Könlü dərd ünvanlı şairə xanım: Xalidə Nuray

 

 

Bu gün çağdaş ədəbi prizmada öz dəst-xətti, üslubu, mövzuları olan , bədii-estetik, lirik, fəlsəfi məzmunda yazdığı bir-birindən gözəl əsərləri ilə ədəbiyyatımızı rövnəqləndirən ədəbi şəxsiyyətlərdəndir Xalidə Nuray. Gündəlik ədəbi prosesdə artıq öz imzasını oxuculara sevdirə bilib Xalidə xanım. Onun həyat yolu, sənətdə ilk addımları – ilk şeiri, ilk kitabı zahirən ədəbi şəxsiyyətlərin keçdiyi yola bənzəyir. Lakin poeziyaya özünün coşqun təbi ilə yeni çalar, rənglər gətirməsi, mövzulara çox rakursdanayrı-ayrı istiqamətlərdən yanaşaraq, zamanın ağrılarından çıxış etməsi, klassik poeziyamızın mənəvi-əxlaqi, didaktik, fəlsəfi düşüncələrindən bəhrələnərək ədəbiyyatımıza yeni dəyərlər qazandırması şairin istedadının, ədəbi fəhminin göstəricisidir. Qələmi də,qələm məhsulları da sabitqədəmdir Xalidə xanımın.

Xalidə Nuray ədəbi aləmdə artıq layiqli yerdə qərarlaşıb desəm şəksiz yanılmaram məncə. Çünki bu gün fəxrlə, halalcasına daşıdığı dəyərli ziyalı, tanınmış şair-jurnalist, publisist adları, “Abdulla Şaiq”, “Qızıl qələm”, “Zirvə”, “XXI əsrin ziyalısı s.titulları dediyim fikirlərin əsasını təşkil edir.

Xalidə Qələndər qızı İsmayılova (Nuray) Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1969-1979-cu illərdə doğulduğu kənddə orta , 1981-1985-ci illərdə isə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsilin Pedaqogika Metodikası) fakültəsində ali təhsil alıb. Ali təhsili bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim, beş ilə yaxın Məktəbəqədər təhsil müəssisəninin müdiri, iki il Ali Tətbiqi Elmlər Kollecində müəllim işləyib. Hazırda “Azad qələmbədii-publisistik qəzetinin redaktorudur.

Bəzən pıçıltıyla, bəzənsə hayqıraraq dərdini deyir, ürəyini boşaldır Xalidə Nuray. Dərdin elə beləsini, xırdasını götürmür, çəkəndə dağ boyda dərdi özünə yük edir, dərdin nazını çəkir. Dərdi dağ boyda böyüdərək elə dağlara da qaytarır. Sözü dərdləşdirir, fikri dərdləşdirir Xalidə xanım:

Ürəyimdə bulud-bulud yağışım,

Taleyimdə qara əlli naxışım.

Haqsızlıqdan yorulubdu baxışım

Dağlar, Sizə söz deməyə gəlmişəm.

Dərdlərinin içində orijinallığı ilə qabaran dərd Vətən dərdi, parçalanmaq, ayrı düşmək dərdidir. Zaman-zaman başımıza gətirilən fəlakətlər, ağrı-acılar, həsrət, hicran qoxulu sözlərə çevrilərək misra-misra çözülür, xatırlanaraq unudulmaqdan xilas olur Xalidə Nuray yaradıcılığında:

...Əsrlərlə parçalanmış torpaqları,

Qaytarsınlar öz elinə.

Qərib düşəm İrəvanı,

Zəngəzuru, Dərbəndimi,

Həsrət gözlü Təbrizimi,

Ozan havalı Göyçəmi...

De, dərdimin hansın deyim....

Birdimi?

Xalidə Nuray bir neçə il bundan qabaq,

Azərbaycan, Ana yurdum,

Türk oğlunun məskənisən!

Qürurunla, hünər göstər,

Qeyrətinlə tarixləri yenilə sən!

Şərəfinlə, şöhrətinlə öyünərək,

Gələcəyə haqq yoluyla,

Zəfər ilə irəlləyək!

Zəfər ilə irəlləyək!, - deyərək yüksək vətənpərvərlik böyük ürək yanğısı, coşqusuyla car çəkdiyi dərdinə artıq müzəffər Azərbaycan əsgəri çözüm çəkdi. Xalq Dəmir yumruq halına gələrək illərdir yazı qara gələn, çölündə, çəmənində laləsi cücərməyən, bənövşəsi boynubükük qalan, Xarı bülbülü, Novruzgülüsü perikləşən, bizlərdən küsən tarixi yurd yerlərimizi artıq yağı tapdağından tam azad etdi, artıq bu yerlər doğma sahiblərini ağuşuna almaqdadır. Elə bundan dolayı da Xalidə xanım,

Yaranışdan Vətən bizim özülümüz,

Keçmişimiz, bu günümüz, sabahımız.

