Vəhşi ermənilər vəhşi
təbiətimizə də qənim kəsiliblər
2013-cü ildən başlayaraq martın 3-ü
bütün dünyada “Ümumdünya Vəhşi Təbiət
Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində
məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və
yabanı floranın mühafizəsinə cəlb etmək, bu
sahədə ictimaiyyəti məlumatlandırmaqdır.
Ümumdünya “Vəhşi Təbiət
Günü”nün 20 dekabr 2013-cü ildə BMT-də qəbul
olunmasından əvvəl - 2013-cü ilin yazında Tailandda
keçirilən Konfransda martın 3-nü “Vəhşi Təbiət
Günü” kimi qeyd etmək təklif olunub. Konfrans
iştirakçıları təkliflə bağlı BMT-yə
müraciət etmiş, 180 ölkə bu Konvensiyaya qoşulub.
Bu günün qeyd olunması yer üzündəki bioloji
müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərirdi.
Həmin il təbii müxtəlifliyin qorunması sahəsində
digər bir mühüm sənədin qəbul edilməsinin 40
illiyi də qeyd olundu. Bu sənəd “Məhv olmaq təhlükəsi
qarşısında qalan vəhşi fauna və flora növlərinin
beynəlxalq ticarəti haqqında” Konvensiya adlanırdı və
3 mart 1973-cü ildə qəbul edilib. Bu Konvensiya ilə nadir
flora və fauna növləri ilə beynəlxalq ticarət tənzimlənib.
Qeydə alınan vəhşi heyvan və yabanı bitki
növlərinin beynəlxalq ticarəti nəzarətə
götürülüb. Nəzarətin dərəcəsi
onların statusundan asılı olaraq nəsli və
kökü kəsilməkdə olan nadir növlərin ticarətinə
nəzarətdən tutmuş tam qadağan olunmasına qədər
davam edir. Hazırda təxminən 5800 heyvan və 30 min bitki
növünə beynəlxalq səviyyədə nəzarət
edir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli "Xalq Cəbhəsi"nə
deyib ki, hər il müxtəlif adlar altında
“Ümumdünya Vəhşi Təbiət Günü” qeyd
olunur. Son illər Azərbaycanda vəhşi təbiətin,
fauna və flora növlərinin mühafizəsi istiqamətində
mühüm işlər görülüb. Xüsusi
mühafizə olunan təbiət əraziləri şəbəkəsinin
yaradılması bu istiqamətdə atılan mühüm
addımlardan biridir. Hazırda ölkəmizdə 893 min hektar
sahəni əhatə edən 10 milli park, 11 dövlət təbiət
qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət göstərir. Bu da ölkə
ərazisinin 10,31 faizini təşkil edir.
Azərbaycanda son 20 ildə yaradılmış Milli
parklar canlı aləmin mühafizəsi üçün
mühüm əhəmiyyət kəsb edir. Milli parkların
yaradılması yüksək təbii, tarixi, mədəni -
estetik dəyərlərə malik olan ərazilərdə
ekoturizm faliyyətinin təşkili və inkişafı
üçün geniş imkanlar açır. Lakin bəzən
turistlərin Milli Park ərazilərinə səfəri
canlı təbiət guşələrinə antorpogen təsirləri
artırır. Ərazi tapdalanır, məişət
tullantıları ilə zibillənir, ağac və kollar
qırılır, cığır və yollar
aşınır: "Göstərilən mənfi təsirləri
önləmək üçün canlı təbiət
guşələrinə giriş və orada davranışla
bağlı mütəmadi maarifləndirmə tədbirlərinin
həyata keçirilməsinə ehtiyac var. Qeyd edim ki,
hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən
mühafizə olunan təbiət əraziləri fəaliyyət
göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət
qoruğu, 24 dövlət təbiət
yasaqlığıdır. Ümumilikdə, xüsusi
mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin
10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87
%, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət
yasaqlıqları isə 4.05 %-ni təşkil edir".
Onun sözlərinə görə, son 30 ildə Ermənistanın
uşğalı altında qalmış Azərbaycanın dilbər
guşələri olan Qarabağ və Şərqi Zəngəzur
əraziləri kifayət qədər çikrlənməyə
məruz qalıb. Həmin ərazilərdə canlı təbiət
guşələri, meşə fondu, yaşıllıqlar məhv
edilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi
nəticəsində torpaqlarımız işğaldan azad
edilidi. Lakin ermənilərin Azərbaycanın ekologiyasına
vurduğu ziyan milyardlarla ölçülür. Meşə
fondunun bərpası, su resurslarını təmizlənməsi
illərlə vaxtımızı alacaq və külli miqdarda
maliyyə vəsati tələb edəcək. Ermənistan son
30 ildə Qarabağda və Şərqi Zəngəzurda
ekosistemə qarşı əsl vandalizm həyata keçiriblər.
Zəngilanın qiymətli çinar meşələri məhv
edilib. 2020-ci ilin 10 noyabr 3 tərəfli sazişinə əsasən
ermənilər tərk etdikləri Kəlbəcər,
Laçın, Ağdam ərazilərində meşələri
yandırır, bununla da vəhşi təbiəti məhv
edirdilər. Ermənilərin Qarabağ və Şərqi Zəngəzur
ərazilərinə basdırdığı milyon yarımdan
çox mina hələ uzun müddət ərazidə
yaşayan canlı aləmi təhdid edəcək.
İşöaldan sonra onlarla soydaşımız mina terrorunun
qurbanı olub. Ürək ağrıdan məqam budur ki, ərazidə
yaşayan vəhşi heyvanlar da erməni vandallarının
mina terrorunun qurbanı olurlar. Qarabağ və Şərqi
meşələrində yaşayan heyvanların minaya
düşməsi, nəticədə müxtəlif bədən
üzvlərini itirməsinə dair foto və video faktlar mövcuddur.
