Azərbaycan Türk dünyasının birləşməsinin
əsasının qoyulmasında öz möhürünü
vurub
Nadir Azəri: "Türk birliyinin daha da güclü
olması üçün üzərimizə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlməliyik"
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə
kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və
Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”
İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları”
adlı layihənin icrasını uğurla başa
çatdırmaqdadır.
CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri qəzetimiz
vasitəsilə əvvəlcə layihəyə verilən dəstəyə
görə Azərbaycan dövlətinə, QHT sektoruna diqqət
və qayğıya görə cənab Prezident İlham
Əliyevə, türk dünyası ilə bağlı məsələlərə
xüsusi həssaslıq göstərən və hər zaman
bu sektora dəstək verən QHT-lərə Dövlət Dəstəyi
Agentliyinə dərin minnətdarlığını bildirib.
Nadir Azəri qeyd edib ki, 1 avqust-31 oktyabr tarixlərini əhatə
edən layihənin məqsədi müasir dövrdə
Türk dünyasının birliyinə gedən yolda göstərilən
səyləri, Azərbaycanın, o cümlədən
2024-cü ildə 100 yaşı olan Naxçıvan Muxtar
Respublikasının bu istiqamətdə oynadığı
rolu, müasir türk birliyinin, belə deyək ki, hüquqi əsası
sayılan və 2009-cu il oktyabrın 3-də imzalanan
Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif
tədbirlərlə Türk dünyası ictimaiyyətinə,
xüsusilə də gənclərə və məktəblilərə
çatdırmaq olub: “Qeyd edim ki, layihə çərçivəsində
bir sıra işlərin görülməsi,
Naxçıvanda və Türkiyənin Eskişehir şəhərində
“Müasir türk birliyinə açılan qapı -
Naxçıvan Sazişi” adlı konfransın, həmçinin,
Naxçıvan məktəbliləri arasında fərdi
inşa yazı müsabiqəsinin keçirilməsi, ən nəhayət
mövzu ilə bağlı Türkiyə, Azərbaycan və
digər türk dövlətlərindən olan mütəxəssislərin
fikirləri əsasında 3 məqalənin hazırlanması
nəzərdə tutulmuşdu. Qeyd edim ki, bütün bu
sadalanların hər bir reallıaşıb. Artıq qısa
işlər var ki, onları da tamamlayıb, oktyabrın 31-də
layihəmizi uğurla yekunlaşdıracayıq”.
N.Azəri əlavə edib ki, Naxçıvan əsrlər
boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan
dövlətçiliyinin, mədəniyyətinin və elminin
tərəqqisinə töhfələr verib.
Onu da bildirmək yerinə düşər ki, strateji
mövqeyi ilə seçilməsi tarixən
Naxçıvanı vaxtaşırı gərgin siyasi
mübarizələr meydanına çevirib. Lakin bu tarixi diyar
qarşılaşdığı bütün sınaqları
qətiyyətlə dəf edib: “O cümlədən
yuxarıda qeyd etdiyimiz kimi Naxçıvan həm də
müasir türk birliyinin hüquqi əsasının
qoyulduğu məkan kimi də tarixə düşüb.
Heç şübhəsiz ki, müasir türk birliyinin təməlində
də Ulu öndər Heydər Əliyevin “Bir millət, iki
dövlət” kimi qiymətli dəyərləndirməsi ilə
tarixə düşən Türkiyə-Azərbaycan
qardaşlığı dayanır”.
CASCFEN sədri bildirib ki, məqalələrin
hazırlanması zamanı müsahiblər xüsusi həssaslıqla
seçilib: “Eyni zamanda, vurğulayım ki, bu 3 məqalə
hazırlanarkən Manisa Azerbaycan Kültür ve
Dayanışma Derneğinin başqanı Şentürk
Hoşgül, Pedaqogika üzrə fəlsəfə doktoru,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz
Əliyeva, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən
(KKTC) olan araşıdrmaçı-yazar Züleyha Karaman,
Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve
İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr.
Fatih Çağatay, həmçinin həmin Sazişin
imzalanmasının canlı şahidi, həmin vaxt qardaş
Türkiyənin Azərbaycandakı səfiri olmuş Huluci
Kılıçın fikirlərinə aldıq. Onlaırn
fikirlərini əks olunduğu 3 geniş məqalə
hazırladıq. Azərbaycanda və türk
dünyasının bir neçə digər ölkələrində
yayımlanan həmin məqalələrdə də qeyd
edildiyi kimi müasir türk birliyinin hüquqi əsasının
qoyulduğu yer kimi tarixə düşən Naxçıvan eyni
zamanda bütün türk torpaqlarının birləşdiyi
məkan kimi də dünyanın diqqət mərkəzindədir.
Bəlli olduğu kimi 2021-ci il noyabrın 12-də İstanbulda
keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) VIII Zirvə
Görüşündə dünyanın siyasi sistemində
önəmli bir platformaya çevrilməkdə olan Türk
Şurasının artıq Türk Dövlətləri Təşkilatı
(TDT) adı ilə fəaliyyətini davam etdirməsi
haqqında qərar qəbul edilib. TDƏŞ isə məhz
türkdilli ölkələrin dövlət
başçılarının 3 oktyabr 2009-cu il tarixində
Naxçıvan şəhərində keçirilən Zirvə
görüşündə imzalanmış və bu il 15 illiyi
qeyd edilən Naxçıvan Sazişinə əsasən
yaradılmışdır. TDT daxilində aparıcı rol
oynayan ölkələrdən biri kimi Azərbaycan eyni zamanda
Türk dünyasının birləşməsinin əsasının
qoyulmasında da öz möhürünü vurub. Yəni
TDT-nin əsası, əslində, məhz türkdilli ölkələrin
dövlət başçılarının 2009-cu il
oktyabrın 3-də Naxçıvan şəhərində
keçirilən Zirvə görüşündə
imzalanmış Naxçıvan Sazişi ilə qoyulub”.
