“COP-29-un Azərbaycanda
keçirilməsi müstəsna əhəmiyyətə
malikdir”
Alim Hüseynli: “Azərbaycan artıq beynəlxalq
problemlərin müzakirə edildiyi məkana çevrilib”
Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası-COP29-a dünyanın diqqət mərkəzindədir.
Mütəxəssislər hesab edirlər ki, bu tədbirin
Bakıda keçirilməsi müstəsna əhəmiyyətə
malikdir və ölkəyə ciddi dividentlər
qazandıracaq.
Tədqiqatçı jurnalist Aydın Tağıyev
hesab edir ki, bu tədbir əhəmiyyəti, miqyası və
missiyasına görə ölkəmizdə keçirilən
digər tədbirləri geridə qoyur. Onun sözlərinə
görə, tədbir müddətində dünyanın nəbzi
olacaq Bakı təxminən 70-80 min xarici qonaq
qarşılayacaq: “Bu baxımdan COP29 Azərbaycan
üçün həm də siyasi baxımdan böyük əhəmiyyət
daşıyır.
Dövlət başçısı İlham
Əliyevin də dediyi kimi, COP29 qarşıdurma arenası
olmayacaq, Azərbaycan ev sahibi kimi körpülər yaradacaq...
A.Tağıyev əlavə edib ki, indiyədək bir
çox mötəbər beynəlxalq tədbirlərə
layiqincə ev sahibliyi edən ölkəmizdə daha bir
dünya səviyyəli tədbirin keçirilməsinə
aylar qalır: “Tədbir Azərbaycan üçün həm də
siyasi baxımdan önəm daşıyır...
Tədbiri siyasi məqsədlərlə yanaşı,
həm enerji sektoru, həm də miqrasiya sahələrinin
inkişafı nöqteyi-nəzərindən müsbət təhlil
etmək olar. İqlim dəyişmələri ilə
bağlı konfransların, sessiyaların keçirildiyi
dövlətlərdə sonrakı mərhələlərdə
məhz həmin sahələrdə çox ciddi irəliləyişlərin
olduğunu müşahidə edirik. Yaşıl enerji, ətraf
mühitin mühafizəsi, ekologiya, yaşıl enerji kimi sahələrdə
ixtisaslaşan qurumların təmsilçilərinin
qatıldığı mötəbər tədbirdə hər
bir dövlətin özünəməxsus iştirak pavilyonu
olur.
Sessiyanın əsas çağırışları
və hədəfləri sırasında qlobal istiləşməyə
qarşı birgə mübarizə dayanır. Təbii ki, bu
yöndə öhdəliyinin təmin olunması hər
birimizin mənəvi borcudur. Bizim əsas prioritetimiz
imkanların məhdudlaşdığı şəraitdə
qlobal istiləşməni diqqətdə saxlamaq, həlli
yolları üçün birgə mübarizə aparmaq
olmalıdır.
Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin
artıq üzləşdiyi iqlim dəyişikliyinin
qaçınılmaz təsirlərinə və bu təsirlərin
aradan qaldırılması üçün maliyyə və
digər dəstəyə ehtiyacı var. Bu dəstək
olmadan inkişaf etməkdə olan ölkələr təmiz
enerji mənbələrinə keçid edə, qlobal karbon
qazı ifrazını azalda bilməzlər. COP29 Konfransı
iştirakçı ölkələr üçün yeni
öhdəliklər götürmək və iqlim
böhranını həll etmək üçün konkret
addımlar atmağa bir fürsətdir.