Bütün bunlar onu göstərir ki, ermənilər vəhşi
təbiətə, heyvanlara belə acımayıblar. Özləri
çıxıb getsələr də, basdırdıqları
minalar insanlarla, heyvanlarla hələ uzun müddət
düşmənçilik edəcəklər:
"Xaçın çayının qarşısının
ermənilər tərəfindən kəsilməsi nəticəsində
Ağdam, Tərtər, Bərdə ərazilərində
quraqlıq yayılmış, torpaqlar
şoranlaşmış, meşələr keçəlləşib.
100 min hektardan artıq sahəsi olan Sultanbud meşəsindəki
ağacların bəzilərinin adları artıq
“Qırmızı kitab“a düşüb. Qeyd edək ki,
meşə əsasən nadir növlərdən sayılan
saqqız və uzunsaplaq palıd ağaclarından ibarətdir.
Floranın üçdəbirini isə iydə, akasiya,
qarağac, göyrüş, meyvə və giləmeyvə
ağacları təşkil edir. Bir zamanlar bu meşədə
çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə,
quşlardan kəkliyə, çilə, turaca və s. tez-tez
rast gəlinirdi. Hazırda xeyli hissəsi keçəlləşmiş
Sultanbud meşəsində heyvanat aləmi azalması
müşahidə olunur. Hesab edirəm ki, bu da ermənilərin
Azərbaycana qarşı ekoterrorunun bir hissəsidir.
Ermənilər işğal dönəmində
yeraltı filiz mədənlərimizi talan edib, su
resurslarımızı da çirkləndiriblər. Ermənistanın
dağ-mədən sənayesi müəsissələri bu
gün transərhəd çaylarımızı ağır
sənaye tulantıları ilə çirkləndirir. Nəticədə
Araz, Bərgüşad, Oxçuçay və digər
çaylarımızda canlı aləm məhv olur. Son illər
sözügedən çaylarda yaşayan qiymətli balıq
növləri məhv olub. Fikrimizcə, ermənilərin vəhşi
təbiətə vurduğu ziyanla bağlı faktlar
toplanmalı və beynəlxalq təşkilatlara təqdim
olunmalıdır".
QHT sədri onu da bildirib ki, hazırda Qarabağda və
Şərqi Zəngəzurda böyük qayıdış
layihəsi çərçivəsində geniş
miqyaslı tikinti-quruculuq işləri aparılır.
Yaxşı olardı ki, böyük təbii resurslara, meşə
zolaqlarına malik Qarabağ və Şərqi Zəngəzur ərazilərində
dövlət təbiət qoruqları, o cümlədən biosfer
qoruqları, milli parklar, təbiət parkları, ekoloji parklar,
dövlət təbiət yasaqlıqları, zooloji
parklar, nəbatat bağları və dendroloji parklar
yaradılsın. Təbiət abidələri bərpa edilsin və
qısa müddətdə turistlərin üzünə
açılsın.
Azərbaycanda bitki və heyvan növlərinin
mühafizəsi istiqamətində müvafiq qurumların,
nüfuzlu QHT-lərin, o cümlədən “IDEA” İctimai
Birliyinin gördüyü işlər təqdiralayiqdir.
Ölkəmizdə nəslinin tükənmə təhlükəsi
olan bitki və heyvanların adı “Qırmızı Kitab”a
daxil edilib. Həmçinin mühafizə məqsədilə
9 milli park, 11 dövlət təbiət qoruğu və 24
dövlət təbiət yasaqlığı fəaliyyət
göstərir. Vəhşi təbiətin qorunması məqsədilə
cəmiyyədə maarifləndirmə tədbirlərini
keçirilməsi vacibdir. Xüsusilə ov məvsümündə
bu işlər təşkil olunmalıdır: "Prezident
İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda
yaşıl dünya naminə həmrəylik ili elan olunub. Bu
il çərçivəsində ekoloji maarifləndirmə tədbirlərinin
aparılması vacibdir. Bu işdə medianın, vətəndaş
cəmiyyətinin üzərinə böyük vəzifə
düşür. Yaxşı olar ki, ətraf mühitin
mühafizəsi işi ilə məşöul olan
könüllülər ordusu formalaşsın. Onlar xüsusilə
piknik mövsümündə meşə zolaqlarının
yanğından mühafizəsi işinə cəlb oluna bilərlər.
Ağackəsənlərə qarşı mübarizə sərtləşməli,
kənd yerlərində şəxsi təsərrüfatlara
ziyan vuran vəhşi heyvanların məhv edilməsinin
qarşısı alınmalıdır. Bəzən
aclıqdan kəndə enən çaqqal, canavar və
tülkülər amansızlıqla məhv edilir. Halbuki onlar
qida tapmadıqlarından insanlar yaşayan yerlərə enirlər.
Onların qidasını isə elə meşələri
qıran, yaşıllıqları məhv edən, su
resurslarını çirkləndirən insanlar əlindən
alıb. Fikrimcə, bu istiqamətdə fermerlərlə, kənd
adamları ilə maarilfəndirici söhbətlərə
ehtiyac var. Ümumiyyətlə, insanlarda ekoloji şüurun
formalaşdırılması, canlı təbiətə sevgi
hissini aşılanması məktəb yaşlarından
başlasa yaxşı olar. Ümid edirəm ki, bu il təhsil
ekspertləri dərslik proqramlarında bununla bağlı dəyişikliklər
edəcəklər".
Cavid
Xalq Cəbhəsi .- 2024.- 7 mart(¹8).- S.9.