Elman Eldaroğlu
faktoru: səmimiyyət, ədalət, dürüstlük
Elman Eldaroğlu ilə ilk
tanışlığımız “Yardımlının səsi”
qəzetinə görə, oldu. O zaman 2-3 il idi ki, mətbuatda
fəaliyyətə başlamışdım. Təklif etdi ki,
təsisçisi olduğu qəzetin baş redktoru olum və
birlikdə fəaliyyət göstərək. Və uzun illər
bu qəzet uğurlu fəaliyət göstərdi...
O zamandan, yəni 16 il öncədən indiyədək
Elman Eldaroğlunu necə tanıdımsa, indi də elə
tanıyıram.
“Yardımlı xeyriyyə cəmiyyəti”nin təsisçilərindən
biri və uzun illər təşkilatın rəhbəri
olduğu dönəmdə, onun rayon camaatı
üçün xidmətləri əvəzsizdir. O, səmimi
olaraq və bu işi sevərək fəaliyyət göstərdi.
Ədalətli olmağa çalışdı və ona
müraciət edən heç kimi darda qoymamaq
üçün bütün imkanlarından istifadə etdi.
“Yardımı xeyriyyə cəmiyyəti” yerli camaatın
ümid qapısı oldu.
Bununla yanaşı həm də hər hansı bir məmur
tərəfindən haqsızlığa uğrayan vətəndaşın
problemlərinə dəstək verdi, yəni cəmiyyət təkcə
xeyriyyə işləri ilə məhdudlaşmadı. Eyni
zamanda öz hüquqlarını bilməyən vətəndaşlar
üçün də ümid yeri oldu.
“Mənim üçün vətən yurddan
başlanır. Yurdunu sevməyən, vətənini heç
bir halda sevə bilməz...”,- deyən Elman Eldaroğlu orada
doğulmasa da, orada doğulan və ya yaşayanların əksəriyyətindən
əslən bağlı olduğu yurduna daha çox fayda
verdi, xidmət göstərdi....
Bu gün Azərbaycanda və dünyanın müxtəlif
ölkələrində yaşayan yardımlıların
müəyyən hissəsinin bir-birini tanımasında,
imkansız ailələrə dəstək olmaq
üçün səfərbər olmasında, xeyriyyə cəmiyyətinin
önəmli bir səviyyəyə gəlməsində Elman
Eldaroğlunun misilsiz xidmtləri var. Bildiyim qədər
ölkədə bu cür fəaliyyət göstərən təşkilatların
sayı çox deyil və bu cür təşkilatlar həm də
bir nümunədir. Yəni yerlərdə problemin həll
olunmasında müəyyən rol oynayırlar və bununla da
dövlətə dəstək vermiş olurlar.
Elman Eldaroğlu fəaliyyət göstədiyi dönəmdə
heç bir zaman özünü düşünmədi,
ayrı-seçkiliyə qətiyyən yol vermədi, ona
müraciət edən kimsəni də “yola vermədi”.
Əlindən gələni əsirgəmədi. İstər
maddi, istər hüquqi, istərsə də mənəvi
olaraq məzlumun, yaxud sıxıntı içində olan hər
bir şəxsin yanında oldu.
Elman Elaroğlu bu işlərə könülsüz
yanaşanları belə zor-xoş bu işə cəlb etdi.
Yardımlıda kimsəsiz xəstələri əməliyyat
etdirdi və bunun üçün Bakıda fəaliyyət
göstərən savadlı həkiməri qrup-qrup rayona
apardı.
Dəfələrlə imkansız sakinlər rayonda
pulsuz müayinə və müalicə olundular, eyni zamanda cərrahi
əməliyyat edildilər.
Valideynlərini itirmiş, yaxud imkansız tələbələrə,
şagirdlərə dəstək xarakterli təqaüdlər
təsis edildi. Onların oxumasına yardım göstərildi.
Rayonda hər hansı bir məmur Elman Eldaroğlu
faktorunu yaddan çıxarmadı, haqsızlıq etməkdən,
yaxud bəzən müşahidə etdiyimiz kimi yetimin
danasını satdıracaq qədər alçalmaqdan çəkindi.
Elman Eldaroğlu cəmiyyətin büdcəsini dəqiqliklə
və “Beytül-mal” prinsipinə sadiq qalaraq təyinati üzrə
istifadə etdi və qəpiyinə qədər hesabatlı
oldu.
Bəli, cəmiyyət böyüdükcə,
inkişaf etdikcə, cəmiyyətin inkişafında
heç bir rolu və əməyi olmayan kimlərsə
korporativ maraqlarını bu təşkilat vasitəsilə təmin
etməyə çalışdılar, yaxud ağsaqqallıq,
hansısa perspektivə hesablanan tanınmaq eşqinə
düşdülər və müxtəlif oyunlar
başlandı...
Nə isə...
Elman Eldaroğlu həm də publisist kimi ölkədə
öz üslubu ilə tanınır və azacıq da olsa xidmətləri
olan heç kimi unutmur, onları yaddan çıxarmır və
haqlarında portret yazılar yazır.
Bu günlərdə də hamını ad
günündə yaddan çıxarmayan Elman Eldaroğlunun
növbəti doğum günü idi.
Mən də öz növbəmdə Elman
Eldaroğlunu təbrik edirəm, can sağlığı və
fəaliyyətində uğurlar arzulayıram!
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi .- 2024.-11 yanvar(¹1).- S.15.