Tarixlərin yaddaşında, Vətən səni,

Qorumasaq bağışlanmaz günahımız!- deyir.

Uca Yaradan Qadına yalnız özünə məxsus olan yaratmaq, var etmək missiyasından da pay verib. Elə buna görə Cənnəti belə anaların ayaqları altında qərar verib Tanrı. Bu müqəddəslik Xalidənin poeziyasından da boy verir, qabarır:

Mərhəmətin həmdəmini,

Xeyir-dua məlhəmini,

Xöşbəxtliyin hər dəmini,

Axtar qadın gözlərində.

Etibarı, sədaqəti,

İnsanlığa ləyaqəti.

Saf eşqi, saf məhəbbəti,

Axtar qadın gözlərində.

Yaxud da, Ananı bizlərə - bütün bəşərə mənəvi qida adlandıraraq, dünyasını dəyişən, tərk edən qoca, cavanhamının ümid yeri olaraq “ay ana” deyərək sonucda çağırdığını bir daha yada salaraq,

Ana zirvəsindən aşağı cənnət,

Haqdan verilibdir ona bu qiymət.

Baxışından süzər qəlbə mərhəmət,

Səcdəyə layiqdi ondakı hikmət , - deyir.

Vətən dərdinə, nisgilinə , yurd yerinin gözəlliklərinə , cəmiyyətdaxili təzadlara da, elə milyon illik dünya yaşıdı məhəbbətə öz baxış bucağında dəyər, qiymət verməyi bacarır Xalidə Nuray. Çağdaş ədəbiyyatın problemlərinin çözülüşü orijinal biçimdə sərgilənir Xalidə yaradıcılığından. Özü olmağı sevir Xalidə, daha bir-iki cızmaqaraçı kimi onu-bunu yamsılamır. Odur ki, dədələrinaz olsun, naz olsunaksiomuna hər bir halda sədaqət, sadiqlik nümayiş etdirir Xalidə xanım. Sözün ağırını, batmanını, sanballısını seçir, ipə-sapa düzür, nəzmə-nizama çəkərək sonalayır ümumun malına çevirərək oxucusuna ünvanlayır Xalidə Nuray.

Onun lirikası incə, zərif lirikadır elə ilk şeirlərindən bu günəcən şair bu poetik ənənəsinə sadiq qalıb. İncəlik, zəriflik şairlik mədəniyyətinin hər mənada özülüdür, sözlərin, misraların, bəndlərin poetikliyindən tutmuş şairin danışıq ədasına qədər hər nəsnəni əhatə edir. Amma zəriflik, incəlik boyaq, pudralanmış nəzakət deyil. Poetik zəriflikdə şair qəlbinin bütün hissləri, həyəcanları əks olunur. Xalidə xanım lirikasında sadalanan fikirlər altından cızılmış xəttlə keçir. Onun yaradıcılığınailmə-ilməbələd olduqca tam əmin olursan ki, o, hər hansı bir ənənəvi mövzuda öz orijinal şair sözünü deyə bilər təbii ki, elə deyir ...

Xalidə Nuray poetikasının istinad nöqtəsi Məhəbbətdir. Vətənə, elə, obaya, insana insanlığa sevgi,məhəbbət. Onun şerirlərinin gözəlliyi, gündəlik həyatındakı real, gerçəklikdəki gözəlliklərin poetik əksidir. Yəni hamımızı məftun eləyən nəsnələrin şair fırçasındakı əbədi yaşamı var Onun lirikasında. Onun məhəbbət tutumlu, sevgi iksirli şeirlərinin hər birinin öz yaşı, öz ömrü , hətta öz rəngi, öz səsi var.

Xalidə haqq soraqlıdı,

Qəlbi sözlə yaraqlıdı.

İlahidən düz, haqlıdı,

Eyləyin diqqət könlünə.

Mövzu ilə ayaqlaşanQaytar mənə şeirində yazır:

Qaytar mənə fırtınalı,

Mavi dəniz gözlərimi.

Eşqimizə laylay deyən,

Yaz nəfəsli sözlərimi.

Sənsiz səninlə yaşadım,

Təkcə çəkdim dərdi-səri.

Qaytar eşqin yollarında,

İtkin düşən ümidləri.

