Vətənpərvərlik
hisslərinin təzahürü
Müharibə... dəhşət saçan anlar,
intiqam, məğlubiyyət və yaxud qalibiyyət. Biz xalq
olaraq Birinci Qarabağ müharibəsində məğlubiyyəti
yaşadıq, nə az-nə çox, düz 28 il məğlubiyyət
duyğusu altında əzildik. Amma 44 günlük Vətən
Müharibəsi isə bu duyğularımızı yox etdi.
Qalibiyyət yaşadıq, müzəffər Azərbaycan
ordusu tarix yazdı, doğma yurd-yuvalarımız erməni
tapdağından azad edildi.
İndi “qalib Azərbaycan xalqı” sözünü
qürurla, fəxrlə deyirik. Bu qalibiyyətdə imzası
olan hər bir vətən oğlu dəyərlidir bizim
üçün. Bu qələbvə məhz şəhidlərimizin
və qazilərimizin sayəsində əldə olunub. Qazi
tanrının diqqətində olur həmişə. Amma onu
yaşamaq, şərəflə daşımaq sözün həqiqi
mənasında şərəfdir. Qazilik Azərbaycan
bayrağında qırmızı rəngin simvoludur.
Mübarizliyin simvoludrur. Qazilik atributdur, ləyaqət və
şərəf simvolumuzdur. Qazilərimiz həm dövlət,
həm də cəmiyyətimiz tərəfindən yüksək
etimada layiq olan insanlardır. Qazilərə diqqət və
qayğı hamımızın borcudur. Bu gün qazilərimizdən
birinin – Məmmədli Ülvi Məmməd oğlunun doğum
günüdür.
Məmmədli Ülvi Məmməd oğlu 24 may
1991-ci ildə Yardımlı rayonunun Anzov kəndində müəllim
ailəsində anadan olub. 2007-ci ildə Şəhid Arzu Fətullayev
adına Anzov kənd tam orta məktəbini bitirərək Azərbaycan
Müəllimlər İnstititinun Filologiya fakultəsinə
daxil olub. 2011-ci ildə ail təhsili bitirərək zabit heyətində
həqiqi hərbi xidmət keçib.
Ülvi Məmmədli ali təhsilli filoloqd olaraq bir
müddət jurnalistika ilə məşğul olmuşdur. Həqiqi
hərbi xidmətini başa vurduqdan sonra zabit kimi cəbhə
bölgəsində ən qaynar nöqtələrdə xidmətini
davam etdirib. 2020-ci ilin sentyabrında könüllü olaraq Vətən
müharibəsinə qoşulub, cəbhənin ən qaynar
nöqtələrində hərbi əməliyyatlarda nümunəvi
iştirak edib. Ağır döyüşlərdə
yaralanmasına baxmayaraq xidməti davam etdirib. Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndinə uyğun olaraq Azərbaycan Respublikasının
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirdiyinə görə Azərbaycan
Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin 29 dekabr 2020-ci
il tarixli Sərəncamıyla “Qubadlının azad
olunmasına görə” medalı ilə, eləcə də Cənab
Prezidentin müvafiq Sərəncamıyla “Cəsur
döyüşçü” medalı ilə təltif edilib.
Bir azərbaycanlı, bir zabit olaraq Ülvidə vətənpərvərlik
bütün hisslərdən ən yüksəkdə durur.
Bunu o, öz əməli işi ilə, Vətənə, elə,
obaya verdiyi töhfələrlə biruzə verir. Bu əməlləri
onun duyğu, vicdan, sədaqət tərəzisinin
mizanıdır.
Məlum olduğu kimi, vətənpərvərlik hisslərinin
təzahürü hər kəsin daxili aləminin təzahürüdür.Vətənə
sevgi və bağlılıq ruhumuza, mənəvi
dünyamıza hakim kəsilməlidir. Bu, hazırkı durumda
biz azərbaycanlılara xüsusilə vacibdir. Bu gün vətən
və vətənpərvərlik anlayışlarının mənəvi
aspektlərdə təlqini bizə hava, su kimi gərəkdir.
Bu xüsusda Ülvi və Ülvi kimi yüzlərlə, minlərlə
Vətən oğlunun şəxsi nümunəsi gənc nəslə
böyük bir örnəkdir. Bir xalq, bir millət olaraq vətənpərvərlik
bütövlükdə insanlarımızın, vətəndaşlarımızın
ruhunda, canında, qanındadır.Vətən müqəddəsdir,
onu qorumaq imandandır deyiblər. İmanınız kamil olsun,
vətən övladları!
Cəsur döyüşçümüzə, Qazimizə
möhkəm can sağlığı və uğurlar
arzulayırıq.
Malk Balaşov
Xalq Cəbhəsi.- 2024.- 6 iyun,¹19.- S.15.