COP-un ən
yaxşı tədbirlərindən biri Bakıda olacaq
Bakı bu il noyabrda keçiriləcək COP29-a
sürətlə hazırlaşır. Tədbirin möhtəşəmliyi
indidən beynəlxlaq ekspertlərin fikirlərində yer
alıb.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda COP29
keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də
BƏƏ-nin Dubay şəhərində keçirilən
COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində
Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul
edəcək.
Mərkəzi Asiya, davamlı inkişaf üzrə
beynəlxalq ekspert, iqlim dəyişikliyi fəalı,
Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal
Strateji İnstitutunun (GSISD) təsisçisi və direktoru
Qayser Nəvab bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi
əhəmiyyətlidir. Bu, ölkənin qlobal miqyasda ekoloji
problemlərin həllinə sadiqliyini vurğulayır.
Qarşıdan gələn konfrans xalqların birləşməsi
və iqlim dəyişikliyinə qarşı qətiyyətli
addımlar atması üçün mühüm məqam
olacaq.
O qeyd edib ki, bu sessiya çox mühim hadisələrlə
yadda qalacaq: “Eyni zamanda torpaqların bərpasının, səhralaşmanın
dayandırılmasının və quraqlığa
davamlılığın yaradılmasının vacibliyi
ümid edirik ki, bu sessiyada vurğulanacaq. Bu məsələlərin
iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və
resurs qıtlığı ilə dərin
qarşılıqlı əlaqəsi qeyd edilməlidir. Bu
çağırışlar effektiv liderlərdən
xalqları bir araya gətirməyi, əməkdaşlığa
kömək etməyi və vahid diplomatik cavab tələb
edir. Bu məqamda Azərbaycanın rolunu yüksək qiymətləndirmək
lazımdır. Azərbaycan planetin və onun
insanlarının çiçəkləndiyi möhkəm gələcəyə
nail olmaq məqsədi ilə birgə səylər və
güclü diplomatik əlaqələr vasitəsilə ətraf
mühitin qorunmasına dair kollektiv öhdəliyi bir daha təsdiqləyir.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji
davamlılığa sarsılmaz sadiqliyi, regional və beynəlxalq
diplomatiyadakı liderliyi yüksək qiymətləndirilməlidir.
Azərbaycanın torpaqların bərpası və ətraf
mühitin mühafizəsi sahəsində mühüm nailiyyətləri,
eyni zamanda Qoşulmama Hərəkatına uğurlu sədrlik
onun uğurlu siyasəti ilə bağlıdır. Bununla Azərbaycanı
beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi imkanlarının nümunəsi kimi görmək
olar”.
BƏƏ-nin rəqabətqabiliyyətlilik və
biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta
isə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla
keçiriləcək və Dubayda təşkil edilən
COP28-in davamı olacaq.
“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən
biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə
başa çatmasında Azərbaycana uğurlar
arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında
keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan
olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə
gözləyirik. Bu tədbirdə ölkəniz bütün
dövlət sektorlarında ən yaxşı təcrübələrini
təqdim edə biləcək”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və
BƏƏ nazirləri arasında təcrübə mübadiləsi
üçün bugünkü forum iki ölkənin bilik, təcrübə
və gələcəyə baxışlarını
bölüşməkdən ötrü bir araya gəldiyi ilk
belə tədbirdir:
“Proqram BƏƏ ilə Azərbaycan arasında
2023-cü ilin fevralında imzalanmış təcrübə
mübadiləsi proqramının nəticələrindən
biridir”.
Nazir müavini ölkəsinin Azərbaycanla
bütün sahələrdə daha sıx tərəfdaşlığa
ümid etdiyini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri
Kanako Mabuçi bu gün "Azercell Telecom"MMC-nin
"Dayanıqlı inkişaf: çağırışlar və
həllər" mövzusunda keçirilən tədbirdə
deyib ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasında (COP29) Paris Sazişi çərçivəsində
iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin
artırılması haqqında qərar qəbul oluna bilər.
"COP29 əslində sadəcə bir konfrans deyil,
bir prosesdir və bu ilki tədbirdən bəzi nəticələr
gözlənilir. Bunlardan biri maliyyə məsələsidir.
Belə ki, 2015-ci ildə Paris Sazişini imzalayan tərəflər
üzərinə belə bir öhdəlik götürdü
ki, 2020-ci ilə kimi hər il inkişaf etməkdə olan
ölkələrdə bu sahəyə ayrılacaq vəsait
100 milyard ABŞ dolları həcmində olacaq. COP29-da bu rəqəmə
yenidən baxılacaq və düşünürük bu rəqəm
artırılacaq. Baxmayaraq ki, Azərbaycan bu tədbirə ev
sahibliyi edir qərar bütün iştirakçılar tərəfindən
veriləcək",- deyə o qeyd edib.