Təqdirəlayiq haldır ki, COP29 həm də
könüllülük proqramı ilə gəncləri əhatə
edəcək. Bu proqram konfransın müxtəlif aspektlərində
işə dəstək vermək üçün bir sıra
vəzifələri və fəaliyyətləri əhatə
edir. Bu proqramda iştirak edən könüllülər
aşağıdakı sahələrdə fəaliyyət
göstərə bilərlər. Könüllülük
proqramında iştirak edənlər, həm də
konfransın atmosferini və fəaliyyətlərini
yaxından görmək, yeni insanlar və ekspertlərlə
tanış olmaq, və gələcək karyera və şəxsi
inkişafları üçün dəyərli təcrübələr
qazanmaq imkanı əldə edirlər. Bu səbəbdən
COP29-a, xüsusən gənclərimiz üçün yeni
üfüqlər aspektindən baxmaq olar. İnsanları
bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət,
sevgi hissini artıran bu cür əməllər sağlam cəmiyyətin
təməlində dayanmaqla könüllülük fəaliyyətinin
əsasını təşkil edir”.
Onun fikrincə, COP29 konfransına ev sahibliyini Azərbaycan
üçün 2024-cü ilin ən mühüm hadisəsi və
ölkənin yaşıl iqtisadiyyata keçid
strategiyasının məntiqi davamı kimi qiymətləndirmək
olar: “Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilib.
Azərbaycanın "yaşıl" enerjiyə
keçidlə bağlı təşəbbüsləri və
planları, ölkənin davamlı inkişafını təmin
etmək və iqlim dəyişikliyi ilə mübarizə
aparmaq məqsədini daşıyır. Bu təşəbbüslər
müxtəlif sahələri əhatə edir və Yenilənə
Bilən Enerji Mənbələrinə Keçid, Enerji Səmərəliliyi,
Hüquqi və Tənzimləyici Çərçivələr,
Beynəlxalq Əməkdaşlıq və İnvestisiyalar kimi
bir neçə əsas istiqamətdə irəliləyir. Azərbaycan
yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli
fəaliyyətlərlə də sübut edir. Ölkəmiz bərpaolunan
enerji mənbələri üzrə yüksək potensiala
malik olan ölkələrdəndir.
Eyni zamanda Azərbaycan günəş enerjisinin
geniş istifadəsinə böyük potensial malikdir. Bu sahədə
müxtəlif layihələr həyata keçirilir və
yeni günəş enerji stansiyalarının tikintisi
planlaşdırılır. Bununla yanaşı, Xəzər dənizinin
sahilində və ölkənin digər bölgələrində
külək enerjisinin inkişafı üçün əlverişli
şərait mövcuddur. Külək enerji stansiyaları
qurulur və yeni layihələr həyata keçirilir.Azərbaycan
kiçik və orta ölçülü su elektrik
stansiyalarının inkişafına da diqqət yetirir. Bu
stansiyalar su resurslarının səmərəli istifadəsini
təmin edir və ekoloji təsirləri minimuma endirir. Paralel
olaraq ölkəmizdə enerji səmərəliliyini
artırmaq üçün müxtəlif proqramlar və layihələr
həyata keçirir. Bu proqramlar, sənaye, məişət və
nəqliyyat sektorlarında enerji istifadəsinin
optimallaşdırılmasına yönəldilib.
Sadalanan alternativ enerji mənbələrinin geniş
müstəvidə təbliği və müzakirəsi
üçün COP29 Sədrliyinin rəhbərliyi altında
olan Yaşıl zonanın təşkil ediləcək. Bu
zonada konseptual məqsəd iqlim dəyişmələri ilə
mübarizə sahəsində dövlət qurumları ilə
bütün maraqlı tərəflər arasında
mühüm əməkdaşlıq əlaqələrinin
qurulmasıdır. Daha geniş desək, Yaşıl zona
müxtəlif maraqlı tərəflərin - dövlət və
özəl sektor, media işçiləri, alimlər, gənclər,
yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və
rəsmi Mavi zona nümayəndələrini də əhatə
edən geniş iştirakçı auditoriyasının bir
araya gələrək ünsiyyət qura biləcəyi məkandır.
Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri
ilə mübarizə üzrə potensial həll
variantlarının təqdim edilməsinə dair müzakirələr,
panellər və əyani nümayişlər
üçün mərkəz funksiyasını yerinə
yetirir”.
