrin qlobal səviyyədə karbon emissiyalarının daha da

azalmasına və iqlim dəyişikliyinə qarşı daha güclü tədbirlərin görülməsinə imkan verəcəyini bildirib: “İnkişaf

etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya tədbirləri üçün daha çox maliyyə dəstəyi təmin

etmək məqsədi ilə yeni maliyyə mexanizmlərinin və öhdəliklərin qəbul edilməsi gözlənilir. Eyni zamanda, iqlim

texnologiyalarının inkişafı və yayılması sahəsində beynəlxalq əməkdaşlığın artırılması gözlənilir. Bu, iqlim

dəyişikliyi ilə mübarizədə innovativ həllərin və texnologiyaların tətbiqini təşviq edəcək. Bu gözləntilər, COP29-

un qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək və davamlı inkişaf məqsədlərinə çatmaq üçün

vacib bir platforma olduğunu göstərir”.

COP29-un fəaliyyəti və məqsədləri BMT başda olmaqla müxtəlif qlobal təşkilatlar ilə sıx əməkdaşlıq

nəticəsində həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası

(UNFCCC) Paris Sazişi və Kyota Protokolu kimi mühüm beynəlxalq iqlim sazişlərinin qəbulunda və həyata

keçirilməsində əsas rol oynayır. COP vasitəsilə UNFCCC ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə qarşı

tədbirlər görmələrini və bunları beynəlxalq miqyasda koordinasiya etmələrini təmin edir.

S.Qurbanov qeyd edib ki, COP-un BMT başda olmaqla digər qlobal təşkilatlar ilə əlaqələri çox yaxşıdır

və inkişaf xətti boyunca irəliləyir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), kənd təsərrüfatı və qida

təhlükəsizliyi sahələrində iqlim dəyişikliyi ilə mübarizə üçün Konvensiya ilə sıx əməkdaşlıq edir. FAO iqlim

dəyişikliyinin kənd təsərrüfatına və qida istehsalına təsirlərini azaltmaq üçün texniki dəstək və resurslar təmin

edir. Bu əməkdaşlıq, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatının iqlim dəyişikliyinə

adaptasiya edilməsinə yönəlmiş tədbirləri əhatə edir.

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) iqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsirlərini araşdırır və

bu sahədə Konvensiya ilə əməkdaşlıq edir. WFP iqlim dəyişikliyinə qarşı həssas olan bölgələrdə qida yardımı və

adaptasiya tədbirləri həyata keçirir. COP çərçivəsində WFP qida təhlükəsizliyinin iqlim dəyişikliyinə

uyğunlaşdırılması və dayanıqlılığının artırılması üçün müxtəlif proqramlar həyata keçirir.

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) kənd təsərrüfatının davamlı inkişafını

dəstəkləmək üçün iqlim dəyişikliyi tədbirlərinə maliyyə və texniki dəstək təmin edir. IFAD inkişaf etməkdə olan

ölkələrdə kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına yönəlmiş layihələri dəstəkləyir. Bu əməkdaşlıq

kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə qarşı dayanıqlılığının artırılmasına yönəlmiş tədbirlər görür.

COP tədbirləri, həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP)

və digər qlobal təşkilatları bir araya gətirərək sıx əməkdaşlığı təşviq edir. Bu qlobal təşkilatlar ilə əməkdaşlıq

iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin gücləndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail

olunmasına kömək edir”.

COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat komitəsinin üzvü Fatma Yıldırım bildirib ki, Azərbaycanın

COP29-a sədrliyi həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə verməkdir:

“Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır.

Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq

təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr

sırasındadır. Cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin "yaşıl

enerji" zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Ümumiyyətlə, COP29 bütün dünya

üçün önəmlidir. Biz gözləyirik ki, bu mötəbər tədbirdə dünya ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni

gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcək. Bu, bütövlükdə bəşəriyyətin gələcəyi üçün çox

önəmlidir".

Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi, professorokeanoloq Andrey Kostyanoy isə diqqəti Xəzər dənizinə yğnəldib. Qeyd edib ki, Xəzər dənizinin dayazlaşması

eyni sürətlə davam edərsə, yaxın gələcəkdə sahilyanı ölkələrin sosial-iqtisadi problemləri yaranacaq.

Professor qeyd edib ki, iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə birbaşa təsir göstərir: “Bu, Xəzər

dənizinin su balansının dəyişməsinə gətirib çıxarır ki, bu da dəniz səviyyəsinin artıb-azalmasını müəyyənləşdirir”.

Kostyanoy qeyd edib ki, dənizin su balansının əsas komponentini çayların axını təşkil edir. “Təəssüf ki,

hazırda bu da azalır. Səbəb isə onların su hövzələrinə düşən yağıntıların miqdarının azalması, havanın

temperaturunun artması, eləcə də Xəzər dənizinin özündən buxarlanmadır”, - o vurğulayıb.

Professor onu da bildirib ki, Xəzərin dayazlaşması problemində insan fəaliyyəti o qədər də böyük rol

oynamır: “Xüsusilə, 1995-ci ildən - dəniz səviyyəsinin daim azalmağa başladığı müasir dövrdən etibarən, iqlim

faktorları ilə müqayisədə Xəzər dənizinin dayazlaşmasında insan fəaliyyəti nəzərəçarpacaq dərəcədə az rol

oynayır”.

Xəzər dənizinin dayazlaşmasının fəsadlarından danışan A.Kostyanoy vurğulayıb ki, bu tendensiya beş

sahilyanı dövlətin hamısına problem yaradacaq.

“Əgər dayazlaşma hələ bir neçə onilliklər ərzində belə davam edərsə, gələcəkdə ekoloji problemlərlə

yanaşı, həll edilməli olan sosial-iqtisadi problemlər də yaranacaq. Bunların arasında limanların və dəniz

infrastrukturunun fəaliyyətinin pozulması, gəmi daşımalarının azalması və sair də var”, - o qeyd edib.

Okeanoloq bildirib ki, bu, gəlirlərin azalması, işsizlik, əmək miqrasiyası kimi sosial problemlərə gətirib

çıxara bilər.

Noyabrda Bakıda keçiriləcək COP29-dan gözləntiləri haqda danışan professor bu məsələ ilə bağlı

mütəxəssislər arasında dialoqa ümid etdiyini vurğulayıb.

“Ümid edirəm ki, COP29 Xəzər dənizinin dayazlaşması problemlərinə dair mütəxəssislərin və qərar qəbul

edən şəxslərin görüşlərinin keçirilməsi üçün mühüm platformaya çevriləcək”, - o deyib.

Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan

Arşad isə bildirib ki, aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını

yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında

mühüm rol oynayırlar.

Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox

müsbət təsir göstərə bilər, onlardan biri də Azərbaycandır. Ekspert qeyd edib ki, fermerlər əhalinin iqlim

dəyişikliyinin mənfi təsirlərinə daha çox həssas olan təbəqəsidir.

“Məhsuldarlığı artırmaq və gəlir mənbələrini şaxələndirməklə bu üsullar gəlir əldə edilməsi və

yoxsulluğun azaldılması üçün imkanlar yaradır”, – o bildirib.

A.Arşad qeyd edib ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların informasiya, maliyyə və institusional

dəstəyə ehtiyacı var.

"Bu dəstək üsulları kiçik fermerlərə iqlimə davamlı təcrübələrə daha yaxşı uyğunlaşmaqda kömək edə

bilər", – ekspert vurğulayıb.

Qeyd edək ki, belə təcrübə mübadiləsi üçün platformalardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə

Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyalarıdır.

2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında danışan A.Arşad bildirib ki, tərəflərin

fermerlərin problemlərinə və onların iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə roluna daha çox diqqət

yetirməsini görmək istərdi.

“Qarşıdan gələn COP29-da fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara

uyğunlaşma səylərində vacib rolu və fəal iştirakı qəbul edilməlidir”, - o sonda əlavə edib.

 

 

Cavid

Xalq Cəbhəsi. - 2024.- 15 avqust. – (¹ 28.) - S. 13.