Atəşdə yandıqca qızıl saflaşar, məhəbbət doğular dönər ümmanamisrasıyla Tanrının sadəcə iki hərfdən ibarət “OL” kəlməsiylə dünyanın yaranmasında da məhəbbətin hikmətini isbat etmiş olur Xalidə Nuray.

İstedadlı şairə xanım Xalidə Nurayın 2018-ci ildə Bakı-Adiloğlu nəşriyyatındaXəyallarımın göz yaşıadlı şeir hekayələr kitabı, 2019-cu ildə isəRuhum sızlayıradlı ikinci kitabı İran İslam Respublikasının Təbriz şəhərində əski əlifba ilə işıq üzü görüb. Eləcə , əsərləri Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat DərnəyininŞairlerden bir demetantologiyasında, Azərbaycanda klassik şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr olunanCahana sığmazamadlı almanaxında, “Turana açılan könüllər” (3 cildlik) antologiyasında, “Zirvə”, “Canım Azərbaycanım Poeziya çələngiədəbi məcmuələrində dərc olunub. Azərbaycan Jurnalistlər Birliyinin, İraq Türkmen Edebiyyatçı Yazarlar Birliginin üzvüdür. 2019-cu ildə Türkiyədə "Elbistan" redaksiyası tərəfindən "2019-cu ilin EN-ləri" arasında yer alıb Mərkəzi Asiyanın "Yeni avaz " Yazıçılar Tarixçilər Birliyinin Əmir Teymur OBF-nun təsis etdiyi "Turan birliyi " medalı ilə mükafatlandırılıb. 2020-ci ildə Azərbaycan KİVİHİ-nin Rəyasət heyətinin qərarı ilə "İlin şairi" Media mükafatı 2021-ci ildə isə "Azərbaycan ziyalısı" Fəxri diplomuna layiq görülüb. Ailəlidir, üç övladı, dörd nəvəsi var.

Şairə xanım Xalidə Nurayın Şair əhdişeiri ruhuma yaxın olduğu üçün tam olaraq ixtiyarınıza vermək qərarına gəldim:

İçimdə boy atan dərdim,

Məlhəmdi öz ürəyimə.

Dərdimlə göyərdim özüm,

Sadiqəm, şair əhdimə.

Vətən adlı qeyrətimə,

Səcdə edib əl açıram.

Bir ovuc Vətən torpağın,

Şəhid qanımla qucuram.

Qırılıram büllur kimi,

Qəlbimi doğrayan sözə.

Türkəm deyən haqq səsimlə,

Haqsızı endirrəm dizə.

Bəxti dönmüş üz görəndə,

İntihar ürəyim yanar.

Haqqa bağlı göz görəndə,

Buz baxışım alovlanar.

Qəlbi zülmət olanların,

Dünyasına nur səpərəm.

Doğru donlu yalanların.

Ayağına sədd, çəpərəm.

Xalidəyəm, haqq yolunda,

Iz axtarıb, iz gəzirəm.

Vətən adlı sevgim üçün

Ürəklərdə köz gəzirəm.

Bu günlər istedadlı qələm sahibi, şairə xanım Xalidə Nurayın ad günüdür. 29 iyun 2022-ci ildə, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Xalidə Xanımın “60 illik yubiley”i, eləcə , “Vərəqlərin günahı Türk, Özbək dillərinə tərcümə olunanZərif sətirləradlı kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdə Türkiyədən, Özbəkistandan, Pakistandan, Ərəbistandan gələn dostları, iyirmi il əvvəl bir institutda işlədiyi , iyirmi beş il əvvəl həmkar olaraq bir orta məktəbə çalışdığı müəllim yoldaşları, həm gündəlik yaradıcılıq prosesində birlikdə olduğu şair yazıçı dostları Xalidə Nurayın altımış illik nuruna, ziyasına yığışmışdılar. Mən öz növbəmdə xanım şairəmizi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, mənalı ömür, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram!

Dəyərli Xalidə xanım, şeirlərinizin birində yazırsınız ki,

Əlim Haqqın ətəyində,

Ovunaraq ucalıram.

İsmətimin yanağında,

Yarpaq-yarpaq qocalıram.

Qocalıq da, ağsaqqal-ağbirçəklik Tanrı lütfü, Tanrı bəxşişidir. Bax beləcənə abırla, ismətlə sapasağlam qocalaraq yüz yaşınıza çatmağı arzulayıram Sizə! təbii ki... yüz yaşınızı da bu coşqu,ruh yüksəkliyi ilə təbrik etmək arzusuyla:

 

Malik Balaşov

Taruxçi-publisist

Xalq Cəbhəsi.-  2024.-4 iyul,¹22.- S.15.