“Erməni məsələsi”,
“erməni soyqırımı” və “erməni terrorizmi” məsələləri
Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən
biri” adlı əsərinin üzərindən təhlil
Məqalədə qoyulan məsələlər Mark
Mişinin 2012-ci ildə Moskvada nəşr olunmuş (Îäíà èç
èñòîðèé è àíòèèñòîðèé Êàâêàçà. Ìîñêâà, èçäàòåëüñòâî «Ìàðîñåéêà», 2012, 156 ñ.) əsəri
üzərindən təhlil olunur. Əsərin təhlil
olunmasında başqa bir məqsəd, bəhs olunan problemlə
bağlı Rusiya Federasiyasında çap olunan kitabların
heç də hamısının erməni mövqeyindən
yazılmadığı, daha doğrusu tarixi həqiqətləri
olduğu kimi yazmağa cəhd olunduğunu qeyd etməkdir.
Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən
biri” adlı əsərində “erməni məsələsi”,
“erməni soyqırımı” və “erməni terrorizmi” məsələlərinə
yanaşmalar olduqca maraqlıdır. Müəllif əsərdə
tarixi hadisələrə obyektiv yanaşmağa
çalışmış, bəzi qərb, Rusiya və erməni
tarixçilərindən fərqli olaraq tarixi həqiqətlərə
daha çox üstünlük vermişdi.
Rusiya və Qərb dövlətləri tərəfindən
dünyanın siyasi gündəminə gətirilən,
bilavasitə Osmanlı imperiyasına qarşı çevrilən,
siyasi mənasından başqa heç bir tarixi və elmi
kökü olmayan “erməni məsələsi” (XIX əsrin
ikinci yarısı), “erməni soyqırımı” (XX əsrin
birinci yarısı) və “erməni terrorizmi” (XIX əsrin
ikinci yarısı) kimi problemləri yaradıldığı
gündən bu günə kimi öz siyasi mahiyyətini dəyişməmişdi.
Bu “problemlər” həm Vətən tarixində, həm
Türkiyə tarixində, həm də Rusiya və Qərb
tarix elmində də daimə diqqət mərkəzində
olub.
Rusiya və qərbin dövlət siyasətində bu
“problemlər”, ənənəvi olaraq, əvvəlcə
Osmanlı imperiyasına, sonra isə Türkiyə
Respublikasına əsasən bir təzyiq forması kimi öz
mahiyyətini saxlamaqdadır.
İndiyə kimi gah qabardılan, gah da sükutla
qarşılanan “erməni məsələsi” və “erməni
soyqırımı” məsələlərinin yalan üzərində
qurulduğunu və yuxarıda qeyd etdiyimiz kimi, zaman-zaman
Türkiyə dövlətinə qarşı siyasi təzyiq
etmək məqsədi daşıması ilə bağlı
saysız-hesabsız kitablar yazılıb.
Mark Mişin yuxarıda qeyd olunan “problemlər”ə
münasibət bildirməmişdən ilk öncə erməni
kinorejissoru S.İ.Paracanovun (yaşadığı illər:
1924-1990-cı illər) fransız qəzeti “Liberason”a
(Liberation)” verdiyi müsabiqəsindəki (müsabiqə həmin
qəzetin səhifəsində 1988-ci il noyabrın 8 də
çap olunmuşdur) erməni xalqına münasibətini
misal gətirir. S.Paracanova görə erməni xalqı iki
kateqoriyaya bölünür. Birincisi, xalqın mədəniyyətinin
daşıyıcısı olduğu missiyanı başa
düşən; ikincisi, öz əskikliyini, əxlaqsızlığını
göstərən azğınlaşmış, qudurmuş
kütlə.
