“COP-29 Azərbaycanın prestiji baxımından da
çox önəmlidir”
Turan Rzayev: “Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda
iqlim məsələləri ilə bağlı mühüm təkliflər
verib”
Alim Hüseynli: “Azərbaycan artıq beynəlxalq
problemlərin müzakirə edildiyi məkana çevrilib”
Azərbaycan bu il daha bir mötəbər tədbirə
ev sahibliyi edəcək.
Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP-29) Azərbaycanda keçiriləcək.
Kifayət qədər nüfuzlu olan belə bir tədbirin
Bakıda keçirilməsi önəmli hadisədir. Azərbaycan
tədbirə xüsusi diqqətlə hazırlaşır.
Mütəxəssislər bununla bağlı fikirlərini
“Xalq Cəbhəsi”nə bölüşüblər.
Politoloq Turan Rzayev bildirdi ki, 2024-cü ilin noyabrında
Azərbaycanda keçirilməsi planlaşdırılan COP-29
(BMT-nin İqlim Dəyişikliyi Konfransı) ölkə
tarixində keçirilən ən mötəbər
mühüm və miqyas baxımından ən genişidir.
Onun sözlərinə görə, konfransda 80 ilə 120 min
iştirakçının ha belə medya nümayəndəsi
elm xadimləri rəsmilərin iştirakı gözlənilir:
“Azərbaycan bu günə qədər birdən çox beynəlxaq
tədbirə ev sahibliyi edib. Hər bir beynəlxaq tədbirdə
yüksək səviyyədə keçirilib. İnanıram
ki, COP-29-da bundan öncəkilərdən çox daha
yaxşı səviyyədə keçirləcək. Belə
ki, COP-29-un 2024-cü ilin noyabrında keçiriləcək və
əslində bu elə də uzun müddət deyil.
Tədbriə hazırlıq vaxtı çox
qısadır və əslində rəsmi Bakı ciddi bir məsuliyyət
altına girib. Lakin buna baxmayaraq Azərbaycan bundan öncədən
beynəlxaq təbdirlər keçirdiyi üçün təcrübəyə
malikdir. Elan edildiyi vaxtan qısa müddət keçməsinə
baxmayaraq hazırlıqlar başlayıb, sürətli iş
gedir”.
T.Rzayev əlavə etdi ki, COP-29 iqlim fəaliyyətini
sürətləndirmək və Paris Sazişinin məqsədlərinə
nail olmaq üçün keçirilən tarixi
görüş hesab olunur: “2015-ci ilin dekabrında BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına üzv ölkələrin 21-ci konfransında
Paris Razılaşması qəbul olunub: “Sənədi 171
ölkənin hökumətləri adından dövlət və
hökumət rəhbərləri, xarici işlər, ətraf
mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin
aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının
Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti
adından, keçmiş Ekologiya və Təbii Sərvətlər
naziri Hüseyn Bağırov imzalayıb.
COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi
olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən
əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə
Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə
nail olmaqdır.
Bundan başqa, inkişaf etmiş ölkələr
inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin
təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək
naminə maliyyə yardımı üçün fond
toplayırlar.
İnkişaf etməkdə olan ölkələrin
artıq üzləşdiyi iqlim dəyişikliyinin
qaçılmaz təsirlərinə və bu təsirlərin
aradan qaldırılması üçün maliyyə və
digər dəstəyə ehtiyacı var. Bu dəstək
olmadan inkişaf etməkdə olan ölkələr təmiz
enerji mənbələrinə keçid edə, qlobal karbon
qazı ifrazını azalda bilməzlər.
COP-29 Konfransı iştirakçı ölkələr
üçün yeni öhdəliklər götürmək və
iqlim böhranını həll etmək üçün
konkret addımlar atmaq üçün bir fürsətdir. Təsadüfi
deyil ki, tədbriə bir sıra iqlim dəyişikliyi məsələlərini
müzakirə etmək və danışıqlar aparmaq
üçün dünya liderlərinin, hökumət rəsmilərinin
iştirakı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyev COP-29-a
xüsusi həssaslıqla yanaşır və ən yüksək
səviyyədə keçrilməsi üçün prosesi
birbaşa özü izləyir, vaxtaşırı məlumat
alır. Bu tədbir Azərbaycanın prestiji baxımından
da çox önəmlidir.
İstər qoşulmama hərəkatı, istərsə
də digər beynəlxalq təşkilatlarda Azərbaycan
iqlim məsələləri ilə bağlı mühüm təkliflər
verib, bu istiqamətdə qətnamələrin qəbulunda
öncül olub. Bu mənada COP-29 Bakının bu sahədə
gördüyü işlərin ən yüksək səviyyəyə
çatdırılması, habelə müvafiq təcrübənin
digər ölkələrlə bölüşdürülməsi
baxımından vacibdir.
Tədbirin bir digər mühüm tərəfi də
ondan ibarətdir ki, digər ölkə rəsmiləri və
ekspertləri kimi Ermənistandan nümayəndələrin
işitrakı gözlənilir. Nəzər alsaq ki, COP-29-un Azərbaycanda
keçirilməsi üçün Ermənistan da lehimizə
səs verib, bu iki ölkə arasında sülhə və
xalqlar arasında ədavətin səngiməsinə töhfə
verə bilər”.
Hüquqşünas Alim Hüseynli isə diqqətə
çatdırdı ki, Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının Azərbaycanda keçirilməsi müstəsna
əhəmiyyətə malikdir. Onun fikrincə, belə bir
möhtəşəm tədbirin ölkəmizdə
keçirilməsi bidbaşa Azərbaycanın beynəlxalq
imicinin göstəricisidir: “Başqa sözlə Azərbaycan
artıq beynəlxalq problemlərin müzakirə edildiyi məkana
çevrilib. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi
etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə
sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində
fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.
Bakıda keçiriləcək COP29 sadəcə ekoloji
problemlərin müzakirəsi üçün konfrans deyil,
ekoloji problemlərin həlli üçün birlikdə
mühüm addımların atılacağı böyük
qlobal forumdur”.
A.Hüseynli əlavə edib ki, dövlət
başçısı sözügedən tədbirin
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb: “Nəzərə
almaq lazımdır ki, COP-29 müstəqil Azərbaycanın təşkil
edəcəyi ən böyük tədbirdir, qlobal əhəmiyyətli
məsələlər müzakirə ediləcək, Azərbaycana
10 minlərlə xarici qonaq gələcək. Buna baxmayaraq, Azərbaycanın
istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə
keçirməsi üçün kifayət qədər təcrübəsi
var.
Bütün hallarda COP-29-la bağlı Azərbaycandan
böyük gözləntilər var. Belə ki, həm
hazırlıq prosesinin, həm də tədbirin
özünün yüksək səviyyədə təşkili
üçün cəmiyyətin müxtəlif seqmentlərinin
səfərbər olunması zəruridir. Buna görə,
dövlət başçısının sərəncamı
ilə Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər
də genişləndirilib. TK-də gender balansı tam təmin
olunub, bu isə Prezidentin qadınların cəmiyyətdəki
roluna olan diqqət, etimad və hörmətin göstəricisidir.
Digər tərəfdən, COP-29-da müzakirə olunacaq
müasir çağırışlar, innovasiya məsələlərinin
geniş müzakirə olunacağını nəzərə
alsaq, TK-da iqtisadiyyat, innovasiya sahəsində
çalışan şəxslərin də təmsil
olunması müsbət addımdır”.
Əli
Xalq Cəbhəsi .- 2024.- 14 mart(¹9).- S.9.