Sənət yollarında ilk təcrübəm: Azərbaycan
Televiziyası karyeramın ilk mayakı
Üçüncü kurs tələbəsiyəm.
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə təhsil
alıram. Təhsil aldığım ali məktəb,
oxuduğum ixtisas mənim həyatımı
büsbütün dəyişdirdib.
Çünki mənim üçün jurnalistika
yalnız peşə deyil, həyatımın anlamını
tapdığım işıq yolu oldu. Bu sahə, hər an
yeni məlumatlarla, hekayələrlə və insanlarla
qarşılaşmaq imkanı yaratdı. Hər gün
dünyaya yeni bir baxış bucağı ilə yanaşmaq,
fərqli mövzuları öyrənmək və insanlara
doğru məlumat çatdırmaq mənə böyük
bir ruh yüksəkliyi verdi. Bu peşə mənim
düşüncəmi, dünyaya baxışımı dəyişdi
və insanlara münasibətimə də təsir göstərdi.
Beləki hər an özümü peşəkar jurnalist kimi
inkişaf etdirmək üçün
çalışıram, maarifləndirici tədbirlər də
iştirak edirəm, könüllülük fəaliyyəti
göstərərək yeni dostlar və təcrübə
qazanıram.
Bir zaman gələcək ki, tələbəlik illərimi
boşuna deyildə, dolu-dolu yaşadığımı
xatırlayacam. O yadda qalan günlərdən biri də Azərbaycan
Televiziyasında keçdiyim təcrübə müddətim
oldu. Eləki təcrübəmizin ilk günü idi. Rəfiqəmlə
birgə söhbətləşərək kanala gedirdik. Buraya
mən birinci dəfə idi ki, gəlirdim. Qapıdan içəri
keçəndə rəfiqəmə baxıb dedim “İlahə
mən özümü burda çox rahat hiss edirəm. Bura nədənsə
mənə çox doğma hiss etdirdi“. Rəfiqəm fikrimi təsdiqləyərək
gülümsədi. Və mən yeni bir başlanğıca
imza atdım.
Bir jurnalist kimi ilk addımlarımı atarkən Aztv-də
keçirdiyim təcrübə həyatımda xüsusi bir
yer tutdu. Sizlərlə bu təcrübə müddətindən
təəssüratlarımı paylaşmaq istərdim. Biz təcrübəmizi
Azərbaycan Televiziyasının nəznində yerləşən
Azərbaycan Radiosunun” İnformasiya proqramları”
redaksiyasında keçdik.Oradakı hər bir gün mənim
üçün bir məktəb, bir inkişaf mərhələsi
idi. Peşəkarlıq, kollektiv əməkdaşlıq və
yaradıcı yanaşma burada məni qarşılayan əsas
dəyərlərdən oldu. Hər an, hər məqam mənə
öyrətdi ki, jurnalistika təkcə bir peşə deyil, həm
də böyük məsuliyyət və sevgi tələb edən
bir sənətdir.
Azərbaycan Televiziyası o cümlədən, Azərbaycan
Radiosun da son dövrlərdə tətbiq etdiyi yeniliklərlə
daim tamaşaçıların və dinləyicilərin diqqətni
çəkir. Xüsusilə texnoloji baxımdan müasirləşmə,
rəqəmsal platformalarda fəallıq və proqramların
daha da keyfiyyətli təqdim edilməsi mənim
üçün çox maraqlıdır. Hər gün Azərbaycan
radiosunda işlərin necə sürətli, dəqiqliklə
və yüksək standartlarla aparıldığını
görmək məni heyran etdi.
Kollektiv isə ayrı bir mövzudur. Orada hər kəs
sanki böyük bir ailənin üzvü idi. Təcrübəçi
olaraq bizə xüsusi qayğı göstərilir, hər bir
sualımıza səbrlə cavab verilir və fəaliyyətimizdə
istiqamət verilirdi. Komandadakı mehribanlıq, hər kəsin
bir-birinə dəstək olması və səmimi münasibət
iş mühitini daha da rahat və gümrah edirdi.
Ən yaddaqalan məqamlardan biri isə, radioda fərqli
insanlarla işləmək imkanı idi. Hər biri öz sahəsində
mütəxəssis olan həmkarlarla birgə
çalışmaq mənim üçün həm
böyük bir fürsət, həm də dəyərli bir dərs
idi. Bu təcrübə müddətində yalnız
jurnalistikada deyil, ümumiyyətlə iş mədəniyyətində
də çox şey öyrəndim.
Aztv-də keçirdiyim bu bir ay mənim
üçün peşəkar biliklərimi artırmaqla
yanaşı, insani keyfiyyətlərimi də inkişaf etdirdi.
Yeniliklərə açıq olmaq, öyrənməyə
davam etmək və komandada birlik ruhunun əhəmiyyətini dərk
etmək baxımından bu təcrübəni hər zaman
böyük minnətdarlıqla xatırlayacağam.
Fatimə Quliyeva
Bakı Slavyan Universitetinin tələbəsi
Xalq Cəbhəsi $g 2024.- 26 dekabr(№46).- S.15.