S.Paracanov “azğın, son dərəcə pozğun
kütlə”dən bəhs edərkən buraya, hüquqa zidd fəaliyyətlə,
eyni zamanda quldurluqla, şantajla, zorakılıqla, insanları
oğurlamaqla, siyasi və məişət qətlləri ilə,
soyğunçuluq işləri ilə, narkotika ticarəti ilə,
terrorçuluqla məşğul olan erməniləri daxil
etmişdi. O, azğınlaşmış, qudurmuş ermənilərdən
bəhs edərkən, həm də onların etnik mütəşəkkil
cinayətkar qruplaşmalar yaratdıqlarını, çirkli
pulların yuyulmasının həyata keçirdiklərini də
qeyd edib. M.Mişinin fikrincə, ermənilərin bu pozğun
kütləsi təsadüfdən-təsadüfə,
öz-özünə və daxili səbəblərdən əmələ
gəlməmişdi. Ermənilərin fəaliyyəti XIX əsrin
ikinci yarısından başlayıb, getdikcə inkişaf
etmiş, regionlardan beynəlxalq arenaya kimi genişlənib,
arası kəsilmədən davam edib və bu günə kimi
davam etməkdədir.
SSRİ-nin dağılmasına qədər Sovet ermənişünasların
nəşr olunmuş əsərlərinin heç birində
Qafqazda, yaxud hər-hansı başqa bir yerdə ermənilərin
qanunazidd və kriminal fəaliyyətlərini yada belə
salınmadığını göstərən M.Mişin
yazırdı ki, 1991-ci ildən sonra hər şey dəyişdi.
İndi ermənilərin azğın kütləsinin aktiv tərəfdarları
olan ermənişünasların müəyyən bir hissəsi,
yalnış olmasına baxmayaraq, açıq yazır və
deyirlər ki, onların beynəlxalq miqyasda qanunazidd hərəkətləri
“erməni məsələsi”nin dünya dövlətlərinin
həll edə bilməməsinə məcburi cavab kimi dəyərləndirilməlidir.
Bununla əlaqədar olaraq M.Mişin, ermənişünasların
“Ermənistanın ta qədimdən üçüncü
respublikanın qurulmasına qədər tarixi və mədəniyyətinin
oçerki” adlı əsərindən misal da gətirir, məsələyə
bu cür yanaşmanı erməni diasporlarının əməli
olmasını önə çəkir: “Radikal əhval-ruhiyyəli
gənclərin üstünlük təşkil etdiyi erməni
diasporunun müəyyən dairələri hesab edirdilər ki,
erməni məsələsinin mahiyyəti haqqında beynəlxalq
ictimaiyyəti məlumatlandırmaları, eləcə də
parlamentlərə və hökumətlərə etdikləri
müraciətləri fəaliyyətin passiv formasıdır və
arzu edilən nəticəni verə bilməz; onlar güman
edirdilər ki, elə hərəkata başlamaq lazımdır
ki, geniş əks-səda doğursun və “erməni
soyqırımı” probleminə yenidən dünyanın diqqətini
cəlb etsinlər” (Ñàðêèñÿí Ã.Õ., Õóäàâåðäÿí Ê.Ñ. è Þçáàøÿí Ê.Í. Ïîòîìêè
õàéêà. Î÷åðê èñòîðèè è êóëüòóðû Àðìåíèè ñ äðåâíåéøèõ âðåìåí äî ñòàíîâëåíèÿ
Òðåòüåé ðåñïóáëèêè. Åðåâàí, Àðìÿíñêàÿ ýíñèêëîïåäèÿ,1998. s. 271).
M.Mişin erməni kilsə, partiya və diasporunun
himayəsi ilə davam edən “erməni məsələsi” və
“erməni soyqırımı” məsələsini bir erməni
medalının iki üzü olduğunu qeyd edir. Müəllif
– kilsə, partiya və diaspor – bu üçlüyü ermənilərin
ilhamvericisi, təşkilatçısı və ideya rəhbəri
hesab edir və yazır ki, “erməni məsələsi”
üçün ilkin şərait, hələ XVIII əsrdə
Osmanlı imperiyasında İstanbulun erməni maliyyə
aristokratiyasının ermənilərə rəhbərlik etməsi
ilə yaranmağa başlamışdı. Bununla belə “erməni
məsələsi” XIX əsrin sonu – XX əsrin əvvəllərində
meydana gələn “şərq məsələsi”nin tərkib
hissəsini təşkil edir. “Erməni soyqırımı”na
gəldikdə isə, bu məsələ, yalnız 1915-ci ildən
sonra meydana çıxmış, əvvəlcə Osmanlı
imperiyasına, sonra isə Türkiyə Respublikasına təzyiq
vasitəsinə çevrilmişdi.
