31 mart soyqırımı: tarixi
gerçəkliklər
Azərbaycan tarixində ən qanlı səhifələrdən
biri də 31 mart 1918-ci il soyqırımıdır. Bu tarixdə
ermənilər zərbaycanlılara qarşı dəhşətli
cinayət-soyqırımı ktı törədiblər. Millət
vəkili, professor Musa Qasımlı “Xalq Cəbhəsi”nə
müsahibəsində tarixi faktlara nəzər saldı.
M.Qasımlı bildirdi ki, 1988-ci ildən bəri ilk dəfə
olaraq Prezident İlham Əliyevin liderliyində dövlət
suverenliyimiz bütün ölkə ərazisində tam bərqərar,
Ermənistanın və dünya erməniliyinin “Miatsum” xəyalları
və separatizmi isə məhv edilib: “Bu möhtəşəm
hadisə ilə 1918-ci il 31 mart soyqırımı
qurbanlarının da ruhu şaddır. Qazanılan qələbə
tarixi keçmişimizi unutmamağı bizə zəruri
edir”.
Millət vəkili əlavə edib ki, Birinci Dünya
müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart
ayında yaranmış mürəkkəb şəraitdə
Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak
və bolşevik dəstələri birlikdə azərbaycanlı
əhalini kütləvi qırğınlara,
soyqırımına məruz qoydular: “Şərqi Anadoluda
mülki türk, müsəlman əhaliyə qarşı
törətdikləri qırğınlar üçün cəzasız
qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri
rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri
ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman
anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti
hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət
göstərirdilər.
Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan
keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu
Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət
içərisində olduqlarından Bakı Sovetinin xidmətində
qalmağı vətənə dönməkdən
üstün tuturdular. Ordu silah və sursatını ermənilərə
və Bakı bolşeviklərinə vermişdi.
Kütləvi qırğınların,
soyqırımlarının coğrafiyası geniş olub,
1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi
Azərbaycan torpağı olan İrəvan
quberniyasını-indiki Ermənistan Respublikası ərazisini,
Cənubi Azərbaycanı, Tiflis quberniyasının
Borçalı qəzasını və indiki Azərbaycan
Respublika ərazisini əhatə edirdi.
Erməni silahlı qüvvələri tərəfindən
dinc azərbaycanlı əhaliyə qarşı törədilən
kütləvi qırğınların zirvə nöqtəsi
1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü
Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak
dəstələri tərəfindən dinc türk və
müsəlman əhaliyə qarşı soyqırımına
başlandı”.
M.Qasımlı əlavə edib ki,
soyqırımının törədilməsinin bir sıra səbəbləri
var idi: “Bakıda soyqırımının törədilməsinin
başlıca səbəblərindən biri Azərbaycanın
müstəqilliyinin qarşısının alınması
idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət,
sonda isə müstəqillik uğrunda mübarizə
aparırdılar.
Soyqırımının törədilməsinin digər
bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan
ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya
Osmanlı ordusunun buraxılmaması üçün Bakı
və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək
idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər
əhalinin təqribən 3 milyon nəfəri türk, müsəlman
idi.
Azərbaycan əhalisi silahlı düşmən
qarşısında əliyalın qalmışdı.
Bakıda və onun ətrafında azərbaycanlıların
silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun
da başlıca səbəbi çarizmin türk, müsəlman
olduqları üçün azərbaycanlıların hərbi
xidmətə çağırmaması ilə bağlı
idi.
Şaumyan erməniləri və bolşevikləri,
xüsusən Xəzər hərbi dəniz donanmasının
motroslarını müsəlmanlara qarşı
soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə
lazım idi. Belə bir bəhanə müsəlman
diviziyasının Lənkəranda həlak olan silah
yoldaşları, böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini
"Evelina" gəmisi ilə Bakıya gətirən bir qrup
zabit və əsgərinin Bakı Sovetinin hərbçiləri
tərəfindən tərksilah edilməsi oldu. Müsəlman
diviziyasının əsgər və zabitləri silahların
geri qaytarılmasını tələb etsə də, nəticəsi
olmadı. Şaumyanla aparılan danışıqlar da
uğursuz olduqdan sonra xalq küçələrə
çıxıb silahların qaytarılmasını tələb
etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri
Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr
verdi”.
Onun sözlərinə göə, martın 30-da
axşam saat 5-də Bakıda ilk atəş
açıldı: “Qırğın başlananadək özlərinin
bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni
Milli Şurası, o cümlədən erməni kilsəsi
Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni
əsgərləri, habelə erməni ziyalıları da
Bakı Soveti tərəfindən döyüşə
qatıldılar. Şaumyan bu hadisə ilə bağlı
olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk
silahlı hücum cəhdindən bəhanə kimi istifadə
etdik və bütün cəbhə boyu hücuma keçdik.
Bizim artıq 6 min nəfərə qədər silahlı
qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4
minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda
idi. Daşnaksütyunun iştirakı vətəndaş
müharibəsinə milli qırğın xarakteri verdi və
bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq
getdik, çünki əgər onlar Bakıda qələbə
qazansaydılar, şəhər Azərbaycanın paytaxtı
elan ediləcəkdi.