O, əlavə edib ki, COP29 konfransı Azərbaycanın
beynəlxalq arenada ekoloji problemlərə qarşı
mübarizədə daha fəal iştirak etməsinə imkan
yarada bilər: “Bu, ölkənin digər ölkələr və
beynəlxalq təşkilatlarla əməkdaşlığını
gücləndirərək, yeni texnologiyalar, investisiyalar və
bilik mübadiləsi sahəsində imkanlar açacaq. Həmçinin
COP29-da müzakirə olunan beynəlxalq standartlar və
qaydalar, Azərbaycanın milli siyasət və qanunvericiliyinin
təkmilləşdirilməsinə təkan verəcək. Bu,
ölkənin ekoloji problemlərin həlli istiqamətində
daha güclü və effektiv tədbirlər görməsinə
imkan yaradacaq. Hesab edirəm ki, bu nəticələr, Azərbaycanın
davamlı inkişafını təmin etmək və iqlim dəyişikliyinə
qarşı mübarizədə daha güclü mövqe
tutmaq üçün vacib zəmin yaradacaq. Ölkəmizin
COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan
Prezidentinin növbəti siyasi qələbəsi və
uğurudur. Ölkə başçısının bu təşəbbüsünün
reallaşması bir daha Azərbaycana atılan əsassız
iddialara, aparılan çirkin kampaniyalara tutarlı cavab idi.
Ümumilikdə COP29 tədbiri, ölkənin ekoloji problemlərin
həlli istiqamətində atacağı addımları daha təsirli
və dayanıqlı edəcək. Daha yaxşı, daha təmiz
dünyamız üçün belə beynəlxalq tədbirlərin
keçirilməsi zəruridir”.
Hüquqşünas Alim Hüseynli isə “Xalq Cəbhəsi”nə
bildirib ki, Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP-29) Azərbaycanda keçirilməsi
müstəsna əhəmiyyətə malikdir. Onun fikrincə,
belə bir möhtəşəm tədbirin ölkəmizdə
keçirilməsi bidbaşa Azərbaycanın beynəlxalq
imicinin göstəricisidir: “Başqa sözlə Azərbaycan
artıq beynəlxalq problemlərin müzakirə edildiyi məkana
çevrilib. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi
etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə
sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində
fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir".
Alim Hüseynli əlavə edib ki, Bakıda keçiriləcək
COP29 sadəcə ekoloji problemlərin müzakirəsi
üçün konfrans deyil, ekoloji problemlərin həlli
üçün birlikdə mühüm addımların
atılacağı böyük qlobal forumdur: “Artıq dövlət
başçısı sözügedən tədbirin
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb. Nəzərə
almaq lazımdır ki, COP-29 müstəqil Azərbaycanın təşkil
edəcəyi ən böyük tədbirdir, qlobal əhəmiyyətli
məsələlər müzakirə ediləcək, Azərbaycana
10 minlərlə xarici qonaq gələcək. Buna baxmayaraq, Azərbaycanın
istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə
keçirməsi üçün kifayət qədər təcrübəsi
var". Hüquqşünas əlavə edib ki, bütün
hallarda COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər
var. Belə ki, həm hazırlıq prosesinin, həm də tədbirin
özünün yüksək səviyyədə təşkili
üçün cəmiyyətin müxtəlif seqmentlərinin
səfərbər olunması zəruridir. Buna görə,
dövlət başçısının sərəncamı
ilə Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər
də genişləndirilib. TK-də gender balansı tam təmin
olunub, bu isə Prezidentin qadınların cəmiyyətdəki
roluna olan diqqət, etimad və hörmətin göstəricisidir.
Digər tərəfdən, COP-29-da müzakirə olunacaq
müasir çağırışlar, innovasiya məsələlərinin
geniş müzakirə olunacağını nəzərə
alsaq, TK-da iqtisadiyyat, innovasiya sahəsində
çalışan şəxslərin də təmsil
olunması müsbət addımdır".
Əli
Xalq Cəbhəsi .- 2024.- 11 iyul, ¹(23).- S.15.