Tarixi sənəd və materiallardan məlumdur ki,
Osmanlı imperiyasında erməni-xristianlar azad, rahat və
razı yaşamışdılar. XVII əsrdə
yaşamış erməni səyyahı Simyon Lexasi Osmanlı
imperiyasında öz dindaşlarının-həmtayfalarının
yanında yaşamış və sonra özünün “Yol
qeydləri” adlı əsərində yazmışdır ki,
ermənilər Osmanlı imperiyasının bütün ərazisində
sərbəst hərəkət etməklə yanaşı, həm
də öz dinlərinə ibadət edə bilirdilər.
Özlərinin İstanbulda, Yerusəlimdə və Kilikiyada
ali yepiskopları var idi. Onlar Osmanlı dövlətində
yüksək vəzifələr tutur və istədikləri
yerdə yaşaya bilirdilər (Ñèìåîí Ëåõàöè. Ïóòåâûå çàìåòêè.
Âîñòî÷íàÿ ëèòåðàòóðà. Ìîñêâà, 1965).
M.Mişin ermənilərin Osmanlı imperiyası əleyhinə
çıxışlara başlamasını onların “erməni
məsələsi”dən qidalanması ilə əlaqələndirir.
Bu məsələ birinci dəfə olaraq 1878-ci ildə
(iyun-iyul ayları) Berlin konqresində (“erməni məsələsi”
ilk olaraq 1878-ci ilin fevral ayında Rusiya ilə Osmanlı
arasında San Stefano sülh danışıqlarında siyasət
meydanına çıxıb-V.Ş.) gündəmə gəlmiş
Osmanlı imperiyasının süqut etməsi ilə qüvvədən
düşmüşdür. Lakin bu fəaliyyət indi “erməni
soyqırımı” ilə bağlıdır və bu qondarma
“soyqırım” vaxtaşırı Qərb və Rusiya
dövlətləri tərəfindən Türkiyə
Respublikası əleyhinə istifadə edilməkdədir.
M.Mişin yazır ki, zaman-zaman ermənilərin
qanunazidd fəaliyyətinin meydana çıxması bir
neçə mərhələdən keçmişdir:
birincisi, XIX əsin ikinci yarısında Osmanlı imperiyasında
yaranması; ikincisi, həmin əsrin sonlarında erməni
siyasi təşkilatlarının, ilk növbədə
“Daşnaksütyun” partiyasının yaradılmasından sonra
aktivləşməsi. Eyni zamanda prosesə erməni kilsəsinin
və erməni diasporunun aktiv qoşulması, yəni erməni
üçlüyünün (kilsə-partiya-diaspor) meydana
çıxması; üçüncüsü, onun XX əsrin
başlanğıcında geniş yayılması;
dördüncüsü, 1915-ci il “erməni
soyqırımı”ndan sonra onun qüvvətlənməsi;
beşincisi, XX əsrdə müxtəlif ölkələrdə
rəsmi akkreditə olunmuş Türkiyənin diplomatik nümayəndələrinə
qarşı ardıcıl terror aktlarını həyata
keçirən erməni cinayətkar təşkilatların
yaradılması.
M.Mişinin fikrincə, erməni terrorçuları
yalnız türk diplomatlarına qarşı deyil, daha
geniş fəaliyyət göstəriblər.
Beləliklə, “erməni məsələsi”, “erməni
soyqırımı” və “erməni terrorizimi” Rusiyanın,
xüsusən də Qərb dövlətlərinin (Fransa,
İngiltərə və Amerika) Osmanlı imperiyasına, daha
sonra isə Türkiyə Respublikasına qarşı
apardıqları məkrli siyasətlərinin nəticəsi
olaraq mərhələ-mərhələ
yaranmışdı...
Vaqif ŞİRİNOĞLU
Tarix elmləri doktoru
Ardı var...
Xalq Cəbhəsi .- 2024.- 19 dekabr(¹45).- S.14.