Soyqırımı xüsusi qəddarlıqla həyata
keçirildi. Şəhər yerdən və havadan bombardman
edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft
quyularına, yanar təndirlərə atılır, hamilə
qadınların qarınları süngü ilə deşilir,
körpə uşaqlar divarlara mıxlanır, qadınlar
hörüklərilə bir-birinə bağlanaraq küçələrdə
çılpaq gəzdirilirdi. Silahlı dəstələr
uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər.
Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək
üçün “türk, müsəlman” olmaq kifayət
edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan
tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə
çatmışdı ki, daşnaklar “biz, bolşevik,
sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta
müsəlman sosialistlərini belə qırdılar...”.
M.asımlı həmçinin diqqətə
çatdırdı ki, Bakıda törədilən
soyqırımının ağır nəticələri oldu:
“Regiona səfər edən ABŞ-ın Harbord
missiyasının hesabatında yazılırdı ki, ermənilər
1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını
öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden
Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı
qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ
tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki,
20 min döyüşçünün iştirak etdiyi bu
toqquşma Bakıda 3 min nəfərin həyatına son
qoymaqla Sovetin qələbəsi ilə nəticələndi...
Azərbaycan Cümhuriyyəti hökumətinin
yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərindən aydın olur ki,
Bakıda ermənilər mart hadisələri zamanı dinc
müsəlman əhalini siyasi mənsubiyyətə fərq
qoymadan kütləvi qırmışlar. Digər mənbələrə
əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən
artıq azərbaycanlının
öldürülmüşdür.
Kütləvi qırğınlar yalnız Bakı ilə
məhdudlaşmadı. Azərbaycanın və Cənubi
Qafqazın digər yerlərində də azərbaycanlılara
qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat
mənbələrinə görə, Cənubi Qafqazda
qırğınlar zamanı 60 min Azərbaycan türkü
qaçqına çevrildi və 420 müsəlman kəndi
dağıdılıb”.
M.Qasımlı vurğuladı ki, erməni-daşnakların
və bolşeviklərin soyqırımı törətməkdə
başlıca məqsədi Azərbaycanın muxtariyyətinin
və müstəqilliyinin elan edilməsinə yol verməmək,
Bakı neftinə, Xəzər dənizinə yiyələnmək,
Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi
Qafqazı əldən buraxmamaq idi: “Lakin onlar istəklərinə
nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin
elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini
dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı
bütün müsəlman Şərqində dəfə
olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini
müsəlman Şərqinə məhz Azərbaycan xalqı
gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən
xilas olmaq yolunu, nümunəsini göstərdi, onların
yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad
edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan
Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin
əlindən alındı. Azərbaycan xalqı taleyinin və
torpağının sahibi oldu.
Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi
məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiyada çalışanlar əsasən
ruslar, yəhudilər və digər millətlərin nümayəndələri
mart soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya
ictimaiyyətinə həqiqətləri çatdırmaq
üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə
Cümhuriyyət hökuməti tərəfindən
ümummilli matəm günü kimi qeyd edildi. Əslində
bu, azərbaycanlılara qarşı yürüdülən
soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə ilk
dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin
Cümhuriyyətin süqutu bu işin başa
çatdırılmasına imkan vermədi. Azərbaycan
xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin
1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların
soyqırımı günü elan edildi. Cümhuriyyət
hökuməti soyqırımı qurbanlarının dəfn
edildiyi Çəmbərəkənd qəbiristanlığında
onların xatirəsinə abidə qoymağı
planlaşdırsa da, bolşevik işğalı bu niyyətin
də gerçəkləşdirilməsinə mane oldu.
Prezident Heydər Əliyevin Bakı şəhərində
Şəhidlər xiyabanında Əbədi məşəl
abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust
tarixində sərəncamına uyğun olaraq həmin ilin
oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə
Prezident İlham Əliyevin sərəncamına əsasən
Şəhidlər xiyabanı yenidən qurularkən Əbədi
məşəl abidəsinin sütunları hündürləşdirildi
və digər işlər görüldü.
Azərbaycanlılara qarşı törədilmiş
soyqırımları haqqında tarixi həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
böyük işlər Prezident İlham Əliyevin “hücum
diplomatiyası” xəttini elan etməsindən sonra
görüldü. Bu baxımdan birinci vitse prezident Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun fəaliyyətinin müstəsna əhəmiyyət
daşıyan fəaliyyəti var.
Erməni-daşnak və bolşevik qüvvələrinin
Bakıda azərbaycanlılara qarşı törətdiyi
soyqırımı bəşəriyyətə və
sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər
biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən,
məsələn, 1905-1906-cı il qırğınlarından
bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil
və güclü dövlətimiz olsaydı, 31 mart da olmaya
bilərdi. Əgər 31 martı bilsəydik, ondan
düzgün nəticə çıxarsaydıq və
güclü dövlətimiz olsaydı, Xocalıda törədilmiş
soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə
bir daha təkrarlanmaması üçün millətimiz
öz tarixini bilməli, müqəddəs dövlətimiz və
uca millətimiz daim güclü olmalıdır”.
Əli
Xalq Cəbhəsi .- 2024.- 28 mart(¹10).- S.9.