N.Azərinin açıqlamasında o da qeyd edilib ki,
layihə çərçivəsində oktyabrın 3-də
Naxçıvanda, oktyabrın 19-da isə Türkiyədə,
Eskişehirdə “Müasir türk biliyinə açılan
qapı - Naxçıvan Sazişi” adlı konfrans
keçirilib.
Naxçıvan Gənclər Fondunda keçirilən
konfransı giriş sözü ilə açan CASCFEN sədri,
Əməkdar Jurnalist Nadir Azəri bildirib ki, layihənin məqsədi
həm Türk dünyasının birliyinə gedən yolda
göstərilən səyləri, həm də Azərbaycanın
bu istiqamətdə oynadığı rolu, 2009-cu il
oktyabrın 3-də imzalanmış Naxçıvan
Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə
Türk dünyası ictimaiyyətinə, xüsusilə də
gənclərə və məktəblilərə
çatdırmaqdır.
Layihə üzrə ekspert, Pedaqogika üzrə fəlsəfə
doktoru, Naxçıvan Müəllimlər İnstitutunun
dosenti Ruhəngiz Əliyevanın moderatorluğu ilə davam edən
konfransda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri,
Xalq Artisti Polad Bülbüloğlunun və İctimai Birliklər
və Dini Qurumlar Komitəsinin sədir Fazil Mustafanın
konfransa ünvanladıqları təbrik məktubları
oxunub.
Sonra Türkiyənin Naxçıvandakı Baş
konsulu Asip Kaya, Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, Naxçıvan Ali Məclisinin
deputatı Azad Novruzov, Türkiyənin Azərbaycandakı
keçmiş hərbi ataşesi Dr. Yücel Karauz
çıxış edib. Həmçinin Türkiyənin Azərbaycandakı
keçmiş səfiri Hulusi Kılıçın və
Türkiyənin Milli Savunma Universiteti Kara Harp Okulunun dekanı
Doç. Dr İbrahim Etem Atnurun videoçıxşları
dinlənilib.
Sonda layihə çərçivəsində
Naxçıvan məktəbliləri arasında mövzu ilə
bağlı keçirilən fərdi inşa yazı
müsabiqəsinin 10 finalçısı və üç
qalibi mükafatlandırılıb və xatirə fotosu
çəkilib.
Türkiyədə, Eskişehirdə keçirilən
və Eskişehir Azərbaycanlılar Dərnəyinin ev
sahibliyi etdiyi konfransda isə öncə Azərbaycanın
Türkiyədəki səfirliyinin müşaviri Eldar
Əliyev, CASCFEN-in sədri Nadir Azəri, Manisa Azərbaycanlılar
Dərnəyinin sədri Şentürk Hoşgül, Bursa
Uludağ Universitetinin professoru Mehmet Yüce, və Türkiyənin
Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz
çıxış ediblər.
N.Azəri bildirib ki, sonra layihə üzrə ekspert,
Beynəlxalq “Alaş” Mükafatı laureatı Əkbər
Qoşalının moderatorluğu ilə davam edən panel
iclasında layihə üzrə ekspert, Naxçıvan Müəllimlər
İnstitutunun dosenti Ruhəngiz Əliyeva, Anadolu Universitetinin
Heydər Əliyev Mərkəzinin rəhbəri professor Burhan
Sayılır və Kahramanmaraş Sütçü İmam
Universitetinin professoru Toğrul İsmayılın mövzu ilə
bağlı məruzələri dinlənilib: “Qeyd edim ki,
maraqlı çıxışlarla yaddaqalan konfransda həm bu
günə kimi atılan addımlar, əldə edilən nəticələr
yüksək dəyərləndirildi, həm də müasir
türk birliyinin daha da dərinləşməsi
üçün təklif və fikirlər səsləndirildi.
Belə bir ümumi fikir səsləndirildi ki, Türkiyə və
Azərbaycan gənclərinin timsalında bunu bütün
Türk dünyasının gəncləri bilməlidir. Həmçinin
Türk dünyasının elm adamları bu yolda verilən
mücadilələr barədə davamlı
çıxışlar etməli, məqalələr
yazılmalı, araşdırmalar aparılmalıdır. Yəni
bu yolda bizlərin üzərinə daha böyük məsuliyytə
düşür”.
Fikirlərini yekunlaşdıran Nadir Azəri sonda onu
da əlavə edib ki, “biz qədim tariximizlə yanaşı,
müasir tariximizi də dərindən öyrənməliyik.
Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli
Məclisdə andiçmə mərasimində bununla
bağlı çox dəyərli fikirlər söyləyib.
Cənab Prezident “bizim üçün TDT əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim
başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır. biz başqa yerdə ailə
axtarmalıyıq” deyib. Hesab edirəm ki, biz QHT sektorunun təmsilçiləri
bu çağırışa cavab olaraq daha məhsuldar
çalışmalı, türk birliyinin daha da güclü
olması üçün üzərimizə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.
Eyni zamanda ümid edirəm ki, bizim bu layihəmiz də
sözügedən istiqamətdə reallaşıdrılan
siyasəti dəstək olaraq yadda qalacaq".
Cavid
Xalq Cəbhəsi .- 2024.- 24 oktyabr(¹38).-S.9.