Yeri gəlmişkən, ABŞ-nin paytaxtı
Vaşinqtonda "İqlim dəyişikliyi və Azərbaycanın
COP29-a sədrliyi" mövzusunda tədbir
keçirilib.Ölkəmizin ABŞ-dəki səfiri Xəzər
İbrahim Vaşinqton şəhərinin Beynəlxalq Tələbə
Evində hibrid formatda keçirilən tədbirdə
çıxış edib.Tədbirdə səfir X.İbrahim
iqlim dəyişikliyi və Azərbaycanın COP29-a sədrliyi
barədə iştirakçıları məlumatlandırıb.
Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə
COP29 sədrliyindən daha çox öncə
başladığını vurğulayaraq, ölkənin
külək və günəş enerjisi kimi bərpa olunan
enerji mənbələri üçün böyük
potensiala malik olduğunu qeyd edib. Səfir bu xüsusda əməkdaşlığın
davam etidirilməsinin vacibliyindən bəhs edib.
X.İbrahim, həmçinin Azərbaycanın COP29-a sədrliyi
zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi
olduğunu deyib.
Diplomat COP29-un keçiriləcəyi Bakı Olimpiya
Stadionu ərazisinin illər əvvəlki və hazırkı
vəziyyətindən, eləcə də bundan əvvəl
"Qara şəhər" adı ilə tanınan ərazidən
və "Ağ şəhər" konsepsiyasından söz
açıb.
Tədbirdə qonaqlara Azərbaycan və ölkəmizin
COP29 sədrliyinə dair video-çarxlar təqdim olunub, daha
sonra sual-cavab sessiyası baş tutub.
Sonda xarici qonaqlara Azərbaycan milli mətbəxinin təamları
təqdim olunub.
Onu da qeyd edək ki, Küveyt və Ərəb Elektron
Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl
Xəlifə Əl-Səvvağ COP29-la bağlı dəstək
bəyanatı yayıb.
Bəyanatda deyilir: “Son bir neçə ildə
bütün dünyada mənfi təsirləri müşahidə
olunan iqlim dəyişikliyinin faciəvi nəticələrinin
aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq
zəruridir. Dünyada qəbul olunmuş ümumi prinsiplər
var. Beynəlxalq miqyasda həmrəylik nümayiş
olunmalıdır. Özümüzü bəşəri və
sivil dünyanın bir hissəsi hesab etməliyik. Bunun
üçün hər bir ölkə qlobal məsuliyyət
hiss etməlidir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda
keçirilməsi barədə qərarın qəbul
olunmasını çox böyük sevinclə qarşıladıq.
Bu, Azərbaycanın trenddən geri qalmamasının bariz
nümunəsidir. COP29 Azərbaycanın dünya siyasətinə
əsaslı təsir imkanlarına malik olan dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi, beynəlxalq qurumlarda mövqelərinin
gücləndirilməsinə müsbət təsiri olacaq.
Dünyada baş verən iqlim dəyişikliyi ilə
bağlı bir sıra problemlərin aradan
qaldırılması istiqamətində də Küveyt-Azərbaycan
əməkdaşlığı müsbət effekt verə bilər.
Xüsusən yaşıl iqtisadiyyatın yaranması, bu
istiqamət üzrə yeni bacarıq və biliklər
haqqında Azərbaycan təcrübəsi Küveyt dövləti
üçün vacibdir. Azərbaycanda yaşıl iqtisadiyyat
davamlı olaraq inkişaf edir. Cəmiyyət ekoloji problemləri
həll etməyə və daha davamlı təcrübələrə
keçid etməyə çalışır. Təsadüfi
deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik
İli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik
İli” dövlətlərin siyasi qərarlarının ətraf
mühitə və planetimizə təsirini gücləndirəcəyinə
əminik.
Belə beynəlxalq tədbirlərin keçirilməsi
hər bir dövlətin üzərinə çox böyük
məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər
bir çox beynəlxalq tədbir keçirilib və təşkilatçılıq
baxımından artıq Azərbaycan əhəmiyyətli təcrübəyə
malikdir. İnanırıq ki, COP29 da Azərbaycan dövləti
tərəfindən böyük müvəffəqiyyətlə
keçiriləcək. Küveyt və Ərəb Elektron Media
Birlikləri olaraq qeyd edilən beynəlxalq tədbirlə
bağlı Küveyt və ərəb dünyası
mediasında məlumatlandırma işinə öz töhfəmizi
verməyə çalışacağıq.
Azərbaycan tərəfindən irəli
sürülmüş yeni təşəbbüslər tərəfdaş
ölkələr tərəfindən qəbul olunub və icra
edilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklər
ərzində uğurlu və sürətli
inkişafını təmin etməyə əsas verir”.
Cavid
Xalq Cəbhəsi.- 2024.- 13 iyun, ¹ 20.- S.13.